Fərhad Mehdiyev
4
İnzibati hüquq
5
Qəmgin olduğun anlarda belə gülümsə,
ola bilər ki, kimsə təbəssümünə məftun olsu n.
Gabriel Garcia Markes
§1.
İDARƏETMƏ, İNZİBATİ ORQANLAR VƏ
İNZİBATİ HÜQUQ
I. İDARƏETMƏ (ADMİNİSTRASİYA) ANLAYIŞI
“İnzibati hüquq” geniş mənada ictimai idarəetmənin və onu həyata keçirən
orqanların hüququnu ifadə edir. Oxucular üçün qeyd edək ki, ilk çapda kitabın adı
“İnzibati idarəetmə hüququ” olaraq verilmişdi. Bunun iki səbəbi vardı: birincisi, o
illərdə inzibati hüququn predmeti haqqında ölkəmizdə tam uzlaşma yox idi, digər
tərəfdən “inzibati” sözü bu hüquq sahənin predmetini tam aydınlatmadığı üçün,
“idarəetmə” sözündən də istifadə olunmuşdu. Lakin İİHQ və İPM-nin qəbulu ilə,
İnzibati hüququn predmeti artıq açıq şəkildə müəyyən olundu. Buna görə bu nəşrdə
“İnzibati hüquq” başlığından istifadə etdik.
Bununla belə, “ictimai idarəetmə” anlayışına dö nmək yerinə düşər, çünki
İnzibati hüququn predmetini ən qısa şəkildə bu məfhum izah edir. Belə olan halda,
“idarəetmə” anlayışının məzmununu açmalıyıq. Vurğulanmalıdır ki, bu hüquq
sahəsinin predmetini hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə bağlı ictimai idarəetmə
və onun hüquqi rejimi təşkil edir. Başqa sözlə, xüsusi hüquqa ( private law) tabe
olan idarəetmələr, məsələn, şirkət, QHT, müəssisə və ya fond inzibati idarəetmə
hüququnun predmetinə daxil olmur.
İngilis dilində « administration», rus dilində « администрация» kimi ifadə
olunan, Azərbaycan dilində də ümumi mənada « idarə» kimi tərcümə edilən
anlayışdan
9
dövlət və cəmiyyət idarəetməsi kimi iki mənada istifadə olunur.
Administrasiya (idarə) öncə dövlətin müəyyən növ orqan və qurumlarını ifadə
edir, bunlar haqqında qanunvericilik («İnzibati icraat haqqında» Qanun)
“inzibati orqanlar” terminindən istifadə edir.
Beləliklə orqanik mənada; “ administrasiya”, “ inzibati orqan” və ya
“ idarəetmə orqanı” terminləri ilə eyni mənaya gəlir , eyni şeyi ifadə edir.
“Administrasiya” ikinci mənada isə funksiyanı, hakimiyyət orqanlarının
müəyyən növ fəaliyyətini (inzibati fəaliyyəti) ifadə etmək üçün istifadə olunur.
Halbuki birinci mənada “administrasiya”, dövlətin müəyyən növ orqanlarını
ifadə etmək üçün istifadə ediləndə, “orqanik”, ya da "struktural" məna ifadə
9
«İnzibati icraat haqqında» Qanun “inzibati orqanlar” terminindən istifadə edir.
Fərhad Mehdiyev
6
edir, məsələn “Prezident Administrasiyası”, “Baş Polis İdarəsi” kimi .
Halbuki “administrasiya” (idarə) anlayışını, eyni zamanda, funksional
mənada da istifadə edə bilərik; dilimiz üçün bəlkə aydın olmayan bu ha l, rus,
fransız və ingilis dillərində rahat başa düşülür. Beləliklə, administrasiya,
dövlətin müəyyən növ fəaliyyətlərini ifadə etmək üçün istifadə ediləndə
"funksional" mənada idarəetmədən, yəni fəaliyyətdən danışa bilərik. Bunu
“inzibati fəaliyət” kimi d ə ifadə etmək mümkündür.
10
Misal versək,
“nəqliyyatın idarə olunması” ifadəsində, “idarə” funksional mənada istifadə
olunur. İngiliz dilində isə “administration of education” (təhsilin idarə
olunması) misalını göstərə bilərik.
Dövlət əsasən üç funksiyanı yerinə yetirir: qanunvericilik funksiyası, icra
(idarəetmə) funksiyası və ədalət mühakiməsi funksiyası. Dövlət bu üç funksiyanı
yerinə yetirmək üçün üç növ səlahiyyətə sahibdir: hegemonluqdan irəli gələn bu
səlahiyyətlər qanunverici səlahiyyət, icra səlahiyyəti və mühakimə səlahiyyətidir.
Buna görə, dövlətin üç ayrı funksiyanı icra etməsi üçün sahib olduğu üç ayrı
səlahiyyətlər üçün xüsusi orqanlara ehtiyac var. Bu orqanlar isə parlament, icra
hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarıdır.
1995-ci il tarixli Konstitusiyamıza da baxsaq, orada hakimiyyətin Azərbay-
can xalqına məxsus olduğunu, onun hakimiyyətlər bölgüsü prinsipi əsasında, yu-
xarıda saydığımız orqanlar vasitəsilə həyata keçiriləcəyinin bəyan edildiyini
görərik.
İndi isə “inzibati orqan” anlayı şının xüsusiyyətlərini ortaya qoymalıyıq, onun
dövlətin digər orqan və fəaliyyətləri arasında yerini göstərmək lazımdır. Bu fərqin
ortaya qoyulmasının əhəmiyyəti ondan ibarətdir ki, inzibati hüquq münasibətinin
var olması üçün, tərəflərdən birisi mütləq İO qismində çıxış etməlidir.
A. ORQANİK MƏNADA İDARƏ . İNZİBATİ ORQAN ANLAYIŞI
Gündəlik həyatda, dövlət gücünü təmsil edən məmurlar, sizə dövlətin özü kimi
gələ bilər, zehninizdə bunları uyğunlaşdıra bilərsiniz. Lakin hüquqda etibar görən
məmurun özü yox, onun təmsil etdiyi orqandır. Bu orqana inzibati orqan (İO)
demək olar. İnzibati orqanı müəyyən etmək vacibdir – onun gördüyü fəaliyyətin
böyük hissəsi inzibati fəaliyyət sayıldığı kimi, bu fəaliyyətə inzibati hüquq
qaydaları tətbiq olunmalıdır.
İO kimdir ya da nədir, onu necə və harada tapmaq olar? Hakimiyyətlər bölgüsü
işığında, hansı hakimiyyət qolunda yer alır?
Konstitusiyanın 7-ci maddəsinə görə, icra hakimiyyəti AR Prezidentinə
10
Günday Metin, İdare hukuku, Imaj Yayıncılık, Ankara, 1993, s.13.
İnzibati hüquq
7
mənsubdur. Konstitusiyanın eyni maddəsinə görə, qanunvericilik hakimiyyətini
AR Milli Məclisi həyata keçirir. Yenə bu maddəyə görə, məhkəmə hakimiyyətini
Azərbaycan Respublikası məhkəmələri həyata keçirirlər.
Konstitusiyanın V fəslində qanunvericilik hakimiyyəti, VI fəslində icra haki-
miyyəti (99-124-cü maddələr), VII fəslində isə (125-133-cü maddələr) məhkəmə
hakimiyyətinin fəaliyyəti ayrıca tənzimlənir. Qanunvericilik, məhkəmə və icra
hakimiyyəti orqanları dövlət hakimiyyəti orqanlarını təşkil edir. Bu baxımdan
“dövlət hakimiyyəti orqanları” ilə “icra hakimiyyəti orqanları” eyni m ənaya gəl-
mir.
11
Demək olar ki, qanunvericilik və məhkəmə orqanlarına daxil olmayan bütün
dövlət qurumları orqanik mənada administrasiyanı təşkil edir. Orqanik mənada
administrasiyanı “inzibati orqanlar” da adlandırmaq olar, bu termindən istifadə
etmək İİHQ-yə uyğunluq baxımından da düzgün sayıla bilər. İİHQ 2.0.1. -ci
maddəsində inzibati orqanlar adı altında hansı orqanları nəzərdə tutduğunu
açıqlayır; həmin qanunda inzibati orqanın tərifi belə verilir:
“inzibati orqan — Azərbaycan Respublikasının müvafiq ic ra hakimiyyəti
orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna
əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi
şəxs”. Buradan aydın olur ki, inzibati akt qəbul etmə səlahiyyəti olan hər hansı
hüquq subyekti inzibati orqan sayılacaq.
1. Qanunvericilik orqanı və inzibati orqanlar
Qanunvericilik və idarəetmə (inzibati) orqanların fərqləndirilməsi problem
yaratmır. Çünki qanunvericilik orqanı Konstitusiyada açıq şəkildə göstərilir;
Konstitusiyanın 81-ci maddəsinə görə bu orqan Milli Məclisdir. 125 nəfərdən
ibarət olan Milli Məclisin səlahiyyətləri 93-95-ci maddələrdə göstərilib. Bununla
belə, qanunvericilik orqanının da funksional mənada administrativ fəaliyyət icra
etməsi mümkündür. Məsələn, Milli Məclis sədrinin parlamentdə işləyən işçilər
barəsində gördüyü tədbirlər administrativ fəaliyyətdir. Çünki parlamentin xadimə,
elektrik, təsərrüfat müdiri kimi işçiləri var və onlarla görülən işin (məsələn,
ezamiyyətə göndərmək) qanun qəbul etmə işi ilə əlaqəsi olmadığına görə, bu
fəaliyyət qanunvericilik fəaliyyəti sayılmır və mahiyyətçə inzibati fəaliyyətdir.
İPM-nin 8.1.3-cü maddəsinə görə, məhkəmə sədrlərinin inzibati orqan
qismində çıxış edə biləcəyi nəzərdə tutulub. Həmin maddədə habelə dövlət v ə
hərbi qulluqçulardan bəhs edilir. Qeyd etmək istəyirik ki, maddədə parlamentin
vəzifəli şəxsləri açıqca zikr olunmasa da, eyni yanaşma qanunvericilik orqanında
11
Bununla belə, qanunvericilikdə bəzən bu terminlər qarışdırılır. Məsələn, 29.12.1998 -ci il tarixli 52
saylı Fərmanla təsdiq edilmiş “Qaydalar”ın 8-ci bəndində “dövlət hakimiyyət orqanları” sözü
işlədilib, lakin bu ifadə ancaq icra hakimiyyəti orqanları üçün istifadə oluna bilər, çünki Fərmanla
qanunvericilik və məhkəmə orqanlarının fəaliyyəti tənzimlənməməlidir.
Dostları ilə paylaş: |