30-cu illərdə Mərkəzin inzibatı idarəcilik və amirlik siyasəti gucləndi, elmin, elmi-tədqiqat işlərinin, dərsliklərin və
metodik vasitələrin yazılmasının mərkəzləşdirilməsi başqa respublikalarda olduğu kimi Azərbaycanda da milli muəlliflərin
yaradıcılıq imkanlarını boğdu. Təsadufi deyil ki, 1930-1950-ci illər arasında Azərbaycan SSR-də ana dilində sanballı bir
coğrafiya kitabı və dərsliyi cap edilməmişdir. 1947-ci ildə nəşr olunmuş və Azərbaycanın coğrafiyasına həsr edilmiş
yeganə iri həcmli əsər isə rus dilində yazılmışdır.
XX əsrin birinci on illiklərində Azərbaycanın əsl mənada sistemli coğrafi tədqiqatlar mərhələsi başlanır. Onun
geologiyası, faydalı qazıntıları, torpaq-iqlim şəraiti, geobotanikası, sosial-məişəti və iqtisadi xususiyyətləri hərtərəfli
oyrənilir. Azərbaycanın iqlimini İ.V.Fiqurovski, torpaqlarını S.A.Zaxarov, bitki ortuyunu A.A.Qrosheym, geoloji
quruluşunu V.V.Boqacov, heyvanlar aləmini A.N.Vereşşagin tədqiq etmişdir.
1925-ci ildə Azərbaycan SSR MİK-in xususi qərarı ilə kənd təssərufatını səmərəli inkişaf etdirmək ucun
Azərbaycan Dovlət Plan Komitəsinin nəzdində Respublika Rayonlaşdırma Komissiyası yaradılmışdır. Bu komissiya
1935-ci ilədək respublikanın iqtisadiyyatına, torpaq ortuyunə, iqliminə, bitki heyvanlar aləminin məskunlaşmasına
aid sanballı tədqiqatlar aparmış, rayonlaşmaya dair materiallar nəşr etmişdir.
Rayonlaşdırma Komissiyası Azərbaycanın yeni inzibatı-ərazi bolgusunun yaradılması istiqamətində intensiv
işlər gorməyə başladı. Hər şeydən əvvəl Azərbaycanda movcud olan kohnə bolgulərin (quberniya, qəza, nahiyə)
yeniləri (rayon, dairə, kənd sovetləri) ilə əvəz edilməsinə başlandı.
Qeyd etmək lazımdır ki, kohnə bolgulər Şimali Azərbaycanın 1828-ci ildə Rusiyanın tərkibinə qatıldıqdan
sonra kecmiş xanlıqların yerində yaradılmışdır. Hələ 1846-cı ildə Azərbaycan ərazisinin boyuk hissəsi Şamaxı və
sonralar Bakı quberniyasına daxil edilmişdir. Onun tərkibində isə Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran sonralar isə
Qaryagin, Quba, Goycay, Cavad qəzaları yaradılmışdır. 1867-ci ildə Yelizavetpol quberniyası (Gəncə) təşkil edilir.
Digər Azərbaycan ərazilərində İrəvan quberniyası onun tərkibində isə Naxcıvan, Zəngəzur, Şərur-Dərələyəz qəzaları
ayrılmışdır (şəkil 16).
Umumən 1920-ci illərdə Azərbaycanın sahəsi 114 min km
2
-dən cox olmuşdur. Sovet hakimiyyətinin ilk
illərində Goycə, Zəngəzur, İncə dərəsi və digər 28 min km
2
tarixi Azərbaycan torpaqları kəsilib Ermənistana
verilmişdir. Onun iradəsinin əksinə olaraq tərkibində hazırda erməni qoşunları tərəfindən zəbt olunmuş Dağlıq
Qarabağ vilayəti yaradılmışdır.
1925-ci ildə Azərbaycanda aparılan yeni rayonlaşdırma işlərində onun ərazisinin təbii və təsərrufat
xususiyyətləri, əhalisinin yerləşməsi, korpulər, yollar, ətraf əraziləri ozunə meyl etdirəcək perspektivli yaşayış
mərkəzlərinin olması və s. amillər nəzərə alınırdı.
Belə bolguləri apararkən Azərbaycan ərazisinin dağlıq xususiyyətlərinə də diqqət yetirilirdi. Rayonlaşdırma bolgusu
elə aparılırdı ki, cay dərəsi ilə bir-birinə bağlı olan dağ ətəyi və dağ kəndləri bir inzibatı rayonun tərkibinə daxil olsunlar.
Boyuk və Kicik Qafqaz, Talış dağlıq ərazilərində yerləşən inzibati rayonların əksəriyyəti bu prinsipə uyğun olaraq ayrılıb.
Məlumdur ki, dağlıq ərazilərdə dərəboyu uzanan koc yolları (sonralar şose yolları ilə əvəzlənib) həmişə dağı aranla
birləşdirib və təsərrufatların yaylaq-qışlaq əlaqələrini təmin edib.
Rayonlaşdırma uc taksonomik sistem – okruq – dairə – kənd sovetləri uzrə aparılır. Umumi mulahizələr nəzərə
alınmaqla 1930-cu ildə Azərbaycan ərazisində 63 dairə (rayon) ayrılmışdır. Sonralar bu dairələr kicik dəyişikliklərlə
Azərbaycanın bu gun movcud olan kənd inzibatı rayonlarını təşkil etdilər.
2000-ci ilin əvvəlinə Azərbaycanda 65 kənd, 13 şəhər rayonu, 69 şəhər, 132 şəhər tipli qəsəbə, 1314 kənd ərazi
vahidləri və 4242 kənd olmuşdur. 1999-cu ilin sonuna yaxın Azərbaycan tarixində ilk dəfə olaraq onun ərazisində
demokratik ozunuidarə usulu olan 2664 bələdiyyə vahidi yaradıldı. Bələdiyyə qurumu – bəlli olan sərhədlər daxilində,
muəyyən səlahiyyətləri, bələdiyyə mulkiyyəti, yerli budcəsi, yerli ozunu idarəetmə orqanları olan şəhər, kənd və yaxud bir
necə kənd yaşayış məntəqəsi ərazisində həyata kecirilən idarəetmə formasıdır. Belə ərazi vahidləri mahiyyətcə
vətəndaşların yaşayış yerlərinə gorə ərazi təşkili və idarə olunmasının demokratik formasıdır.
Azərbaycanın iqtisadi rayonlaşdırılması işlərinə də elə 20-ci illərdən başlanmışdır.
1928-ci ildə umumi rayonlaşdırma prinsipləri əsasında respublika ərazisinin iriləşdirilmiş okruqlara ayrılması
layihəsi işlənib hazırlanmışdır. Gələcəyin iqtisadi-coğrafi rayonu kimi nəzərdə tutulan bu okruqlar aşağıdakılar idi:
Bakı, Gəncə, Şirvan, Quba, Lənkəran, Nuxa-Zaqatala, Naxcıvan, Qarabağ (Dağlıq Qarabağ Muxtar Vilayəti ilə
birlikdə).
Sonralar bu okruqların iriləşdirilib vilayətlərə cevrilməsi nəzərdə tutulurdu. 1952-ci ildə hətta Bakı və Gəncə
vilayətləri də yaradılmışdır. Lakin dovlət və partiya quruculuğunun o dovrdəki tələbatına cavab vermədiyinə gorə
Azərbaycanda vilayət bolgusu yaradılmadı və bu iki vilayət də 1953-cu ildə ləğv edildi.
Komissiya 1935-ci ilədək muntəzəm nəşr etdirdiyi toplularda Azərbaycanın təbii-iqtisadi rayonlarına həsr edilmiş
qiymətli məlumatlar verirdi. Bu toplular təbii-iqtisadi rayonlar uzrə tərtib olunur və nəşr edilirdilər. Topluda muəlliflər
ərazinin iqlimini, fauna və florasını, təsərrufatının xususiyyətlərini nəzərə alaraq, təbi-iqtisadi rayonların sərhədlərini təyin
etmiş, hər bir rayonun torpaq-iqlim xususiyyətlərini, kənd təsərrufatının vəziyyətini nəzərə alaraq onun gələcək inkişaf
perspektivlərini muəyyənləşdirmişdilər.
Hər rayonun xususiyyətləri respublika miqyasında muqayisəli verilmiş, rayonlaşma umumi respublika
tədqiqatının nəticəsində aparılmışdır. Təbii-iqtisadi rayonlaşma və onun geniş təhlili respublikada aparılan ilk
qiymətli praktiki tədqiqat işinin numunəsi idi.
Lakin təəssuflə qeyd etmək lazımdır ki, zəngin məlumatların cox ciddi nəticələri coğrafi cəhətdən umumiləşdirilmədi.
Bəlkə də ona gorə ki, komissiyanın işində bilavasitə coğrafiya ilə məşğul olan mutəxəssislər az idi. Tədqiqatcılar əsas
etibarilə təbiətşunas, torpaqşunas və iqtisadcılardan ibarət idi. Bununla belə komissiyanın topladığı və nəşr etdirdiyi
materiallar olkə coğrafiyasının qızıl fondunu təşkil edir. Komissiyanın bəzi uzvləri bu materiallardan istifadə edərək
xususi kitablar nəşr etdirmişlər. (H.Sultanov «Azərbaycanda bəzi sənaye sahələrinin qısa ocerkləri»; M.N.Avdeyev «Kur-