86
təfsilatı ilə danıĢılır, öz fəaliyyətləri ilə bağlı sual və cavabları, öz
arzuları və s. haqqında məlumatları dinlənilir. Gördüyünüz kimi.
N.A.Çevelevanın metodikası «UĢaq bağçalarında uĢaqların təlim və
tərbiəsi proqramı»nın bir hissəsinə əsaslanan əl əməyi fəaliyyət
prosesində nitq çalıĢmalarını çətinləĢdirilməsinə, rus tədqiqatçılarından
S.A.Mirovanın məktəbəqədər yaĢ dövründə kəkələyən uĢaqların
loqopedik iĢini uĢaq bağçalarının hazırlıq, orta və böyük yaĢ qruplarında
istifadə edilən proqramına əsasən sistemləĢdirilmiĢdir. Bu proqramlara
əsasən aĢağıdakı hissələri məktəbəqədər yaĢ dövründə kəkələmənin
aradan qaldırılması prosesində istifadə edirlər: «Ətraf aləmlə tanıĢlıq»,
«Nitq inkiĢafı», «Sadə yazı təsəvvürlərin inkiĢafı» və «Rəsm, yapma,
applikasiya və konstruksiyalaĢdırma». Bu metodun müəllifi loqoped
qarĢısında dörd mərhələdə yerinə yetirməli proqram və korreksiya
vəzifələri qoyur. O, bu mərhələləri kvartal adlandıraraq korreksiya
iĢində ardıcıl mürəkkəbləĢdirilməni irəli sürürdü.
Birinci kvartalda təlim prosesində sadə, situativ nitqin bütün
məĢğələlərində istifadə vərdiĢləri uĢaqlara aĢılanır. Bu mərhələdə xüsusi
yeri lüğət ehtiyatına artırılması, lüğətin geniĢlənməsi, söz mənasının
dəqiqləĢdirilməsi, passiv lüğət ehtiyatının fəallaĢdırılması tutur.
Loqopedin öz nitqinə də xüsusi tələblər qoyulur: suallar konkret olur.
Nitq müxtəlif variantlı qısa və dəqiq ibarələrdən ibarət olmalı, nitqin
sürəti aramlı və əyani vasitələrlə zəngin olmalıdır. Ġkinci kvartalın
korreksiya vəzifləri uĢaqda situativ nitqdən istifadənin tədricən sadə
konkret nitqə keçməsi vərdiĢlərinin möhkəmləndirilməsi və loqopedin
sualları əsasında və onsuz nəql edilməsindən ibarətdir. Bu mərhələdə
əsas yeri ibarə üzərində iĢ tutur: sadə geniĢ cümlələr, cümlələrin
qurulması, onların qrammatik cəhətdən tərtibatı, tabeli mürəkkəb
cümlələrin quruluĢu, hekayələrin tərtibi və s.
Bu zaman proqram materialının öyrənmə ardıcılığı dəyiĢdirilir.
Əgər birinci kvartalda uĢaqlar bütün məĢğələlərdə əyani bir predmetlə
tanıĢ olurdusa, ikinci kvartalda isə əĢyalar təkrar edilməyib, əĢyalar
mövzuların ümumiliyi və təyinatı əlamətinə görə yaxın olmasına görə
seçilirlər. Üçüncü kvartalda korreksiya iĢi zamanı əvvəllər formalaĢmıĢ
nitqdən istifadə və müstəqil kontekst nitqə yiyələnmə vərdiĢlərinin
möhkəmləndirilməsi həyata keçirilir. Bu mərhələdə əsas yeri
hekayələrin tərtib edilməsi üzərində iĢ tutur: əyani vasitələrə istinad
etməklə, loqopedin sualları əsasında, müstəqil hekayələrin tərtibi və s.
Qeyd etmək lazımdır ki, üçüncü kvartalda təlimin birinci
mərhələsi üçün xarakterik olan proqramın asta, ləng öyrənilməsinin
87
lazımlığı itir və məĢğələlər kütləvi uĢaq bağçası səviyyəsinə
yaxınlaĢdırılır.
Dördüncü kvartalda korreksiya iĢi müxtəlif mürəkkəb müstəqil
nitqdən istifadə vərdiĢlərinin möhkəmləndirilməsinə yönəldilir. Bu
mərhələdə əsas yeri yaradıcı nəqletmə üzərində iĢ tutur. Bununla yanaĢı,
lüğətin zənginləĢdirilməsi cümlələrin təkmilləĢdirilməsi üzərində iĢ
davam edir. UĢaqlar nitqlərin loqopedin suallarına və öz təsəvvürlərinə
istinad edərək, nəticələr çıxarır, fikir söyləyirlər. Əyani material demək
olar ki, heç dəyiĢdirilmir. Loqopedin sualları gələcəkdə, uĢaqlar
tərəfindən irəli sürülmüĢ iĢ prosesinə aid tərtib edilir. Korreksiyaedici
təlim təqdim edilən süjetin məntiqi ardıcıllığının gözlənilməsinə, əlavə
izah, dəqiqləĢdirmə aparmaq bacarığının inkiĢafına yönəldilir. Ġstər
N.A.Çevelevanın, istərsə də S.A.Mironovanın metodiaları kəkələyən
uĢaqların tədricən sərbəst nitq vərdiĢlərinə (sadə situativ nitqdən
kontekst nitqə) yiyələnməsi üzərində qurulmuĢdur. Lakin bu
metodikalar arasında fərq ondan ibarətdir ki, N.A.Çeveleva bunu
uĢaqlarda əl əməyi fəaliyyəti prosesində, S.A.Mironova isə uĢaq bağçası
proqramının ayrı-ayrı hissələrinin keçirilməsində nəzərdə tutur.
Kəkələyən uĢaqlarda korreksiya və tərbiyə məsələlərinin bir-birinin
əvəz etməsinin vacibliyi prinsipinin özü loqopedik təcrübədə düzgün və
gərəklidir. Digər metodika V.Ġ.Seliverstov tərəfindən iĢlənilib
hazırlanmıĢdır. Onun metodikası daha çox uĢaqlarda tibbi müəssisələrdə
(ambulator və stasionar) loqopedik iĢin aparılmasına istiqamətlənmiĢ və
bu zaman müxtəlif loqopedik priyomların iĢlənməsi və modifikasiya
nəzərdə tutulmuĢdur.
Müəllifə görə, loqopedik iĢ həmiĢə yaradıcı olmalıdır, çünki
kəkələmənin aradan qaldırılması hər bir uĢağa müxtəlif yanaĢma
priyomu tələb edir.
V.Ġ.Selivestov tərəfindən irəli sürülmüĢ uĢaqlarla loqopedik
məĢğələlərin ardıcıl mürəkkəbləĢdirilməsi sxemi 3 mərhələdə həyata
keçirilir: hazırlıq, məĢqedici və möhkəmləndirici.
Bu prosesdə nitq çalıĢmaları bir tərəfdən müstəqil nitqin
səviyyəsi, onun hazırlığı, ucalığı, ritmik olması və quruluĢundan asılı
olaraq mürəkkəbləĢdirilir. Digər tərəf-dən isə nitq sitiuasiyalarının
müxtəlif mürəkkəbliyindən, sosial mühit və Ģəraitdən, uĢağın
ünsiyyətinin baĢ verdiyi anın fəaliyyət növlərindən asılıdır. Sərbəst nitq
səviyyəsindən və kəkələmənin hər bir konkret səviyyədə
xüsusiyyətlərindən asılı olaraq nitq çalıĢmalarının vəzifə və formaları
88
uĢaq qrupları ilə loqopedik iĢ Ģəraiti də ayrı-ayrı uĢaqlar üçün
müəyyənləĢdirilir.
Loqopedik məĢğələlərin məcburi Ģərtlərindən biri bu məĢğələlərin
«UĢaq bağçalarında təlim-tərbiyə proqra-mı»nın bütün hissələri ilə
əlaqəli olmasıdır. Bundan əlavə məktəbəqədər yaĢlı uĢağın əsas
fəaliyyət növü olan oyun bu məĢğələlərdə geniĢ istifadə edilməlidir,
yəni korreksiya-tərbiyə iĢi oyun üzərində qurulmalıdır. Məktəbəqədər
yaĢlı kəkələyən uĢaqlarla loqopedik iĢ zamanı digər metoddan da
istifadə etmək olar. Bu Q.A.Volkovanın differensiyalı psixoloji,
pedaqoji metodudur. 2-7 yaĢlı kəkələyən uĢaqlarla kompleks iĢ sistemi
bir neçə hissədən ibarətdir: 1) Oyun fəaliyyətinin metodikası (oyun
sistemi): 2) loqoritmik məĢğələlər; 3) tərbiyə məĢğələləri; 4) uĢaqların
mikrososial mühitinə təsir;
Loqopedik məĢğələlərin xüsusi məzmununu təĢkil edən oyunlar
sistemi özündə bir neçə növü birləĢdirir. Bunlar didaktik, nəğməli
oyunlar,
mütəhərrik oyunlar, Ģer və ya mətn parçalarının
dramlaĢdırılması oyunu, stolüstü oyunlar, barmaqların oyunu, loqopedin
təklifi və uĢaqların özlərindən uydurduğu oyunlar. UĢaqlarla məĢğələ
zamanı birinci növbədə oyun fəaliyyətinin prinsipi realizə edilir.
Göstərilən metodikaya uyğun aĢağıdakı mərhələlər fərqləndirilir:
müayinə, uĢaqların nitqinin azaldılması, birgə əks-sədalı tələffüz, sual-
cavab, müxtəlif sitiuasiyalarda uĢaqların müstəqil ünsiyyət mərhələsi.
Hər bir yuxarıda göstərilən mərhələ uĢaq bağçasının proqramı
materialını nəzərə almaqla (gediĢin ardıcıllığının dəyiĢməsi ilə) təĢkil
edilir və korreksiyaedici, inkiĢafetdirici və tərbiyəedici məqsədlərin
həyata keçməsinə yönəldilir. Beləliklə, məĢğələlər öz süjeti ətrafında elə
qurulur ki, onun bütün hissələri (mərhələləri) proqramın məzmununa
uyğun gəlsin.
Nəzərdən keçirdiyimiz metodikalar 2 yaĢdan 4 yaĢa və 4 yaĢdan 7
yaĢa qədər kəkələyən uĢaqlar üçün fərqlidir. Birinci halda korreksiya
məsələlərindən çox, uĢaqların inkiĢafı və tərbiyəsi vəzifələri yerinə
yetirilir. Bu yaĢda loqopedik iĢ profilaktika xarakteri daĢıyır.
4-7 yaĢlı kəkələyən uĢaqlarla aparılan loqopedik iĢ zamanı
loqopedik təsir korreksiya istiqaməti qavranaraq əsas, aparıcı məna
daĢıyır. Çünki fərdi inkiĢaf prosesində Ģəxsiyyət xüsusiyyətlərinin
formalaĢması kəkələyənlərin nitq fəaliyyətinin xarakterinə təsir edir və
qüsurun strukturunu müəyyənləĢdirir.
Oyun fəaliyyət metodikası Ģəxsiyyətin tərbiyəsinə yönəldiyindən,
onun əsasını qüsurun aradan qaldırılması təĢkil edir. Kəkələyən
Dostları ilə paylaş: |