Afaq Yusifli İshaqlı
348
Qızın vüqarı, gözəlliyi kralın qəlbini ovlamış, hətta kral onun
qarşısında şlyapasını çıxarıb baş əyməyə də fürsət tapmışdır.
Kral gördüyü qızı Don Aryasa belə təqdim edir.
O qara saçlını unutdun amma?
Vüqarla durmuşdu öz eyvanında.
Hamıdan vüqarlı, hamıdan gözəl...
Onu görən kimi qaldım məəttəl...
Nurlu Avropadan o işıqlıydı,
İşıqlı gündüzdən yaraşıqlıydı.
O qara paltarda göründü mənə,
Göylərin ilahi gözəlliyiylə.
Yanqır, təcrübəli kral kimi gözü ancaq gözəl qadınlar
axtaran Don Aryas Don Sançonun kim haqqında danışdığını
o saat başa düşür. Söhbətin Estrelya Taberadan getdiyini
anlayır. Don Aryas Sevilya ulduzu ləqəbi ilə tanınan
Estrelyadan, onun qardaşı Busto Taberadan, qardaşının onu
ərə vermək istəməsindən krala söhbət açır.
Kral necə olursa-olsun Esrtelyanı ələ keçirmək, onun
sevgisindən kam almaq arzusunda olduğunu bildirir, Don
Aryasdan tədbir, hiylə soruşur. Elə həmin gecə Estrelyanı
görmək istəyini bildirir. Don Aryasın məsləhəti ilə Kral
Busto Taberanı özünə yaxınlaşdırmaq, ona mərhəmət
göstərmək və bu yolla onun bacısını ələ keçirmək qərarına
gəlir.
Kral Bustonu ələ keçirmək, öz hörməti ilə onu gözü
kölgəli etmək üçün hər şeyə hazırdır. O, dövlət işlərindən öz
sevgi ehtiraslarını təmin etmək üçün istifadəyə çalışır. Ölmüş
sərkərdənin yerinə Don Qonsalo, Fernando Peres Medina
kimi əsl namizədlər olduğu halda, o bu vəzifəni zorla
Bustoya tapşırır. Busto kralın gözlənilməz mərhəməti,
lütfkarlığı qarşısında narahat olur, həyəcanlanır, şübhələnir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
349
Layiq olduğumdan artıqsa fəqət,
Mənə gərək deyil, nə şan, nə şöhrət.
deyərək kralın göstərdiyi etimaddan qaçmağa, can qur-
tarmağa çalışır. O, kralın çirkin planlarından bixəbər ol-
masına baxmayaraq onun lütfkarlığında qorxulu, təhlükəli
bir nəticə görür, kraldan ancaq ədalət gözlədiyini bildirir.
Bustonun mərd, cəsarətli imtina cəhdlərinə baxmayaraq kral
onu Arqidonaya vali təyin edir. Kral çox incə şəkildə
Bustonun hal-əhvalını, bacısını soruşur, Estrelyaya adaxlını
özü tapacağını, cehiz verəcəyini və hami olacağını söyləyir.
Estrelyanı görmək üçün ölüb əldən gedən kral
məiyyəti ilə birlikdə Busto Taberanın evinə gələndə, onun
evinə keçmək istəyəndə gənc zadəgan bu şübhəli lütfkarlığı
rədd edir, kralı evinə buraxmır. "Əgər sevilyalılar bilsələr ki,
kral bizim evə qonaq gəlmişdir, şəhərdə min cür söz
danışarlar" deyərək onu geri qaytarır. Çirkin namussuz
planlarının üstü açılan, gəlişinin məqsədi açıq şəkildə üzünə
deyilən kral məqsədindən yenə dönmür. Don Aryasın
vasitəsilə qulluqçu Natilda öz xanımına satqın çıxır.
Bustonun gecələr kefdə olduğunu ancaq səhərə yaxın evinə
gəldiyini bildirib kralı gecə Estrelyanın yanına buraxmağa
söz verir. Kral plaşa bürünərək Busto Taberanın evinə daxil
olur. Kral içəri girən kimi Busto da evə qayıdır. Adətinin
əksinə olaraq bu dəfə evə çox tez gəlir. Kralın təkcə, gizlin
onun evinə soxulduğunu görən Tabera dəhşətə gəlir, onun
hərəkətini namussuzluq, rüsvayçılıq adlandırır.
Yox, kral özünün təbəələrini
Bu namussuzluqla ləkələməz, yox...
Söylə, bundan böyük varmı xəyanət?
İspaniyalıların fəxr eylədiyi,
Şanı və şöhrəti çox parlaq olan
Kralın adından danışaraq sən –
Afaq Yusifli İshaqlı
350
Rüsvayçı, həyasız işlər görürsən!
1
Busto kralı tanıyır. Onun çirkin, namussuz iş
tutduğunu kobud ifadələrlə üzünə deyib evdən qovur.
Kral hamisidir rəiyyətin,
Qoruyur o, xalqın pak namusunu.
sözləri xüsusilə diqqəti cəlb edir. Lope de Veqanın təsvir
etdiyi kral bu prinsipin tamamilə əksinə hərəkət edən bir
adamdır. O, xalqını qorumalı olduğu halda, ona ləkə vuran,
ləkə vurmağa çalışan bir adamdır. Əslində onun xalq namusu
ilə oynamaqdan başqa bir işi yoxdur. Busto kralı tanısa da,
özünü tanımazlığa vurub onun çirkin simasını açıb göstərir,
onu ifşa edir. Bu sözlərin kəskinliyinə dözə bilməyən kral
onunla qılınclaşmaq qərarına gəlir, hay-küy düşəndə tanına-
cağını görüb qaçır.
Busto tərəfindən özünü təhqir edilmiş sayan kral indi
yeni bir cinayət haqqında düşünür. O, Bustodan intiqam
almaq, onu məhv etmək üçün yollar arayır. Aşkar şəkildə
onu öldürməkdən, xalqın narazılığına səbəb olmaqdan
ehtiyat etdiyi üçün yeni çirkin bir üsula əl atır. Saray
əyanlarının məsləhəti ilə onu öldürmək başqa bir adama
həvalə edilir. Don Aryasın məsləhəti ilə bu iş Bustonun
dostu, Estrelyanın sevgilisi Don Sançonun boynuna qoyulur.
Burada Don Sançonun öz taleyi də, namusu da təhlükə
altında qoyulur. Don Sançonun kral yolunda ölümə belə
hazır olduğunu, onun özünün tanrısı saydığını, hər əmrinə
hazır olduğunu söylədiyini görən kral onunla çox incə, hiy-
ləgər bir danışıq aparır. Guya onu təhqir edən bir nəfəri
aradan götürmək lazım olduğunu deyib gəncdən söz alır, əhd
1
Лопе де Вега. Пйесляр, Азярняшр, Бакы, 1974. с.46, 47
/тяръ. Т.Тялятиндир/
Dostları ilə paylaş: |