Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

 
83 
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA 
KƏKƏLƏMƏNİN ARADAN QALDIRILMASI YOLLARI 
 
Müasir  dövrdə  bütün  tədqiqatçıların  yekdil  fikrinə  görə 
kəkələməni baĢ verən anından aradan qaldırmaq lazımdır. Çünki adətən 
bu  qüsur  ilkin  olaraq  özünü  yüngül  formada  göstərir.  Lakin  yüngül, 
əvvəlcə nəzərə çarpmayan  kəkələmə sonra güclənə bilər. Kəkələmənin 
baĢlanmasından  nə  qədər  çox  vaxt  keçərsə,  bir  o  qədər  də  daha  ağır 
formada,  uĢaq  psixikasında  dəyiĢmələr  yaradaraq  özünü  göstərə  bilər. 
Bundan əlavə kəkələmə uĢağı normal ünsiyyətdən məhrum edir və çox 
zaman  onun  məktəbdə  dərs  fəaliyyətini  pozur.  Buna  görə  kəkələmənin 
uĢaq məktəbə getməzdən əvvəl aradan qaldırılması vacibdir.  
Göstərmək lazımdır ki, bu fikir yaxın illərdə yaranmıĢdır. Belə ki, 
1930-cu  illərə  qədər  SSRĠ  məkanında  kəkələyən  uĢaqlara  yalnız 
yeniyetməlik və böyük yaĢ dövrlərində yardım göstərirdi. UĢaq pediatr 
və psixiatrları belə bir fikir yürüdürdülər ki, erkən yaĢ dövrlərində kiçik 
uĢağın  kəkələməsinə  diqqət  yetirmək  lazım  deyildir.  Kiçik  yaĢlı 
kəkələyən  uĢaqların  müalicəsinə  isə  yalnız  profilaktik  tədbirlərlə 
yekunlaĢdırılırdı  (aram  nitq  və  uĢağın  kollektivindən  təcrid  olunması 
ilə).  
Bu  zərərli  fikirlər  ilk  dəfə  1930-cu  ildə  V.A.Kilyarovski 
tərəfindən  rədd  edildi.  O,  belə  bir  fikir  irəli  sürdü  və  əsaslandırdı  ki, 
kəkələməni elə onun ilk baĢlanğıcında, yəni məktəbəqədər yaĢ dövründə 
aradan  qaldırmaq  lazımdır.  Onun  gəldiyi  qənaətə  görə  kəkələməni 
aradan  qaldırmaq  üçün  ən  əlveriĢli  uĢaq  müssisəsi  uĢaq  bağçaları  və 
stasionarlardır.                                       
1931-ci  ildə  Moskva  Ģəhərində  kəkələyən  uĢaqlar  üçün  ilk 
körpələr evi açıldı. Burada loqopedik iĢi böyük alim və müəllim Ġ.F.Rau 
aparırdı.  Stasionarda  isə  N.A.Vlasova  böyük  tədqiqat  iĢləri  ilə  yanaĢı, 
loqopedik  iĢdə  aparırdı.  1932-ci  ildə  Leninqrad  Ģəhərində  günü 
uzadılmıĢ  qruplar  təĢkil  olundu.  Burada  məktəbəqədər  yaĢlı  uĢaqlarda 
loqopedik  iĢi  M.F.Bruns  təĢkil  etmiĢdi.  Məhz  bu  illərdən  baĢlayaraq 
SSRĠ-nin  hər  bir  respublikasında,  o  cümlədən  Azərbaycanda 
məktəbəqədər  yaĢlı  uĢaqların  nitq  qüsurları  və  eləcə  də  kəkələmənin 
aradan  qaldırılması  iĢi  təĢkil  olunmağa  baĢladı.  Məktəbəqədər  yaĢdan 
əvvəlki  dövr  və  məktəbəqədər  yaĢ  dövründə  kəkələyən  uĢaqlarla 
aparılan  loqopedik  iĢin  metodikasını  ilk  dəfə  N.A.Vlasova  və  Ġ.F.Rau 
iĢləyib hazırlamıĢlar. 


