Sovet landşaftşunaslığının banilərindən olan
L.S.Berq (1876-1950) «SSRİ-nin coğrafi zonaları» kitabında
gostərmişdir ki, coğrafi landşaft dedikdə, sozun geniş mənasında, biz coğrafiya elminin əsas vahidini, bilavasitə
tədqiqat obyektini, coğrafi fərdi başa duşuruk. Hər landşaft onu təşkil edən elementlərdən, bu elementlərin bir-biri
ilə qarşılıqlı əlaqələrindən ibarətdir. Obrazlı desək, hər landşaft elə bir orqanizmdir ki, onu təşkil edən hissələr uzvu
surətdə butovluk yaradır, butov isə hər bir hissəyə təsir gostərir. Biz landşaftın hər hansı bir hissəsini dəyişsək, onda
butun landşaft da dəyişilər. Berq landşaftın iqlim şəraitinə təsirinin oyrənilməsinə daha cox yer vermişdir. Onun
«İqlim və həyat», «İqlimşunaslığın əsasları» kitabları buna subutdur.
L.S.Berq landşaftların insan fəaliyyətinin bəzi novlərinə, xususilə kənd təsərrufatı fəaliyyətinə təsirinin oyrənilməsinə daha
cox diqqət yetirmişdir. Lakin bu, o demək deyildir ki, Berq insanların təsərrufat fəaliyyətini, yaxud onların tarixini və sosial
inkişafını landşaftın nəticəsi hesab edirdi. Berq və Borzov landşaft dəyişmələrini və onların tarixiliyini xususilə qeyd etmişdir.
Landşaft muəyyən vaxt ərzində dəyişir və insan fəaliyyəti ilə bu dəyişmələrə təsir edir. İnsanın təsiri ilə landşaftda baş verən
dəyişikliklər nəticəsində qrunt sularının vəziyyəti, bitki ortuyunun tərkibi və sıxlığı, qar ortuyunun paylanması, relyef formaları
dəyişir, eroziya və s. proseslər meydana gəlir. Bu da oz novbəsində kənd təsərrufatının ərazidən istifadə etməsinə boyuk təsir
gostərir. Berq və Borzov landşaftların tarixin hansı mərhələsində əmələ gəlməsi, hansı dəyişmələri və s. məsələləri irəli surərək
paleocoğrafiyanın əsasını qoymuşlar.
Landşaft geofizikası və umumi lanşaftşunaslıq sahəsində D.L.Armand (1905-1977) boyuk tədqiqat işləri
aparmışdır. Bu işlər oz əksini «Landşaftlar haqqında elm» kitabında tapmışdır.
Hazırda landşaftşunaslıq N.A.Solntsev, A.Q. İsacenko, F.İ.Milkov, A.N.Qvozdetski və b. coqrafiyacı alimlər
tərəfindən inkişaf etdirilməkdədir. F.N.Milkov, V.N.Ryabcikov və b. landşaftların potensial təbii ehtiyatlarının
oyrənilməsinə xususi fikir verirlər. Muasir landşaftşunaslığın həm antropogen, həm də təbii komplekslərin muqayisəli
oyrənilməsi praktiki cəhətdən cox əhəmiyyətlidir. Landşaftların ekoloji vəziyyətinin bərpası, onlardakı təbii ehtiyatlardan
və təbii şəraitdən səmərəli istifadə məsələlərinin oyrənilməsi ərazinin səmərəli planlaşdırılmasına praktiki komək edən
məlumatlar verir.
Fiziki-coğrafi rayonlaşdırma və onun taksonomik vahidlərinin oyrənilməsi cox maraqlı və əhəmiyyətli
məsələlərdəndir. Bu məsələlərlə V.P.Semyenov-Tyanşanskiy, A.A.Qriqoryev, S.V.Kalesnik, Q.D.Rixter,
A.Q.İsacenko, N.N.Mixaylov və b. məşğul olmuşdur.
Yuxarıda adları cəkilən alimlər oz tədqiqatlarında bu və ya digər dərəcədə fiziki coğrafi rayonlaşdırmaya və
onun taksonomik vahidlərinə dair təkliflər irəli surmuşlər. Həmin alimlərin bir coxu bu təkliflər icərisində
komplekslərin ən boyuyu olan quru və Dunya okeanını əhatə edən ilkin başlanğıcını coğrafi təbəqədən goturən fiziki
coğrafi komplekslərin taksonomik sistemini daha əsaslı hesab edirlər.
Gostərilən problemlər N.İ.Mixaylovun «Fiziki-coğrafi rayonlaşdırma», M., 1985 (rus dilində) dərsliyində geniş
izah edilmiş və fiziki-coğrafi rayonlaşdırmanın taksonomik vahidləri verilmişdir (şəkil 12). Hər bir halda dağ
rayonları ucun adətən ozunun taksonomik sistemi təklif edilir.
Sovet coğrafiyasında Baranski – Kolosovski – Vitverin iqtisadi və sosial coğrafiya məktəbi dunyada oz
tədqiqatları ilə xeyli tanınmış və xalq təsərrufatı sahələrinin inkişafına musbət təsir gostərmişdir. Bu məktəbin
davamcıları olkədə məhsuldar quvvələrin yerləşməsinə, xalq təsərrufatının ərazi təşkilinə və sahələr uzrə
planlaşmasına komək edən cox qiymətli tədqiqatlar aparmış və aparmaqdadır.
Məhsuldar quvvələrin ərazi sistemləri, iqtisadi rayonların təşkili və inkişafı, sənaye rayonları və sənaye qovşaqları,
kənd təsərrufatı arealları və rayonları məskunlaşma sistemləri, nəqliyyat qovşaqları və iqtisadi əlaqələrin və s. oyrənilməsi
muvəffəqiyyətlə davam edir. İqtisadi və sosial coğrafiya olkənin təbii ehtiyatlarından və təbii şəraitindən məhsuldar
quvvələrin inkişafı ucun səmərəli istifadə, ekoloji tarazlığın saxlanması, ətraf muhitin qorunması və s. problemlərin
həllində fəal iştirak edir.
Baranski-Kolosovski-Vitver məktəbi ucun səciyyəvi cəhət tədqiqatların aparılmasında tarixilik və ərazilik prinsipinə
əməl edilməsidir. Bu məktəbin numayəndələri iqtisadi rayonlara ictimai əmək bolgusunun nəticəsi kimi baxır, onların
inkişafına ictimai istehsal usulunun, muəyyən sosial-iqtisadi formasiyanın həlledici təsiri baxımından yanaşırlar. Onlar oz
tədqiqatlarında ərazi sistemlərinin mənşəyi və dinamikasını, bu sistemlərin daxili və xarici əlaqələrini oyrənməyə ustunluk
verirdilər.
N.N.Baranski (1881-1963) və onun şagirdləri iqtisadi və sosial coğrafi obyektlərin (şəhərlər, rayonlar, olkələr)
oyrənilməsini, bu obyektlərin coğrafi movqeyini, başqa obyektlərə munasibətini, iqtisadi coğrafi təsir dairələrini və
s. kimi məsələləri muəyyənləşdirməyi və onları sosial – iqtisadi xəritələrin tərtibi ilə başa catdırmağı zəruri hesab
edirdilər.
Baranski-Kolosovski-Vitver məktəbi ərazi sosial-iqtisadi sistemlərini, onları əhatə edən coğrafi muhitlə uzvu surətdə
əlaqədə oyrənir. Təbii ehtiyatları və istehsalda istifadə edilən təbii prosesləri həmin sistemlərin maddi-texniki bazasına
daxil edirdilər. Baranski-Kolosovski-Vitver məktəbi həm də ozunun konstruktivliyi ilə oyrənilən sistemlərə onların
inkişafı və perspektivliyi baxımından yanaşılması ilə fərqlənir. Bu məktəbin numayəndələri tərəfindən aparılan
tədqiqatların əksəriyyəti istehsalın və əhalinin ərazi uzrə təşkili haqqında elmi surətdə əsaslandırılmış təkliflər və dovlətin
qəbul etdiyi qərarlarla nəticələnmişdir.
Gorkəmli coğrafiyacı N.N.Baranskinin 1924-cu ildə yazdığı «SSRİ-nin iqtisadi coğrafiyası» kitabı iqtisadi
coğrafiyanın inkişafında boyuk əhəmiyyət kəsb etdi və 1926-cı ildən məktəblərdə dərslik kimi istifadə edildi. Həmin
kitab iqtisadi coğrafiyanın elmi əsaslarla yenidən qurulmasına və təkmilləşməsinə səbəb oldu. Baranski iqtisadi
coğrafiyanın yeni sahəsini yaratmışdır. Bu da məhsuldar quvvələrin ərazi uzlaşmalarının (komplekslərinin)
qanunlarını oyrənir.
N.N.Baranski coğrafi ərazi əmək bolgusunə xususi fikir vermiş, muqayisə metodunun tətbiqi ilə iqtisadi rayonların
səmərəliliyini kəmiyyət və keyfiyyətcə təhlil etmiş, bununla da iqtisadi coğrafiyanı təsviri elmdən dəqiq elmə cevirmiş,
onu sistemli təhlillə zənginləşdirmişdir. Baranski subut etmişdir ki, coğrafi əmək bolgusu iqtisadi coğrafiyada sistemli