104
İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNDƏ OXU VƏ YAZI
QÜSURLARININ KORREKSİYASININ
ƏSAS İSTİQAMƏTLƏRİ
Qeyd etmək lazımdır ki, ibtidai sinif Ģagirdlərindən oxu və yazı
qüsurlarının özünü göstərmə mexanizmi demək olar ki, eyni olduğu
üçün onların aradan qaldırılması üçün istifadə edilən metodlar,
korreksiya-loqopedik iĢdə də çoxlu ümumi cəhətlər vardır.
Bunlara ayrı-ayrılıqda nəzər salaq:
1.Fonematik
disleksiya,
artikulyar-akustik
disqrafiya
və
fonemlərin tanılmasının pozulması əsasında baĢ verən disqrafiya
qüsurlarının aradan qaldırılması üçün fonematik qavramanın inkiĢaf
etdirilməsi.
Bu, əsasən səslərin fərqləndirilməsinin dəqiqləĢdiril-məsi və
möhkəmləndirilməsi üçün aparılan xüsusi loqopedik iĢdir və o müxtəlif
analizatorlardan: nitq-eĢitmə, nitq-hərəkət, görmə və s. istifadə etməklə,
onlarla əlaqəni təĢkil edir.
EĢitmə-tələffüz differensiasiyanın təkmilləĢdirilməsi üzərində
aparılan iĢ o zaman daha yaxĢı nəticə verər ki, bu fonematik təhlil və
tərkib proseslərinin inkiĢafı ilə sıx əlaqəli Ģəkildə həyata keçirilir.
Loqopedik iĢ zamanı ibtidai sinif Ģagirdlərinə səslərin
fərqləndirilməsi üzrə aparılan iĢlə yanaĢı, həm də fonematik təhlil və
tərkib proseslərinin formalaĢması və inkiĢafına aid çalıĢmalar da təĢkil
edilməlidir.
ġagirdlərin tez-tez qarıĢdırdığı səslərin fərqləndirilməsi üzrə təĢkil
edilən loqopedikk iĢ 2 mərhələdə aparılır:
a) hər bir qarıĢdırılan səs üzrə aparılan iĢin ilkin mərhələsi;
b) qarıĢdırılan səslərin eĢitmə və tələffüzlə fərqləndirmə
mərhələsi.
Birinci mərhələdə qarıĢdırılan hər bir səsin ardıcıl olaraq tələffüz
və eĢitmə surətləri dəqiqləĢdirilir. Bu iĢ göstərilən planla aparılır:
1.Görmə,
eĢitmə, taktil qavramasına əsaslanaraq səsin
artikulyasiya və səslənməsinin dəqiqləĢdirilməsi;
2.Səsin heca fonunda seçilməsi;
3.Səsin sözdə varlığının və yerinin (əvvəldə, ortada, sonda)
müəyyənləĢdirilməsi;
4.Cümlə və mətnlərdən onun seçilməsi.
II mərhələdə qarıĢdırılan səslər tələffüz və eĢidilmə əsasında
müqayisə edilir. Səslərin differensiasiyası hər bir səsin eĢidilmə tələffüz
105
xüsusiyyətlərinin dəqiqləĢdjirilməsi üzrə aparılan iĢdəki ardıcıllıqla
aparılır. Amma burada əsas məqsəd həmin səslərin fərqləndirilməsi
olduğundan istifadə edilən nitq materialı qarıĢdırılan səslərdən ibarət
olan sözlərdən təĢkil edilir.
Disleksiya və disqrafiyanı uĢaqlarda islah etmək üçün hər bir səs
iĢ prosesində müəyyən hərflə əlaqələndirilir. Disqrafiyanın korreksiyası
zamanı səslərin differensiyasını möhkəmlətmək üçün yazılı
çalıĢmalardan daha çox istifadə edilir. Artikulyator-akustik
disqrafiyanın aradan qaldırılması səs tələffüzünün korreksiyası ilə birgə
təĢkil edilir.
ĠĢin ilk mərhələlərində yazı yazarkən sözləri təkrar deməyi
qabaqcadan etmək məsləhət görülür. Çünki yazarkən sözlərin öz-özünə
tələffüzü səhvlərə gətirib çıxara bilər.
II Dilin təhlil və tərkib proseslərinin pozulmasına əsaslanan
fonematik disleksiya və disqrafiyanın aradan qaldırılması zamanı dilin
təhlil və tərkibini inkiĢaf etdirmək.
Cümlədə sözlərin sayını, ardıcıllığını və yerini müəyyənləĢdirmək
bacarığını, aĢağıdakı tapĢırıqları yerinə yetirməklə uĢaqlarda
formalaĢdırmaq olar:
1.Süjetli Ģəkil əsasında cümlə qurmaq və həmin cümlələrdə
sözlərin sayını müəyyənləĢdirmək.
2.Müəyyən sayda sözü olan cümlələr qurmaq.
3.Sözlərin sayını artırmaqla cümləni geniĢləndirmək.
4.VerilmiĢ cümlənin qrafik sxemini tərtib etmək və ona uyğun
cümlə qurmaq.
5.Cümlədə sözün yerini (verilmiĢ sözün neçənci olması)
müəyyənləĢdirmək.
6.Müəyyən sayda sözü olan cümləni mətindən seçmək.
7.VerilmiĢ cümlədə sözlərin sayına uyğun rəqəmləri göstərmək.
III.Hecanın təhlil və tərkib prosesinin inkiĢafı.
Kiçik yaĢlı məktəblilərə hecanın analizi və sintezinin inkiĢafı üzrə
iĢ apararkən əvvəlcə yardımçı priyomlardan istifadə etmək, sonra isə
bunu ucadan tələffüz edilən nitq, nəhayət, daxili planda eĢitmə-tələffüz
təsəvvürləri əsasında təĢkil olunmuĢ iĢ kimi aparmaq lazımdır.
Məktəblilərdə hecanın təhlili və tərkibi proseslərinin inkiĢafı üçün
aparılan loqopedik məĢğələlərdə sözlərin hecaları əl salmaq,
döyəcləmək və onların sayını göstərmək kimi yardımçı vasitələrdən
istifadə edilir.
106
Bu zaman sözlərdə sait səsləri ayırmaq bacarığı, heca bölgüsünü
aparmaq qaydaları mənimsənilir. Sait səsləri ayıra bilmək bacarığı
sözlərdə hecaları müəyyənləĢdirməyə oxu və yazı səhvlərini aradan
qaldırmağa imkan yaradır.
Sait səslərə görə sözlərin heca tərkibini müəyyən etmək bacarığını
formalaĢdırmaq üçün sait və samit səslərin fərqləndirilməsi və nitqdə
saitlərin ayrılması üzrə ilk öncə hazırlıq iĢi aparılmalıdır. Bunun üçün
uĢaqlara sait və samit səslər, onların fərqli cəhətləri haqqında müəyyən
biliklər verilməlidir. Bu məqsədlə loqoped belə bir üsuldan istifadə edə
bilər. Loqoped bu və ya digər səsi (tələffüz edir, uĢaqlar isə əgər bu səs
saitdirsə qırmızı, samitdirsə göy bayraqcıq qaldırırlar.
Sonra heca və sözlərdən sait səsin ayrılması üzrə iĢ aparılır.
Bunun üçün əvvəlcə birhecalı sözlərdən (gəl, ot, tut, su, saz, Ģar və s.)
istifadə olunur. UĢaqlar bu nitq materialından sait səsin yerini
müəyyənləĢdirir və yerindən asılı olaraq sait səslərin yerinə yazıda
(əlbəttə, ortada və sonda) dairə iĢarəsi yazılır. Bu məqsədlə sözün qrafik
sxemindən istifadə edirlər:
____________ ____________ ___________
0 , 0 , 0
Sonra isə iki və üç hecalı sözlər üzərində həmin əməliyyat
aparılır. Ġbtidai sinif Ģagirdlərində oxu və yazı qüsurlarını aradan
qaldırmaq üçün aĢağıdakı çalıĢmalardan istifadə etmək olar:
1.Sözlərdən sait səsləri seçmək. Bu zaman yazılıĢı və deyiliĢi eyni
olan sözlərdən istifadə etmək lazımdır.
2.VerilmiĢ sözün yalnız sait səslərini yazmaq (bina- 0 0,
pomidor- 0 0 0).
3.Sözlərdən sait səsləri seçib, onlara uyğun hərfləri göstərmək.
4.Sait səslərin birləĢməsinə uyğun Ģəkillərin düzülməsi. Məsələn,
uĢağa ikihecalı sözə uyğun Ģəkillər verilir: «paltar», «çörək», «stəkan»,
«heyva», «alma», «orden» və s. Sonra həmin sözlərin aĢağıdakı sxemi
yazılır:
A A, O Ə, E A və s.
Sözün heca təhlilinin və tərkibinin möhkəmləndirilməsi üçün isə
aĢağıdakı tapĢırıqlar təklif edilir:
1.Sözü hecalarla təkrar etmək. Hecaların sayını demək.
2.VerilmiĢ sözlərdə hecaların sayını müəyyənləĢdirmək və sayına
uyğun rəqəm göstərmək.
Dostları ilə paylaş: |