Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə33/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   29   30   31   32   33   34   35   36   ...   140

İnzibati hüquq
53
Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib.
Bu  fikirlər  çox  mübahisələndirilib  və  tənqid  edilib.
108
  Dövlət  gücünün  bölün-
məzliyi,  dövlət  orqanları  arasında  isə  mütləq  mənada  funksiya  ayrılığının  ol -
ması mümkün olmadığı kimi tənqidi fikirlər irəli sürül üb. Lakin bu nəzəriyyə-
nin hüquqi deyil, siyasi nəzəriyyə olduğunu gözdən qaçırmaq olmaz. Bu səbəbə
görə  günümüzdə  “hakimiyyətlər  bölgüsünü”  belə izah etmək  olar:  “Hegemon -
luq və ya dövlət gücü təkdir. Bu qüvvə dövlətin orqanları vasitəsi ilə cəmiyyət
adından öz iradəsini fərdlər üzərində hakim etmək iqtidarıdır. Dövlət iqtidarının
istifadəsində tətbiq edilən aktların forması və tərkibi bir -birindən nə qədər fərqli
olsa  da,  bütün  bu  aktlar  nəticədə  dövlət  iradəsinin  təzahüründən  başqa  bir  şey
deyil.  Dövlət gücü  isə  tək  və  bölünməzdir.  Ancaq  bu  gücün  birdən  çox  olan
funksiyaları və yenə birdən çox olan orqanlarını ayırmaq gərəkdir. Hakimiyyətin
funksiyaları  bu  iqtidarın  müxtəlif  təzahür şəkilləri,  müxtəlif  istifadə  növləridir.
Məsələn, qanun qəbul etmək dövlət gücünün istifadə formalarından biridir, haki-
miyyət funksiyasıdır. Hakimiyyət orqanları isə hakimiyyətin müxtəlif funksiyala -
rını yerinə yetirməyə səlahiyyəti olan vəzifəli şəxslər və ya qurumlardır.”
109
Digər tərəfdən, bəzi hallarda hakimiyyət orqanlarının özlərinə aid olmayan
səlahiyyətlərdən istifadə etdiklərini də görmək olar. Misal olaraq, bəzən parla -
ment icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün
təhqiqat  komissiyaları  qurur;  məhkəmə  orqanları  plenum  qərarları  ilə  qayda
qoyur;  yenə  icra  hakimiyyəti  orqanı  da  normativ  aktlarla  qayda  qoyduqları
kimi, inzibati cəza verməklə sanki mühakimə işini aparırlar.
110
Başqa tənqidi fikir ondan ibarətdir ki, hakimiyyətlər bölgüsü plüralist rejim -
lərdəki  bəzi  hadisələrlə  uyğun  gəlmir.  Həq iqətən  də  bu  nəzəriyyə  irəli
sürüləndə siyasi partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə -
riyyənin məqsədi hakimiyyətlər arasında balans quraraq liberal rejimin bərqərar
olmasını  təmin  etmək  idi. Halbuki  partiya  sistemi  hakimiyyətlər  bölgüsünün
səviyyəsinə  ciddi  təsir  göstərir.  Günümüzdə  isə  sistemin  liberallığı  icra/
qanunvericilik  bölgüsünə görə  deyil,  iqtidar/müxalifət  bölgüsünə  görə  aparılır.
Partiyaların hakimiyyətlər bölgüsü üzərindəki təsiri isə təkcə sayları deyil, eyni
zamanda  daxili  quruluşları  və  qarşılıqlı  gücləri  ilə  də  ortaya  çıxır.  Bu  səbəbə
görə  modern  haki miyyətlər  bölgüsü  konstitusion  müddəalardan  yaranan
hakimiyyətlər bölgüsü ilə partiya sistemindən yaranan hakimiyyətlər bölgüsünün
108
Teziç, s.393., Güneş, Turan. Devlet Başkanı-Meclis Çatışması, AÜSBF Dergisi,c.19,No.2, İyun
1964, s.175 - 192., Özbudun Ergun. Türk Anayasa Hukuku, 2.Bası, Yetkin Yayınları, Ankara,
1992, s.142.
109
Özbudun, s.143.
110
Ranney  Austin. Governing;  An  Introduction  to  Political  Science, Prebtice-Hall  Inc,  New
Jersey, 1993, s.243.


Fərhad Mehdiyev
54
toplamından yaranır.
111
Monteskyenin  görüşlərinin  günümüzə  qədər  olan  təsiri  inkar  edilə  bilməz.
Qanunvericilik, icra və məhkəmə şəklində üçlü ayırım müasir dövrün lap əvvə -
lində dövlət quruluşuna təsir göstərib, bu günkü mənada üçlü bölünməyə səbəb
olub. Ayrıca normativ kimi də belə üçlü bir ayırımın praqmatik bir şey olduğu,
azadlığı, ədaləti və “gücü məhdud” dövləti ortaya çıxaracağı qəbul edilir. Demək
olar  ki,  müstəqil  hakimiyyətlər  düşünülmüş  şəkildə  yaradılıb.  Buna  görə  haki -
miyyətlər  bölgüsü  yalnız  bir  tədqiqat,  özəlliklə İngiltərə  sistemi nin  analizi
nəticəsində deyil, belə bölgünün faydalı olacağı fikrindən ortaya çıxıb.
112
 Mon-
teskyenin  federalizm  və  hakimiyyətlər  bölgüsünə  dair  görüşləri  ABŞ  konstitu -
siya  sisteminə  təsir  göstərib;  onun  görüşlərində  “dövlət  sosializminin”  ilk
izlərinə rast gəlinir. Digər tərəfdən, modern siyasi fikir adamlarından Sartori də
“Demokratiya  nəzəriyyəsinə  geriyə  dönüş”  adlı əsərində  yazır:  “...İqtidar  mə-
sələsinə demokratik həll yolu nə ola bilər? …Edə biləcəyimiz ən yaxşı şey döv-
lətin  iqtidarını  azaltmaqdır  və bunu  etmənin  ən  etibarlı  yolu  iqtidarı  yaymaq -
dır. Xüsusən, iqtidara əks bir iqtidarla nəzarət edilə bilsə, yəni iqtidar başqa bir
iqtidarla təsirsizləşdirilsə çox güclü iqtidarlar yaranmaz… deyərək Sartori haki -
miyyətlər bölgüsü nəzəriyyəsinə yaxınlaşır.
113
Klassik  mənadan  fərqli  olaraq  hüquqi  dövlətdə  hakimiyyətlər  bölgüsünün
əhəmiyyəti  bir  az  fərqlidir. İcra  hakimiyyətinin  geniş  qayda  qoyma  səlahiyyəti,
siyasi  partiyaların  icra-qanunvericilik  orqanlarını  yaxınlaşdırması  kimi  faktorlar
nəzərə  alınsa,  məhkəm ə  orqanının  bu  iki  hakimiyyət  qarşısında  müstəqilliyi
böyük əhəmiyyət kəsb edir.
Digər  tərəfdən,  bu  prinsipin  günümüzdə  əhəmiyyətli  xüsusiyyəti  bundan
ibarətdir  ki,  bunsuz  hüquqi  dövlətin  çox  əhəmiyyətli  başqa  şərtləri  (“adminis -
trasiya  üzərində  məhkəmə  nəzarəti”,  “idarəetmədə  qanunçuluq”  və  “idarəetmə
orqanlarının maddi məsuliyyəti” kimi) imkansız və təsiriz qalacaqdır.
Mövzuya  Azərbaycan  baxımından  toxunsaq,  1995 -ci  il  tarixli  Azərbaycan
Respublikası  Konstitusiyasının  7-ci  maddəsinin  hakimiyyətlər  bölgüsü   prinsi-
pini mənimsədiyini, hakimiyyətlərin birgə fəaliyyət göstərmələrinin tələb olun-
duğunu və müstəqil olduqlarını görərik. Yenə də faktiki olaraq məsələyə icra –
qanunvericilik –  məhkəmə  orqanlarının  statusu   baxımından  yanaşsaq,  Azər-
111
Duverger  Maurice. Siyasi  Partiler,  tərcümə:  Özbudun  Ergun,  2.basım,  Bilgi  Yayınevi,  Ankara,
1974, s.502.
112
  Turhan  Mehmet. Hükümet  Sistemleri  ve  1982  Anayasası, Diyarbakır  Üniversitesi  Hukuk
Fakültesi Yayınları, Diyarbakır, 1989, s.13.
113
Sartori  Giovanni. Demokrasi  Teorisine  Geri  Dönüş,  tərcümə  edən:Tunçer  Karamustafaoğlu,
Mehmet Turhan, Ankara, Yetkin Basımevi, 1993, s.465-466.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə