Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə16/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   12   13   14   15   16   17   18   19   ...   140

Fərhad Mehdiyev
14
məqsədi ilə bu administrasiyalar arasında ittifaqların yaradılması mümkündür.
Yerli  özünüidarəetmələri  “funksional  mənada  qeyri-mərkəzi idarəetmə
orqanları”  ilə  qarışdırma mağa  diqqət  etməliyik.
Birisinin  mərkəzdən
müstəqilliyi    “coğrafi” əsasa  görə  olduğu  halda,  digərinki  “funksional”  əsasa
görədir. Funksional  mənada  qeyri-mərkəzi idarəetmə  orqanları dedikdə,
müəyyən növ xidmətlərin icrası üçün yaradılan, mərkəzi idarəetmə orqanlarına
ierarxiya bağı ilə bağlı olmayan, ayrıca hüquqi şəxs olan inzibati orqanlar başa
düşülür.  Bunlara  misal  olaraq,  Vəkillər  Kollegiyası,  Həmkarlar İttif aqı
Konfederasiyasını  göstərmək  olar  ki,  aşağıda  bu  məsələ  daha  ətraflı  göstərilir.
Bunlar da qeyri-mərkəzi inzibati orqanlardır.
c) Funksional qeyri-mərkəzi inzibati orqanlar
Bütün  ölkədə  icra  edilməli  olan  elə  administrativ  xidmətlər  var  ki,  dövlət  bu
xidmətləri mərkəzə  bağlı  inzibati  orqanlarla  icra  etmir.  Bu  işin  icrası ,  ayrıca
yaradılan  və  hüquqi şəxs   kimi  fəaliyyət  göstərən orqanlara  tapşırılır.  Bu  cür
qurumlar, əsasən  müəyyən  xidmətləri  həyata  keçirmək  məqsədi  ilə  yaradılır.
Kontinental  hüquqda  bu  qurumlar  ictimai  xidməti  icra  edirsə,  xüsusi  hüquq
subyekti deyil, ümumi hüquq subyekti və inzibati orqan sayılır, icra etdiyi fəaliyyət
isə inzibati  fəaliyyət  hesab  olunur.  Onları  müəyyən  etmək  üçün  aşağıdakı
meyarlardan istifadə olunur:
1) onlar mərkəzi hakimiyyət orqanların ierarxiyasına daxil deyil;
2) onlar müstəqil hüquqi şəxslərdir;
3) xüsusilə texniki təcrübə və bilik tələb olunan xidmətlər üçün bu formaya
müraciət edilir. Misal olaraq universitetlər, ictimai televiziya, Vəkillər Kollegi-
yası kimi qurumları göstərmək olar. Lakin yerli administrasiyalar kimi, müəyyən
administrativ  xidmətləri  icra  etmək  üzrə  dövlət  hakimiyyəti  orqanları  xaricində
yaradılan  bu  qurumlar  da,  orqanik  mənada  administrasiyaya  daxildir.  Bunlara
funksional qeyri-mərkəzi administrasiya vahidləri aiddir. Bu orqanlar da öz daxi-
lində  fərqlənir,  məsələn,  müstəqil  administrativ  instansiyalar  və  ictimai  qurum-
lar.  Onlar  arasındakı  fərq  bu  orqanlara  mərkəzi  idarəetmə  orqanlarının  nəzarət
edib-etməməsidir.
Xülasə, orqanik mənada administrasiya - qanunvericilik və məhkəmə orqan-
larına  daxil  olmayan,  Prezident  və  NK-nın  rəhbərlik  etdiyi  ayrıca  nazirliklər,
dövlət  komitələri  və  onlara  tabe  orqanlardan  ibarət  mərkəzi  administrasiyanı,
müəyyən  bölgələrin  yerli  ehtiyaclarını  ödəmək  üçün  yaradılan  yerli  idarəetmə
orqanlarını və müəyyən administrativ xidmətləri icra etmək üçün təşkil olunan
başqa  ümumi  hüquq  şəxslərini  əhatə  edir.  “İnzibati  icraat  haqqında”  Qanunun
2-ci maddəsi də onları “inzibati orqan” adlandırır.


İnzibati hüquq
15
4. Ümumi hüquq şəxsləri
Yuxarıdakı izahatlarda “ümumi hüquq şəxsi” anlayışından istifadə olunub.
