100
gələn həyat şəraitinin məcmusu, yaşayış mədəniyyəti.
Bu izahı tam və dolğun hesab etmək olmaz. Çünki, birinci
bənddəki insanların istehsalatda və mədəni həyatda əldə etdiyi
nailiyyətlərin, uğurların (maliyyə, təsərrüfat və s.) hamısını mə-
dəniyyətə daxil etmək olmaz. 3-cü bənddə isə taftalogiya özünü
göstərir: «mədəni adamın tələblərinə uyğun gələn ifadəsi də
taftalogiya olub sözün mənasını dolğun əks etdirmir.
Azərbaycan dilində mədəniyyət sözünün bir termin kimi
işlənməsi tarixi çox da qədim deyil. Sovet hakimiyyətinin ilk
onilliklərində bu söz ərəb mənşəli olduğu üçün onu―Kultura‖ sö-
zü ilə əvəz etmişdilər. Bu söz latın mənşəli olub cultura sö-
zündəndir. Mənası – Vozdelitvanie, tərbiyə, təhsil, inkişaf, hör-
mət deməkdi. İnsanın mədəni səviyyəsinin və həyatının
inkişafınəticəsində mədəniyyətin çoxçeşidli sahələri yaranmışdır.
Məsələn:
1.Dövrlə bağlı: Antik mədəniyyət
2. Millətlə bağlı: Ərəb mədəniyyəti
3. Məkanla bağlı: Kənd mədəniyyəti, şəhər mədəniyyəti, Av-
ropa mədəniyyəti.
Qeyd etmək lazımdır ki, mədəniyyət insan faaliyyəti ilə bağlı
olduğu üçün konkret yerin – məkanın mədəniyyəti anlayışı şərti
formada başa düşülür. Məsələn, Avropa mədəniyyəti dedikdə bu-
rada yaşayan xalqların mədəniyyəti başa düşülür, yoxsa yerin
mədəniyyəti olmaz. Eyni sözləri Fransa mədəniyyəti, Iran mə-
dəniyyəti və s. haqqda demək olar.
:
4. İnsanın həyat və fəaliyyətinin müxtəlif sahələri ilə bağlı
müəllim mədəniyyəti, tələbə mədəniyyəti, oxuma mədəniyyəti,
səhnə mədəniyyəti, sürücü mədəniyyəti, satıcı-ticarət mədəniy-
yəti və s.
Bunlardan biri də ―insanın atributu‖ olan danışıq mədəniy-
yətidir. Danışıqsız; insanı təsəvvür etmək olmaz. Insan ünsiyyət
sözündəndir. Əgər lalların əl-hərəkət (doktilo) vasitəsini istisna
101
etsək, insanı danışıqsız təsəvvür etmək olmaz. Hər bir insan
cəmiyyətin əsl mənada üzvü olmaq üçün nitqə malik olmalıdı.
Tələbə və müəllimlərin içərisində, qurultay iştirakçıları, depu-
tatlar, böyük və kiçik toplantıların iştirakçıları arasında bircə
nəfər də olsun lal adama rast gəlmək olmaz
.
Çünki burada da-
nışmaq lazımdır. İnsan kiçik yaşlarından danışıq vərdişləri əldə
etdiyi zamandan ömrünün sonuna qədər öz danışığını təkmil-
ləşdirir. Çünki insan təkcə öz dilinin quruluşunu bilməklə kifa-
yətlənməməlidir. Bunu ən kobud, mədəniyyətsiz adamlar da bilir.
Eyni zamanda insan danışığı dili – xüsusilə, ana dilinin
incəliklərini bilməli, fıkrini gözəl ifadə edə bilməlidir. Burada
M.R.Lvovun bir müqayisəsini xatırlatmaq yerinə düşərdi. O
yazır: ―Bədən tərbiyəsi haqlı olaraq, orta və ali məktəblərdə la-
zımlı bir fənn kimi qəbul edilir və ona milyardlarla pul xərclənir,
ancaq nitq mədəniyyəti qrammatikanın hüdudsuz sahəsinin
pərsəng daşı kimi dilçiliyə aid edilir. Dilçilikdə bu məsələ ikinci
dərəcəli bir iş hesab edilir. Əslində isə belə olmamalıdır. Qəti
şəkildə inanmaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyəti-
nin, nitq gözəlliyi insan gözəlliyinin, nitqin təsirliliyi insan
nüfuzunun (avtoritetinin) tərkib hissəsidir. Bu səbəbdən də nitq
mədəniyyəti dil normaları məcmusu kimi yalnız qrammatika təd-
ris olunan yerlərdə deyil, mühəndislərə, hüquqşünaslara, aviator-
lara, həkimlərə də tədris edilməlidir. Onların da öz sahələrində
mədəni danışığı təmin edilməlidir. Hər bir adam nitqində özünü
təqdim edir. Əgər öz bəlağətli nitqi ilə özünü təqdim edə bil-
mirsə, nə müəllimin, nə baş nazirin sözünə qulaq asmaz, ona hör-
mət etməzlər. Əksinə, nitqi gözəl olan adam özünə cəmiyyətdə
böyük nüfuz qazandırır. Bu mənada böyük fars şairi Sədinin
sözləri yada düşür:
Ağızdakı dil nədir?
Hünər sahibinin xəzinəsini açan.
Əgər danışmasa, heç kəs bilməz ki,
102
O zərgərdir, ya saqqızsatan.
Burada çoxlu incə mətləblər vardır. Eyni mövzunu müxtəlif
auditoriyada eyni cür şərh etmək olmaz; Eyni mövzıınu müəl-
limlə tələbə eyni cür izah edə bilməz. Yəni bu problem aşağıdakı
məsələləri əhatə edir:
1) Kim danışır?
2) Kimə danışır?
3)Hansı şəraitdə danışır?
4) Nə barədə danışır?
5) Nə məqsədlə, nə səbəbə danışır?
6) Öz fikrini çatdıra bilirmi, onu başa düşürlərmi?
7) Ona auditoriyanın (dinləyicilərin) münasibəti necədir?
8) Onun nitqini arzu edirlərmi?
9) Danışdığı mövzunu yaxşı bilirmi? və s.
Nitq mədəniyyəti bir sıra problemlə vəhdətdə olub, öz
spesifik xüsusiyyətləri ilə onlardan ayrılır. Yəni onları təcrid
etmək mümkün olmadığı kimi, eyniləşdirmək də olmaz. Bu
problemlər aşağıdakılardır: a) Ritorika – bəlağət; b) Üslub və
üslubiyyat; c) Norma.
103
ÜSLUB VƏ ÜSLUBĠYYAT
Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində,
memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliy-
yət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə
malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nis-
bətən daha qədimdir,
Stil termini yunan dilindən latın dilinə keçmiş ―Stilus‖ sö-
zündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı ma-
nerası ―Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq
üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtlən-
dirilir.
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yə-
ni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməx-
sus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf
mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş
olsaq, onun ilkin inkişaf mərhələsində hansıı üslubundan bəhs
etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubun-
dan danışmaq olarmı?
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi
dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviy-
yəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq aka-
demik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr
üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii
üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı
dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə,
poetik üslub – ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki,
onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyin-
də Aristotel insan nitqi və onun fəlsəfiproblemlərindən danı-
şarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub
Dostları ilə paylaş: |