Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  üçün səciyyəvi deyildir. Məhz elə buna görə də bunlar semantik  dialektizmlərdir.  Ədəbi  dilə  məxsus  olmayan  sabit  ifadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

 
96 
üçün səciyyəvi deyildir. Məhz elə buna görə də bunlar semantik 
dialektizmlərdir.  Ədəbi  dilə  məxsus  olmayan  sabit  ifadə  və 
ibarələr  isə  frazeoloji  dialektizm  adlanır.  Bunlardan  da  bədii 
əsərlərdə geniş istifadə olunur. 
 Hazırda Azərbaycan ədəbi dilindən fərqli olaraq, dialekt və 
şivələrdə çoxlu miqdarda səciyyəvi sözlər vardır; məsələn: cələf-
siz  (arıq),  zağar  (qısa  boy),  salaxana  (avara),  ətmək  (əppək,  çö-
rək),  taytamaq  (axsamaq),  cöyüz  (qoz),  zərdə  (yerkökü),  tüpü 
(qar boranı), şoqqax (qırıq, sınıq); cinqoy (əsəbi) və s. 
 Dialekt  sözləri  bədii  üslub  üçün  yararlı  ifadə  və  təsvir 
vasitələrindən  sayılır.  Buna  baxmayaraq  bədii  əsərin  dilinə  hər 
cür  dialekt  sözünü  gətirmək  olmaz.  Bədii  ədəbiyyatda  həmin 
sözlərdən  başlıca  olaraq,  yerli  kolorit  yaratmaq,  surətin  nitqini 
fərdiləşdirmək, hadisəni real əks etdirmək üçün istifadə olunur. 
 Bu  məqsədlər  üçün  bədii  əsərin  dilində  dialektizmlərin 
işlədilməsi yazıçıdan olduqca böyük sənətkarlıq tələb edir. Çünki 
həddindən artıq dialekt sözü işlətdikdə yazıçının dili qəlizləşir və 
anlaşılmazlıq  yaradır;  bu  isə  əsərin  bədii  effektini  azaldır,  onun 
təsir gücünü zəiflədir. 
Azərbaycan dilinin zəngin dialekt vəşivələri, demək olar ki, 
bütün dövrlərdə söz sənətkarlarının nəzər – diqqətini cəlb etmiş-
dir.  Klassik  şair  və  yazıçılarımız  bu  vasitələrdən  geniş  istifadə 
etmişlər. 
Dildə ifadə etdiyi mənasına görə nisbətən elvarısaya xarak-
terli  olan  söz  qrupu  da  vardır  ki,  bunlar  loru  sözlər  adlanır; 
məsələn: 
Nə deyim, Hacı Cəlalın pulu məndə olaydı, görərdin lələĢin 
nə lələĢdir.  
                                                 (Ə.Haqverdiyev) 
...Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar,  
Mütləq görəcəklər ki, cibişdana zərər var. 
                                           (M.Ə.Sabir) 


 
97 
 Misallardakı  lələĢ,  cibiĢdanaloru  sözlərdir.  Dilizdəki  lə-
limək (yalvarmaq), qanmaq (anlamaq), dartmaq (çəkmək), yol-
lamaq (göndərmək), baldır (qıç) və s. kimi sözlər də saya, yəni 
loru xarakterlidir. 
 Loru  sözlər,  çox  güman  ki,  öz  yerlilik  xüsusiyyətlərini  get-
gedə itirmiş olan dialekt ünsürləridir. Bunu keçid xarakterli bəzi 
sözlərdə görmək olur; məsələn: 
Yaşıl otlar öpər dəqiqədə bir,  
Pənbə tombul lətif ayaqlarını,  
Axışıb ən kiçik sular xəndan,  
Ninni söylər o şux üçün hər an 
                                        (H.Cavid) 
 Bu  misaldakı  tombul  və  ninni  sözləri  artıq  məhdud  dairədə 
mənimsənilmə  çərçivəsindən  çıxıb  bir  çox  dialekt  və  şivələrdə 
eyni mənada işlənməkdədir. 
 Loru sözlə dialekt sözü arasındakı əsas fərq ondan ibarətdir 
ki, birinci qrup sözləri, yəni loru sözləri hamı başa düşür, leksik 
dialektizmlər  isə  ancaq  müəyyən  qrup  yerli  əhali  tərəfindən 
işlədilir. 
 Loru  sözlərdən  də  bədii  əsərlərin  dilində  hadisəni  real  və 
canlı  təsvir  etmək,  surət  nitqini  fərdiləşdirmək  və  s.  məqsədlər 
üçün istifadə olunur. 
 