Bunların  adi  “hüquqi  şəxslərdən”  fərqi  nədən  ibarətdir?  Burada  əsas
yönləndirici  faktor,  bu  hüquqi şəxslərin ümumi  hüquqa
19
  (public  law) bağlı
olmalarıdır.
Hüquqi şəxs institutu cəmiyyətin inkişafı ilə bağlı yaranıb və o, insan qrup-
larına,  sərmayə  fondlarına  hüquq  subyekti  olmaq  və  fəaliyyət  qabiliyyəti  əldə
etmək imkanı yaradır. Hüquq subyekti olmağın əhəmiyyəti odur ki, hüquq sub -
yekti müstəqil şəkildə öz adı ilə hüquq və öhdəliklər əldə edə bilər, bunlar üzə-
rində  sərəncam  verə  bilər.  Hüquqi şəxslərin  fəaliyyət  qabiliyyətinə  gəldikdə,
bunlar hüquqi şəxsin qurucu (təsis) sənədi ilə müəyyən edilməklə bərabər, xeyli
genişdir, insanın sırf bioloji varlıq kimi etdikləri istisna olmaqla (evlənmək, öv-
lad sahibi olmaq) fiziki şəxslər qədər fəaliyyət qabiliyyətindən istifadə edirlər.
Hətta  bu şəxs  və  sərmayə  toplusu  bəzən  elə  işlərin  icrasına  girişə  bilərlər  ki,
bunlar fiziki şəxslər üçün imkansız ola bilər.
Bundan  başqa,  bizim  qanunvericilikdən  fərqli  olaraq  Avropa  hüququnda
oturuşmuş  bir  təsnifat  var: ümumi  (public)  hüquq  şəxsləri –  xüsusi  hüquq
şəxsləri.
20
Birincilərin hüquqi statusu ümumi hüquqla müəyyən edilir, ikinciləri
isə xüsusi hüquqa tabe edilir. Yaxın qonşu ölkələrdən Gürcüstanda bunun üçün
1999-cu  il  29  may  tarixli  “Ümumi  hüquq  şəxsləri  haqqında”  xüsusi  qanun  da
qəbul  olunub.  Yenə  MDB  dövlətlərindən  Ukrayna  Mülki  Məcəlləsinə  baxsaq,
81-ci maddədə hüquqi şəxslərin ümumi – xüsusi hüquq şəxslərinə bölündüyünü
görmək  mümkündür.  Ölkəmizin  Mülki  Məcəlləsinin  IV  fəslində  tənzimlənmiş
“hüquqi  şəxs”  institutunun  “ümumi  hüquqi şəxslər”  qurumunu  nəzərdə  tutma -
dığını  görərik.  Ümumi  hüquq şəxslərinin  statusu  başqa  qanunla  da  tənzim -
lənmir.
Bununla belə, Mülki Məcəllənin 43.3 -cü maddəsində Azərbaycan Respub-
likasının  mülki  hüquq  subyektliyi  tanınır,  lakin  onun  adından  hərəkət  etmək
səlahiyyəti  hüquqi şəxs  olmayan  orqanlara  verilir.  Dövlətin  özü  daim  bir
hüquqi  şəxsdir,
21
  lakin  dövlətin  sahib  olduğu  hüquqi  şəxs  statusu  nə  klassik
mənada  mülki  hüquq,  nə  də   ki  ümumi  hüquq  şəxsiyyətidir.  Bu,  özünəməxsus,
«sui generis» şəxsiyyət statusudur. Çünki bir tərəfdən hakimiyyət səlahiyyətlə -
rinin tətbiqi ilə bağlı münasibətlərdə dövlət mülki hüquq şəxsi kimi çıxış etmir.
19
  Oxucuların  diqqətini,  qədim  Roma  hüququndan  gələn  ümumi  hüquq –  xüsusi  hüquq  ayırımına
çəkmək istəyirik. Ümumi hüquq, hakimiyyət səlahiyyətlərinin tətbiqini tənzimləyən hüquq sahəsidir.
20
baxın: http://europa.eu.int/comm/echo/pdf_files/call_info_2003_en.doc ,
http://www.ejcl.org/64/art64-23.html
21
Талапина  Е.В., Административное  право  Франции  сегодня, Ежегодник  сравнительного
правоведения, Москва, «Норма», 2004, с. 138.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə