Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

 
100 
gələn həyat şəraitinin məcmusu, yaşayış mədəniyyəti. 
Bu  izahı  tam  və  dolğun  hesab  etmək  olmaz.  Çünki,  birinci 
bənddəki  insanların  istehsalatda  və  mədəni  həyatda  əldə  etdiyi 
nailiyyətlərin,  uğurların  (maliyyə,  təsərrüfat  və  s.)  hamısını  mə-
dəniyyətə daxil etmək olmaz. 3-cü bənddə isə taftalogiya özünü 
göstərir:  «mədəni  adamın  tələblərinə  uyğun  gələn  ifadəsi  də 
taftalogiya olub sözün mənasını dolğun əks etdirmir. 
Azərbaycan  dilində  mədəniyyət  sözünün  bir  termin  kimi 
işlənməsi  tarixi  çox  da  qədim  deyil.  Sovet  hakimiyyətinin  ilk 
onilliklərində bu söz ərəb mənşəli olduğu üçün onu―Kultura‖ sö-
zü  ilə  əvəz  etmişdilər.  Bu  söz  latın  mənşəli  olub  cultura  sö-
zündəndir.  Mənası  –  Vozdelitvanie,  tərbiyə,  təhsil,  inkişaf,  hör-
mət  deməkdi.  İnsanın  mədəni  səviyyəsinin  və  həyatının 
inkişafınəticəsində mədəniyyətin çoxçeşidli sahələri yaranmışdır.  
Məsələn:  
1.Dövrlə bağlı: Antik mədəniyyət 
2. Millətlə bağlı: Ərəb mədəniyyəti 
3. Məkanla bağlı: Kənd mədəniyyəti, şəhər mədəniyyəti, Av-
ropa mədəniyyəti. 
Qeyd etmək lazımdır ki, mədəniyyət insan faaliyyəti ilə bağlı 
olduğu üçün konkret yerin – məkanın mədəniyyəti anlayışı şərti 
formada başa düşülür. Məsələn, Avropa mədəniyyəti dedikdə bu-
rada  yaşayan  xalqların  mədəniyyəti  başa  düşülür,  yoxsa  yerin 
mədəniyyəti  olmaz.  Eyni  sözləri  Fransa  mədəniyyəti,  Iran  mə-
dəniyyəti və s. haqqda demək olar.  

4.  İnsanın  həyat  və  fəaliyyətinin  müxtəlif  sahələri  ilə  bağlı 
müəllim  mədəniyyəti,  tələbə  mədəniyyəti,  oxuma  mədəniyyəti, 
səhnə  mədəniyyəti,  sürücü  mədəniyyəti,  satıcı-ticarət  mədəniy-
yəti və s. 
Bunlardan  biri  də  ―insanın  atributu‖  olan  danışıq  mədəniy-
yətidir. Danışıqsız; insanı təsəvvür etmək olmaz.  Insan ünsiyyət 
sözündəndir.  Əgər  lalların  əl-hərəkət  (doktilo)  vasitəsini  istisna 


 
101 
etsək,  insanı  danışıqsız  təsəvvür  etmək  olmaz.  Hər  bir  insan 
cəmiyyətin  əsl  mənada  üzvü  olmaq  üçün  nitqə  malik  olmalıdı. 
Tələbə  və  müəllimlərin  içərisində,  qurultay  iştirakçıları,  depu-
tatlar,  böyük  və  kiçik  toplantıların  iştirakçıları  arasında  bircə 
nəfər  də  olsun  lal  adama  rast  gəlmək  olmaz
.
  Çünki  burada  da-
nışmaq  lazımdır.  İnsan  kiçik  yaşlarından  danışıq  vərdişləri  əldə 
etdiyi  zamandan  ömrünün  sonuna  qədər  öz  danışığını  təkmil-
ləşdirir.  Çünki  insan  təkcə  öz  dilinin  quruluşunu  bilməklə  kifa-
yətlənməməlidir. Bunu ən kobud, mədəniyyətsiz adamlar da bilir. 
Eyni  zamanda  insan  danışığı  dili  –  xüsusilə,  ana  dilinin 
incəliklərini  bilməli,  fıkrini  gözəl  ifadə  edə  bilməlidir.  Burada 
M.R.Lvovun  bir  müqayisəsini  xatırlatmaq  yerinə  düşərdi.  O 
yazır:  ―Bədən  tərbiyəsi  haqlı  olaraq,  orta  və  ali  məktəblərdə  la-
zımlı bir fənn kimi qəbul edilir və ona milyardlarla pul xərclənir, 
ancaq  nitq  mədəniyyəti  qrammatikanın  hüdudsuz  sahəsinin 
pərsəng daşı kimi dilçiliyə aid edilir. Dilçilikdə bu məsələ ikinci 
dərəcəli  bir  iş  hesab  edilir.  Əslində  isə  belə  olmamalıdır.  Qəti 
şəkildə inanmaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyəti-
nin,  nitq  gözəlliyi  insan  gözəlliyinin,  nitqin  təsirliliyi  insan 
nüfuzunun  (avtoritetinin)  tərkib  hissəsidir.  Bu  səbəbdən  də  nitq 
mədəniyyəti dil normaları məcmusu kimi yalnız qrammatika təd-
ris olunan yerlərdə deyil, mühəndislərə, hüquqşünaslara, aviator-
lara,  həkimlərə  də  tədris  edilməlidir.  Onların  da  öz  sahələrində 
mədəni danışığı təmin edilməlidir. Hər bir adam nitqində özünü 
təqdim  edir.  Əgər  öz  bəlağətli  nitqi  ilə  özünü  təqdim  edə  bil-
mirsə, nə müəllimin, nə baş nazirin sözünə qulaq asmaz, ona hör-
mət  etməzlər.  Əksinə,  nitqi  gözəl  olan  adam  özünə  cəmiyyətdə 
böyük  nüfuz  qazandırır.  Bu  mənada  böyük  fars  şairi  Sədinin 
sözləri yada düşür: 
Ağızdakı dil nədir? 
Hünər sahibinin xəzinəsini açan.  
Əgər danışmasa, heç kəs bilməz ki,  


 
102 
O zərgərdir, ya saqqızsatan. 
Burada çoxlu incə mətləblər vardır. Eyni mövzunu müxtəlif 
auditoriyada  eyni  cür  şərh  etmək  olmaz;  Eyni  mövzıınu  müəl-
limlə tələbə eyni cür izah edə bilməz. Yəni bu problem aşağıdakı 
məsələləri əhatə edir: 
1) Kim danışır? 
 
2) Kimə danışır?  
3)Hansı şəraitdə danışır? 
 
       4) Nə barədə danışır? 
5) Nə məqsədlə, nə səbəbə danışır? 
6) Öz fikrini çatdıra bilirmi, onu başa düşürlərmi? 
7) Ona auditoriyanın (dinləyicilərin) münasibəti necədir? 
8) Onun nitqini arzu edirlərmi?  
9) Danışdığı mövzunu yaxşı bilirmi? və s. 
Nitq  mədəniyyəti  bir  sıra  problemlə  vəhdətdə  olub,  öz 
spesifik  xüsusiyyətləri  ilə  onlardan  ayrılır.  Yəni  onları  təcrid 
etmək  mümkün  olmadığı  kimi,  eyniləşdirmək  də  olmaz.  Bu 
problemlər  aşağıdakılardır:  a)  Ritorika  –  bəlağət;  b)  Üslub  və 
üslubiyyat; c) Norma. 


 
103 
ÜSLUB VƏ ÜSLUBĠYYAT 
 
Dilçilikdə,  ədəbiyyatşünaslıqda,  musiqidə,  vokal  sənətində, 
memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliy-
yət  göstərdiyi  bir  sıra  sahələrdə  üslub  (stil)  aparıcı  xüsusiyyətə 
malikdir.  Stil  sözü  dünya  elmində  və  mədəniyyətdə  üsluba  nis-
bətən daha qədimdir,  
Stil  termini  yunan  dilindən  latın  dilinə  keçmiş  ―Stilus‖  sö-
zündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı ma-
nerası  ―Obraz  sisteminin  bədii  təsvir  vasitələrinin,  yaradıcılıq 
üsullarının  ümumiliyi  olub,  ideya  vəhdəti  eyniliyi  və  şərtlən-
dirilir. 
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır. 
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yə-
ni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməx-
sus  keyfiyyət  məcmusudur.  Hər  hansı  bir  sahənin  ilkin  inkişaf 
mərhələsində  üslubu  ola  bilməz.  Lap  elə  dilin  özünü  götürmüş 
olsaq,  onun  ilkin  inkişaf  mərhələsində  hansıı  üslubundan  bəhs 
etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubun-
dan danışmaq olarmı? 
Üslubun  yaranması  və  çoxlu  üslubların  meydana  gəlməsi 
dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviy-
yəsindən  asılıdır.  Üslub  çox  geniş  anlayışdır.  Bu  gün  artıq  aka-
demik  üslub,  arxaik  üslub,  dialoq  üslubu,  monoloq  üslubu,  janr 
üslubu,  realist  üslub,  romantik  üslub,  funksional  üslub,  bədii 
üslub,  elmi  üslub  və  s.  üslub  növləri  vardır  ki,  bunların  hamısı 
dilin  öz  inkişafı  və  tarixi  durumu  ilə  bağlıdır.  Bundan  əlavə, 
poetik  üslub  –  ayrı-ayrı  sənətkarların  fərdi  üslubu  da  vardır  ki, 
onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır. 
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyin-
də  Aristotel  insan  nitqi  və  onun  fəlsəfiproblemlərindən  danı-
şarkən  üslub  məsələlərinə  toxunurdu.  Sonra  romalılar  üslub 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə