Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə11/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   7   8   9   10   11   12   13   14   ...   140

Fərhad Mehdiyev
2
(prosessual  qaydaları)  incələyir.
3
  Mühafizə / polis  funksiyasının  (polis
hüququnun)  daha əvvəl  yaranmasına  baxmayaraq,
4
indi  ictimai  xidmət,  yəni
vətəndaşlara  və  əhaliyə  göstərilən  xidmətlər,   dövlətin  əsas  vəzifələrindən
sayılır.  Bunu  çağdaş  dünyamızda  hakim  olan  hüquqi  dövlət  və  sosial  rifah
dövləti kimi prinsiplər tələb edir. Anglo -sakson hüququnda isə «Administrative
Law» əsasən inzibati orqanlar üzərində məhkəmə nəzarətini, onun meyarlarını,
əsaslarını, metodlarını və prosedurasını incələyir.
Maraqlıdır ki, ali məktəb tələbələrindən ilk dərsdə “Sizcə, «İnzibati hüquq»-
un  predmeti  nədir,  bu  hüquq  sahəsi  nəyi  öyrənir”  soruşduqda  tələbələr,  bir
qayda olaraq, ancaq çiyinlərini çəkirlər.
“İnzibati hüquq” termini əvəzinə “idarəçilik hüququ” termini istifadə olun-
sa, xüsusən xarici dilə tərcümə ediləndə - İngilis dilində “governing law”, rusca
isə  “управленческое  право”  olacağına  görə,  bunun  çox  da  uyğun   gəlmədiyini
görmək  mümkündür.  Bu  baxımdan “idarəetmə”  termini  daha  uyğun  sayılır.
Alman hüququnda da, «Verwaltungs» sözü məhz idarəetmə mənasını verir.
Termin  qarışıqlığı  təkcə  fənnin  adının  necə  olacağı  ilə  bağlı  deyil.  Hüqu -
qumuz üçün  mənbə olan Rusiya hüququnda da eyni problem yaşanır. Müxtəli f
inzibati aktların təsnifatında da belə problem var. Məsələn, “ictimai xidmət” ilə
“mülki  xidmət”  sözləri  funksional  mənada  fərqli şeyləri  ifadə  edir –  birincisi
əhaliyə  verilən  xidmətləri  (nəqliyyat,  su,  qaz,  təhsil)  ifadə  etdiyi  halda,  mülki
xidmət  dövlət  qulluğunu  nəzərdə  tutur.  İnzibati  orqanların  qəbul  etdiyi  aktlar
baxımından da termin qarışıqlığı var. Bu əsərdə çalışacağıq ki, Azərbaycan di-
linə  uyğun  olan  və  terminin  mənasını  daha  dəqiq  əks  etdirən  terminlərdən
istifadə edək. Bununla belə, bu məsələlərdə qəti söz demək fikrindən uzağıq.
Administrative Law” termini yerinə “İdarəçilik hüququ”, “İdarəetmə hüqu -
qu”,  “Administrativ  hüquq”,  “İnzibati  idarəetmə  hüququ”  terminlərinin  birini
işlətmək  olar.  Əslində,  tənqidlərə  ən  az  məruz  qalan  “Administrat iv  hüquq”
terminidir.
5
  Texniki  baxımdan  da  bu,  daha  düzgündür.  Lakin  xarici  mənşəli
olduğundan  “administrativ”  sözü  dilimizə  nisbətən  yaddır  və  “Administrativ
hüquq” termininin hamılıqla qəbul olunacağını gözləmək, bəlkə də, düz olmaz.
Xatırladmaq  istəyirik  ki,  termin  qarışıqlığına  səbəb  olan  əsas  amil,  məhz
inzibati  xətalar  institutu  və  onların  inzibati  hüquq  sahəsindəki  yeri  və
əhəmiyyətidir.
3
Revision WorkBook, Administrative Law, Old Bailey Press, London 2002, s.2.
4
Козырин  А.Н.,  Штатина  М.А.,  Зеленцов  А.Б. Административное  право  зарубежных
стран, Издательство «Спарк», Москва, 2003, с. 6.
5
“Konstitusiya hüququ” termini hüquq elmimizə daxil olub və termin kimi tənqid olunma ehtimalı
da azdır. Amma ona “ə sas təşkilat hüququ” da demək olardı.


İnzibati hüquq
3
Nəhayət, 30  İyun  2009  tarixli  İnzibati-Prosessual  Məcəllə  də  bu məsələyə
kifayət  qədər  aydınlıq  gətirdi.  Məcəllə nin  2-ci  maddəsi,  predmet  üzrə  hansı
işlərə İPM -nin tətbiq ediləcəyini göstərməklə, inzibati idarəetmə fəaliyyətindən
yaranan  mübahisələri  əhatə  edir.  Buna  görə  də,  artıq  ölkəmizdə  “inzibati
hüquq”  anlayışı Avropada  olduğu  tərifə  uyğun  gəlməlidir.
6
  Buna  görə birinci
çapdan fərqli olaraq, bu çapda kitabın adını “İnzibati İdarəetmə Hüququ” olaraq
qoymadıq, çünki “idarəetmə” sahəsini ayrıca vurğulamağa ehtiyac görmürük.
Eyni  zamanda  bu əsərdə,  “administrasiya”  və  “administrativ”  terminlərin-
dən  də  istifadə etməyə  davam edəcəyik. Kitabın  birinci  çapında  bu  termindən
istifadə  etmişdik,  və  bunu  uğurlu  saymaq  lazımdır  çünki  18  Mart  2009  tarixli
referendum ilə Konstitusiyadaki “Prezident Apparatı” məfhumunun, “Prezident
Administrasiyası”  olaraq  dəyişdirildiyini  gör ürük. Bu  sözlər,  bəzi  hallarda
idarəetməni  həm  orqanik,  həm  də  funksional  baxımdan  ifadə  etdiyi  üçün
istifadəsi  məqsədəuyğundur.  Kontinental  Avropada  bu  hüquq  sahəsinin
adlandırılmasında  buna  diqqət  yetirilir.
7
  “Administrasiya”  anlayışı  ilə  bir,
yaxud  bir neçə  idarəetmə  orqanlarını,  “administrativ”  anlayışı  ilə  hakimiyyət
səlahiyyətləri daşıma xüsusiyyətini ifadə edəcəyik.
Əfsuslar  olsun  ki,  yeni İnzibati  Prosessual  Məcəllə, İnzibati  İcraat
Haqqında  Qanun  kimi,  terminologiya  məsələsində  qarışıqlıqları  arad an
qaldırmayıb.  Tənqidimiz  əsassız  olmasın  deyə  bir  misal  verək, İPM -nin  74-cü
maddəsindəki  “hədlər”  sözü, İİHQ-un  14-cü  maddəsindəki  “hüdudlar”  sözünə
dənk tutulsa (texniki olaraq istinad olunmalıdır), belə halda İİHQ -un ratio legisi
pozulmuş olar.
Müxtəlif  hüquq  sahələrinin  ölkədən-ölkəyə  dəyişməyən  ortaq terminləri
var: Cinayət  hüququnda  «cəhd»,  «iştirakçılıq»,  Mülki  hüquqda  «əqdlərin  eti -
barsızlığı»,  yaxud  da  «əsassız  varlanma»  kimi. İnzibati  idarəetmə  hüququ nda
da,  xüsusən  kontinental  Avropa  ölkələrində, İnzibati  hüququn  xeyli  bənzər
anlayışları  var.  Qeyd  etməliyik  ki,  Avropa  Birliyinin  də,  Birliyə  daxil  olan
ölkələrin İnzibati  idarəetmə  hüququnun  yaxınlaşmasında  marağı  vardır.
Xüsusən  Fransanın  «Droit  Administratiff’»  AB Ədalət  Məhkəməsinin
qərarlarına təsir göstərdiyi üçün, başqa ölkələrdə qəbul edilir.
8
İnzibati hüququn
başqa  vətəni
-  Almaniya  da  müxtəlif  ölkələrin  uyğun  institutlarının
formalaşmasına təsir göstərib.
6
Bu yanaşma Inzibati İcraat Haqqında Qanuna da hakimdir.
7
Thomas Borner, Introduction to German Law, http://www.hull.ac.uk/php/lastcb/1everwal.htm
8
Şeref Gözübüyük, Turgut Tan, İdare hukuku, I Cild, Turhan Kitabevi, Ankara, 1998, s.38.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə