yaratmışdır. Bu məktəb əvvəlcə Moskva Universitetində yaranmış, onun təsiri ilə sonralar Rusiyanın digər
universitetlərində məktəblər meydana gəlmişdir.
1884-cu ildə Moskva Universitetində tarix və filologiya fakultəsində coğrafiya kafedrası acılır. Ona rəhbərlik
etmək ucun D.A.Anucin dəvət olunur. Sonralar bu kafedra coğrafiya, antropologiya və etnoqrafiya kafedrasına
cevrilir və fizika-riyaziyyat fakultəsinin təbiət şobəsinə kecirilir, kafedranın nəzdində coğrafiyanın muxtəlif
sahələrini əhatə edən yeni fənnlərin tədrisinə başlanır. Alim burada umumi fiziki coğrafiya, Rusiyanın fiziki
coğrafiyası, xarici olkələrin coğrafiyası, yerşunaslığın tarixi, Rusiyanın etnoqrafiyası, umumi etnoqrafiya,
antropologiya və s. kimi fənnlərdən muhazirələr oxuyur. Sonralar Anucinin səyi sayəsində coğrafiyanın tarixi və
metodologiyası, hidrologiya, kartoqrafiya, geomorfologiya, diyarşunaslıq və başqa fənnlər də tədris planına daxil
edildi.
Kafedrada aparılan ilk elmi iş antropologiya və etnoqrafiyaya aid olmuşdur. D.N.Anucin insanın mənşəyi,
qədim tarixi, etnogenezisi və muxtəlif xalqların həyatı və mənşəyi problemlərinin oyrənilməsinə boyuk maraq
gostərmişdir. Onun coğrafi əsərlərində insan problemləri on planda olub, həm umumi hissədə (yerşunaslıqda), həm
də xususi hissədə (diyarşunaslıqda) cox muhum yer tutur. D.N.Anucin praktika ucun labud olan orijinal və konkret
tədqiqatların aparılmasını coğrafiya elminin əsas vəzifələrindən və onun inkişafı ucun əsas şərtlərindən biri hesab
etmişdir. Bu məqsədlə o Volqanın və Qərbi Dvinanın yuxarılarını coğrafi cəhətdən oyrənmişdir. Bu cayların yuxarı
axarının gəmicilik ucun və Rusiyanın Mərkəzi rayonunun icməli su ilə təmin edilməsi ucun boyuk əhəmiyyəti var
idi. Həmin tədqiqatların nəticələri onun bir sıra əsərlərində şərh edilmişdir.
Alim Rusiyada limnologiya (golşunaslıq) elminin əsasını qoymuş və oz tələbələrini də bu sahəyə yonəltmişdir.
O, golə butov coğrafi sistem kimi baxıb onun relyefdən, cay şəbəkəsinin konfiqurasiyasından, yeraltı suların
rejimindən, iqlimindən, insanın fəaliyyətindən və s. amillərdən asılı olduğunu qeyd edirdi. A.N.Anucinin
coğrafiyanın metodologiyası və elmi tədqiqat metodları haqqındakı mulahizələri coğrafiya elminin tarixində muhum
yer tutur. O, qeyd edir ki muasir coğrafiya qapalı elm olmayıb hər biri ayrı-ayrılıqda inkişaf edə bilən bir sıra
elmlərin kompleksidir. Bu cəhətdən coğrafiya mustəsna deyildir. Bir cox elm sahələri də zaman kecdikcə yeni elm
sahələrinə bolunmuşdur.
Onun fikrincə, coğrafiya iki hissədən – umumi coğrafiyadan (yerşunaslığdan) və xususi coğrafiyadan
(diyarşunaslıqdan) ibarətdir. Umumi coğrafiyaya o, astronomik coğrafiyanı (riyazi coğrafiyanı), geofizikanı (yerin
fizikasını), fiziki coğrafiyanı (oroqrafiya, okeanoqrafiya, iqlimşunaslıq), bioloji coğrafiyanı və insan coğrafiyasını
aid edirdi.
A.N.Anucin Rusiya coğrafiyasına xidmət edən boyuk elmi məktəb yaratmışdır. Bu məktəbin yetişdirmələrindən
L.S.Berq,
A.S.Barkov,
V.V.Boqdanov,
M.A.Boqolepov,
M.S.Bodnarski,
A.A.Borzov,
S.Q.Qriqoryev,
A.N.Cavaxaşvili, A.A.İvanovski, B.F.Dobrınin, A.A.Kruber, S.V.Cefranov, İ.S.Şukin və b. coğrafiya elminin
inkişafında boyuk rol oynamışlar.
Rusiyada coğrafiya elminin inkişafına guclu təsir gostərmiş alimlərdən biri də V.V.Dokucayev olmuşdur
(1846-1903). L.S.Berq onu yuksək qiymətləndirmiş, coğrafiyanın muasir istiqamətinin banisi hesab etmişdir.
B.B.Polınov isə Dokucayevi oz dovrunu qabaqlayan coğrafiyacı adlandırmışdır.
Dokucayev coğrafiyada landşaftlar nəzəriyyəsinin ən gorkəmli numayəndələrindən biri idi. Landşaftın
mənşəyini və inkişafını oyrənən bu nəzəriyyə coğrafi obyektlərin murəkkəb qarşılıqlı əlaqələrini aydınlaşdırır, orada
gedən prosesləri dərk edir, bu prosesləri yalnız məkan cəhətdən deyil, zamana gorə də araşdırır. Beləliklə də oz
dovrunu xeyli qabaqlamış alim coğrafiyanı yeni baxımdan izah edir. 1879-cu ildə «Rus torpaqlarının kartoqrafiyası»
adlı kitabını nəşr etdirən Dokucayev, hələ o zaman belə bir muddəa irəli sururdu ki, torpaqların tipləri və coğrafiyası
planetimizin tarixi ilə genetik cəhətdən sıx bağlıdır. Onun rəhbərlik etdiyi ilk boyuk kollektiv col işlərindən biri
(1882-1885) Nijeqorodsk quberniyasının torpaqlarının iqtisadi cəhətdən qiymətləndirilməsi işinə həsr edilmişdir. Bu
iş ucun hazırlanan proqram qiymətli tədqiqat usulunun numunəsi idi. Nijniy-Novqorod ekspedisiyasının materialları
coxlu xəritələrlə birlikdə 14 cilddə cap olunmuşdur. Ekspedisiyanın gedişində torpaqşunaslığın əsas muddəaları
işlənib hazırlanmışdır. Bu muddəaların məğzi odur ki, torpaq iqlimdən, relyefdən, ana suxurlardan (geologiya) və
orqanizmlərin fəaliyyətindən asılı olan mustəqil təbii-tarixi cisimdir. Sonralar belə bir ekspedisiya Poltava
quberniyasında da (1888-1894) aparılmışdır ki, onun da materialları 16 cilddə iri miqyaslı xəritələrlə nəşr
olunmuşdur. Aparılan hər bir ekspedisiya Dokucayevin tələbələri və əməkdaşları ucun cox gozəl kompleks tədqiqat
tərkibi idi. Peterburq universitetində bu məlumatların bazasında xususi torpaq qiymətləndirmə laboratoriyası
yarandı.
Ucuncu boyuk kollektiv col işi Rusiyanın collərində su və meşə təsərrufatının oyrənilməsinə və saya
salınmasına həsr olunmuş xususi ekspedisiya idi (1802-1897). 1891-ci ilin guclu quraqlıq və aclığından sonra işə
başlamış bu ekspedisiya quraqlıqla mubarizə aparmaq ucun cox iş gordu. O, collərin təbii təbii ehtiyatlarını, xususən
su ehtiyatlarını və torpaqlarını oyrəndi və quraqlığın qarşısını almaq ucun dəyərli təkliflər irəli surdu. Bu
ekspedisiyanın nəticələri 18 buraxılışdan ibarət «Əsərlərdə oz əksini tapdı.
Dokucayevin elmi yaradıcılığının və ideyalarının inkişafının ən yuksək zirvələrindən biri onun «Rus
qaratorpağı» (1883) əsəridir. O, bu əsərində yazırdı ki, Qaratorpaqların dəqiq coğrafiyası olmadan onların mənşəyi
haqqındakı məsələni duzgun həll etmək olmaz; Rusiyada məlum olan yabanı bitkilərin və vəhşi heyvanların
yayılması torpaqların coğrafiyası ilə əlaqədardır.
Alim ilk dəfə olaraq oroqrafik, geoloji və tarixi xususiyyətlərinə gorə Rusiya Qaratorpağının təbii
rayonlaşdırılmasını aparmış, hər rayonun dəqiq xarakteristikasını vermiş, torpağın quruluşu və qalınlığı ilə relyef
arasındakı əlaqələri gostərmiş, qaratorpaqların məkan və zaman munasibətlərini aydınlaşdırmışdır.