Əsrin əvvəllərində V.Dokucayevin Azərbaycanda apardığı ekspedisiyanın elmi cəhətdən boyuk əhəmiyyəti
olmuşdur. Bu ekspedisiyanın iştirakcıları rus alimləri N.Androsov, F.Levinson-Lesinq, S.Zaxarov və b. Azərbaycan
təbiətinin muxtəlif cəhətlərini tədqiq etməyə başlamışdılar.
D.İ.Mendeleyev uc dəfə Bakıya gəlmiş, Azərbaycan neft sənayesinin yerləşdirilməsi və inkişaf perspektivlərilə
məşğul olmuşdur. 1886-cı ildə «Neftyanoye delo» məcmuəsində onun Azərbaycan haqqında bir sıra məqalələri nəşr
edilmişdir.
Rus geoloqu N.İ.Qubkin hələ gənc yaşlarında Azərbaycan neft təsərrufatının inkişafına komək edən geniş
geoloji tədqiqatları ilə yanaşı, bir sıra Əhəmiyyətli coğrafi ideyalar da irəli surmuşdur.
Butun bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 1917-ci ilin axırlarınadək elmi axtarışlar epizodik xarakter
daşıyır, cox zaman təsadufi hal alırdı. Coğrafiya mutəxəssisləri olmadığından coğrafi tədqiqatların əksəriyyəti başqa
elm xadimləri tərəfindən aparılırdı.
20-ci illərin sonlarında Azərbaycan coğrafları arasında Qafur Rəşad Mirzəzadə xususi secilirdi. O oz muşahidələri
əsasında Azərbaycan coğrafiyasına aid qiymətli məlumatlar toplamış, Azərbaycan dilində coğrafi ədəbiyyat fondu yaratmağa
başlamışdı. Onun 1910-cu ildə capdan cıxmış «Qafqazın coğrafiyası» kitabı azərbaycan dilində yazılan ilk dərslik idi. Bu kitabda
muəllif mufəssəl və ardıcıl olaraq Azərbaycan coğrafiyasını işıqlandırmış, onun quberniyalarının təbii, iqtisadi şəraitindən sohbət
acmışdır. 1916-cı ildə Azərbaycan dilində nəşr etdiyi «Umumi coğrafiya» adlı ali məktəb dərsliyində də Qafur Rəşad Azərbaycan
coğrafiyası timsalında umumi coğrafi anlayışlara toxunmuşdur. Qafur Rəşad digər elmlərlə yanaşı coğrafiyanı oyrənməyin həyatı
əhəmiyyətindən danışır və xalqını buna cağıraraq yazırdı: «coğrafiyanın oyrənməyin faydası boyukdur. Yer insanın məskəni
olduğuna gorə coğrafiyanı oyrənmək Yeri oyrənmək deməkdir. Bir adama evinin icini, məhəlləsini, kucələrini bilmək dəxi o
dərəcədə lazımdır. Buna gorə də insanlara gundəlik işlərində coğrafiyanı bilmək lazımdır» (Umumi coğrafiya, Bakı, Azərnəşr.
1924, səh.5).
Qafur Rəşad uzun muddət əvvəl Lahıcda, sonra isə Bakı məktəblərində coğrafiyanı tədris etmişdir. Ana dilində
ilk coğrafiya dərslikləri ilə yanaşı, milli coğrafiya terminologiyasının yaradılmasında məhz onun adı ilə bağlıdır.
Yusif Vəzir Cəmənzəminli (1887-1943) bədii yaradıcılıqla yanaşı, Azərbaycanın tarixi, coğrafiyası və
iqtisadiyyatı ilə dərindən maraqlanmış və bunlarla məşğul olmuşdur.
Azərbaycanı dunyaya tanıtmaq cəhdi və bu işdə coğrafiyanın, xəritənin oynadığı əvəzsiz rolu haqqında onun dəyərli
fikirləri bu gunumuz ucun də oz aktuallığını və əhəmiyyətini saxlamaqdadır.
Azərbaycan Demokratik Respublikasını tanıtmaq istiqamətində yazdığı məqalə və kitablarında gostərirdi ki,
dunyada ən boyuk quvvələrindən birisi əfkari-umumiyyətlə (dunya ictimai fikri mənasındadır). Topdan, tufəngdən
və zirehlərdən də bu nov boyukdur, odur ki, hər kəs istər ki, bu novu əldə saxlasın.
