Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

 
107 
ÜSLUBĠYYATIN YARANMASI 
VƏ FORMALAġMASI 
Üslubların  özü  kimi  onları  bütöv  halda  öyrənən  üslubiyyat 
haqqında hamının eyni cür, birmənalı şəkildə qəbul edə biləcəyi 
fikir yoxdur. 
Bizi maraqlandıran dilçilikdəki üslub məsələsidir. 
Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları öyrə-
nən  elm  kimi  üslubiyyatı  belə  səciyyələndirir:  «Üslubiyyat  dildə 
ifadəlilik  vasitələrinin  məqsədəuyğun  surətdə  istifadə  edilmə 
qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasi-
tələrinin  sistem  təşkil  etməsi  xüsusiyyətlərinə  görə  formalaşan 
müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir». 
Bu tərifi ideal adlandırmaq mümkün olmasa da, hələlik dillə 
bağlı  üslubiyyata  verilən  ən  mükəmməl  tərifdir.  M.K.Moren  və 
N.N.Teterevinikova isə üslubiyyata belə bir tərif verirlər: «Üslu-
biyyat – ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasi-
tələrinin  seçilməsi  və  işlədilməsi  prinsiplərini  öyrənən  müstəqil 
filoloji elmdir». 
Bu  tərif  də  əsasən,  üslubiyyati  düzgün  səciyyələndirmir. 
Amma üslubiyyatı «müstəqil filoloji elm» kimi qəbul etmək, ona 
dilçilik  və  ədəbiyyatşünaslıq  səviyyəsində  müstəqillik  statusu 
vermək demək olardı. 
Üslubların  tarixi  qədim  olsa  da,  bir  elm  kimi  üslubiyyatın 
tarixi  XX  əsrin  20-ci  illərindən  başlayır.  Üslubiyyatın  bir  elm 
sahəsi  kimi  bünövrəsini  Praqa  funksional  dilçilik  məktəbinin 
banisi  görkəmli  dilçi  Villem  Matezius,  onun  həmkarları  V.Ska-
liçka, F.Travniçek, B.Havranek və başqaları dilin özünü funksio-
nal fəaliyyət prosesində götürürlər. 
―Praqa dilçilik dərnəyinin tezislərində dilin üslubi cəhətlərin-
dən danışılır. Burada ədəbi dil, şeir dili və onların xüsusiyyətlə-
rindən bəhs edilir ki, bu bilgiləri üslubiyyat elminin ilkin qaynaq-
larından hesab etmək olar. 


 
108 
―Funksional  dilçilik  məktəbinə  görə,  insan  fəaliyyətinin 
məhsul  olmaqla  dilin,  eyni  zamanda  məqsəd  istiqaməti  vardır. 
Nitq fəaliyyətinin ünsiyyət vasitəsi kiıni təhlili göstərir ki, danı-
şanın daha aydın nəzərə çarpan məqsədi ifadədir. Odur ki, linq-
vistik  təhlilə  funksional  baxımdan  yanaşmaq  lazımdır.  Bu  ba-
xımdan, dil də hər hansı bir məqsədə xidmət edən ifadə vasitələri 
sistemidir». Praqa funksional dilçiləri əslində üslubla funksional 
dil anlayışlarını eyniləşdirirlər. Onlar ədəbi dilin funksiyaları ilə 
funksional  dillər  (üslublar  –  A.B.)  arasındakı  münasibətləri  aşa-
ğıdakı  kimi  qəbul  edirlər.  Ədəbi  dilin  funksiyaları:  a)  kommu-
nikativ dil ifadəsi,  b)  praktik xüsusi dil ifadəsi, c) nəzəri xüsusi 
dil  vahidləri,  ç)  estetik dil  ifadəsi.; Funksional  dillər:  a)  danışıq, 
b) kargüzarlıq, c) elmi, ç) poetik. 
Dilçiliyin başqa şöbələri kimi, üslubiyyat da öz növbəsində: 
a) nəzəri və təcrübi; b) ümumi və xüsusi; c) təsviri, tarixi və mü-
qayisəli  olaraq  üç  sahəyə  ayrılır.  Bu  sahələri  şərh  etmək  bizim 
məqsədimizə daxil deyil. 
M.Mikayılov da üslubiyyatı maraqlı şəkildə təsnif edir. Onun 
fikrincə,  dilçilik  parametri  ilə  üslubiyyatı  aşağıdakı  qruplara 
ayırmaq  mümkündür:  1)  ümumi  üslubiyyat;  2)xüsusi  üslubiyyat; 
3) dilin üslubiyyatı; 4)nitqin üslubiyyatı və 5) praktik üslubiyyat. 
«Ümumi üslubiyyat – ümumiyyətlə, nitq mədəniyyətidir, bü-
tün və ya əksər dillərə aid olan, universal məsələləri, xüsusi üslu-
biyyat isə bu və ya digər konkret dilin üslubu quruluşunu öyrənir. 
 Dilin  üslubiyyatı  dilin  üslubu  quruluşunu  –  yəni  üslublar 
sistemini  həm  sinxron,  həm  də  diaxron  planda,  nitq  üslubiyyatı 
isə  nitq  üslublarını,  yəni  əsas  janrlar  çərçivəsində  kompozisiya 
sistemini, yaxud ictimai nitqin konstruktiv növlərini öyrənir. 
Praktik üslubiyyat, şəraitindən, məzmun və məqsəddən asılı 
olaraq nitqin müxtəlif imkanlarını, nitqin keyfiyyətini öyrənir. O, 
nitqdə nəyin yaxşı və ya pis olduğunu müəyyən edir. 
Üslubiyyat  bir  termin  kimi  XX  əsrin  I  rübündə  elmə  daxil 


 
109 
olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Keçən əsrin 40-
cı  illərindən  başlayaraq  dilçilikdə  və  ədəbiyyatşünaslıqda  hege-
monluğu ələ alan akademik V.V.Vinoqradov üslubiyyatın müstə-
qil  dil  sahəsi  olduğunu  qətiyyətlə  sübut  etdi.  Alim  haqlı  olaraq 
göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o 
dilçilik  sahəsi  olmalıdır.  Amma  alim  bədii  ədəbiyyatın  üslubiy-
yatı  adı  ilə  xüsusi  üslubiyyat  da  göstərir.  Beləliklə,  V.V.Vinoq-
radov üslubiyyatın 3 növünü göstərirdi: 
1. ―Sistemlər sistemi‖ olan dilin üslubiyyatı. Bunu o, eyni za-
manda  ―struktur  üslubiyyat‖  da  adlandırır.  Struktur  üslubiyyat 
―sistemlər  sistemi‖  kimi  dilin  vahid  daxili  quruluşunu,  sözlərin, 
söz sırasının, sistem şəklində olan müxtəlif xüsusi, fornaların əla-
qələrini, qarşılıqlı təsirini öyrənir, aydınlaşdırır və təsnif edir. Eyni 
zamanda tarixən dəyişkən meylləri, dil üslublarının qarşılıqlı növ-
lərini  –  funksional  üslubları  öyrənir.  Bundan  başqa,  sözlərin,  söz 
birləşmələrinin  semantik  quruluşunda,  leksik  və  qrammatik  sino-
nimlərdə  əks  olunan  incə  məna  fərqlərini  –  ekspressivliyi,  into-
nasiyanın  keyfiyyətini,  sözlərin  cümlədə  öz  yeırinə  görə  işlənmə 
variasiyalarını öyrənmək də dil üslubiyyatının vəzifəsidir. 
2.  Nitq  üslubiyyatı.  Nitq  üslubiyyatı  şifahi  və  yazılı  nitqin 
ictimai cəhətdən şərtlənmiş növlərin, janrlar arasında olan ən incə 
semantik,  ekspressiv  üslubi  fərqləri,  geniş  mənada  nitqin  melo-
diyasını, intonasiyasını və s. öyrənir. 
3.  Bədii  ədəbiyyatın  üslubiyyatı.  Bu  da  bədii  əsərlərin  dilini 
öyrənir.  
Üslublar,  onların  növləri  Azərbaycanda  hələ  qədimdən  bəlli 
idi.
.
 Bu haqda prof. H.Ə.Həsənovun fikri maraqlıdır: «Azərbaycan 
ədəbi (yazılı ədəbi) dilin fəal təşəkkülü prosesinda ikən, ümumən, 
ədəbi  dilin  funksional  üslublar  bölgüsü  mütəfəkkir  yazıçılarımıza 
da  bəlli  idi.  Görkəmli  Azərbaycan  şairi  Ə.Xaqaninin  hələ  800  il 
əvvəl gəlmə ədəbi dil materiallarna əsaslanaraq verdiyi funksional 
üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin formalaşma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə