aerokosmik materiallar əsasında Abşeron yarımadasının ekoloji, topoqrafik xəritələrinin tərtibi və təhlili uzərində elmi-
tədqiqat işləri aparılmağa başlanmışdır. (Ə.T.Talıbov 1999).
Beləliklə, gorunduyu kimi aerokosmik metodlar Azərbaycanın təbii, ekoloji və təsərrufat-ərazi-məskunlaşma-
kommunikasiya sistemlərinin oyrənilməsi istiqamətlərini daha da genişləndirməyə imkan verəcəkdir.
6.6. Ətraf muhitin muhafizəsi
Azərbaycanın coğrafiya tarixində ətraf muhitin muhafizəsi inkişaf etməkdə olan yeni və əhəmiyyətli elm
sahəsidir. Bu sahənin adı hələlik tam sabitləşməyibdir., ona gorə də «Ətraf muhitin muhafizəsi və təbii ehtiyatlarda
istifadə», «Ekoloji coğrafiya» və başqa adlar işlədilir. Muxtəlif adların işlədilməsi bu elmin nisbətən cavan olması,
elmlər arası sintez xarakteri daşıması və s. ilə bağlıdır.
Ətraf muhitin muhafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə elm sahəsinin mahiyyətini təbiət-insan-təsərrufat
ucluyunun arasındakı qarşılıqlı əlaqələr təşkil edir. Bu əlaqələr Azərbaycan ərazisində elə ahəngdar qurulmalıdır ki,
onun təbiəti və ehtiyatları xalqımızın həm indiki və həm də gələcək nəsillərinin maddi və mənəvi tələbatını tam
odəyə bilsin. Ona gorə də Azərbaycan təbiətinin muhafizəsi, bərpası və səmərəli istifadə olunmasının oyrənilməsi
sahəsində digər elmlərlə yanaşı, coğrafiya elmi də fəal iştirak edir.
Belə ki, gostərilən sahənin coğrafi aspektlərinin ciddi tədqiq olunmasına boyuk ehtiyac duyulur. Bu tələbat ondan
irəli gəlir ki, uzun illərdən bəri respublikamızın yeraltı və yerustu sərvətləri intensiv istismar olunduğu halda, kecmiş
sosialist planlı təsərrufatcılıq şəraitində, onun qorunmasına və geniş bərpasına zəif diqqət yetirilirdi. Bu boşluğun
doldurulmasında, problemin elmi əsaslarla oyrənilməsində 1969-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda,
təbiətimizin qorunmasında boyuk xidmətləri olan akademik H.Ə.Əliyevin təşəbbusu ilə «Təbiəti muhafizə şobəsi»nin
yaradılması muhum rol oynamışdır.
Olkədə ətraf muhitin muhafizəsi ilə bağlı aşağıdakı istiqamətlərdə geniş elmi-tədqiqat işləri aparılmışdır: dağ-mədən
rayonlarında pozulmuş torpaqların rekultivasiyası, qırılan və quruyan meşə sahələrinin bərpası; meşə ziyanvericilərinə
qarşı mubarizə usulları; sənaye, nəqliyyat və kənd təsərrufatı sahələrinin cirkləndirdikləri torpaqların və atmosferin
qorunması; su hovzələri və su anbarlarının muhafizəsi və s.. Aparılan bu tədqiqatlar əsasında 1976-1980-ci illərdə
Azərbaycanın meşə təsərrufatının inkişafının baş sxemi və başqa layihələr hazırlanmışdır.
Meşələrin bərpası işlərində yerli ağac novlərindən geniş istifadə olunmasının ustunlukləri muəyyən edilmişdir. Qarayazıdan
başlamış Xəzər dənizinədək uzanan Kurqırağı tuqay meşələrinin muhafizəsi və bərpasının ətraflı oyrənilməsi (H.Ə.Əliyev,
M.Y.Xəlilov, 1976) həyata kecirilmişdir. Meşəcilik sahəsində əldə olunan elmi tədqiqatların və aparılan təcrubələrin
nəticələrindən Qarayazı, İsmayıllı və Hirkan (Lənkəran) dovlət qoruqlarının bərpası və inkişafında geniş istifadə edilmişdir.
Meşə ortuyunun zərərverici həşəratlardan qorunması uzrə bioloji usullar hazırlanmışdır. (Ə.R.Əliyev, 1968). Azərbaycanın ilk
dəfə olaraq meşə xəritəsi tərtib olunmuşdur (N.Axundov, 1986). H.Ə.Əliyev və M.E.Salayevin rəhbərliyi altında Azərbaycan
torpaqları, xususilə meşə torpaqları, onların muhafizəsi və s. coğrafiyası ətraflı surətdə oyrənilmişdir. H.Ə.Əliyevin «Boyuk
Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları» (1964), «Qəhvəyi meşə torpaqları» (1965), M.E.Salayevin
«Kicik Qafqazın torpaqları» (1966), «Azərbaycan torpaqlarının diaqnostikası və təsnifləşdirilməsi» (1991) monoqrafiyaları və b.
cap edilmişdir.
Azərbaycan torpaqlarında baş verən eroziya prosesləri, xətti eroziya və onları yaradan təbii-antropogen amillər,
mubarizə tədbirləri umumi və regional miqyasda ətraflı tədqiq edilmiş, zəngin elmi ədəbiyyat və xəritələr yaradılmışdır
(K.Ə.Ələkbərov, F.Ə.Hacıyev, Ə.M.Rustəmov və b.). Daşkəsən və Gədəbəy bolgələrində dağ-mədən tullantılarının
aqrokimyəvi xususiyyətləri və mikroelementlərinin mexaniki tərkibi oyrənilmişdir. (K.R.Məmmədov, 1988). Muəyyən
edilmişdir ki, bu rayonlarda torpaqların rekultivasiyasını aparmaqdan qabaq, onları əhənglə qarışdırmaq lazımdır. Yalnız
belə halda rekultivasiya olunmuş torpaqlarda bitki əmələ gəlir.
Mis mədənlərinin bərk tullantılarından və sularından mikrogubrə kimi uzum bağlarında istifadə edilməsi, onun
məhsuldarlığını yuksəldir və yarpaqlarında əmələ gələn gobələk xəstəliklərini tamamilə yox edir.
1972-ci ildən başlayaraq Azərbaycanın 30-dan cox bolgəsində torpaq və şum qatlarında radioaktiv elementlərin
paylanma xəritə sxemi tərtib olunmuşdur ki, bunların da əhalinin sağlamlığının qorunması baxımından boyuk
əhəmiyyəti vardır. (A.H.Niyazov, 1985,1988).
Ermənistan Respublikasının qonşuluğumuzda yerləşən Qafan, Qacaran, Aqarak, Dəstəkert mis-molibden
kombinatlarından Oxcucaya və Araza axıdılan cirkli suları bu regionun ətraf muhitinə və kənd təsərrufatı bitkilərinin
ekologiyasına mənfi təsir gostərir.
Həmin sularla suvarılan torpaqlarda ağır metalların həcmi həddən artıq olmuşdur (İ.Ə.Quliyev, 1990). Xəzər
dənizinin ekoloji şəraitinin gərgin vəziyyəti nəzərə alınaraq, onun oyrənilməsinin və muhafizəsinin təşkili həm
respublikamızın və həm də həmsərhəd olkələrin daim diqqət mərkəzində durmalıdır. Bakı arxipelaqının dibində neft və
digər cirkləndirici maddələrin paylanması təsnifatı verilmişdir (Ə.Q.Gul, 1993), Azərbaycan sahil zonasına axıdılan cirkab
sularının miqdarı və tərkibi oyrənilmişdir (N.M.Ağalarova, 1992).
Alimlərimiz butovlukdə Xəzər akvatoriyasında cirklənmənin tərkibi, Azərbaycan sahillərində isə yayılmasının
kəmiyyət və keyfiyyət tərkibini oyrənmiş və onların ilkin xəritələrini tərtib etmişlər. Xəzər dənizinin ekoloji muhitinin
qorunmasına həsr edilən fundamental əsərlərdən biri də A.Q.Kasumov «Xəzər golunun ekologiyası», (Bakı, 1994, rus
dilində) monoqrafiyasıdır. Burada Xəzərin butovlukdə cirklənməsi, bioloji muhiti və onun qorunması haqqında ətraflı
biliklər verilir. Hazırda Xəzər ucun ən vacib problem onun sektorlara bolunməsini başa catdırmaq, onun muhafizəsini isə
butun sahil olkələrilə birgə həyata kecirməkdir.
Hazırda Xəzərin neft-qaz ehtiyatlarından geniş istifadə edilməsi ilə əlaqədar olaraq, onun muhafizəsinin beynəlxalq
standartlar səviyyəsində təşkil edilməsi bu olkələrin diqqət mərkəzində durmalıdır. Şəhərlərin sənaye muəssisələrinin
muxtəlif tullantılarla atmosferi və ətraf ərazilərin cirkləndirilməsi məsələləri Gəncə şəhəri timsalında ətraflı oyrənilmişdir