Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə25/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   21   22   23   24   25   26   27   28   ...   140

Fərhad Mehdiyev
36
§ 3. İNZİBATİ HÜQUQ VƏ HÜQUQİ DÖVLƏT
PRİNSİPİ
A. İNZİBATİ HÜQUQ SAHƏSİNİN FORMALAŞMASI
Oxucuların  diqqətini  cəmləşdirmək  üçün  qeyd  edirik:  hüquqi  dövlət
prinsipləri inzibati hüquqda ona görə öyrədilir ki, bu prinsiplər inzibati hüquqa
yön verir və inzibati məhkəmə icraatında bu prinsiplər nəzərə alınaraq qərarlar
verilməlidir.
İnzibati  hüquq, idarəetmə  orqanlarının  quruluşu,  fəaliyyəti  və  yaratdığı
hüquqi  statusları/münasibətləri  tənzimləyən  hüquq  qaydalarının  və  elmi
nəzəriyyənin  cəmidir. İnzibati (idarəetmə)  hüququn  predmetini  dövlət/ ictimai
idarəetmə sahəsində yaranan hüquq münasibətləri kimi ifadə etmək olar. Başqa
hüquq  sahələrində  olduğu  kimi,  inzibati  hüquq  da  qadağa,  icazə  və  tapşırıq
vermə (öhdəlik yükləmə) metodlarından istifadə edir.
50
İnzibati hüququn müstəqil elm sahəsi olaraq XIX əsrdə yaran-dığını nəzərə
alsaq,  cinayət  hüququ,  mülki  hüquq  kimi  hüquq  sahələri  ilə  müqa-yisədə
nisbətən yeni hüquq sahəsi olduğu bəlli olar. İctimai idarəetmənin hüqu -qiliyini
tədqiq  edən inzibati  hüquq,  polis  dövlətindən  hüquqi  dövlətə  keçidlə  sıx
bağlıdır.  Hüquqi  dövlətin  bir  mənası  da  dövləti  idarə  edənlərin  hüquq  qay -
daları  ilə  bağlı  olmalarıdır. Bu  özəllik  də inzibati  hüququn  tədqiqat  sahəsinə
daxildir.
İnzibati  hüququn  başlanğıcının  polis  hüququ  olduğu  müba-hisəli
məsələdir.
51
  Bu  sahədə  ilk  yazılı əsər  F ransada  1705-ci  ildə  N.Delamarın
yayımladığı  “Polis  haqqında  təlim”dir.  Əsər  polisin  bütün  qərarlarını  ehtiva
etməklə Paris hökümətinin tapşırığı ilə yazılsa da, müəllif mövzunu daha geniş
incələyib, polis fəaliyyəti və dövlət idarəsi ilə bağlı geniş elmi analiz aparıb.
52
İnzibati hüquq XIX əsr Fransa və Almaniyada inkişaf etməyə başlayıb  və
başqa ölkələrə də örnək olub.
53
 Fransada inzibati hüququn inkişafının səbəbləri
ictimai  xidmətlərin  inkişafı,  dövlətin  iqtisadi  həyata  daha  çox  qarışması,
inzibati ədliyyə  sisteminin  yaranmasıdır.
54
  Fransız inzibati  hüququ,  Strasburq
məhkəməsi  vasitəsilə   hələ  də  başqa  ölkələrdəki  i nzibati hüququnun  inkişafına
50
Бельский, Козлов, Колибаба, с. 31.
51
Козырин,  Штатина,  Зеленцов,  с.  6. Əsərdə  “polis”  sözünün  yunan  dilində şəhər  mənasına  gəl -
diyi, dövlət idarəetməsinin də əsasən şəhər idarəetməsi şəklində gerçəkləşdiyi fikri irəli sürülür.
52
Бельский, Козлов, Колибаба, с. 98.
53
Balta Tahsin Bekir. İdare Hukukuna Giriş, Sevinç Matbaası, Ankara, 1970, s.93.
54
Gözübüyük , Tan, 1 Cild, s.16.


İnzibati hüquq
37
təsir  göstərir.  Mütərəqqi hüquq  institutları  ilə  Fransa  i nzibati hüququ  Avropa
Birliyi  kanalıyla  administrativ ədliyyə  sistemini  tətbiq  etməyən İngiltərəyə  də
təsir  göstərir.  Məsələn,  Türkiyədə  inzibati  hüquq  özünəməxsus  xüsusiyyətlər
daşımaqla bərabər, böyük ölçüdə Fransadan bəhrələnib.
55
XIX əsrdə İnzibati hüquq Almaniyada da inkişaf etməyə başlayıb. Alman
alimi  V.Aronşteyn  1860-cı  illərdə  çap  etdirdiyi  “İdarəçilik  haqqında  təlim”
əsərində  maddi  və  funksional  mənada  “administrasiya”  termininin  fərqini
göstərib, qanun və inzibati hüquqi akt kimi qurumları tədqiq edib.
56
 L. Shctein
də  1867-ci  ildə  nəşr  etdiyi  “İdarəçilik haqqında  təlim”  əsərində  idarəetmə
hüququnun  polis  hüququndan  ayrılmasının  gərəkliyi, idarəetmə  fəaliyyətinin
təkcə  mühafizə  fəaliyyətindən  ibarət  olmadığını  və  ictimai  həyatın  bir  çox
sahəsinə yayıldığına işarə edib. Bu səbəbdən o, «Polis hüququ» termini əvəzinə
“idarəetmə  hüququ”  terminini  təklif  edib.  Rusiya inzibati  hüququna da  fransız
hüququndan  daha  çox  alman  hüququnun  təsiri  olub.  Türkiyə  idarəetmə
hüququnun  bir  çox  qurumları  fransız  hüququndan  alınmadır.
57
  Ölkəmizdə  də
“İnzibati  icraat  haqqında”  və  “İnzibati  Prosessual  Məcəllə”  kimi  qanunlar
Almaniya  Texniki Əməkdaşlıq  Təşkilatının  (GTZ)  texniki  köməyi  ilə  qəbul
olunub,  alman  məktəbinin  xüsusiyyətlərini  əks  etdirir.  Müqayisəli  hüququn
tədqiqinə  əsaslanaraq  deyə  bilərik  ki,  Avropada  maddi  inzibati  hüqu q  fransız
təcrübəsinə, prosessual inzibati hüquq isə alman təcrübəsinə əsaslanır.
B. İNZİBATİ HÜQUQA OLAN EHTİYAC
Qeyd  etdik  ki, hüquqi  dövlət  prinsipi   ilə inzibati  hüquq  sıx  bağlıdır.
Bunların  qarşılıqlı  inkişafı  da  bir-birinə  bağlıdır.  Bununla  belə,  bu  i ki  institut
arasında  mütləq  səbəbli  əlaqənin  olması  mübahisəlidir.  Məsələn, İngiltərədə
inzibati hüquq gec inkişaf edib, bu da Avropa Birliyi hüququnun təsiri ilə ancaq
XX əsrin  ikinci  yarısında  olub. Kontinental  hüquq  sistemindəki  “hüquqi
dövlət” prinsipinin yerini tutan “rule of law” prinsipi ingilis hüququna çoxdan
55
Buna misal kimi inzibati aktın hüquqa uyğunluq nәzarәti aparıldığı mərhələdə aktın hansı
cəhətindən hüquqa ziddiyyətinin axtarılacağı məsələsini göstərmək olar. Türkiyənin  “İdari Yar-
gılama Usulu Kanunun” gətirdiyi beş  ünsür – səlahiyyət – forma – səbəb – məzmun – mәqsәd
Fransız hüququ ilə eyni deyildir. Fransız hüququnda “səbəb – məzmun” birləş miş halda “violation
de la loi” (qanunun aşılması, pozulması) ünsürudur. Mәqsәd ünsüru yerini də «səlahiyyətin azdırıl-
ması» kimi tərcümə edə biləcəyimiz, “detournement de pouvoir”  ünsüru tutur. Baxın: Brown,
Garner, Questiaux, s.121-122.
56
Abdullayev Elşad. Müqayisəli inzibati hüquq  (Fransanın inzibati hüququ),  «Qanun»
Nəşriyyatı, Bakı, 1997, s.38.
57
Balta, s.94.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə