101
Yazı qüsurları daha dəqiq müayinə etmək üçün ən sadə
tapĢırıqlardan istifadə etmək olar. Bunlardan ən əlveriĢlisi kəsmə
əlifbadan istifadə etməklə söz tərtibidir.
Bundan baĢqa, Ģəkil üzrə sözlərin yazılmasından da istifadə etmək
olur. UĢağa ona tanıĢ olan əĢyaların təsviri olan Ģəkillər təqdim edilir və
həmin adları yazmaq tələb olunur.
ġəkillər üzrə cümlə qurmaq da yazı qüsurlarını aĢkara çıxarmaq
üçün çox əlveriĢli vasitələrdən biridir. UĢaqlarda süjetli və ya Ģəkil
seriyası verib onların məzmununa uyğun cümlə qurmağı təklif edirlər.
EĢitmə imlalar fasitəsi ilə Ģagirdlərin yazı nöqsanlarını, yazı
vərdiĢlərinin vəziyyətini tədqiq etmək mümkündür.
Göstərmək lazımdır ki, imla üçün elə mətnlər seçilib
götürülməlidir ki, onlarda səslənməsinə, artikulyasına yaxın və ya oxĢar
səslərdən ibarət sözlər iĢtirak etsin. Bundan əlavə, uĢaqların müayinəsi
üçün təklif edilən imlalar ana dili üzrə məktəb proqramının bütün
tələblərinə cavab verməli, onların yaĢ xüsusiyyətlərinə uyğun olmalıdır.
Yazı vərdiĢlərinin müayinəsində müstəqil yazı iĢlərinin xüsusi
rolu vardır. Bu imla yazısında aĢkara çıxarılmayan qüsurları
(aqromatizm, lüğət ehtiyatının kasadlığı, söz və Ģəkilçilərin düzgün
iĢlənməsi və s.) belə üzə çıxarmağa loqopedə imkan verir. Bundan əlavə
müstəqil yazı iĢləri ümumilikdə uĢağın yazılı nitqə necə yiyələnməsini
də əks etdirir. Müstəqil yazı vərdiĢlərinin yoxlanması zamanı Ģagirdə
süjetli Ģəkli təfsilatı ilə təsvir etməyə və ya Ģəkil seriyası üzrə yazılı
hekayə yazmağı tapĢırırlar. ġagirdə eyni zamanda gördüyü hadisə və ya
1 gündə baĢ verənlər – bayram, kino-filmə baxıĢ, kitab barədə yazı
yazmağı tapĢırmaq olar.
Yazı vərdiĢlərini müayinə etdikdə loqoped uĢağın özünün yazısına
münasibətini də nəzərə almalıdır: UĢaq düzmü yazır, səhvlərini baĢa
düĢüb islah edirmi, ya da ki, buraxdığı səhvləri heç görmür?
Yazını yoxlarkən loqoped hökmən spesifik səhvlərə diqqət
yetirməlidir. Spesifik, disqrafik səhvlərə aĢağıdakılar aiddir:
1.Spesifik fonetik əvəzlənmələr.
Bu səhvlər zərif akustik-artikulyasiya əlamətlərinə görə fərqlənən
bu və ya digər qruplara aid olan səslərin kifayət qədər differensiasiya
edilməsindən irəli gəlir.
2.Sözün heca tərkibinin pozulması.
Buraya o səhvlər aid edilir ki, onlar kifayət qədər səs təhlinin
ardıcıllığının bilməsinin nəticəsi kimi meydana çıxır.
3.Qrammatik səhvlər.
102
Bu
səhvlər
yazılı
nitqin
qrammatik
cəhətdən
hələ
formalaĢmadığını göstərir. Onlara aiddir: hal Ģəkilçilərinin köməkçi
sözlərin buraxılması və ya yerində iĢlənməməsi, sözlər arasında idarə və
uzlaĢma əlaqəsinin pozulması.
Göstərilən spesifik səhvlər uĢaqlarda disqrafiyanı müəyyən
etməyə imkan verir. Belə ki, onlar disqrafiyanın diaqnozunu təyin
edirlər.
Deyilənlərdən əlavə disqrafiyanı müĢayiət edən səhvlər də vardır.
Bunlar orfoqrfik və qrafik səhvlərdir.
1.Orfoqrafik səhvlər.
Disqrafiyalı uĢaqların yazı iĢlərindəki səhvlər çoxdur. Bu səhvlər
əsasən qalın və incə saitlərin, kar və cingiltili samitlərin, Ģəkilçilərin
yazılıĢında özünü göstərir.
2.Qrafik səhvlər.
Ġbtidai sinfin birinci və bəzən isə yuxarı sinif Ģagirdlərində qrafik
səhvlər özünü göstərir.
Bu səhvlər bu və ya digər hərfin qrafik cəhətdən oxĢarlığı
(məsələn: i əvəzinə s, yaxud əksinə: l əvəzinə m, yaxud əksinə: m
əvəzinə l və s) və qrafik əlamətlərinə görə yaxın hərflərinə yazılıĢında
özünü göstərir. (məsələn: b əvəzinə d və əksinə, t əvəzinə Ģ və s)
Disleksiyanın aĢkara çıxarılması üçün müasir loqopediyada
müxtəlif üsul və metodlardan istifadə edirlər.
Oxu vərdiĢlərinin müayinəsi zamanı əsasən xüsusi, mütləq kəsmə
əlifba ilə tərtib olunmuĢ mətnlərdən istifadə edirlər. Belə nitq materialı
müəyyən tələblərə cavab verməlidir.
1.Mətnin məzmunu uĢaq üçün anlamlı, onun bilik səviyyəsinə
uyğun tərtib olunmalıdır;
2.Mətndə daha çox bir-birinə əks olan hərf və heca olmalıdır.
3.Həcmcə bu mətnlər çox da böyük olmamalıdır;
4.Əvvəlki istifadə olunmuĢ, tanıĢ mətnlər xaric edilməlidir.
Demək lazımdır ki, oxunun müayinəsi üçün müxtəlif üsullardan
istifadə etmək olar. Bu yanaĢma uĢaqlarda oxu qüsurlarını daha dəqiq
aĢkarlamağa imkan verir.
1.Ayrı-ayrı hərflərin oxunması.
Loqoped uĢağa kəsmə əlifbadakı hərfi göstərir, o, isə hansı hərf
olduğunu deyir. Sonra loqoped uĢaqdan həmin hərfi digər hərflərin
arasından seçib kənara qoyulmasını tələb edir. Hərflərin tapılmasını elə
təĢkil etmək lazımdır ki, onlar bir-birinə əks olsunlar. Məsələn: s-Ģ, c-ç,
z-j, r-l, q-k, və i.
103
2.Hecaların oxunması.
Bir-birinə əks olan fonemlərin olduğunu hecaların oxunmasını
uĢağa tapĢırırlar (sa-Ģa, za-ja, ra-la), sonra isə əks hecaların oxunmasını
(as-aĢ, aj-az, ar-a) və s. tələb edirlər. Bu zaman loqoped uĢaqların həmin
səslərin düzgün tələffüz edilməsinə diqqət yetirir. Əgər uĢaq bu səsləri
düzgün tələffüz edə bilmirsə,mütləq həmin səslər korreksiya edilməli,
sonra hecalarda möhkəmlənməlidir. Loqoped həmçinin uĢağın səsləri
fərqləndirmək bacarığına da xüsusi diqqət yetirməlidir.
3.Sözlərin oxunması.
Sözlərin oxunması üsulu ilə də oxu qüsurlarını aĢkara çıxarmaq
olar. Belə ki, əvvəl uĢağa sadə sözlərin oxunmasını (ata, ana, baba, ot,
at), sonra isə bir qədər mürəkkəb, yəni heca və morfoloji quruluĢuna
görə zəngin sözləri (güzgü, çarpayı, ayaqqabı, qəsəbə, dəftər və s.)
oxumağı tapĢırmaqla qüsuru müəyyən etmək olar.
4.Xüsusi seçilmiş mətinlərdən ayrı-ayrı cümlələrin oxunması.
Bu üsul uĢağın oxu vərdiĢlərini müəyyən etməklə yanaĢı həm də
onun oxuduğunu necə qavramağını da yoxlayır. Bunun üçün uĢağa
oxunmuĢ cümləyə dair Ģəkil seçməyi ondan tələb edirlər və ya oxunmuĢ
mətnə aid suallara cavab verməsini tapĢırırlar.
Bu üsulu həyata keçirən zaman loqoped uĢağın mətni hərflərlə və
ya hecalayaraq oxunmasına diqqət yetirməlidir.
Qeyd etmək lazımdır ki, disqrafiyada olduğu kimi disleksyada da
spesifik səhvlər vardır. Bunlar hərf, heca buraxma və ya yerdəyiĢmə,
aqrammatizm və hecaların təhrif edilməsidir. Lakin disqrafiyada bu
qüsurlar özünü yazıda, disleksiyada isə oxu zamanı büruzə verir.
Oxu və yazı qüsurlarını aĢkara çıxartdıqdan sonra mütləq onları
təhlil edərək digərlərindən ayrılmalıdırlar. Bundan sonra uĢaqda ümumi
nitq inkiĢafının vəziyyəti: səs tələffüzü, fonematik qavraması müayinə
edilməlidir. Göstərilənlərdən əlavə uĢağın lüğət ehtiyatı və dilin
qrammatik quruluĢunun formalaĢma səviyyəsi də yoxlanılmalıdır.
Bütün bunlar hər bir konkret vəziyyətdə disqrafiya və
disleksiyanın bir qüsuru kimi həmin uĢaqda mövcudluğunu və ya
təsadüf olduğunu dəqiqləĢdirir.
Dostları ilə paylaş: |