Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

 
113 
istiqamətə  apara  bilər.  Dil  norması,  danışıq  norması,  əxlaq  nor-
ması, davranış norması, hüquq norması, normativ sənəd, normal 
şərait, normal münasibət və s. 
Nitq mədəniyyəti isə o vaxt yüksək səviyyədə ola bilər ki, dil 
strukturunun  bütün  səviyyələrinin  normaları  formalaşmış  olsun. 
Məsələn, fonetik norma, leksik norma, morfoloji norma, sintaktik 
norma  formalaşmamışsa,  ona  ədəbi  dil  demək  olmaz.  Bütün 
səviyyələrdə  dil  vahid  və  ünsürlərinin  yalnız  ən  nümunəvisi 
qəbul edilir ki, bu da həmin sahə üçün norma hesab edilir. 
Məsələn,  Xalq  danışıq  sferasında  norma  sabitləşmiş  olmur. 
Ədəbi  dildə  isə  yalnız  normativ  –  hamının  qəbul  etdiyi  nümu-
nədən  istifadə  edilir.  Bəzən  dildə  bir  neçə  variantın  olması  nor-
mal hesab edilir. Amma dildə gedən inkişaf onlardan birini qəbul 
edir. Natiq yalnız dil normalarına əməl etdikdə, nitqi effektli ola 
bilər.  Fonetik  normadan  kənara  çıxmaq  əsl  natiqi  yüksək  tri-
bunadan aşağı səviyyəyə endirər. Təsəvvür edək ki, bir nəfər ya 
elmi məclisdə, ya böyük bir mitinqdə, ya iclasda mənsub olduğu 
dialektin  ―normaları‖  ilə  danışır.  Onun  necə  qarşılanacağını  tə-
səvvür etmək çətin deyil. 
Biz yeri gəldikcə orfoqrafik qaydalar (normalar), orfoepik – 
normalar,  prosodik  normalar,  morfoloji  və  sintaktik,  habelə  fo-
nosintaktik normalar haqqında geniş bəhs edəcəyik. Ona görə də 
bu haqda müfəssəl məlumata ehtiyac görmürük. Deməli, natiqlik 
sənəti üç cəhətlə bağlıdır: üslubiyyat, norma və ritorik qanunlar. 
 
NĠTQ MƏDƏNĠYYƏTĠ 
MÜSTƏQĠL FƏNN KĠMĠ 
 
Nitq  mədəniyyəti  müstəqil  fənn  kimi  çox  qədim  tarixə  ma-
likdir. Nitq mədəniyyəti – ritorika qədim Yunanıstanda, Romada, 
Ərəbistanda, Çində geniş yayılmışdı (Bu haqda yeri gələndə bəhs 
ediləcək).  Azərbaycanda  isə  nitq  mədəniyyətinin  –  ritorikanın  bu 


 
114 
və ya digər elementi dağınıq halda min ildən bəridir ki, mövcud-
dur. Azərbaycanın şair və mütəfəkkirləri nitqin gözəlliyi, ekspres-
sivliyi, təmizliyi, konkretliyi və s. cəhətləri haqqında çox bəhs et-
mişlər. Lakin bir müstəqil sahə olaraq nitq mədəniyyəti Azərbay-
canda  XX  əsrin  ortalarında  diqqəti  cəlb  etmiş,  Elmlər  Akade-
miyasının  Dilçilik  İnstitutu  nəzdində  nitq  mədəniyyəti  şöbəsi 
açılmış,  80-ci  illərdən  başlayaraq  bəzi  ali  məktəblərdə  tədris  pla-
nına salınmışdır. 1969-cu ildən başlayaraq Azərbaycan dilinə diq-
qət  artdığı  kimi,  nitq  mədəniyyəti  məsələlərinə  də  diqqət  artırıl-
mışdır. Müstəqillik illəri dilimizin, sosial həyatımızın bütün sahə-
lərində işlənməsi ilə, əlamətdar olduğu kimi, dilçiliyimizin də inki-
şafına  gündəlik  dövlət  qayğısının  göstərilmasi  ilə  əlamətdardır. 
Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbay-
can  Respublikası  Prezidentinin  18  iyun  2001-ci  il  tarixli  fərma-
nında  Azərbaycan  dilinin  indiyədək  misli  görünməmiş  səviyyədə 
yüksək  qiymətləndirilməsi  ilə  yanaşı,  onun  demək  olar  ki,  bütün 
problemləri şərh edilir. Eyni zamanda qarşıda duran elmi və təşki-
lati  problemlər  göstərilir.  Orada  deyilir:  ―Çox  qəribə  görünsə  də, 
Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf 
tempi  son  illərdə  aşağı  düşmüşdür  və  bu  sahədə  bir  durğunluq 
müşahidə  olunur.  Azarbaycan  nitq  mədəniyyəti  məsələlərinin 
tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur‖. 
Bu fərman  dilçiliyimizin  bütün  sahələri qarşısında geniş  in-
kişaf  perspektivləri  açdığı  kiıni,  Azərbaycan  nitq  mədəniyyəti 
problemlərinə  yanaşmanı  da  kökündən  yaxşılaşdırmağı  tələb 
edir. Buna görə də bir fənn olaraq nitq mədəniyyəti təhsil siste-
minin  aktual  problemlərindən  biri  olmalıdır.  ADU-da,  Azər-
baycan  Respublikası  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Aka-
demiyasında  və  digər  ali  təhsil  ocaqlarında  Azərbaycan  dili  və 
nitq mədəniyyəti müstəqil fənn kimi tədris edilir.  
Buna  görə  də  Azərbaycan  dilini  tədrisi  zamanı  nitq  mədə-
niyyətinin öyrənilməsinə daha çox əhəmiyyət verilir. 


 
115 
RĠTORĠKA 
 
Ritorika və onun baĢqa elmlərlə əlaqəsi 
 
Çox vaxt ritorika (bəlağətlinitq) ilə nitq mədəniyyətini eyni-
ləşdirmişlər.  Ritorika  yunanca  natiqlik  haqqında  elm  deməkdir, 
geniş  mənada  isə  bədii  nəsr  –  bədii  oxuma  sənəti  mənasında 
işlədilir.  Qədim  Yunan  və  Roma  natiqləri  S.Siseron,  Kvantilian 
ritorikanı  5  hissədən  ibarət  hesab  etmişlər:  materialın  tapılması 
(seçilməsi);  yerləşdirilməsi  (ardıcıllıq);  sözlərlə  ifadəsi  (yüksək 
orta  və  aşağı  üslubda  ifadə  etmək),  habelə  sözlərin  seçilməsi; 
yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.  
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Son-
ralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, məna-
sız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniy-
yəti  isə  başlıca  olaraq  ritorikanı  özündə  əks  edirir.  Başqa  sözlə, 
ritorikasız nitq mədəniyyəti ola bilməz. 
 Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid 
olunmuş şəkildə inkişaf edə bilməz. Bu
.
 bütün təbiət və cəmiyyət 
hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və 
inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam 
sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyət struktur 
sistemindən  çıxmış  olar.  Amma  bu,  o  demək  deyil  ki,  hər  bir 
adam  bütün  insanlarla  əlaqədə  və  münasibətdə  olmalıdır.  İnsan 
yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub, 
cəmiyyətin bütün adamları ilə əlaqə və münasibət qura bilər. 
Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sər-
hədlərini  müəyyən  etdikdən  sonra  başqa  elmlərin  elmi  uğur-
larından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir 
elmin özünə yaxın – uyğun olan elmlərlə əlaqəsi daha möhkəm, 
başqa  elmlərlə  əlaqəsi  isə  nisbətən  zəif  olur.  Ritorika  da  huma-
nitar  elm  sahəsi  olduğu  üçün  ilk  öncə  bu  elmlərlə  əlaqədardır:  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə