Kohnə usullarla – nə xəritə və nə də qlobus vasitəsilə kosmik coğrafiyanın verdiyi qədər geniş informasiyanı biliklər
almaq olmaz. Bunun ucun artıq on illərdən bəri muxtəlif hundurluklərdə və işıqlandırma şəraitində cəkilmiş boyuk
həcmdə kosmik şəkillər və materiallar daha faydalıdır. Bu materiallar real «qlobusun» mənzərəsindən fırlanan canlı Yerin
muasir coğrafiyasını qurmaq ucun tam yetərlidir. Kosmik «qlobus»da yerdəki boğazlar, okeanlar, dənizlər, adalar, dağlar
və səhralar tamamilə başqa gorunuşə malikdirlər.
Bu şəkillər boyuk bir kino lenti kimi Yerin rəngli mozaikasını real olaraq goz onundə canlandırır. Kosmosdan
baxdıqda təbiətdə hec nəyin təsadufi olmadığını və oz qanunu ilə yaşadığını aydın gorursən. Kosmik gəmidən bitkilərin
rənginin dəyişməsi ilə Yerin şimal və cənub yarımkurələrində fəsillərin eyni vaxtda gedişini gorə bilərsən. Səthə yaxın
olan geoloji formasiya ilə onun uzərində əmələ gəlmiş landşaftın umumi mənzərəsi arasındakı əlaqələri aydın gormək
olur. Ərazinin tektonik strukturunu kosmosdan oyrənməklə faydalı qazıntıların duzgun axtarışı istiqamətlərini muəyyən
etmək olar.
Kosmosdan alınan şəkillər və informasiyanın koməyi ilə Yerin butovlukdə və ayrı-ayrı regionları uzrə ekoloji
şəraitinin oyrənilməsi mustəsna əhəmiyyət kəsb edir.
Son nailiyyət kimi kosmik materiallar əsasında Coğrafiya İnformasiya Sistemlərinin yaradılmasını (CİS-lər)
gostərmək olar. Bu sistemlə hazırlanan rəqəmli xəritələrdə: ərazinin topoqrafiyası, yağıntıların miqdarı,
temperaturun gedişi, əhalinin sıxlığı, flora və faunanın tərkibi və s. haqqında geniş həcmli coğrafi informasiya
verilir.
* * *
Coğrafiya tarixi,
Tapdıq Həsənov,
Əbdurrəhim Hacızadə
VI fəsil
AZƏRBAYCAN COĞRAFİYASININ İNKİŞAF TARİXİ
6.1 Azərbaycan coğrafiya tarixinin umumi icmalı
Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin
əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan
Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri və onun ozu haqqında cox maraqlı
məlumatlar yazılmışdır. Klavdiy Ptolemey, Dədə Qorqud dastanı və həmcinin yerli alban alimlərindən Moisey
Kalankatlı (VII-VIII) olkəmiz haqqında xeyli bilgilər vermişlər.
Moisey Kalankatlınun «Albanların tarixi» əsərində gostərilir ki, I-VII əsrlərdə Albaniyanın ərazisi şimalda
Baş Qafqaz dağlarından başlayaraq cənubda Araz cayınadək, qərbdə İberiyadan şərqdə Xəzər dənizinə qədər
uzanırdı. İnzibatı bolgu baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bolunmuşdur. Kurun
sol sahilində Qəbələ, Şəki, Kambisiena (Mingəcevir rayonunda), sağ sahilində Arsax, Uti, Qardman, Sakasena,
Paytakaran, Syunik və b. əyalətlər (nahanqlar) yerləşirdi. Xəzər sahili boyu Dərbənddən Beşbarmaq dağınadək olan
əraziləri Cola, ondan qərbə Lpinə, Həcəri və b. əyalətlər tuturdu. (Şəkil 14). İri Alban yepiskoplarının mərkəzləri
olan Qəbələ, Şəki, Partav (Bərdə), Paytakaran (Beyləqan) haqqında ətraflı məlumatlar verilirdi. Muəllif Albaniyanın
əlverişli təbii şəraiti, kənd təsərrufatının əsas sahələri, sənətkarlığı, ticarət yolları, qonşu xalqları və s. haqqında
dəyərli tarixi-coğrafi məlumatlar vermişdir.
«Dədə Qorqud» kitabı Azərbaycan xalqının tarixinin işıqlı bir dovrunu VI-VII əsrləri əhatə edir. Bu dastan təkcə
tarixi əsər olmaqdan ziyadə, həm də tarixi-coğrafi-etnoqrafik anlayış və hadisələri, coxlu yer adlarını əhatə edən geniş
məzmunlu bir əsərdir. Turklərin yayıldığı əraziləri, qonşuları, əhalinin muxtəlif mərasimləri, məşğuliyyət sahələri,
şəhərləri, yolları və s. haqqında dastanda dolğun məlumatlar verilir. Ozu də kitabda coğrafi hadisələri əhatə edən ayrıca
tarixi-coğrafi bolmə vardır.
«Dədə Qorqud» on Asiyada, Qafqazda, xususilə Azərbaycanda yaşayan oğuz turklərinin tarixini bədii dildə qələmə
alan bir dastandır. Burada təsvir olunan hadisələr Boyuk turk ellərinin (L.Qumilyova gorə «Turkyurd») və onların
yenilməz sərkərdələrinin gostərdikləri mərdlik və qəhrəmanlıqları ilə bağlıdır. Bu gun həmin dastan butun turk
olkələrinin tarixi-coğrafi və mədəni birliklərinin inkişaf etdirilməsində boyuk rol oynayır.
Sonralar Azərbaycan, onun səfəvilər və Ağqoyunlu dovlətləri haqqında yenə də Venesiya tacirlərindən
Katerino Zeno, Ambrocco Kontari və ingilis səyyahı Antonio Cenkinson ətraflı məlumatlar veriblər. Dunyanın
muxtəlif olkələrindən Azərbaycana gələn səyyahlar haqqında prof. Yaqub Mahmudov ozunun «Səyyahlar
Azərbaycana gəlir» (Bakı, 1977) adlı dəyərli kitabında geniş məlumat vermişdir.
XVIII əsrin birinci yarısından başlayaraq bir sıra Şərq olkələrinə səyahət etmiş, onlar haqqında cox qiymətli
kitablar yazmış, Azərbaycan coğrafiya alimi və səyyahı Hacı Zeynalabidin Şirvani (1780-1837) coğrafiya
tarixində xususi yer tutur (Şəkil 15).
O, XVIII əsrin ikinci yarısından başlayaraq 40 il səyahət etmiş, Azərbaycanın muxtəlif yerlərində, o cumlədən
Bakıda, digər yerlərdə Şimali Afrika və Cənubi Avropa olkələrində olmuşdur. Fars dilində iki hissədən ibarət
«Riyazus-səyahə» («Cənnət bağı səyahətləri») və digər iri həcmli coğrafi və fəlsəfi məzmunlu ensiklopedik
xarakterli əsərlərin muəllifidir. Əsərlərində Yaxın və Orta Şərq olkələri, Hindistan, Efiopiya, Orta Asiya və
Azərbaycanın coğrafiyası, tarixi, etnoqrafiyası, incəsənəti, mədəniyyəti, abidələri, ədəbiyyatı və bəzi gorkəmli
şəxsiyyətləri haqqında qiymətli məlumatlar vermişdir. Yer kurəsinin iqlim qurşaqları və iqlim tipləri, onların