Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə34/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   30   31   32   33   34   35   36   37   ...   140

İnzibati hüquq
55
baycan  Konstitusiyasının  icra  hakimiyyətini  əhəmiyyətli  dərəcədə  gücləndir -
diyini  və  ona  imtiyaz  verdiyini  görərik. İcra  hakimiyyətinin  üstünlüyünün
özəlliklə məhkəmə hakimiyyəti üzərində olduğu da gözə dəyir. Bunun haqqında
aşağıda  şərh  veriləcək.  Azərbaycanda  icra  hakimiy yəti –  parlament  balansı
baxımından  isə  belə  vəziyyət  yaranıb:  millət  vəkilləri  müstəqil  namizədlərdən
mütləq majoritar qaydada seçilir
114
. Parlamentin əlində icra hakimiyyətinə qarşı
istifadə edə biləcəyi təsirli bir silahı da var – Nazirlər Kabinetinə etimadsızlıq
rəyi  bildirməklə  NK-ni  istefaya  göndərmək  səlahiyyəti.
115
  İndiki  faktiki
vəziyyət  icra  hakimiyyətinin  üstünlüyü  adlana  bilsə  də,  siyasi ortamın
dəyişməsi  parlamentin  üstünlüyünə  yol  aça  bilər.
116
  Maraqlı  olan  budur  ki,
Azərbaycanda  parlament  çoxluğu  i lə  Prezident fərqli  siyasi  görüşləri  təmsil
etsələr,  belə  hal  siyasi sistemin sabitliyini təhlükəyə atacaqmı?  Milli  Məclis
Nazirlər  Kabinetinə  etimadsızlıq  rəyi  bildirib  istefaya  mütəmadi  olaraq
göndərməyə  başlasa,  Prezidentin  edə  biləcəyi  tək şey,  Baş  naz ir və  bir  neçə
əhəmiyyətsiz  nazirliklərin  rəhbəri  postunu  müxalifət  partiyalarına  güzəştə
getməkdir.  Kabinetin  tamamilə  (güc  nazirirlikləri  də  daxil  olmaqla)  müxalif
partiyaya  buraxılması  siyasi  böhrana  səbəb  ola  bilər.  Diqqət  yetiriləsi digər
məqam da Prezidentin istədiyi an Baş nazir və ya nazirlərin verdikləri qərarları
ləğv  etmək  səlahiyyətinin  olmasıdır.  Şübhəsiz,  bu durumda NK  Prezidentdən
ayrı  və  müstəqil  siyasət  apara  bilməyəcək.  Məhz  belə  halda  NK  müstəqil  və
Prezidentin fikirlərinə uyğun gəlməyən siyasət aparsa, böhran yaranacaq və bu
da siyasi  sistemin  böhranı olacaq.  Bu  səbəbdən  də  Azərbaycanda  hakimiy-
yətlər bölgüsü prinsipinin mənimsənilməsi ilə  yanaşı, hüquqi çərçivəsinin sağ -
lam olaraq tənzimlənmədiyini də vurğulamaq olar.
114
24 Avgust 2002-ci il tarixili referendumla aparılan Konstitusiya dəyişikliyi ilə proporsional seçki
sistemi  ləğv  edildi.  Milli  Məclisin  2005 -ci  il  tarixində  aparılan  seçkilərində  bütün  namizədlər
majoritar qaydada seçildilər .
115
İcra  hakimiyyəti  orqanı  Azərbaycanda  ikibaşlıdır -  Dövlət  Başçısı  və  başında  Prezidentin  yer
aldığı  Nazirlər  Kabineti  vardır. Lakin  Nazirlər  Kabineti  Dövlət  Başçısının  köməkçi  qurumudur.
Prezident  Nazirlər  Kabinetini  vəzifəyə  təyin  edib  geri  çağıra  bi ldiyi  kimi,  qərarlarını  ləğv  edə
bilər və ya müəyyən qərar qəbul edilməsi üçün təlimat verə bilər.
116
Bununla  belə,  Dövlət  başçısının  çox əhəmiyyətli  bir  səlahiyyəti  Konstitusiyanın  109 -cu  maddə-
sinin son bəndində göstərilib. Oradan görünür ki, məhkəmə və qanunvericilik orqanlarının səla-
hiyyətləri Konstitusiyaya görə numerus clausus prinsipinә tabedir. Konstitusiyada göstərilməyən
dövlət səlahiyyətlərini Dövlət Başçısı  “icra qaydasına” görə həll edəcək. “İcra qaydası” isə lazım
olduqda  hətta  normativ  tənzimləməni  də  əhatə  edir;  bunun  mexanizmi  Azərbaycan
Konstitusiyasına görə, Nazirlər Kabinetinə lazımi məsələdə fərmanla təlimat vermək şəklindədir.


Fərhad Mehdiyev
56
B. MƏHKƏMƏLƏRİN MÜSTƏQİLLİYİ
Oxucular üçün qısa bir qeyd. Məhkəmə müstəqilliyi deyilən anlayış var və
bu sadəcə olaraq “vicdanlı, müstəqil hakim” demək deyildir. Hakimin obyektiv
və ədalətli olması şərtdir, amma kifayət deyil əlbətdə. Digər şərtlərə da aşağıda
toxunacayıq,  lakin  hakimin  zəyif  bir şəxsiyyət  olduğu  sistemlərdə,  müstəqil
məhkəmələr ola bilməz.
Məhkəmə  müstəqilliyi  məhkəmələrin  və  hakimlərin  qanunvericilik,  xüsu -
sən icra hakimiyyəti qarşısında təşkilati və faktiki mütləq  muxtariyyətini ifadə
edir. Heç bir orqan məhkəmə  və hakimlərə göstəriş və tapşırıq verə bilməz.
117
Bu  mənada  məhkəmə  hakimiyyətinin  “dördüncü  hakimiyyət”  sayılan  media
qurumlarından da müstəqilliyini təmin etmək lazımdır. Hüquq yaradıcılığı par -
lamentin, onu tətbiq etmək icra hakimiyyətinin funksiyasıdırsa, bütün bu funk-
siyaların  hüquq  qaydalarına müvafiq  icra  edilib-edilməməsini  yoxlamaq  vəzi -
fəsi  məhkəmələrə  aiddir.  Hüququ  yaxşı  bilən, şərh  yolu  ilə  onu  tənzimləyən,
plenum qərarları ilə hüquq normaları yaradan məhkəmə orqanı hüququn üstün -
lüyü prinsipinə  əsaslanan  hüquqi  dövlətdə  əhəmiyyətli  yeri  olan  qurumlardan
biridir.
Məhkəmə  hakimiyyətinin  başqa  hakimiyyətlərdən  müstəqilliyini  nəzərdə
tutduqdan  sonra,  məhkəmə  müstəqilliyini  hüquqi  dövlətin  bir  ünsürü  kimi
fərqləndirməyə ehtiyac varmı?
Əslində, dövlət idarəetməsi siyasi motivlərə əsaslandığından həqiqi mənada
“qanunvericilik hakimiyyəti – icra hakimiyyəti” ayrılığını təmin etmək heç vaxt
mümkün  olmayıb.  Hətta  ABŞ  prezident  rejimində  hakimiyyətlər  arasında
mütləq bir ayrılığın və müstəqilliyin  olduğunu irəli sürmək mümkün deyil. Bu
səbəbdən  hüququn  üstünlüyünü  təmin  etmək  üçün  məhkəmə  orqanını  siyasi
faktorlardan  azad  etmək,  sərbəst  və  ancaq  hüquqa  uyğunluq əsasında  qərar
çıxarmasını təmin etmək üçün müxtəlif vasitələr olmalıdır.
“Hüquqi  dövlət”  bütün  fəaliyyəti  və  aktları  hüquq  qaydalarına  bağlı  olan
dövlətə  deyilir.  Bütün  fəaliyyət  və  aktların  hüquq  qaydalarına  bağlı  olmasını
həqiqətən  təmin  edə  biləcək  tək  prinsip  isə  bunların  məhkəmə  qaydasında
yoxlanmasıdır.  Başqa  cür  desək,  hüquqi  dövlət  dövlətin  bütün  qərarlarının  və
hərəkətlərinin  qanuniliyinin  müstəqil  məhkəmələrdə  yoxlana  bilməsi  demək-
117
Burada  yuxarı  məhkəmələrin  aşağı  məhkəmələrlə  bağlı  aidiyyət  mübahisələrini  həll  etməsi,
kassasiya qaydasında nəzarət nəticəsində göstərişlər vermək kimi  halları nəzərə almaq lazımdır;
bu  vəziyyət  müstəqilliyi  pozan  hal  sayıla  bilməz,  bunlar  məhkəmə  hakimiyyətinə  daxil  olan
orqanın qanunla nəzərdə tutulan təlimat vermə və tənzimləmə səlahiyyətləridir.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə