(İ.B.Xəlilov, 1991, Ş.İ.Məmmədova, 1996). Bu tədqiqatlar nəticəsində muəyyən edilmişdir ki, Gəncə və onun ətraf
ərazilərini ən cox aluminium zavodunun tullantıları cirkləndirir.
Azərbaycan Respublikasının muxtəlif regionlarında fəaliyyət gostərən istilik-elektrik stansiyalarının ətraf muhitə
təsiri məsələləri də tədqiq edilmişdir və səmərəli təkliflər verilmişdir (A.B.Mirzəyev, 1987).
1
Uynyi .eeeaa «Uyeauai oyaeee», Aaeu, Acy.iyo., 1982, nyu.5
Azərbaycan caylarının istifadəsi və su hovzələrinin qorunması məsələləri (R.B.Abdullayev, F.Y.Fətullayev,
N.Ə.Məmmədov), su anbarlarının ətraf muhitə təsiri (Ş.B.Xəlilov, 1991) Abşeron gollərinin ekoloji vəziyyəti
(A.A.Əliyev, 1991) və s. məsələlərin kompleksli tədqiqi aparılmışdır.
Bakı Dovlət Universitetinin Ətraf muhitin muhafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının
əməkdaşları Abşeronun neftlə cirklənmiş torpaqlarının bioloji rekultivasiyası (N.K.Mikayılov), Xəzərsahili zonaların
muhafizəsi və ətraf muhitin optimallaşdırılması (Ş.Y.Goycaylı) və s. uzrə geniş elmi-tədqiqat işləri aparmışdır. Kafedranın
təşəbbusu ilə 1990-1997-ci illərdə ekologiya uzrə respublika miqyaslı elmi-metodiki konfranslar kecirilmişdir.
Konfransların materiallarında maraqlı məlumatlar verilmiş və faydalı təkliflər irəli surulmuşdur.
Ətraf muhitin muhafizəsi uzrə iri həcmli təşkilatı-idarəetmə və elmi-layihələşdirmə işləri gorulmuşdur. Azərbaycan
Respublikasının Dovlət Ekologiya Komitəsi, Azərbaycan Milli Aerokosmik Agentliyi və onun nəzdində Ekologiya
İnstitutu yaradılmışdır. Kosmosdan ətraf muhitin muntəzəm oyrənilməsi, muhafizəsi və onda baş verən dəyişiklikləri
izləyən muşahidələrin aparılması və s. istiqamətində iri həcmli tədqiqat işləri həyata kecirilir. Azərbaycan EA Coğrafiya
İnstitutunun muvafiq şobələri və BDU-nun Ətraf muhitin muhafizəsi kafedrasının əməkdaşları «Azərbaycanda təbiətin
muhafizəsinin (1986-2000-ci illər) kompleks sxemi»nin və «Təbii ehtiyatlardan səmərəli istifadə olunmasının kompleks
proqramı»nın və digər cox muhum dovlət layihələrinin hazırlanmasında yaxından iştirak etmişlər.
Bakı Dovlət Universitetinin coğrafiya fakultəsində ətraf muhitin muhafizəsi və təbii ehtiyatlardan səmərəli
istifadə və coğrafi ekologiya ixtisasları uzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadr hazırlığı aparılır. 1981-ci
ildən isə muvafiq kafedra yaradılmışdır.
Azərbaycan təbiətinin oyrənilməsində, təbliğində və ətraf muhitin muhafizəsi sahəsində bir cox alimlərin
danılmaz əməkləri olsa da, akademiklərdən H.Ə.Əliyevin və B.Ə.Budaqovun apardıqları işlər xususi qeyd
olunmalıdır.
Azərbaycanın təbiətinin qorunması haqqında ilk həyəcan təbilini vuran akad. H.Ə.Əliyev olmuşdur. Ozunun
«Həyəcan təbili» (1982) kitabında akademik yazmışdır: «Torpaq dilə gəlib şikayətləndi. Kimdir? Ozunun sud verib,
bəslədiyi insanlardan, sinəsinə yara vuranlardan, gozlərinə zəhər tozu ufurənlərdən. Mən isə torpağın ovladlarından birisi
kimi haray saldım... dedim ki, qoy səsimi hamı eşitsin. Həyəcan təbili»ni insanların qulağının dibindən asmaq lazımdır»
1
.
Digər muəlliflərlə şərikli yazdığı «Kənd təsərrufatı və təbiətin muhafizəsi» (1980), «Azərbaycanın torpaq fondu və onların
səmərəli istifadəsi və muhafizəsi» (1982) və b. əsərlərində Həsən Əliyev təbiətin ən boyuk keşikcisi olaraq qalmışdır.
B.Ə.Budaqovun bu istiqamətdə apardığı tədqiqatlar onun «Təbiəti qoruyaq» (1977), «Dozumlu və dozumsuz təbiət»
(1990) və b. kitab və məqalələrində oz əksini tapmışdır. Muəllif bizim ədəbiyyatda ilk dəfə olaraq uc aparıcı-təbii, təbii-
antropogen və antropogen amilləri nəzərə alaraq Azərbaycan ərazisini 22 ekoloji-coğrafi rayona ayırmışdır. Hər bir
rayonun ətraf muhitinin gərginlik dərəcəsindən asılı olaraq kompleks tədbirlər hazırlanıb həyata kecirmə haqqında dəyərli
tovsiyyələr verilmişdir.
Azərbaycanın yeni iqtisadi şəraitə kecməsi, onun təbii ehtiyatlardan xususilə, neft – qazdan istifadəyə
beynəlxalq şirkətlərin cəlb edilməsi ətraf muhitin qorunması və bərpasının dunya standartları səviyyəsində
qurulması işləri ciddi dovlət nəzarəti altında saxlanılmalıdır. Beynəlxalq təbiəti muhafizə təşkilatları – BMT ətraf
muhitin muhafizəsi uzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi boyuk fayda verərdi.
6.7. Məktəb coğrafiyası
Xalqın təhsilinin və umumi dunyagoruşunun inkişafında tarix, dilcilik və coğrafiya elmləri mustəsna rol
oynayırlar. Bu uc amil sırasında fəal movqe tutan coğrafiya ali və orta məktəblərdə təhsil alan gənclərin və
butovlukdə xalq kutləsinin maariflənməsində muntəzəm iştirak edir.
O, boyuk bir elm sahəsi kimi dunyanın coğrafi mənzərəsi, iqtisadiyyatı, ekologiyası, kartoqrafiyası və s.
haqqında koklu və əlaqəli biliklər verir. Burada sohbət hər şeydən əvvəl umumbəşəri mədəniyyətinin tərkib hissəsi
olan coğrafi mədəniyyətə olkə əhalisinin və onun hər bir vətəndaşının qovuşmasından, təhsil və tədrisin
əhəmiyyətinin artırılmasından gedir.
Azərbaycanda coğrafiyanın tədrisi tarixində xalqımızın tanınmış maarifci alimlərindən Qafur Rəşadın,
Həsənbəy Zərdabinin, Məhəmməd Baharlının və b. boyuk əməkləri olmuşdur. Onların yazdıqları coğrafi dərslik və
kitablar Azərbaycan məktəb coğrafiyası ucun yazılmış ilk qiymətli numunələr idi.
Məktəb coğrafiyasının sistemli inkişafı 1934-1935-ci illərdən başlanmışdır. Həmin dovrdə kecmiş İttifaq dovləti ali
və orta məktəblərdə coğrafiyanın tədris olunması, dərsliklər və kartoqrafiya materiallarının hazırlanması haqqında
əhəmiyyətli qərarlar qəbul etmişdir.
Bu qərarlar əsasında olkədə ixtisaslı coğrafiya kadrları hazırlamaq məqsədilə 1935-ci ildə Azərbaycan Pedaqoji
İnstitutunda və 1944-cu ildə isə Azərbaycan Dovlət Universitetində coğrafiya və geologiya-coğrafiya fakultələri yaradıldı.
Pedaqoji İnstitutun ilk məzunlarından M.Zulfuqarov, S.Şukurov, H.Sadıxlı, O.Osmanov, B.Axundov və b. həm orta və
həm də ali məktəblərdə geniş pedaqoji fəaliyyətə başladılar. M.Zulfuqarov coğrafiyanın tədrisi metodikasına dair ilk
dissertasiya mudafiə edir və həmin əsaslı tədqiqatlarını davam etdirir.