 
84 
N.A.Vlasova  məktəbəqədər  yaĢlı  uĢaqlarla  məĢğələlərdə  tədricən 
olmaqla 7 növ nitqdən istifadənin vacibliyini qeyd edir. Bunlar:  
1.Birgə nitq (danıĢmaq). 
2.Əks-sədalı nitq. 
3.TanıĢ Ģəkillər üzrə suallara cavab. 
4.TanıĢ Ģəkillərin müstəqil təsviri. 
5.EĢitdiyi kiçik hekayəni danıĢmaq. 
6.BirbaĢa (spontan) nitq (tanıĢ olmayan Ģəkillər üzrə danıĢıq). 
7.Normal nitq (söhbət, xahiĢ və s.) 
Ġ.F.Rau  isə  məktəbəqədər  yaĢlı  uĢaqlarla  loqopedik  iĢin  əsas 
vəzifəsini  sistematik  planlı  məĢğələlər  vasitəsi  ilə  kəkələyən  uĢaqların 
gərginlikdən  azad  edib  onu  sərbəst,  ritmik,  rəvan  və  ifadəli,  həmçinin 
səs  tələffüzü  qüsurlarını  aradan  qaldıran,  dəqiq,  düzgün  artikulyasiya 
tərbiyə  edən  olmasında  görürdü.  Rauya  görə  kəkələyən  uĢaqların  nitq 
tərbiyəsi  üzrə  bütün  məĢğələlər  kəkələmənin  artma  dərəcəsinə  görə  3 
mərhələdə keçilməlidir.  
Birinci mərhələdə öyrədilmiĢ Ģer və ifadələrin birgə və əks-sədalı 
tələffüzü  üzrə  çalıĢmaların  aparılması  təklif  edilir.  Bu  məĢğələlərdə 
Ģerlərin deklamasiyası geniĢ iĢlədilir.  
Ġkinci mərhələdə suallar üzrə Ģəkillərin Ģifahi təsviri, Ģəkil seriyası 
üzrə kiçik hekayələrin qurulması və ya loqopedin onlara oxuduğu nağıl 
və  ya  hekayə  mətnin  nəql  edilməsi  üzrə  çalıĢmaların  aparılması  təklif 
olunur.  
Üçüncü,  tamamlayıcı  mərhələdə  isə  uĢaqlara  qavradıqları  ətraf 
aləm haqda uĢaqlar böyüklərə danıĢanda, oyun zamanı, məĢğələ, söhbət 
və  uĢaq  həyatının  digər  anlarında  səlis  nitqləri  istifadə  vərdiĢinin 
möhkəmləndirilməsi  imkanı  verilir.  Qeyd  etmək  lazımdır  ki, 
N.A.Vlasovanın,  həm  də  Ġ.F.Raunun  metodikasının  əsasını  uĢaqlarda 
nitq müstəqilliyinin müxtəlif səviyyələrini təĢkil edir. Bu tədqiqatçıların 
ən böyük xidməti ondadır ki, onlar ilk dəfə olaraq kiçik yaĢlı uĢaqlarda 
loqopedik  iĢ  zamanı  mərhələlərlə,  ardıcıl  nitq  çalıĢmaları  metodunu 
iĢləyib  hazırlamıĢ  və  kəkələyən  məktəbəqədər  yaĢlı  uĢaqlarla  nitqin 
korreksiya  sisteminin  ayrı-ayrı  mərhələləri  üçün  tövsiyələr  vermiĢlər. 
Bir  çox  illər  boyu  kəkələyən  uĢaqlarla  əməli  iĢdə  bu  metodika  ən  çox 
iĢlənən  və  populyar  metodika  kimi  tanınmıĢdır.  Hal-hazırda  bu 
metodikanın  bir  çox  elementləri  loqopedlər  tərəfindən  geniĢ  tətbiq 
olunur.  Məktəbəqədər  yaĢlı  kəkələyən  uĢaqlarla  özünəməxsus 
korreksiya iĢi N.A.Çeveliva tərəfindən irəli sürülmüĢdür. N.A.Çeveleva 
kəkələyən uĢaqlarla korreksiya iĢini əl əməyi fəaliyyəti prosesində təĢkil 


 
85 
etməyi  təklif  etmiĢdir.  Müəllif  uĢaqlarda  rabitəli  nitqin  situativ  nitqin 
(bilavasitə əməli  fəaliyyətlə  bağlı,  əyani  vəziyyətə  görə)  kontekst  nitqə 
keçməsi  nəticəsində  yaranması  haqqında  psixoloji  konsepsiyaya 
əsaslanaraq  göstərir  ki,  məktəbəqədər  yaĢ  dövründə  həm  situativ,  həm 
də kontekst nitq birgə özünü göstərir. Buna görə də, kəkələyən uĢaqlarla 
aparılan  ardıcıl  nitq  çalıĢmaları  əyani,  yüngül  nitq  formalarından 
tədricən  kontekst  mülahizələrə  keçməklə,  özündə  birgə  (yanaĢı),  baĢa 
çatdırılmıĢ və qabaqlayıcı nitq formaları Ģəklində aparılmalıdır.  