İqtisadi, sosial və siyasi dayaqların olkənin inkişafı və tanınmasında əhəmiyyətini nəzərə alan muəllif bunlar
haqqında 1921-ci ildə İstanbulda cap etdirdiyi «Tarixi coğrafi və iqtisadi Azərbaycan» kitabında geniş məlumat vermişdir.
İki hissədən ibarət olan bu kitabın birinci hissəsi Azərbaycanın sərhədlərinə həsr olunub. O, Azərbaycanı şimali-cənubi
vahid sərhədlər daxilində butov bir tam kimi goturərək oradakı şəhərlərin tarixini, coğrafi movqeyini və iqtisadi inkişafını
araşdırır. Kitabın ikinci hissəsində sohbət Azərbaycanın iqtisadiyyatından gedir.
Azərbaycanın iqtisadi potensialına, təbii ehtiyatlarına yuksək qiymət verən Y.V.Cəmənzəminli onu
«Qafqaziyada mutəşəkkil dovlətlərin iqtisadi baxımdan ən quvvəlisi adlandırmışdır. Bakı neftinin dunya əhəmiyyəti
olmasını və bundan başqa ipək, pambıq və yun məhsullarımızın da az olmadığını gostərirdi. Muəllif ustəlik Xəzər
dənizinin balıq və kurusunu, mis mədənlərimizin nurlu gələcəyə malik olduğunu xatırladırdı. Milli quvvələrin
yetişdirilməsi, bir cox fabriklərin acılması-duzgun iqtisadi siyasətin yeridilməsi millətimizin yuzdə doxsan beşinin
sərvət sahibi olacağına zərrə qədər də şubhə etmirdi.
1920-ci ildə Azərbaycanda iqtisadi coğrafiyaya aid M.Vəliyevin (Baharlının) ana dilində ilk kitabı nəşr olunmuşdur.
Kiyev Universitetinin yetirməsi olan alim Azərbaycanın ilk ali təhsilli iqtisadi coğrafiya mutəxəssisi idi. Vaxtilə dovlət
planlaşdırma işində onun kitabından geniş istifadə edilmişdir. Coğrafi cəhətcə bitkin əsər olan həmin kitabda
Azərbaycanın umumi coğrafi səciyyəsi, təbii şəraiti və təbii ehtiyatları, umumi iqtisadi icmalı, təsərrufatın inkişaf
imkanları və sərvətlərinin qiymətləndirilməsi, əhalisinin coğrafiyası və s. məsələlər geniş işıqlandırılmışdır.
Kitabda xalq təsərrufat sahələrinin ərazi potensialına, bu sahələrin inkişaf perspektivlərinə xususilə geniş yer
verilmişdir.
Kitabın bəzi noqsanları var idi. Əsər Den məktəbinin təsiri ilə yazılmışdır. Bununla belə muəllif təkcə statistik
məlumatları sadalamaqla kifayətlənməmiş, muəyyən mənada təbii şəraitin və təbii ehtiyatların təhlilinə və iqtisadi
cəhətdən qiymətləndirilməsinə, fiziki-coğrafi cəhətlərə xeyli fikir vermişdir ki, bu da onu Den məktəbindən muəyyən
qədər uzaqlaşdırmışdır. Bəzi məhdudiyyətlərinə baxmayaraq, Baharlının kitabı respublikanın coğrafiya tarixində muhum
rol oynamışdır.
1921-ci ildə Q.R.Mirzəzadənin «Azərbaycan coğrafiyası» adlı tədris vəsaiti nəşr olunmuşdur. 20-ci illərdə
Q.R.Mirzəzadə və H.B.Əliyev tədris vəsaitləri ilə yanaşı, coğrafiyaya aid bir sıra elmi-kutləvi ədəbiyyat da nəşr
etdirmişlər.
1920-ci illərdə Azərbaycanda milli inzibatı quruculuq işləri aparılır. Yerli əhali arasında kecirilən sorğu
nəticəsində, onların razılığı ilə 1923-cu ildə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti
(DQMV) və 1924-cu ildə Naxcıvan Muxtar Respublikası yaradıldı.
Muxtar vilayət o zamanlar Rusiyanın təkidi ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarında yaradılmışdır. Duzən
və Dağlıq Qarabağın ənənəvi kocəri otlaq heyvandarlıq təsərrufat tipinin yayıldığı qışlaq və yaylaqların ortasında və
dağ-aran yolları uzərində qondarılan bu vilayət uzun illər geniş bir regionun normal həyat ahəngini pozmuş və
sonralar da (1988-ci ildə) olkəmizdə boyuk bir munaqişə mərkəzinə cevrilmişdir.