Fərhad Mehdiyev
8
vəzifəli şəxslərə də şamil olunmalıdır.
2. Məhkəmə və inzibati orqanlar
Məhkəmə və inzibati orqanları bir birindən ayırmaq hər hansı çətinlik yaratmır.
Konstitusiyanın 125-ci maddəsinə görə, məhkəmə səlahiyyətini müstəqil
məhkəmələr həyata keçirir. Belə olan halda, məhkəmə hakimiyyəti orqanları
qanunvericilik orqanından fərqli olaraq bir orqandan ibarət deyil, orqanlar
toplusudur. Orqanlar toplusu olaraq məhkəmə hakimiyyətinin özəlliyi odur ki, o
müstəqil məhkəmələrdən ibarətdir. Müstəqil məhkəmələrin nə mənaya gəldiyini
Konstitusiya göstərib. Konstitusiyanın 127 -ci maddəsinə əsasən deyə bilərik ki,
müstəqillik - vəzifələrini yerinə yetirərkən məhkəmələrə (hakimlərə) heç bir orqan
və ya şəxsin təsir göstərməməsini və bu imkanın olmamasını ifadə edir. Məhkəmə
qərarlarının icrası qanunvericilik və icra orqanları üçün məcburidir; məhkəmə
qərarlarını b u orqanlar dəyişdirə bilməz və onların icrası gecikdirilməməlidir.
İndi isə, inzibati mübahisələrin hansı məhkəmələrin yurisdiksiyasına aid ola
biləcəyi məsələsinə toxunaq. Əlbətdə ki bu məsələ hər ölkənin daxili
qanunvericilyi ilə tənzimlənir. Bununla belə, inzibati mübahisələrə ümumiyyətlə
aşağıda göstərilən üç növ məhkəmələrdə baxıla bilər – 1-) ümumi yurisdiksiyalı
məhkəmələrdə, 2-) inzibati məhkəmələrdə, mübahisələrin bir qismi 3-)
ixtisaslaşdırılmış (vergi kimi) məhkəmələrdə, 4-) Konstitusiya Məhkəməsində
baxıla bilər.
a) Ümumi məhkəmələr
Ümumi məhkəmələr şəxslər arasında xüsusi hüquq mübahisələrinə (mülki)
12
və cinayət işlərinə baxan məhkəmələrdir. Müqayisəli hüquqda onlara bəzən
ədliyyə məhkəmələri deyilir. Bu termin - ədliyyə məhkəmələri - fransız hüqu-
qunda istifadə olunur, amma ölkəmizin məhkəmə quruluşu üçün istifadə oluna
bilməz. «Ədliyyə məhkəmələri» termini ilə «ədalət mühakiməsi» terminini qarış-
dırmaq olmaz. Çünki “ədalət mühakiməsi” fəaliyyəti ifadə edir və Konstitusiyanın
125-ci maddəsinə görə, onu ixtisaslaşmış məhkəmələr də daxil olmaqla bütün
məhkəmələr həyata keçirir. Ümumi məhkəmələr dedikdə, əsasən rayon məhkə-
mələri nəzərdə tutulur. Bununla belə, mümkündür ki, ümumi məhkəmələrlə yanaşı
iqtisad, ticarət, vergi, yuvenal ədliyyə kimi ixtisaslaşmış məhkəmələr mövcud
olsun. Bu orqanlarda baxılan işlərdə ümumi hüquq («
public law») qaydaları tətbiq
olunmursa, bunlar inzibati hüquq baxımından önəmli deyil.
12
İPM-nin qüvvəyə minməsindən əvvəl də ölkəmizdə idarəetmə orqanlarına qarşı qaldırılan iddialar
MPM görə baxılır və mülki iş sa yılırdı. Rusiyanın Mülki Prosessual Məcəlləsi də bu cür
mübahisələri ayrı bir fəsildə, “ümumi hüquq münasibətlərindən yaranan mübahisələr” fəslində
incələyir. Kontinental hüquqda bunlara “inzibati mübahisə/iddia” deyilir.