Vulqar sözlər 
 
 Kobud  və  qeyri-adi  sözlər  vulqarizm,  yaxud  vulqar  sözlər 
adlanır:  məsələn:  veyllənmək  (gəzmək  əvəzinə),  goplamaq  (da-
nışmaq əvəzinə), kaftar, donquldanmaq, dəmdəmə, səksəkə və s. 
 Vulqar  sözlər  öz  mənalarına  görə  iki  qrupa  bölünür:  kobud 
sözlər, söyüş xarakterli sözlər: 
a)Kobud  sözlər.  Bu  qrup  sözlər  anlayışın  az  və  ya  çox 
dərəcədə  kobud  şəkildə  ifadə  olunmasına  xidmət  edir.  Məsələn, 


 
98 
yemək  əvəzinə  tıxmaq,  gumbuldatmaq,  çoxdanıĢan  əvəzinə 
heyvərə sözləri işlədildikdə məna kobud ifadə edilmiş olur. Eyni 
zamanda bunların vasitəsi ilə haqqında danışılan əşya və ya şəxsə 
müraciət  olunan  şəxsə  mənfi  münasibət  bəsləndiyi  bildirilir: 
məsələn; 
 
İndi, ey heyvərə, varınsa hünər,  
Söylə, təbirini bilirsən əgər ?! 
                                 (S.Vurğun) 
 
 Misaldakı  heyvərə  sözü  ilə  müraciət  olunan  şəxsə  qarşı 
təhqiramiz məna, mənfi münasibət ifadə edilmişdir. 
c)
 
Söyüş xarakterli sözlər. Vulqarizmlərdən bu qrup sözlərin 
ifadə etdikləri mənada söyüş çalarlığı mövcud olur; məsələn: 
Görsən tanımazsan yarımsaqqalı,  
Çıxıb əndazədən dövləti, malı. 
Xandəmirov çaldı, çapdı mahalı,  
O, ki var tutub özün keçəl qurumsaq. 
                                  (Q.Zakir) 
 İtil, cəhənnəm ol, nadürüst! Mən səni tanıyıram, sən nə yu-
vanın quşusan.  
                                                   (A.Səhhət).  
 Gəl  bundan  sonra  nanəcibə  yaxşılıq  elə.  Çörəyini  belə 
adama yedirincə, itə tullasan bundan min dəfə yaxşıdır. 
                                                (Ə.Haqverdiyev) 
 Bu  misallardakı  qurumsaq,  nadürüst,  nanəcib  sözləri  öz 
mənalarına görə söyüş xarakterli vulqarizmlərdir. 
 Bədii əsərlərdə vulqar sözlərin əsas üslubi vəzifələri surətin 
nitqini  fərdiləşdirməyə,  onun  daxili  aləmini  açmağa,  mədəni 
keyfiyyətini  müəyyənləşdirməyə  kömək  etməkdən  ibarətdir.  Bu 
qrup  sözlər  də  bədii  üslubda  müəyyən  bədii  zərurət  və  tələb 
əsasında işlənilir. 


 
99 
 Bədii  əsərlərin  dilinə  hər  cür  vulqar  sözü  gətirmək  olmur. 
Çünki  vulqarizmlər  ehtiyatla  işlənilmədikdə  əsərin  bədii  keyfiy-
yətinə  təsir  edir,  onu  zəiflədir.  Ədəbi  janrlardan,  xüsusən  dra-
matik əsərlərin dilində vulqar sözlərin işlənilməsi müsbət hadisə 
deyildir. Belə ki, dram əsərləri kütləvi tamaşa əsəri olduğundan, 
hətta aktyorun ifadə edə bildiyi vulqar sözlər belə tamaşaçıya pis 
təsir  göstərir.  Buna  görə  də  dramaturqlar  bu  qrup  sözlərə  daha 
ehtiyatla və daha məsuliyyətlə yanaşmalı olurlar. 
 Ümumiyyətlə,  həddindən  artıq  şit  və  biədəb  olan  vulqar 
sözlərin ədəbi dildə işlənilməsinə qətiyyən yol verilmir. 
Müasir dövrdə xalqımızın mədəni səviyyəsinin sürətlə inkişaf 
etdiyi  bir  zamanda  yüksək  nitq  mədəniyyətinə  nail  olmaq  üçün 
nitqdə vulqar sözlərə qarşı ciddi mübarizə aparmaq lazımdır. 
 
NĠTQ MƏDƏNĠYYƏTĠ 
 
Müasir  dilimizdə  işlətdiyimiz  mədəniyyət  sözü  çox  anlayış 
ifadə  edir.  Bu  anlayış  yaxşı-pis,  müsbət-mənfi  sözləri  qədər  və 
bəlkə, onlardan daha geniş məna ifadə edir. Mədəni sözü ərəbcə 
şəhərli deməkdir. İlk əvvəl mədəni-şəhərli insan davranışının və 
fəaliyyətinin bütün növlərində şəhərdən uzaq bədəviliyə qarşı qo-
yulurdu. Başqa sözlə, şəhərlinin hərəkəti, davranışı, danışığı bə-
dəvilərə  nisbətən  mədəni  hesab  olunurdu.  Sonradan  mədəniyyət 
sözü  öz  mənasını  daraldaraq  mədəniyyətsizliyə  qarşı  qoyuldu. 
Azərbaycan  dilinin  izahlı  iüğətində  bu  sözün  üç  mənası  veril-
mişdir: 
1.  İnsan  cəıniyyətinin  istehsalatda,  ictimai  və  mənəvi  hə-
yatda əldə etdiyi nailiyyətlərin məcmusu
2. Xalqın və ya siniflərin müəyyən dövrdə əldə etdiyi nailiy-
yətlərin məcmusu, belə nailiyyətlərin səviyyəsi // təsərrüfat və ya 
zehni fəaliyyətin inkişaf səviyyəsi; 
3.  Savadlılıq,  elmilik  //  mədəni  adamın  tələblərinə  uyğun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə