Fərhad Mehdiyev
16
Başqa tərəfdən, dövlətin fəaliyyət qabiliyyəti başqa ümumi hüquq şəxslərində
olduğu kimi məhdud deyil. Bununla belə, Konstitusiya dövlətin statusunu
müəyyən edir və onun səlahiyyətlərini çərçivəyə salır. Qeyd edək ki, dövlətin
hüquqi şəxs olması ən azı onun davamlı olması üçün zəruridir.
Mülki Məcəllənin ümumi hüquq şəxslərini tənzimləməməsi belə başa dü -
şülə bilər ki, guya buna ehtiyac hiss edilməyib. Belə fikir irəli sürülə bilər ki,
Mülki Məcəllənin IV fəslindəki müddəalar olduğu kimi ümumi hüquq şəxslə -
rinə tətbiq edilə bilər. Lakin aşağıdakı anali z nəticəsində bunun mümkün-
süzlüyü aydın olacaq. Üstəlik, Mülki Məcəllənin 54.5-ci maddəsindən də anla-
maq olar ki, ümumi hüquq şəxslərinin statusunun ayrı bir qanunvericiliklə
tənzimlənməsinə işarə edilir.
Ümumi hüquq şəxsləri ümumi hüquqa əsasən yaradıl an, ona tabe olan hü-
quqi şəxslərdir. Amma xüsusi hüquq şəxsləri mülki hüquq münasibətləri sahə -
sində fəaliyyət göstərmək üçün yaradılır. Məsələn, Mülki Məcəllə hüquqi şəxs -
ləri mənfəət götürmək üçün yaradılan kommersiya hüquqi şəxsləri ilə maddi
mənfəət güdməyən qeyri-kommersiya təşkilatlarına ayırır. Ümumi hüquq şəxs -
lərinə gəldikdə, onları bu təsnifata tabe etmək mümkün deyil. Məsələn, Mülki
Məcəllənin 50-ci maddəsi nəzərdə tutur ki, qeyri-kommersiya hüquqi şəxsləri
öz adlarında fəaliyyət xarakterini nəzərdə tutsun;
22
bundan başqa, Mülki
Məcəllənin 47-ci maddəsi hüquqi şəxslər üçün nizamnamə şərtini nəzərdə tu -
tur.
23
Mülki qanunvericiliyin ümumi hüquq şəxsi statusuna uyğun gəlmədiyinə
dair bu cür misallar çoxdur. Ümumi və xüsusi hüquq şəxsləri arasında olan əsas
fərqləri belə sadalamaq olar:
a) xüsusi hüquq şəxslərinin statusu və fəaliyyəti əsasən mülki qanunverici-
liklə tənzimləndiyi halda, ümumi hüquq şəxslərinin statusu və fəaliyyəti ümumi
hüquqla (
public law) tənzimlənir;
b) xüsusi hüquq şəxsləri hüquqi münasibətlərində bərabər səviyyəli tərəf
olduqları halda, ümumi hüquq şəxsləri fəaliyyətlərində hakimiyyət səlahiyyət -
lərindən
istifadə edirlər;
c) xüsusi hüquq şəxslərinin fəaliyyət qabiliyyəti nizamnamələrinə uyğun
olaraq geniş ola bilər. Hakimiyyət/məcburetmə imkanlarından istifadə edən
ümumi hüquq şəxslərinin fəaliyyət qabiliyyətinin həcmi səlahiyyət şəklində
ortaya çıxır və qanunçuluq prinsipinə tabedir. Başqa cür desək, xüsusi hüquq
22
Belə bir gülünc sual yarana bilər ki, dövlət də hüquqi şəxs olduğuna görə, onun adında fəaliyyət
xarakteri əks olunmalıdırmı?
23
Amma ümumi hüquq şəxsləri normativ hüquqi aktla yaradılır, onla rın statusu da “nizamnamə” ilə
deyil, “əsasnamə” ilə tənzimlənir.
İnzibati hüquq
17
şəxslərinin fəaliyyət qabiliyyətində “sərbəstlik” hakim olduğu halda, ümumi
hüquq
şəxslərində sərbəstlik yox,
qanunçuluq prinsipi hakimdir;
24
d) xüsusi hüquq şəxslərinin yaradılmasında və onların ləğvində yenə sər -
bəstlik prinsipi hakim olduğu halda, ümumi hüquq şəxslərinin yaradılması və
ləğv edilməsində belə sərbəstlik yoxdur. Ümumi h üquq şəxslərini hər hansı
hakimiyyət orqanı da yarada bilməz. Qanunvericilikdə göstərilməlidir ki, hansı
dövlət hakimiyyəti orqanları ümumi hüquq
şəxslərini yarada bilər;
e) ümumi hüquq şəxslərinin fəaliyyətində sərbəstlik hakim olmadığı üçün
onlar müstəqil olmaqla bərabər, onların üzərində “xarici administrtativ nəzarət”
institutu tətbiq edilir. Fransada buna inzibati qəyyumluq deyilir, Kanadada və
İngiltərədə isə inzibati nəzarət institutu kimi ifadə olunur.
25
Bunların üzərində,
İngiltərədə olduğu kimi, parlament nəzarəti də mümkündür;
f) ümumi hüquq şəxsləri ayrı bir hüquq subyekti olduqlarına görə, hakimiy -
yət orqanı olmaqla bərabər, mərkəzi icra hakimiyyəti orqanları ierarxiyası için -
də yer tutmurlar. Qurucu normativ aktın müddəalarına görə onlar müstəqildir -
lər, tabeçilik qaydasında heç bir yuxarı orqana bağlı deyillər. Bütün bunlara görə,
ümumi hüquq şəxslərinin, bir qayda olaraq, dövləti təmsil etmək səlahiyyəti olmur.
Xüsusi və ümumi hüquq şəxsləri arasında bu fərqlərə toxunduqdan sonra
Azərbaycandakı faktiki vəziyyətə nəzər salmaq gərəklidir.
Mərkəzi icra hakimiyyəti aparatının əsas orqanları olan nazirliklərin statu -
suna baxsaq, görərik ki, bəzi nazirliklərin (Vergilər Nazirliyi, Maliyyə Nazir -
liyi) əsasnamələrinə uyğun olaraq hüquqi şəxs statusu vardır. Nazirliklərin qə-
rarı və ya Prezident fərmanı ilə başqa inzibati orqanlara da hüquqi şəxs statusu
verildiyini görmək mümkündür. Məsələn, BŞİH Nəqliyyat Departamenti (son -
radan bu qurum Prezidentin fərmanı ilə ləğv edildi) hüquqi şəxs idi. Orqanik
olaraq mərkəzi icra hakimiyyətinə daxil olan strukturlara hüquqi şəxs statusu
verilməsi 3 əhəmiyyətli problemin yaranmasına gətirib çıxarır:
1.
Bütöv və vahid idarəetmə. Xüsusən unitar dövlətlərdə dövlət idarəetmə
orqanları bütöv bir orqan kimi işləməlidir, onlara “bütövlük” prinsipi hakim
olmalıdır. Tabeçilik, başqa adlar ilə “ierarxiya/subordinasiya” institutu məhz
idarəetmədə bütövlüyü təmin etmək üçündür. Çünki dövlət idarəetməsini bir -
birindən müstəqil olan vahidlər həyata keçirsə, ölkədə vahid siyasətin və idarə -
etmənin tətbiqi çətinliklərə məruz qalacaqdır. Mərkəzi icra hakimiyyəti içindəki
tabeçilik prinsipi – aşağı orqanın yuxarı orqana tabe olması – məhz vahid və
24
Bunu “İnzibati icraat haqqında” Qanunun 4-cü və 11 -ci maddələri də təsdiqləyir.
25
Козырин, Штатина, Зеленцов, с. 71.