80
iradədən asılıdır. Buna nail olmaq üçün iradənin məĢq edilməsi
lazımdır.
Tənəffüs üzərində nitq prosesində bir nəfəsvermədə əvvəlcə qısa
cümlələrin tələffüzü, sonra tədricən sözlərin sayını artırmaqla
geniĢləndirilmiĢ cümlələrin tələffüzü zamanı aparılır. Uzun ibarənin
məntiqi ibarələrlə vurğu iĢarələri ilə iĢarələnmiĢ və ya iĢarələnməmiĢ
hissələrinin tələffüz bacarığı tərbiyə edildikdən sonra, Ģer və ya kiçik
mətnlərin oxusuna keçirilir. Səs pozulmaları çox vaxt tənəffüs
çatıĢmazlıqları ilə əlaqədar baĢ verir. Məsələn, kəkələyən uĢaqlarda
nəfəsalma zamanı boğultulu səs, güclü nəfəsvermədə kəskin,
qulaqbatırıcı səs, səs aparatı əzələlərinin gərginliyi nəticəsində səsin
qalınlığı müĢahidə olunur.
Kəkələyənlərlə loqopedik iĢ ilk öncə artikulyasiya aparatı
əzələlərinin sakitləĢdirilməsi, alt çənə və dil kökü əzələlərinin
gərginliyinin aradan qaldırılması (n səsinin vəziyyətində dili saxlamaq,
səssiz nu-no-na hecalarını artikulyasiya etmək, alt çənəni asta-asta aĢağı
salıb, sonra yuxarı qaldırmaq ne-ni-nı, nı-no-na-hecalarını tələffüz
etmək) ilə aparılır. Bu hərəkətlər avtomatlaĢma qədər təkrar edilir, sonra
isə yumĢaq ilkin səs, sait səslərlə birgə onun fasiləsiz səslənməsi
üzərində iĢ aparılır. Bundan sonra sonor sözlərin saitlərlə bir hecada,
cümlədə iĢlənməsi baĢlanır.
Kəkələyənlərdə müstəqil nitqin tərbiyəsində müxtəlif nitq
formalarının ardıcıllığı mütləq gözlənilməlidir. Əvvəlcə Ģer mətnlərinin
əks və birgə oxunması prosesində rəvan ritmik nitq tərbiyə edilir. Sonra
çətin anlarda loqopedik köməyi ilə müstəqil oxu təklif edilir. Müstəqil
nitqin tərbiyəsinə digər nitq formalarından fərqli olaraq daha çox diqqət
ayrılır. Müstəqil nitq hazırlanmıĢ (gördüklərinin təsviri, oxunmuĢ
materialın nəqli, Ģer söyləmək, dərs haqqında ifadə və s.) və hazırlanmıĢ
(gözlənilməz suallara cavab, verlmiĢ mövzuya dair hekayə söyləmək,
xahiĢlər və s.) olur. Birinci forma kəkələyənlər üçün daha asan
olduğundan ikincidən əvvəl iĢlədilir.
Kəkələyən uĢaqlarla aparılan loqopedik iĢə aĢağıdakı tələblər
verilir.
1.Loqopedik məĢğələlər kəkələyən uĢaqların nitq və Ģəxsiyyətinə
korreksiya-pedaqoji təsiri əsas vəzifələrini özündə əks etdirməlidir.
2.Loqopedik məĢğələlər müəyyən ardıcıllıq, sistemliliklə uĢağın
fərdi xüsusiyyətlərindən asılı, uĢaqların Ģüurluluq və fəallığına istinad
edilməklə, əyani, texniki vasitələrdən istifadə və düzgün nitq və
davranıĢ vərdiĢləri tərbiyə etmə mərhələləri ilə aparılmalıdır.
81
3.Loqopedik məĢğələlərə uĢaqların məktəbəqədər və məktəb yaĢı
dövründə təlim və tərbiyə proqramlarının tələblərinə cavab verməsinə
uyğunlaĢdırılmalıdır.
4.Müxtəlif Ģəraitlərdə kəkələyən uĢaqların nitq və davranıĢ
vərdiĢlərinin tərbiyəsi üçün vacib məĢqlərin aparılması nəzərdə
tutulmalıdır. Bu məqsədlə müxtəlif loqopedik məĢğələlər nitq inkiĢafı
üzrə müxtəlif iĢ formaları, didaktik, mütəhərrik, süjetli-rollu və yaradıcı
oyunlar, ekskursiyalar, konsertlər, səhərciklərdə iĢtirak etmə və s.
aparılmalıdır.
5.MəĢğələlər elə təĢkil edilməlidir ki, kəkələyən uĢaqlar orada
uĢaqlar kəkələməsin və müĢayiətedici hərəkətlərə yol verməsinlər.
6.MəĢğələlər uĢaqda yaxĢı əhval-ruhiyyə, özünə inam, gümrahlıq
yaratmalıdır.
7.MəĢğələlərdə həmiĢə düzgün nitq nümunələri-loqopedin
özünün, aktyorların, nitqi uğurla məĢğul olan uĢaqların danıĢığının
maqnitafon yazıları və plastinkaları olmalıdır.
8.MəĢğələlər kəkələyən uĢaqların tərbiyəsi və ona düzgün
münasibət fonunda tərtib olunmalıdır.
Kəkələyən uĢağın müstəqil iĢinin təĢkili loqopedin verdiyi ailə-
məiĢət və təlim-tərbiyə Ģəraitində həmyaĢıdları ilə kollektivdə
tapĢırıqların
yerinə
yetirilməsinə
yönəldilir.
Qrupların
komplekləĢdirilməsi kəkələyənlərin yaĢından asılı olaraq aparılır. YaĢın
müxtəlifliyi özünəməxsus loqopedik iĢ metodlarının, onun ayrı-ayrı
komponentlərinin intensivliyinin dəyiĢməsinin istifadə edilməsini tələb
edir.
Məktəbəqədər uĢaqlarda nitq məĢğələlərində əsas yeri oyunlar
təĢkil edir, az hissəni isə tibbi tədbirlər tutur. Yeniyetmə və böyüklərdə
isə əksinə olaraq, əsas yeri tibbi tədbirlər, psixoterapiya, çox az hissəni
isə pedaqoji təsir tutur.
Loqopedik məĢğələlər didaktik əsasları ilə o qədər də fərqlənmir.
Belə ki, loqopediya pedaqoji elmlər sisteminə, xüsusi didaktikaya aid
olduğundan nitq qüsurlarınn korreksiyaedici təlim və tərbiyəsi ümumi
təlim nəzəriyyəsinə uyğun təĢkil edir. Müasir pedaqogikada adətən
aĢağıdakı əsas ddaktik prinsipləri nəzərə alınır:
Fərdilik və kollektivçilik, sistemçilik və ardıcıllıq, Ģüurluluq və
müstəqillik, fəallıq və əyanilik prinsipləri.
Hal-hazırda müxtəlif loqopedik metodların olması (nitq
normalarının pozulmasından asılı olan, uĢağın yaĢ müxtəlifliyi,
loqopedik iĢi təĢkil etmə Ģəraiti və s.) kəkələyən uĢaqların təlim
82
korreksiyasının əsas nəzəriyyəsinin iĢlənib hazırlanmasını tələb edir. Bu
mənada təlimin ümumi nəzəriyyəsi ilə xüsusi loqopedik metodların
qarĢılıqlı əlaqəsi Ģərtsizdir. Onlar didaktikanın ümumi əsaslarına istinad
edilərək istifadə olunur. Ümumi təlim nəzəriyyəsi ilə xüsusi
metodikaların nəticələrindən ümumiləĢdirmə materialı kimi istifadə
edir.
Beləliklə də, əsas didaktik qanunauyğunluqlar və prinsipləri
hansını ki, nitq fəaliyyəti pozulmuĢ uĢaqlara Ģamil olunur -əsas hesab
olar. Bu əsasların dərindən öyrənilməsi kəkələyən uĢaqlarla korreksiya-
pedaqoji iĢin bütövlükdə və ya xüsusi formalarda uğurlu olmasına
gətirib çıxarır.
Dostları ilə paylaş: |