Dokucayev torpağın təbii-tarixi cisim olması, torpağın yaşı və inkişaf surəti anlayışlarını elmə daxil etmişdir.
Onun fikrincə, torpaq mustəqil təbii torəmə-cisim olub, suxurların, iqlimin, bitki və heyvanat aləminin, olkənin
geoloji yaşının və məhəllin relyefinin əlaqədar məcmusunun məhsuludur. Başqa sozlə, torpaq ana suxurun, iqlimin,
orqanizmlərin zamana zərbinin (vurulmasının) funksiyasıdır (hasilidir). Alim oz elmi konsepsiyasına uyğun olaraq,
ilk dəfə torpaqların inkişafı proqnozunu vermişdir. O gostərirdi ki, bu proqnozu obyektlərin və təbii hadisələrin
yaşını, onların inkişaf surətini oyrənməklə zamanın və məkanın analizi və sintezi sayəsində vermək olar.
V.V.Dokucayev Rusiyada baş verən 1891-ci il quraqlığını və məhsul qıtlığını izah etməyə yonəldən «Bizim collər
kecmişdə və hazırda» əsərində quraqlıq kimi bəlanın səbəbini iqlimin dəyişməsində deyil, insanların təbii muhiti
korlamalarında, meşələrin qırılmasında, insanın colə mənfi təsirində gorurdu. Hər şeydən əvvəl, collərə su cıxarmağı
və su ehtiyatlarını qorumağı vacib hesab edirdi. Bu məqsədlə də cayların axarını nizama salmağı, yarğanları,
qobuları ləğv etməyi, su ehtiyatlarını qorumağı, suni gollər yaratmağı, artezian quyuları qazmağı, meşə salmağı,
əkinciliyi nizama salmağı, yeni şəraitə muvafiq aqrotexniki usullardan istifadə etməyi və hər yerin təbiətinə muvafiq
mədəni bitkiləri secməyi lazım bilirdi. O, hər sahənin xarakterini, 4-5 il ərzində onun fiziki və iqtisadi coğrafi
xususiyyətlərini kompleksliliyini oyrənməyi və bunun ucun olkədə təcrubə stansiyaları şəbəkəsi yaratmağı təklif
edirdi.
V.V.Dokucayev yeni torpaqların əmələgəlmə səbəbini canlı aləmlə cansız aləmin munasibətində gorurdu.
Yaradıcı insanı bu munasibətlərin ən yuksək zirvəsi hesab edirdi. O, zonallıq qanununu kəşf etməklə
torpaqşunaslığın əsası sayılan yeni bir elmi-təbii qurşaqlar (zonalar) haqqında elm yaratdı. Bu daha cox coğrafiyaya
aid məsələ idi.
Alim təbii zonanı təbiətin muxtəlif elementlərinin qanunauyğun və qarşılıqlı əlaqələrinin təzahur sahəsi kimi
muəyyən etmişdir. Əlaqələri oyrənmək, zonalıq daxilində təbii elementlərin və təbii hadisələrin qarşılıqlı
əlaqələrinin qanunauyğunluğunu acmaq deməkdir. Başqa sozlə, coğrafi zona murəkkəb təbii kompleksdir.
Dokucayev gostərirdi ki, torpaq butun təbiətin guzgusudur. O, Yerin şimal yarımkurəsində hər birinin ozunəməxsus
aqrotexniki təsərrufat qaydaları, elmi təcrubə stansiyaları, xususi vəzifələri olan 5 təbii zonaya ayırmışdır. Hər zona
muxtəlif fiziki coğrafi, geoloji, tarixi həm də iqtisadi fərqlərə malikdir. Bu fərqləri dərindən və dəqiq oyrənmək
tələb olunur. V.V.Dokucayevin zonalar haqqında soylədiyi fikirlər indi də oz əhəmiyyətini itirməmişdir. O yazırdı
ki, nəzərdən kecirilən təbii zonanın kənd təsərrufatının istiqaməti, həmcinin təcrubə sahələrinin məqsədi və
vəzifələri, aqronomik məktəblər onun yerli şəraitinə – fiziki coğrafiyasına, tarixinə, etnoqrafiyasına və iqtisadiyyatın
ən xırda məsələlərinə uyğun kəskin zonal xarakter daşıyır.
V.V.Dokucayev tərəfindən ayrılan və aşağıda gostərilən zonalar sadəcə təbii kompleksin təsviri deyil, o eyni
zamanda hər zonaya muvafiq əkinciliyin umumi qaydasının, bitkilərin məqsədyonlu yerləşdirilməsinin
qanunauyğunluğunun tapılması idi. Dunyanın əsas zonalarını (Şimal yarımkurəsində) Dokucayev aşağıdakı kimi
muəyyənləşdirmişdi:
1. Şimal zonası (tundra, meşə-tundra). Burada torpaqlar, adətən bataqlıqdır az inkişaf etmişdir və turşdur. Bu
torpaqlardan kənd təsərrufatında istifadə etmək ucun onların aerasiyası tələb olunur.
2. Meşə zonası (cimli, podzol, nisbətən kasıb torpaqlar). Belə torpaqlar yaxşı şumlanıb, lazımi kubrələrlə təmin
edildikdə məhsuldar olur. Bu zona əkinciliyin aparılmasına gorə minerallaşdırma zonası adlandırılmışdır. Bu
torpaqlardan səmərəli istifadə etmək ucun onu əhəng, fosfor, kalium, azot və s. ilə kubrələmək, mineral tərkibini
zənginləşdirmək lazımdır.
3. Qaratorpaq zona. Olkənin əsas əkincilik zonasıdır. Bu zonanın torpaqlarının cox zaman dənəvər strukturu
olmur. Bu torpaqlardan istifadə etmək ucun onların dənəvər strukturunu bərpa etmək lazımdır. Belə torpaqlar olan
zonaya fiziasiya zonası deyilir.
4. Suni suvarmaya ehtiyacı olan səhra və yarımsəhra torpaqlar. Dokucayev bu zonanı «hidrasiya» zonası
adlandırır.
5. Qırmızı və ya laterit torpaqlı səhra və yarımsəhra zonası – gunəşin mədəni bitkilərə intensiv təsir
gostərdiyi zona («heliasiya»).
Dokucayev elmi fəaliyyətə təbiətci kimi başlamışdır. O, təbiət vasitəsilə insan dunyasını dərk etmiş və insan
elementi onun yaradıcılığında getdikcə daha cox yer tutmuşdur. Sonralar o oyrəndiyi təbii aləmlə insan aləmini
birləşdirməyə calışmışdır. Dokucayev coğrafiyanın tədqiqat obyektini muəyyənləşdirmək məqsədilə landşaft
terminini «geomorfasiya» termini ilə əvəz etmişdir ki, bu da muasir «geosistem» termininə muvafiqdir.
Alim, coğrafiya elminin obyektini təyin edərək təbii zonalar haqqındakı təlimi irəli surmuşdur. Təbii zonallıq
istər ufuqi, istərsə də hundurluk istiqamətində olub təbiətin butun elementlərini əhatə edir. Quruda olduğu kimi
okean və dənizlərdə də təbii zonallıq qanunu qabarıq surətdə ozunu buruzə verir. Zonaların daha dəqiq oyrənilməsi
və burada bəzi dəqiqləşdirmələr edilməsi tələb olunur. Zonallıq qanunu təbiət elementlərinin qarşılıqlı əlaqələrinin
qanunudur, o, eyni zamanda muəyyən ərazidə insanın həyatı və fəaliyyəti qanunudur. O, sahə və zaman qanunudur.
Qərbi Avropanın mutərəqqi fikirli alimlərindən biri alman Oskar Peşel (1826-1875) Ritterin idealist fikirlərinə
qarşı cıxmış, Humboltun «muqayisə coğrafiya» metodunu yer səthinin nisbətən kicik olan konkret tiplərinə tətbiq
etmiş və fiordların, adaların, cay vadilərinin, dokların təsvirini vermiş, insan və təbiət munasibətləri məsələsində
insanın rolunu yuksək qiymətləndirmişdir.
Peşelin davamcısı Bonn, Leypsiq, Berlin universitetində professor işləmiş və Cinə səyahətlər edərək Lyoş
vilayətləri və relyef formalarını tədqiq etmiş Rixthofen (1833-1905) coğrafiyaya Yerin mənzərəsi ilə qarşılıqlı
əlaqədə olan muxtəlif hadisələri oyrənən elm kimi baxmış, xususilə Yer səthini formalaşdıran proseslərə, xususən
geoloji proseslərə daha cox əhəmiyyət vermiş, relyefin başqa təbiət unsurləri ilə əlaqəsini tədqiq etmişdi. İnsanın