Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə35/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   31   32   33   34   35   36   37   38   ...   140

İnzibati hüquq
57
dir.
118
Hakimlər hüquqi mübahisələri həll edərkən heç kimdən asılı olmamalı, heç
kimin  təsiri  altına  düşməməlidirlər.  Bu  məqsədlə  hüquqi  dövlətin  bərqərar
edilməsi  üçün  hakimlərin  təyin  edilməsi,  vəzifə  müddətləri,  vəzifədən  çıxarıl-
maları, maaşları, toxunulmazlıqları kimi müxtəlif tənzimləmələr olmalıdır.
119
Konstitusiya və qanunvericilikdə, hakimlərin müstəqilliyi deklarativ olaraq
nəzərdə tutula bilər; bununla belə, hakimləri müxtəlif forma və yollarla sıxışdır-
maq,  qərarlarına  təsir  göstərmək  mümkündür.  Məsələn,  az  inkişaf  etmiş  bir
bölgəyə təyin etmək, məhdud vəzifə müddəti sonunda vəzifəyə təyin etməmək,
iş  bölgüsü  zamanı  iş  verməmək  və  ya  aşırı  iş  verib vaxtında  icra  edə  bilmə-
diyinə görə intizam cəzaları tətbiq etmək kimi bir çox neqativ təsir mexanizm -
lərindən  istifadə  oluna  bilər.  Hakimin  peşə  həyatı  və  peşə  təminatlarına  məh -
kəmə  hakimiyyətindən  kənar  başqalarının  qarışmaq  imkanı  varsa,  hakimlərin
müstəqilliyinin təminatı, şübhəsiz, zəifləyəcək. Bu səbəbdən, sadəcə, qanunlar -
da adı çəkilmiş “müstəqillik deklarasiyası” faktiki və həqiqi müstəqilliyin təmin
edilməsi üçün yetərsizdir.
Hakimlərin müstəqilliyində başqa əhəmiyyətli amil hakimləri vəzifəyə ki min
təyin  etməsi  məsələsidir;  bu  da  siyasi  sistemlərə  görə  dəyişir.  Almaniyada
hakimləri 12 nəfərlik heyət seçir, bu heyətin 11 nəfəri parlament üzvüdür, biri isə
ədliyyə  naziridir.  Lakin  bu  seçkidə  təsir  qrupları -  siyasi  partiyalar,  mərkəzi  və
federal birliklər, ictimai rəy seçki prosesinə ciddi maraq göstərərək, çox vaxt bu və
ya başqa qərarın verilməsinə təsir göstərir. Meksikada bütün hakimləri Ali Məh-
kəmə  hakimləri  təyin  edir;  Ali  Məhkəmə  hakimləri  öz  aralarından  sədr  seçirlər.
Ali  Məhkəmənin  üzvlərini  parlament  təyin  edir.  Kanadada  hakimlərin  təyin
edilməsini və vəzifədən çıxarılmasını faktiki olaraq federal hökümət həyata keçi-
rir.  İngiltərədə  hakimləri Lord  Chancellor  Department təyin  edir.
120
  ABŞ-da Ali
Məhkəmə hakimlərini Prezident təyin etsə də, onların hamısını Senat təsdiqləmə-
lidir; əyalət hakimlərini isə xalq seçir.
121
Hakimləri  məhkəmə  hakimiyyəti  vəzifəyə  nüfuzlu şəxslər  sırasından  təyin
etməlidir. ABŞ -da əyalət hakimiyyəti nəzdində hakimlərin seçki  yolu ilə vəzi-
fəyə gəlmələri məsələsinə baxan orqan fəaliyyət göstərir. Bu da məhkəmə haki-
118
Türk AYM. E. 72/4, K. 72/14, T. 24 Fevral 1972, RG. 13 May 1972 – 14186.
119
Özkan Gürsel. Hukuk devleti ve yargı denetimi, Saydam  Matbaacılık, Ankara, 1995, s.25.
120
Lord  Chancellor  Lordlar  Palatasının  üzvüdür,  alt  məhkəmə  hakimlərini şəxsən  təyin  edir,  üst
məhkəmə hakimliyinə namizədlərin isə təyin edilməsi üçün Kraliçaya təqdim edir. Əslində Lord
Chancellor Department qədim ingilis nazirliyidir. Ana funksiyası ölkədəki məhkəmə sisteminin
açıq,  təsirli  və  ədalətli  idarəetməsini  t әmin  etmәkdir.  O,  məhkəmələr in  sayını  müəyyən  edir,
islahat təklifləri hazırlayır və s. baxın: http://www.open.gov.uk/lcd/lcdhome.htm (11.08.2002)
121
Lawson Kay The Human Polity, San Fransisco State University Press, Third Edition, s.400


Fərhad Mehdiyev
58
miyyətinin müstəqilliyini təmin edən bir metod ola bilər. Diqqət çəkən məqam
köhnə SSRİ-də hakimlərin birbaşa seçki yolu ilə vəzifəyə təyin olunmaları idi.
SSRİ-də hər hakim uyğun rayon məhkəməsinin seçki dair əsində 5 il müddətinə
ümumi səsvermə yolu ilə seçilirdi.
122
Hakimlərin  vəzifə  müddətlərinə  gəldikdə  isə  hakimlərin  seçki  yolu  ilə
işbaşına  gəlmələrindən  başqa,  vəzifə müddətinin  uzun  olması  da  vacibdir.
Çünki  bu  halda  hakimlər  bir  daha  seçilə  bilmək  üçün  peşələrinə  yaraşmayan
davranışlara  yol verməyəcəklər. Özəlliklə hakimləri dövlət başçısının vəzifəyə
təyin etdiyi halda, ali məhkəmə hakimlərinin təyin olunması hallarında olduğu
kimi, hakimlərin tərəfsizliyini və müstəqilliyini təmin etmək üçün vəzifə müd -
dəti pensiya yaşlarına qədər olmalıdır. Qonşu ölkələrdən Türkiyə Respublikası
Konstitusiyasının  139-cu  maddəsi  hakimlərin  müstəqilliyini  təmin  edir: “Ha-
kimlər və prokurorlar vəzifədən çıxarıla bilməz, özləri istəmədən Konstitusiyada
göstərilən  yaşdan əvvəl  pensiyaya  çıxarıla  bilməzlər; məhkəmənin  və  ya ştatın
ləğv  edilməsi  ilə  bağlı  aylıq  maaş  və  başqa  şəxsi  hüquqlarından  məhrum  edilə
bilməz.  Peşədən çıxarılmağı  tələb edən cinayət  törədilməsinə  görə  məhkum  olu -
nanlar, vəzifələrini sağlamlıq baxımından yerinə yetirə bilməyəcəkləri qəti olaraq
anlaşılanlar və ya peşələrini icra etmələri uyğun olmadığına qərar verilənlər haq -
qında qanundakı  istisnalar  qüvvədədir”.  Bunun  sayəsində  hakimlərin  fəaliyyəti
onları hər cür xarici basqıdan qoruyacaq tərzdə qanunla tən zimlənib.
Sonda hakimlərin şəxsi xüsusiyyətlərinin də (basqı, hədə -qorxu və pis şəraitə
qarşı dirəniş göstərmə) həqiqi müstəqillik əldə edilməsində böyük əhəmiyyət kəsb
etdiyi unudulmamalıdır.
Mövzuya Azərbaycan baxımından yanaşsaq, aşağıdakı tənzimləmələr və fakt-
lara diqqət yetirmək, bunlardan lazımi nəticələr çıxarmaq lazımdır. Azərbaycanın
mövcud məhkəmə hakimiyyəti və sisteminin əsası qüvvədə olan 1995 -ci il Kons-
titusiyası  ilə  qoyulub. Konstitusiyanın  125-ci  maddəsinə  görə,  məhkəmə  haki-
miyyətini  AR  Konstitusiya  Məhkəməsi,  AR  Ali  Məhkəməsi,  AR-in  ümumi
məhkəmələri  və  başqa  ixtisas  məhkəmələri  həyata  keçirir.  Konstitusiya  məh -
kəmə  quruluşu  və  məhkəmə  icraatını,  hakimlərin,  məhkəmələrin  statusuna
geniş  şəkildə  təsir  göstərən  tənzimləməni  qanunun  öhdəsinə  buraxıb.  Bununla
əlaqədar  üç  qanun  qəbul  edilib:  10.06.1997-ci  il  tarixli  «Məhkəmələr  və  ha -
kimlər  haqqında»  Qanun,  23  dekabr  2003-cü  il  tarixli  «Konstitusiya  Məhkə -
məsi  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  və  28.12.2004 -cü  il  tarixli
122
baxın:  1971-ci  il  tarixli  “Rayon  (şəhər)  ha kimlərinin  seçkiləri  haqqında”  Azərbaycan  Sovyet
Sosialist Respublikası Qanununun 1-ci maddəsi.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə