M.H.Qocamanov, Z.A.Bağmanovun «Geodeziya olculərinin riyazi hesablanması» (Bakı, 2000), dərs vəsaiti
olcmə işlərinin riyazi əsaslarından bəhs edir. Ən yeni geodeziya, kartoqrafiya və aerokosmik topoqrafiya luğəti
M.H.Qocamanov tərəfindən hazırlanmışdır.
Ə.C.Əyyubovun cox boyuk əməyi nəticəsində 1993-cu ildə 124 coxrəngli xəritələrdən ibarət olan «Azərbaycan
Respublikasının aqroiqlim atlası» azərbaycan və rus dillərində nəşr olunurdu. Ozunun elmi metodiki əhəmiyyətinə,
informasiyasının zənginliyinə, orijinallığına və iri həcminə gorə bu atlas dağlıq olkələrə həsr olunan ilk dəyərli
atlasdır.
Bundan başqa, 1994-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutu, BDU-nun fiziki coğrafiya kafedrasının
əməkdaşları ilə birlikdə «Azərbaycanın oroqrafiya xəritəsi» (B.Ə.Budaqov, İ.E.Mərdanov, R.Y.Quliyev), 1995-ci
ildə isə BDU-nun adıcəkilən kafedrasında «Azərbaycanın geomorfoloji xəritəsi» (M.A.Museyibov, B.Ə.Budaqov,
R.Y.Quliyev, R.Ə.Babayev) nəşr edilmişdir.
Azərbaycan EA Coğrafiya İnstitutunun capa hazırladığı qiymətli və faydalı atlaslardan biri də «Azərbaycan
Respublikasının təbii şəraiti və təbii ehtiyatları atlası»dır. Boyuk muəllif kollektivinin iştirakı və son nailiyyətlər
əsasında tərtib edilən bu atlas olkənin təbii ehtiyat potensialının aşkar edilib qiymətləndirilməsi, coğrafiyasının
muəyyən edilməsində və səmərəli istifadəsində mustəsna əhəmiyyət kəsb edəcəkdir.
Aerokosmik tədqiqatlar. XX əsrdə coğrafiya elmi tarixində baş verən yeniliklərdən biri də kosmosdan yerin
oyrənilməsinə imkan verən aerokosmik metodun yaranması oldu. Bunu bir cox hallarda mustəqil kosmik coğrafiya
elmi kimi də adlandırırlar.
Yer səthinin məsafədən, yəni yerdən kənarda yerləşdirilən təyyarələr, vertolyotlar, suni peyklər, kosmik və s.
vasitələrlə oyrənilməsi kosmik tədqiqatlar metodu adlanır. Geniş geoinformasiya məlumatlarına malik olan bu
metodun bizim elmdə istifadəsi sanki ona yeni həyat verdi, canlandırdı, biliklərin lap dərinliklərinə baş vurmağa
imkan yaratdı.
Azərbaycanda kosmik tədqiqatların materiallarından hələ 70-ci illərdən istifadə olunmağa başlanmışdır.
Moskvadan sonra Bakıda ilk dəfə olaraq 1974-cu ildə akad. T.G.İsmayılovun rəhbərliyi altında Azərbaycan SSR EA
nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradıldı. Bu institut o zamanlar Qafqaz-Xəzər regionunun geoloji
quruluşu və faydalı qazıntılarını, meşə və torpaq ortuyunu, hidrosferin və ətraf muhitin muhafizəsi məsələlərini oyrənirdi.
Həmin təşkilat hazırda Azərbaycan Milli Aerokosmik Agentliyinə (AMAKA) cevrilmiş və bu adla da fəaliyyət gostərir.
Agentlikdə coğrafiyaya aid tədqiqatlar Ekologiya İnstitutu tərəfindən aparılır. Kosmik geoinformasiyadan istifadə yolu ilə
təbii-ərazi komplekslərinin oyrənilməsində və onların proqnozlarının verilməsində bu institut əhəmiyyətli işlər gorur.
Hazırda İnstitutda 6 şobə və 8 laboratoriya fəaliyyət gostərir. Həmin struktur vahidləri atmosferdə, su hovzələrində,
torpaq və bitki ortuyundə gedən istər təbii və istərsə də antropogen mənşəli zərərli proseslərin tədqiqi ilə məşğul olur.
Aparılmış tədqiqatlar nəticəsində sel axınları, suruşmə, ucqun və s. kimi təbii dağıdıcı proseslərin qarşısının alınması kimi
vacib məsələlər oyrənilmiş və muvafiq orqanlara konkret tovsiyələr verilmişdir. Aparılan bu tədqiqatların nəticələri
YUNESKO, «İnterkosmos» və b. təşkilatlar tərəfindən bəyənilmişdir.
Aerokosmik tədqiqatların genişlənməsində 1977-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutu nəzdində
«Aerokosmik metodların coğrafiyaya tətbiqi laboratoriyasının təşkil edilməsi muhum rol oynayır.
Aerokosmik metodlar fiziki coğrafiyanın ən muhum sahələri olan geomorfologiya və landşaftşunaslıqda daha boyuk
əhəmiyyət kəsb edir. Ayrı-ayrı dovrlərdə cəkilmiş kosmik şəkillərin muqayisəsi əsasında Boyuk Qafqazın şərq və Kicik
Qafqazın Azərbaycan hissələrinin tektonik qırılmalarına uyğun gələn və qanunauyğun şəkildə istiqamətlənmiş murəkkəb
şəbəkəsi aşkar edilmişdir. Həmin ərazilərdə aparılan kosmik təhlillər əsasında iri və kicikmiqyaslı morfostruktur xəritələr
tərtib olunmuşdur (B.Ə.Budaqov, E.K.Əlizadə, A.Mikayılov 1984-1998).
Butun bu kosmik tədqiqatlar E.K.Əlizadənin yazdığı «Azərbaycan və ətraf dağlıq ərazilərin morfostruktur
quruluşu» (1998) monoqrafiyasında ətraflı şəkildə təhlil olunmuş və umumiləşdirilmişdir.
Azərbaycanın landşaftlarının kosmik tədqiqat materialları əsasında oyrənilməsi xeyli genişləndirilmişdir. Belə
tədqiqatlar ilk novbədə Boyuk Qafqazın cənub yamacları və Acınohur-Ceyrancol alcaq dağlıq ərazilərini əhatə etmişdir.
(B.A.Seyfullayev, 1980). Bu tədqiqatların nəticəsində antropogen landşaftların ərazidə qarşılıqlı yayılmasının
qanunauyğunluqları, onların struktur xususiyyətləri aşkar edilmişdir. Ağ-qara kosmik şəkillər əsasında landşaft
vahidlərinin (tip-yarım tip nov) və landşaft tiplərinin xəritələri tərtib edilmişdir.
Aerokosmik şəkillərin deşifrələnmə materiallarının tətbiqi əsasında Kicik Qafqazın yeni tektonik hərəkətlərin
və morfostrukturların muasir landşaftların formalaşmasına təsiri aydınlaşdırılmışdır.
Kosmik tədqiqatlardan digər fiziki-coğrafi proseslərin-sel ocaqlarının yaranması (Məmmədquluzadə, 1986),
ekzogen proseslərin inkişaf dinamikası və yayılma coğrafiyası oyrənilib və xəritələşdirilməsi aparılıbdır (Əlizadə,
Tarixzadə 1997, 1998).
Kosmik şəkillərdən istifadə edərək aqroirriqasiya landşaftları vəziyyəti, muasir inkişaf dinamikası oyrənilmiş
və Kur cayının sağ sahili duzənliklərinin aqroirriqasiyası landşaftları xəritəsi tərtib edilmişdir. (Yusifov 1990, 1998).
Bundan başqa, gostərilən materialların koməyi ilə Azərbaycanın palcıq vulkanlarının landşaftları oyrənilmişdir.
(Mikayılov, Zeynalov 1997, 1998).
Aerokosmik metodlar vasitəsi ilə muxtəlif məzmunlu iqtisadi coğrafi tədqiqatlar da aparılmışdır. Lakin
respublikamızda bu istiqamətdə aparılan tədqiqatları qənaətbəxş hesab etmək olmaz.
Hazırda sərhədyanı ərazilərdən və qonşu respublikalardan Azərbaycana daxil olan su ehtiyatlarının tədqiqi sahəsində
geniş işlər aparılır. Muəyyən edilmişdir ki, Ermənistan ərazisindən bizə axan caylar – Araz, Oxcucay, Debet, Ağstafacay,
Tovuzcay və b. həddən artıq cox cirklənirlər. Bəzi maddələrin (Ca, Na, HCO
3
, NH
3
və s.) miqdarı beynəlxalq normalardan
10 dəfələrlə artıqdır. Bundan başqa, Agentliyin nəzdindəki institutlar Abşeron torpaqlarının neft məhsulları ilə
cirklənməsi, şoranlaşması, bataqlıqlaşması və s. kimi ekoloji məsələlərin tədqiqi sahəsində və kartoqrafiya kafedrasında