Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

 
75 
dərəcəsi  (yüngül,  orta,  ağır),  nitqin  sürəti  (ləng,  tez,  taxilaliyanın 
olması), kəkələmə ilə yanaĢı dislaliya, dizartriya, ümumi inkiĢaf geriliyi 
qüsurlarının  olması,  nitqin  hərəkətliyi,  kəkələmənin  psixi  simptomları, 
loqopediya (danıĢıq qorxysy, nitq və hərəkət hiylələri, embdofratiya və 
s.  kəkələmə  prosesində  həyəcanlanma,  həyəcana  reaksiysı  və  s.)  nitq 
prosesinə  diqqətin  cəmlənməsi  və  onun  kəkələməyə  təsiri,  mürəkkəb 
nitq  situasiyalarının  kəkələməyə  təsiri,  kəkələyənlərin  fərdi  psixoloji 
xüsusiyyətləri,  oyun  fəaliyyətinin  xarakteri,  kəkələmənin  özünü 
göstərmə dairəsi (bütün nitq situasiyalarında, bəzilərində).  
Loqopedik rəy kəkələmənin differensial diaqnos-tikasını aparmaq 
və  kəkələməni  digər  nitq  qüsurlarından  (taxilaliya,  dizartriya,  dili 
dolaĢma)  fərqləndirmək,  həm  də  kəkələmənin  müxtəlif  formalarının 
birinn  digərindən  ayırmaq  imkanı  verir.  Kəkələyənlərin  kompleks 
müayinəsindən  alınan  məlumatlar  bu  qüsurun  təbiətini  açmağa  kömək 
edir.  Kəkələmədə  müxtəlif  halların  özünü  göstərməsi,  hər  bir 
kəkələyənin psixoloji xüsusiyyətləri və davranıĢı loqoped iĢinin fərdi və 
qruplarla  təĢkil  etməyin  metod,  vasitə  və  istiqamətlərini  müəyyən 
etməyə imkan verir.  
Kəkələmənin aradan qaldırılmasının proqnozu bir sıra Ģərtlərdən, 
ilkin  olaraq  onun  mexanizmindən,  kompleks  təsirin  müddətindən,  yaĢ 
xüsusiyyətlərindən  və  sairədən  asılıdır.  Hesab  etmək  olar  ki,  Ģəxs  nə 
qədər  gəncdirsə  onun  ümumi  davranıĢı  fəal  və  gümrah  olacaq,  nitq 
aparatının  qıcolması,  az  qıcolmalar  zəif  psixi  dəyiĢmələr  məhdud, 
proqnoz isə əlveriĢli olacaqdır. Anadangəlmə və ya nevrotik qazanılmıĢ 
kəkələmə  və  eləcə  də  xarici  təsirlərin  nəticəsində  meydana  çıxmıĢ 
kəkələmə üçün gələcəyi söyləmək az əlveriĢlidir. Bu zaman residivlərin 
çoxluğundan  danıĢmaq  lazımdır.  Qeyd  etmək  lazımdır  ki,  tənəffüs 
qıcolmaları  səs  qıcolmalarından,  klonik  formalar  tonikə  nisbətən  daha 
tez və asan aradan qaldırılır. Buna görə də onlara təsir edən ikinci siqnal 
sistemi  vasitəsi  ilə  həyata  keçirilir.  Kəkələmənin  proqnozu  hər  Ģeydən 
çox uĢağın Ģəxsiyyətindən, loqopedik ustalığından asılıdır.  
Kəkələməni  aradan  qaldırmaq  üçün  müasir  kompleks  yanaĢma 
metodunun iĢlənib hazırlanması müxtəlif üsul və sistemlərin axtarılması 
nəticəsində mümkün olmuĢdur. Çoxlu və kifayət qədər effektli olmayan 
metodların  mövcudluğu  həmin  qüsurun  cürbəcür  və  mürəkkəb 
təbiətindən, onun quruluĢ və təbiətini bölməməkdən irəli gəlir.  
Kəkələməni  aradan  qaldırmaq  üçün  əvvəllər  istifadə  edilmiĢ 
metod,  vasitə  və  yolları  tədqiq  edərkən  onları  kəkələyənlərə  tövsiyə 
edilən təsir vasitələrinin xarakterindən asılı olaraq tibbi və ya pedaqoji 


 
76 
cəhətdən  fərqlən-dirməməliyik.  Birinci  halda  bu  müalicəvi  tədbirlər 
(terapevtik,  cərrrahi,  ortopedik,  psixoterapevtik),  ikinci-pedaqoji 
tədbirlər  (didaktik)  və  üçüncü  halda  isə  kəkələyənlərə,  həm  müxtəlif 
müalicəvi, həm də pedaqoji tədbirlərin birgə tətbiqidir.    
Terapevtik  vasitələr  hələ  qədim  zamanlardan  kəkələməni  aradan 
qılmarmaq  üçün  (Hippokrat,  Aristotel,  Qalen,  Ġbn  Sina  və  baĢqaları) 
istifalə  edilmiĢdir.  Cərrahi  metodla  kəkələmənin  müalicəsi  hələ  bizim 
eradan əvvəl I əsrdən ta XIX əsrin ortalarına qədər bu metodun qorxulu 
və  xeyirsiz  olması  fikri  meydana  çıxanadək  istifadə  edilmiĢdir  (Antl, 
Bonne, Diffenbax, Peti və baĢqaları).  
Bu  metodun  yaranması  kəkələmənin  artikulyasiya  aparatının 
patoloji  quruluĢu  və  ya  dil  əzələlərinin  kifayət  qədər  innervasiya 
olunması nəticəsində baĢ verməsi haqqında fikirlərin meydana çıxması 
ilə əlaqədardır. Kəkələmənin aradan qaldırılmasında mexaniki alət və ya 
vasitədən  istifadə  ortopedik  məqsəd  daĢıyaraq  ilk  dəfə  (Demosfen 
qədim  yunan  natiqi)  tərəfindən  iĢlənmiĢdir.  Deyilənlərə  görə  o, 
kəkələməni  aradan  qaldırmaq  üçün  xırda  daĢları  ağzına  yığıb, 
danıĢarkən  dilinin  altında,  saxlanmaqla  bu  qüsurdan  xilas  olmuĢdur. 
Sonralar  isə  kəkələmədə  bir  sıra  mexaniki  vasitələr  (Star-dil  cəngəli, 
Kolomba-dili  basmak  və  dodağı  kəsmək  üçün  alət.  Klenke-taxta  qövs 
forma  dilin  altına  qoymaq  üçün  lövhə  və  s)  iĢlənməyə  baĢlanmıĢdı. 
Ortopedik  vasitələr  yardımçı  xarakter  daĢıyıb  kəkələməni  aradan 
qaldırmaq üçün əsas üsulla yanaĢı iĢlədilmiĢdir.  
Psixoterapevtik  vasitələr  kəkələməyə  nevrotik  pozulma  kimi 
baxılması  nəticəsində  meydana  çıxmıĢdır.  Kəkələməni  tədqiq  edən 
alimlərin əksəriyyəti onun psixi xüsusiyyətlərini nəzərə almaq psixikaya 
təsir etmək üçün psixoterapevtik təsir mexanizmini iĢləyib hazırlamıĢlar 
(Laquzev, Merkel, Nekrasov, ġultess və baĢqaları). 
Didaktik  priyomlar.  Kəkələyən  uĢaqlarda  düzgün  nitqin  tərbiyə 
edilməsi tərəfdarları müxtəlif nitq çalıĢmaları sistemi hazırlamıĢlar. Bu 
çalıĢmalar nitqin həm ayrı-ayrı elementlərini, həm də bütövlükdə nitqin 
inkiĢafını əhatə edir. (Andres, Kussmaul, Li və baĢqaları).  
Müalicə-pedaqoji təsir sisteminin hazırlanması cəhdi Ġ.A.Kikorska 
(1889) məxsusdur. O, kəkələməni müalicə etmək üçün nitq gimnastikası 
(tənəffüs,  səs,  artikulyasiya,    a)  nitqin  müxtəlif  formaları  üçün 
çalıĢmalar  sistemi;  b)  psixoterapevtik  müalicə  (uyğun  nitq  Ģəraiti,  nitq 
məĢğələlərinin ardıcıl çətinləĢdirilməsi, xəstənin əhval-ruhiyyəsinə təsir 
və  s.);    formaseptik  və  dinamik  müalicə  (dərmanlar,  fizioterapiya  və 
hərəkət  çalıĢmaları);  iĢləyib  hazırlamıĢdır.  Rus  alimlərinin  materialın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə