91
inkiĢafın ilk mərhələlərində onu əhatə edən yaĢlıların düzgün olmayan,
naqis nitqi bu prosesə mənfi təsir göstərəcək, böyüklərin nitqini
yamsılayan uĢaqda da həmin qüsurlar özünü göstərəcəkdir. Buna görə
də uĢağın ətrafında olan yaĢlıların nitqi düzgün, dəqiq, rəvan və
tələsiməyən olmalıdır. YaĢlıların düzgün nitqi uĢaqda da rəvan, səlis
nitqin yaranmasına səbəb olacaqdır. Kəkələmə yuxarıda göstərilən kimi
yamsımalam nəticəsində də yarana bilər. Kəkələyən yaĢlılar,
yeniyetmələr və həmyaĢıdları ilə ünsiyyətə girən uĢaq sonra öz
danıĢığında həmin qüsurlara imkan açır. Buna görə də körpəni belə
əlaqələrdən qorumaq lazımdır. Məlumdur ki, nitqin normal inkiĢafı üçün
sağlam sinir sisteminin fəaliyyət göstərməsi çox vacibdir. Məktəbəqədər
yaĢlı uĢaqlarda sinir sistemi hələ çox zəif, böyük yükləməyə tab
gətirməyən, inkiĢaf mərhələsində olur.
Buna görə də uĢağın dünyaya gəldiyi ilk günlərdən onu mənfi
amillərin təsirindən qorumaq, onu psixi və fiziki, zədələnmələrdən,
qəzəb və sevincin çılğın hallarından, əsəbi, narahat uĢaqların arasında
olmaqdan qorumaq lazımdır. uĢaqların nitqinə mənfi təsir göstərən
amillərdən biri də ailədə pis Ģəraitin olmasıdır. YaĢlılar arasında dava-
dalaĢ və konfliktlərin olması, tez-tez uĢağın döyülməsi, onlar tərəfindən
hədsiz cəzalandırılması, qorxudulması və s. kəkələmənin yaramasına
səbəb olur.
UĢağın nitqini həddən artıq yükləmək, onun yaĢ imkanlarına
uyğun gəlməyən, vaxtından əvvəl inkiĢafına çalıĢmaq olmaz. Yadda
saxlamaq lazımdır ki, kiçik məktəbəqədər yaĢ dövründə uĢağın
imkanları məhduddur: onda hələ tələffüz kifayət qədər inkiĢaf etməmiĢ,
lüğət ehtiyatı çox kasad, dilin qrammatik vasitələri kifayət qədər
mənimsənilməmiĢ olur. Bəzən böyüklər körpələri həcmcə çox böyük və
tələffüzcə çətin mənasını anlamadıqları mətn və Ģerləri əzbər öyrətməyə
vadar edirlər.
Yadda saxlamaq lazımdır ki, uĢaqda danıĢıq səslərinin düzgün
tələffüzü yalnız dörd yaĢından sonra, onda artikulyasiya aparatı inkiĢaf
və möhkəmləndikdən sonra baĢlayır. Bu müddətə qədər isə uĢağı çətin
söz və ifadələri, mənasına və səslənməsinə görə çətin nitq materialını
öyrənməyə məcbur etmək olmaz. Əks halda nitq aparatının kifayət
qədər inkiĢaf etməməsi ilə həddindən artıq nitq yükü arasında
uyğunsuzluq meydana çıxır. Bundan əlavə bütün bunlar uĢağın kövrək
sinir sistemi yükləndirilib, onun nitq imkanlarını zəiflədir, nitq
mexanizmlərini yorur və çox vaxt kəkələnmənin yaranmasına gətirib
çıxarır.
92
Göstərdiklərimizdən əlavə, bəzən yaĢlıların uĢağın nitqinə
loqopedsizliyi, onunla çox az ünsiyyətə girməsi də nitqin düzgün
olmayan inkiĢafına səbəb olur. Öz uĢaqlarına nağıl danıĢmayan, Ģer
oxumayan, onlara danıĢmağa sövq etməyən valideynlər bilməlidirlər ki,
bu onların uĢağına mənfi təsir göstərir. Çünki bu zaman uĢağın idrakı
bacarığı nitq imkanlarını üstələdiyindən onlar öz fikirlərini ifadə etmək
üçün kifayət qələr söz tapa bilmir, qrammatik cəhətdən əlaqəli, düzgün
tərtib edilmiĢ nitq formalarından istifadə edə bilmirlər. Bunun nəticəsi
kimi, uĢağın danıĢığında uzun fasilələr (lazımi söz və ifadəni tapmaq
üçün) dayanmalar müĢahidə olunur, sonralar bu vəziyyətin kəkələməni
törədə biləcəyi ehtimalı vardır.
Kəkələmənin profilaktikasından danıĢarkən bunu da qeyd etmək
lazımdır ki, uĢaqları güclü təəssüratlardan da qorumaq lazımdır.
məktəbəqədər yaĢlı uĢaqlarda güclü təəssürat onlarda emosional
gərginlik yaradır. Çox təəssüf olsun ki, valideyn, nənə və babaların
bəziləri körpə uĢaqları kino, teatr və sirkə aparır, uzun müddət televizora
baxmağa icazə verirlər. Sözarası demək lazımdır ki, məktəbəqədər yaĢlı
uĢağın kino-teatra getməsi heç məsləhət görülmür. Birinci ona görə ki,
bu yaĢ üçün xüsusi kino-filmlər demək olar ki, heç yoxdur. Ġkincisi
saatyarımlıq seans uĢaq üçün çox yorucudur. Kino-teatr, sirk və
tamaĢalara baxandan sonra uĢaq özünü sual verməkdən, danıĢmaqdan
güclə saxlayır, uzun müddət gördüklərinin təsiri altında qalırlar. Onda
danıĢıq zamanı tələsiklik, dili dolaĢma və fasilələr özünü göstərməyə
baĢlaya, nəticədə kəkələmənin yaranması üçün zəmin hazırlanır.
Yuxarıda deyilənlərdən belə çıxmalıdır ki, uĢağa tamaĢalara, sirkə
baxmaq qadağan edilməlidir. Lakin bu elə ehtiyatla edilməlidir ki,
uĢağın psixikasına, onun sinir sisteminə mənfi təsir göstərməsin. Bəzən
uĢaqlarda kəkələmə qorxu hissinin nəticəsində yaranır. Lakin yaĢlılar
uĢaqlardakı narahatlığın, təlaĢın səbəblərini öyrənə bilmir və ya gizli
keçirilən bu hissələri vaxtında görə bilmirlər. UĢağa kömək etmək üçün
qaranlıqdan qorxması, otaqda tək qalmaq istəməməsi diqqətdən kənar
qalmamalıdır. Qorxunun yaranma səbəblərini araĢdırdıqdan sonra onu
aradan qaldırmağa çalıĢmaq lazımdır. Məsələn, uĢağa axĢamlar qorxulu
nağıllar, hekayələr danıĢmaq, o, yatmayana qədər iĢığı söndürməmək və
s. Ona baĢa salmaq lazımdır ki, qorxulu, sirli görünən əĢyalar həqiqətdə
qorxulu deyillər. Valideynlər ehtiyat və qayğı ilə uĢağın qorxu hissindən
azad etməyə çalıĢmalıdırlar. Əgər uĢaq otağa tək girməkdən qorxursa,
valideyn onunla birgə otağa girməli, künc-bucağı, mebelin arxası,
çarpayının altına baxılmalıdır.
93
Əgər uĢaq it və ya piĢikdən qorxursa yaĢlı adamlar onunla birliklə
heyvana yaxınlaĢmalı, onları əldən yemləməli və s. etməlidirlər.
Kəkələmənin qarĢıçını almaq məqsədi ilə solaxay uĢaqlara da
xüsusi diqqət yetirmək lazımdır. Bəzən solaxay uĢaqları zorla sağ əllə
iĢləməyə məcbur etdikdə onlarda kəkələməyə meyl yaranır.
Əgər solaxay uĢaqda kəkələməyə meyl varsa, əsəbi gərginlik,
sürətli nitq, nitq anında səslərin yersiz təkrarı, nəfəsalmadan danıĢmaq
əlamətləri özünü göstərirsə onu təzədən öyrətmək mümkün deyildir.
Əgər uĢaqda nitq düzgün inkiĢaf edirsə və onda sinir sisteminin zəifliyi
müĢahidə edilmirsə uĢaqların təlimə cəlb edilməsi çox erkən
baĢlanmalıdır.
Dostları ilə paylaş: |