107
3.Adlarındakı hecaların sayına görə Ģəkilləri götürüb iki sıraya
düzmək.
4.ġəkildəki adlardan ilk hecanın ayırıb yazmaq. Hecanı sözdə,
cümlədə iĢlətmək. Alınan söz və cümləni oxumaq. Məsələn: «maĢın»,
«alma», «yaĢıl», «vasaq». Bu sözlərdəki ilk hecaları seçib cümlə
qurulur: «Malikin altı yaĢı var».
5.Nizamsız hecalardan sözlər qurmaq.
6.Müəyyən sayda hecalardan təĢkil olunmuĢ sözləri cümlələrdən
seçmək.
IV.Fonematik təhlil və tərkibin inkiĢafı.
«Fonematik təhlil» termini altında səs. Təhlilinin həm adı, həm də
mürəkkəb formaları baĢa düĢülür. Elementar, adi formada söz fonunda
səsin ayrılması aid edilir. Bu forma məktəbəqədər yaĢlı uĢaqlarda
birdən, birbaĢa meydana çıxır. Mürəkkəb formada isə sözdən birinci və
axırıncı səsin ayrılması və bu səslərin yerinin müəyyən edilməsii
(əvvəldə, ortada, axırda) nəzərdə tutulur. Burada sözlərin içində səslərin
ardıcıllığının, onların kəmiyyətinin və digər səslərə nisbətdə yerinin
müəyyənləĢdirilməsi mürəkkəb prosesdir. Səs təhlilinin bu forması
yalnız xüsusi təlim prosesi keçdikdən sonra formalaĢmağa baĢlayır.
Fonematik təhlil və tərkib prosesinin inkiĢafı zamanı mütləq səsin
təhlili bu formalarda ontogenezdə ardıcıl formalaĢmasının nəzərə
alınmasını gözləmək lazımdır.
Bunun üçün yaxĢı olar ki, sözün ilk saitlərini ayırmağı uĢağa təklif
edilsin (ata, Ģəkil, iynə). Sonra isə novlu, daha sonra partlayan samitlərin
təcrid olunması tələb edilsin.
Fonematik təhlil və tərkibinin mürəkkəb formasında uĢağın əqli
imkanları nəzərə alınar və bu aĢağıdakı Ģəkildə yerinə yetirilir:
I.Mərhələ-yardımçı vasitə və hərəkətlərə əsaslanması.
II.mərhələ-nitq
zamanı
səs
təhlilinin
fəaliyyətinin
formalaĢdırılması.
III.Mərhələ-əqli imkanlar fonunda fonematik təhlil fəaliyyətinin
formalaĢdırılması.
IV.Aqrammatik disleksiya və disqrafiyanın aradan qaldırılması.
Aqrammatik disleksiya və disqrafiyanın aradan qaldırılmasında
əsas vəzifə uĢaqda morfoloji və sintaktik ümumiləĢdirmə sözün
morfoloji elementləri və cümlənin quruluĢu haqqında təsəvvürləri
formalaĢdırmaqdır. Bu iĢ üçün əsas istiqamət: cümlə quruluĢunun
dəqiqləĢdirilməsi. SözdəyiĢdirici və sözdüzəldici funksiyaların inkiĢafı,
108
söz tərkibinin, eləcə də eyni köklü sözlərin morfoloji təhlili üzərində
aparılan iĢdir.
Dilin morfoloji sisteminin mənimsədilməsi cümlə quruluĢuna
yiyələnməklə sıx əlaqədə həyata keçirilir.
Cümlə üzərində aparılan iĢ zamanı onun quruluĢ mürəkkəbliyi.
Antogenezdə onun müxtəlif tiplərinin özünü göstərmə ardıcıllığı nəzərə
alınır. Cümlə üzərində iĢ aĢağıdakı ardıcıllıqla aparılır:
1.Cingiltili cümlələr (tərkbində adlıq halda olan isim və III Ģəxs,
indiki zamanda olan fel: «UĢaq gəldi»).
2.Müxtəlif cür cüttərkibli cümlələr.
3.3-4 sözdən ibarət olan geniĢ cümlələr (isim, fel, tamamlıq-UĢaq
almanı yedi).
Göstərmək lazımdır ki, cümlə üzərində iĢ apararkən sxem və
videoqramlardan istifadə etmək məsləhətdir.
Bu,
uĢaqlarda əqli fəaliyyəti sürətləndirər və əĢyaları
stimullaĢdırıraq onlar arasındakı münasibəti eyni Ģəkildə dərk etdirir.
Məsələn, «uĢaq almanı yedi cümləsi üç elementdən «uĢaq qırmızı
almanı yedi» cümləsi isə dörd elementdən ibarətdir. Bu cümlələri sxem
Ģəklində verdikdən sonra
O
O
UĢaqlardan bu sxemə oxĢar cümlələr qurmağı tələb etmək olar.
SözdəyiĢdirici və sözdüzəldici formaların möhkəm-ləndirilməsi
üçün əvvəlcə sözdə, sonra söz birləĢmələrində, cümlə, mətnlərdə, iĢ
aparmaq lazımdır.
VI.Optik disleksiya və disqrafiyanın aradan qaldırılması. Bu iĢ
aĢağıdakı istiqamətlərdə aparılır:
1.Görmə qavramasının inkiĢafı, görmə qnozesin-rəng, forma və
həcminin tapılması;
2.Görmə yaddaĢının dəqiqliyinin və həcminin geniĢləndirilməsi;
3.Məkanı təsəvvürlərin formalaĢması;
4.Görmə və təhlil və tərkib proseslərinin inkiĢafı.
ƏĢyanı görmə qnozesinin inkiĢafı üçün göstərilən tapĢırıqlar
üzərində iĢ məsləhət görülür. ƏĢyanın kontur təsvirini vermək, kontur
təsvirləri müqayisə etmək, onları fərqləndirmək, əĢya konturlarını bir-
birinin üstünə qoymaq və s.
109
Bu mərhələdən sonra hərflərin tanınması (hərf qnozisi) üçün belə
tapĢırıqlardan istifadə etmək, hərfi çap və əl yazısı ilə yazmaq, hərfin
adını demək, yazmaq, hərfin konturlarını çəkmək, çatıĢmayan
elementləri əlavə etmək, düzgün olmayan hərfi göstərmək və s.
Optik disleksiya və disqrafiyanı islah etmək üçün loqoped
uĢaqlarda forma, rəng, həcm, haqqında təsəvvürlərin dəqiqləĢdirilməsi
üzərində iĢ aparır. Loqoped rənginə, formasına və həcminə görə
fiqurları (oval, dairə, kvadrat, üçbucaqlı, dördbucaĢdı, romb, yarım dairə
və s.) Ģagirdə göstərib eyni rəngli, eyni həcmli və formalı fiquru tapmağı
təklif edir.
Sonra həmin fiqurlara oxĢar əĢyaları deməyi tapĢırır (dairə-qarpız,
oval-yemiĢ, üçbucaq-evin damı və s.) Bundan əlavə, bu məqsədlə
aĢağıdakı oyunlardan da istifadə etmək olar:
1.«Nə yoxdur?» oyunu. Bu oyun zamanı stolun üstünə müxtəlif
fiqurlar (oyuncaqlar, Ģəkillər) qoyulur və uĢağa bunları diqqətlə baxıb
yadında saxlamağı tapĢırırlar. Sonra bu əĢyalardan biri gizlincə
götürülür və uĢaqdan hansı əĢyanın çatmadığı soruĢulur.
2.UĢaqlar 4-6 Ģəkli yadda saxlayır, sonra onları digərlərinin
içərisindən tapıb götürür.
3.Hərf, rəqəm və ya fiqurlardan bir neçəsi yadda çaxlanılır, sonra
isə digərləri arasından seçilir.
4. «Nə dəyiĢdi?» oyunu. Bu oyun zamanı loqoped əvvəlcə (4-6
Ģəkildən ibarət) ardıcıl süjetli Ģəkil seriyasını uĢaqlara göstərir, sonra isə
bu ardıcıllığı gizlicə pozur. UĢaqlar isə bu ardıcıllığı bərpa etdikdən
sonra nəyin dəyiĢdiyini söyləyirlər.
5.Ġlkin ardıcıllıqla hərf, fiqur və rəqəmləri düzmək oyunu.
Optik disleksiya və disqrafiyanın islahı zamanı mütləq uĢaqlarda
məkani təsəvvürləri və bu təsəvvürlərin nitqdə yerini inkiĢaf etdirmək
lazımdır. Bunun üçün aĢağıdakıları nəzərə almaq lazımdır: məkani
təsəvvürlərin formalaĢma ardıcıllığını və xüsusiyyətini; məkan
təsəvvürlərin ontogenezinin: qnozis və praksiz proseslərinin optik
məkanı strukturunun psixologiyasını; disleksiyalı uĢaqlarda bu
funksiyaların vəziyyətini bilmək.
Məkani bələdləĢmə bir-biri ilə çox sıx bağlı olan iki növ
istiqaməti: öz bədənində istiqaməti və ətraf məkandakı istiqamət
birləĢdirir.
Sağ və solun birləĢdirilməsi əvvəlcə birinci siqnal sistemində
baĢlayır, sonra isə ikinci siqnal sistemi ilə artan qarĢılıqlı əlaqədə daha
Dostları ilə paylaş: |