Ardıcıl  ağırlaĢdırıcı  nitq  sistemi  həm  də  iĢin  ayrı-ayrı 
elementlərinin  artırılması  ilə  fəaliyyət  obyektlərinin  tədricən 
çətinləĢdirilməsini də nəzərdə tutur.    
Kəkələmənin  uĢaqlarda  aradan  qaldırılmasının  bu  sistemi  beĢ 
mərhələdən ibarətdir.  
1.Təbliğedici nitq mərhələsi. Bu mərhələdə əsas məqsəd uĢaqlara 
təĢkil  edilmiĢ  davranıĢ  vərdiĢləri  aĢılamaq,  loqopedin  müxtəsər,  lakin 
məntiqi  cəhətdən  dəqiq  nitqinə,  onun  nitqinin  normal  ritminə  qulaq 
asmağı 
öyrətmək, 
müvəqqəti 
olaraq 
uĢaqların 
danıĢığını 
məhdudlaĢdırmaqdır.  
2.MüĢayiətedici  nitq  mərhələsi.  Bu  mərhələdə  uĢaqlara  eyni 
vaxtda gördükləri fəaliyyətlə bağlı Ģəxsi nitqdən istifadə etmək  məqbul 
sayılır.  Nitqin  situasiyasının  daha  çox  görmə  dayağı  təmin  edir.  bu 
zaman loqopedin verdiyi sualların xarakterinin dəyiĢməsi ilə bağlı o, bir 
qədər də çətinləĢdirilir.  
3.BaĢa  çatdırıcı  nitq  mərhələsi.  UĢaqlar  bu  zaman  bitirdikləri  və 
ya  yarımçıq  qoyduqları  iĢi  təsvir  edirlər.  UĢağın  fəaliyyəti  və  məĢğul 
olduğu  barədə  cavablar  arasında  intervalların  (tədricən  artırma) 
tənzimlənməsi  yolu  ilə  baĢa  çatdırıcı  nitqin  müxtəlif  mürəkkəbliyinə, 
çətinliyinə  nail  olunur.  Yerinə  yetirilən  iĢə  görmə  istinadının  tədricən 
azalması ilə kontekst nitqə ardıcıl keçid həyata keçirilir.  
4.Qabaqlayıcı nitq mərhələsi. Bu mərhələdə uĢaqlar görəcəkləri iĢ 
haqqında  məlumat  verirlər.  Qabaqlayıcı  nitq  mərhələsində  uĢaqlarda 
əyaniliyə  istinad  olmadan  nitqdən  istifadə  etmək,  görəcəyi  iĢin  planını 
tərtib  etmək,  qabaqcadan  onu  adlandırmaq,  görəcəyi  fəaliyyəti  izah 
etmək bacarığı inkiĢaf edir. Bu zaman ibarəli nitq çətinləĢdirilir: uĢaqlar, 
mənasına  görə  əlaqəli  olan  bir  neçə  ifadə  söyləyir,  mürəkkəb 
konstruksiyalı  ibarələrdən  istifadə  edir,  müstəqil  olaraq  hekayə  tərtib 
edirlər.  
5.Müstəqil  nitq  vərdiĢinin  möhkəmləndirilməsi.  Bu  mərhələ 
hazırlanmıĢ  bu  və  ya  digər  əl  iĢinin  yerinə  yetirilmə  prosesi  haqqında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə