Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

 
113 
Disleksiyanı yaradan üzvü zədələnmələrin oxu prosesində iĢtirak 
edən baĢ beynin müəyyən sahələrindəki qüsurların nəticəsidir. Məsələn, 
bu, afaziya, alaliya və dizartriya zamanı müĢahidə olunur.  
Funksional  səbəblər  dedikdə  daxili  (uzunmüddətli  xəstəliklər)  və 
xarici (ətrafdakıların düzgün olmayan nitqi ikidillilik, böyüklərin uĢağın 
nitqinə  laqeyd  münasibəti,  nitq  ünsiyyətinin  azlığı)  oxu  prosesində 
iĢtirak  edən  psixi  funksiyaların  formalaĢmasını  ləngitmək  nəzərdə 
tutulur.  
Beləliklə,  disleksiyanın  mənĢəyini  həm  genetikada  (erkən) 
ekzogen  faktorlar  (hamiləlik,  doğum  patalogiyası,  disfunksiya,  uĢaq 
infeksiya xəstəlikləri kəllə xəsarətləri) təĢkil edir.  
Oxunun  pozulması  beynin  minimal  disfunksiyası  olan  uĢaqlarda, 
psixi inkiĢafdan geri qalanlarda, Ģifahi nitqin ağır qüsurlarında, serebral 
ifliclərdə,  eĢitmə  təsadüf  edilir.  Göstərmək  lazımdır  ki,  disleksiya 
nopmada  oxu  prosesini  həyata  keçirən  psixi  funksiyaların    (görmə  ilə 
təhlil və tərkib, məkanı təsəvvürlər, fonematik qavrama, fonematik təhlil 
və  tərkib,  nitqin  leksik-qrammatik  qürülüĢünün  inkiĢafsızlığı) 
formalaĢdırılmamasilə meydana çıxır.  
UĢaqlarda  məkanı  təsəvvürlərin  olmaması,  onların  sağ,  sol  və 
yuxarı  istiqamətləri  müəyyənləĢdirməkdə  çətinliyi  oxunun  pozulmasını 
Ģərtləndirir, bundan əlavə onlarda formalaĢmaması özünü Ģəkil çəkəndə, 
hissələrdən 
tamın 
yığılması, 
verilmiĢ 
formanı 
düzəltmək 
bacarıqsızlığında göstərir.  
Bundan  əlavə  bədənin  sağ  və  sol  tərəflərinin  differensiyasının 
geriliyi,  gecikmiĢ  lateralizasiya  və  yaxud  qarıĢıq  dominantlıq,  onun 
pozulması  da  müĢahidə  edilir.  Göstərmək  laxımdır  ki,  solaxaylıqla 
disleksiya  arasında  münasibət  birbaĢa  deyil,  dolayısı  ilə  mürəkkəb 
Ģəkildə  olur.  Bir  çox  hallarda,  xüsusilə  solaxayların  və  ya  qarıĢıq 
dominantların  təlimi  zamanı  uĢaqlar  da  məkanı  təsəvvürlərin 
formalaĢmasının spesifik çətinlikləri sağ və sol tərəflərin qarıĢdırılması 
müĢahidə edilir. Göstərmək lazımdır ki, solaxaylıqla disleksiya arasında 
münasibət birbaĢa deyil, dolayısı ilə mürəkkəb Ģəkildə olur. Məlumdur 
ki,  uĢaqlarda  sağ  və  solun  fərqləndirilməsi  normada  altı  yaĢlarında 
formalaĢır.  Məkanı  təsəvvürləri  kifayət  qədər  formalaĢması  sonralar 
uĢağın hərfləri qavramasına və fərqləndirilməsinə zəmin  yaradır. Qeyd 
etmək  lazımdır  ki,  oxu  qüsurları  olan  uĢaqlarda  səs  tələffüzü 
pozğunluqları  lüğət  ehtiyatının  azlığı  sözlərin  istifadə  edilməsində 
qeyri-dəqiqlik  kimi  çatıĢmamazlıqlar  da  müĢahidə  edilir.  Belə  uĢaqlar 
öz  nitqlərini  səhv  tərtib edir,  mürəkkəb  ifadələrdən  istifadə  etmir,  qısa 


 
114 
müxtəsər cümlələrlə məhdudlaĢırlar. Onlarda əlaqəli nitq pozulmalarına 
da tez-tez rast gəlinir.  
Rus  tədqiqatçısı  R.E.Levinanın  fikrinə  görə  oxu  Ģifahi  nitqin 
pozulmasının əsasını fonematik sistemin formalaĢmaması təĢkil edir.  
Nitqin  fonetika-fonematik  tərəfinin  inkiĢafı  zamanı  oxuya 
yiyələnməyin  ilkin  mərhələsində  uĢağın  nitq  təsəv-vürlərinin  və 
ümumiləĢdirilmələrinin qeyri-dəqiqliyi, da-vamsızlığı müĢahidə olunur. 
Bu  isə  öz  növbəsində  sözün  səsli  təhlilinə  yiyələnməni  çətinləĢdirir. 
Hərflərin  bəzilərinin  mənimsənilməməsi  onların  qrafik-cəhətdən 
cızılmasının  zəif  qavranılması  ilə  bağlı  olmayıb,  bu  səslərin 
ümumiləĢdirilməsinin formalaĢmasından asılıdır.  
Düzgün  tələffüz  edilən  və  dəqiq  qavranılan  səs  asan  da  hərflə 
əlaqələndirilir.  Əgər  uĢaq  eĢitmə  ilə  səsləri  pis  fərqləndirirsə,  onların 
təhrif  tələffüz  edərsə  və  yaxud  baĢqa  səslərlə  əvəz  edərsə  onda  həmin 
səsin  ümummiləĢdirilmiĢ  təsəvvürü  qeyri-dəqiq  olur,  hərfin 
qavranılması  isə  çətinləĢir.  Bu  vəziyyətdə  hərfin  mənimsənilməsi 
fonematik qavramanın kifayət qədər inkiĢaf etməməsi ilə əlaqədardır.  
Belə  uĢaqlarda  daha  çox  çətinlik  səslərin  birləĢib  heca  təĢkil 
etməsində baĢ verir. Səlis, qovuĢuq oxunun mənimsənilməsi üçün uĢaq 
hərfi  yalnız  müəyyən  səslə  əlaqələndirməli,  onu  digərlərindən 
fərqləndirməlidir. Bundan əlavə, o həmin səsin ümumiləĢmiĢ səslənməsi 
barədə də təsəvvürlərə malik olmalıdır.  
Səsləri hecalara birləĢdirmək hər Ģeydən əvvəl onları Ģifahi nitqdə 
olduğu  kimi  tələffüz  etmək  deməkdir.  Əgər  uĢaqda  sözün  səs  hərf 
tərkibi 
haqqında 
dəqiq 
təsəvvürlər 
yoxdursa, 
bu 
zaman 
ümumiləĢdirilmiĢ səs-heca surətlərinin formalaĢması çətinləĢir.  
Demək  lazımdır  ki,  oxu  pozqunluqları  nitqin  leksik-qrammatik 
inkiĢafı ilə əlaqədardır. Belə ki, oxu zamanı bu və ya digər sözün əvəz 
olunması  yalnız  onların  fonetik  oxĢarlığına  düzgün  tələffüz 
edilməməsinə,  sözdəki  ayrı-ayrı  səslərin  fərqləndirilməməsi  ilə  bağlı 
olmayıb həmçinin cümlədə sintaktik əlaqələrin qurulma çətinliyi ilə də 
Ģərtlənir.  Bu  cür  hallarda  uĢaqlarda  morfoloji  təhlil  aparmaq  bacarığı 
olmur, ya da müəyyən dərəcədə çətinliklərlə bağlı həyata keçirilir. Məs: 
Ana  xörəyi  biĢirir-cümləsinin  oxunması  zamanı  normal  uĢaq  xörək 
sözünü oxuduqdan sonra biĢirir sözünün ondan sonra gələcəyini tez baĢa 
düĢür. Yəni oxu prosesində normal uĢaq gələn sonrakı sözün həm məna, 
həm  də  qrammatik  forması  barədə  xəbərdar  olur.  Belə,  əvvəlcədən 
mənanın  baĢa  düĢülməsi  uĢaqda  artıq  formalaĢmıĢ  dil  qanunlarına,  dili 
hiss  etməyə  söykənir.  Əgər  uĢaqda  dilin  leksik-qrammatik  quruluĢu 


 
115 
pozulmuĢsa,  onda  o  bu təsəvvürlərə  malik  ola  bilməyəndir.  Bu  onunla 
bağlıdır ki, kifayət qədər dərk olunmayaraq aqrammatizmlə nəticələnir. 
Qrammatik  ümumiləĢdirmənin  lazımi  qədər  inkiĢaf  etməməsi  və  lüğət 
ehtiyatının kasadlığı oxunulanın çətin dərk olunmasına gətirib çıxarır.  
Beləlklə  də,  disleksiya  mexanizmləri  arasında  fonematik 
qavramanı  (fonematik  diferensasiyası)  fonematik  təhlil  və  tərkib 
proseslərini,  dilin  leksik-qrammatik  quruluĢunun  formalaĢmamasını 
göstərmək olar. Disleksiya əsas dil ümumiləĢdirilmələrinin (fonematik, 
morfoloji və sintaktik) inkiĢafdan qalması nəticəsində meydana çıxır.  
Bu  mənada  disleksiya  oxu  proseslərində  müxtəlif  əməliyyatların 
pozulması  kimi  araĢdırıla  bilər.  Görmə  ilə  qavrama  və  hərflərin 
fərqləndirilməsi,  fonemlərin  seçilməsi,  səslərin  hecalarda  birləĢməsi, 
hecaların  sözlərdə  sintezi,  cümlələrdə  sözlərin  iĢlənməsi,  sözlərin 
mənalarına  görə  fərqləndirilməsi  proseslərinin  pozulması  oxu 
qüsurlarını yaradan səbəblərdəndir.  
Demək  lazımdır  ki,  disleksiyanın  yuxarıda  göstərilən 
mexanizmlərindən  baĢqa  aĢağıda  qeyd  olunan  mexanizmləri 
mövcuddur:  
1.Sensomotor  əməliyyatların  formalaĢmaması  (hərf-lərin  görmə 
məkanı təhlilinin və onların sözlərdə qovuĢması). 
2.Dil  əməliyyatlarının-mətndəki  səslərlə,  hecalarla,  söz  və 
cümlələrlə formalaĢmaması (fonematik, morfoloji, sintaktik səviyyə). 
3.Semantik əməliyyatların pozulması (məna ilə nisbətdə).  
Disleksiyanın  növlərinə  gəlincə,  demək  lazımdır  ki,  bu  barədə 
fikirlər  müxtəlifdir.  Müxtəlif  ölçülərdən  çıxıĢ  edən  tədqiqatçılar  (oxu 
pozulmalarının  meydana  çıxması  və  özünü  göstərmə  səviyyəsi  oxu 
prosesində iĢtirak edən analizatorların fəaliyyətlərinin pozulması, bu və 
ya  digər  psixi  funksiyaların  pozulması,  oxu  prosesində  əməliyyatların 
hesaba alınması və s.) disleksiyanın növlərini müxtəlif cür göstərirlər.  
Oxu  pozulmalarının  baĢ  verməsinə  görə  iki  növü:  meteral 
(həfrlərin  qavranılmasının  çətinliyi  və  ya  bacarıqsızlığı)  və  verbal 
(sözlərin oxunmasının çətinliyi) vardır.  
R.Bekker  oxu  pozulmalarının  bir  neçə  növünün  olduğunu  qeyd 
edir:  anadangəlmə  sözlü  korluq,  disleksiya,  bradileksiya,  leqasteniya, 
anadangəlmə 
oxumazəifliyi. 
O.A.Tokareva 
oxu 
qüsurlarını 
analizatorların  birincili  pozulmalarına  görə  (eĢitmə,  görmə  və  hərəkət) 
təsnif  edir  və  akustik,  optik  və  motor  disleksiya  növlərinin  olduğunu 
göstərir.  Tədqiqatçıların  fikrinə  görə  disleksiyanın  daha  çox  yayılmıĢ 
növü  akustik  çatıĢmamazlıqla  bağlıolan  eĢitmə  qavramasının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə