Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə31/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   27   28   29   30   31   32   33   34   ...   140

İnzibati hüquq
49
edib.
94
Fransa  Dövlət Şurası  1873-cü  ildə  məşhur Blanco qərarını  verərkən  hələ  ki,
Fransada hüquqi  dövlət  qurulmamışdı,  o  dövr  kapitalist  iqtisadiyyatının  ideoloji
əsasını  qoyan  liberal  dövlət  zamanı  idi.
95
Əslində,  sosial  hüquqi  dövlət  liberal
dövlətin  əsaslarını,  xüsusən,  ideoloji  əsaslarını  mühafizə  etməkdə  davam  edir.
Sosial  hüquqi  dövlət  prinsipinin  yaranması  liberal  dövlətin  güddüyü  məqsədin -
liberal rejimin tətbiq etdiyi vasitələrin yararsızlığına bağlıdır.
Liberal dövlət mərhələsi inzibati idarəetmə hüququnun inkişafında və hü -quqi
dövlət  prinsipinin  yaranmasında  böyük əhəmiyyət  daşıyıb.  Hüquqi  dövlə -tin  bir
çox  prinsipləri  liberal  dövlət  mərhələsində  yaranıb.  Hüquqi  dövlətin  əsa-sən  XX
əsrin  II  yarısında  yaranmağa başladığını qəbul etmək olar.  Lakin inzi -bati hüquqi
aktlar  üzərində  məhkəmə  nəzarəti,  inzibati  orqanların  qanuniliyi,  maddi
məsuliyyəti  prinsipləri  pozitiv  hüquqa  daha  əvvəl,  liberal  dövlət  vaxtında  daxil
olub. Liberal dövlət prinsipinin tərk edilməsinin səbəbi isə əsas hüquqları təminat
altına  almaqdakı  yetərsizliyidir.  Klassik  liberal  dövlət  sistemi  əsas  hüquq  və
azadlıqları  tanıyır,  amma  onların  gerçəkləşdirilməsi  üçün  lazımi  şərait  təmin
etməyi özünə  vəzifə  saymırdı.
96
  Guya  dövlət  azadlıqlara  müdaxilə  etmə-sə,
bunların gerçəkləşdirilməsi  üçün  lazımi  şəraitin  özü -özündən  yaranacağı  qənaəti
hakim idi.
Sinfi  mübarizənin, sosializmin  güclənməsi, SSRİ-dən ixrac edilən “proleta-
riatın  dünya  inqilabı”  hədəsi  liberal  demokratiya  ideyasının  yenidən  nəzərdən
keçirilməsi fikrinə gətirib çıxarmışdı. Məhz bu amil sosial demokratiya və sosial
hüquqi  dövlət  prinsipinin  yaranmasına  səbəb  olmuşdu.  Çünki  klassik  liberal
dövlət  idarəetmə  formaları  vasitəsilə  burjuazi yanın  bütün  cəmiyyət  üzərində
sinfi hegemonluğunu bərpa etmək və qorumaq üçün qurulduğu qəbul edilir.
97
Liberal  dövlətdə  idarəetmə  orqanlarının  passiv  davranışı, inzibati  hüquq
münasibətlərinə  də  məhdud  yanaşırdı;  bunların  artması  ancaq  hüquqi  dövlətin
qurulması sırasında müşahidə olunur. Liberal dövlətdə inzibati hüqu q, daha çox
fərdin  azadlıqlarını  inzibati  orqanın  müdaxiləsindən  qoruyurdu.  Liberal
dövlətdə idarəetmə orqanlarının belə passiv davranması sosial hüquqi dövlətdə
dəyişir.  Artıq  idarəetmə  orqanlarına  tapşırıqlar  verilir,  sosial-ekonomik
səviyyənin  yaxşılaşdırılması  gözlənilir.
98
  Bu  da  məcburi  olaraq  administrativ
94
Bilgen Pertev. İdare Hüququ Ders Notları, İ.Ü.Siyasi Bilgiler Fakültesi Yayını, İstanbul, 1995, s.43.
95
Blanko  qərarı  üçün  baxın:  Delcros. Fransa  ve  İngiltere’de  idarenin  sorumluluğu, tərcümə:
Turgut Candan, Danıştay Yayınları:39, Ankara, 1984, s.1 və d.
96
Burada liberal dövlətin burjuaziyanın mübarizəsinin nəticəsi olduğu unudulmamalıdır. Burjuaziya
polis dövləti mərhələsində olan dövlət müdaxiləsini minimuma endirməyə cəhd edirdi.
97
Poggi, s.116.
98
Gözübüyük, Tan, 1 Cild, s.429.


Fərhad Mehdiyev
50
səlahiyyətlərin  artmasına  yol  açır,  lakin  bu  səlahiyyət  artımının  məqsədi  insan
hüquqlarının  təminatı  olduğu  üçün  administrativ  fəaliyyə t  üzərində  qanuni
nəzarətin güclənməsi inzibati hüquq üçün yeni vəzifələr yaradır.
99
Bununla belə, liberal dövləti təkcə mühafizə vəzifəsini gücləndirən dövlət kimi
səciyyələndirmək  səhvdir. İctimai  xidmət  liberal  dövlətdə  də  inzibati  or -qanların
vəzifələri  sırasındadır.  Sadəcə,  sosial  hüquqların  bərqərar  olmadığı  bu  sistemdə,
məsələn, işsizliyin həll edilməsinə yönəlmiş sosial -ekonomik ictimai xidmətlər yox
idi.
Hüquqi  dövlətin  hələ  də  qurulmadığı  ölkələr  var.  Lakin  siyasi  rejimlər  və
bunların  xüsusiyyətləri  baxımından  pozitiv  hüquqda  vahid  anlayış  yoxdur.
Beləliklə, inzibati idarəetmə hüququ baxımından hüquqi dövlətin gərçəkləşmə -
diyi  dövlətlərdə  liberal  rejim,  avtoritar  rejim,  demokratik  rejim  analizini  apar -
maq  çətindir.  Bu  səbəbdən  “liberal  dövlət”  inzi bati  idarəetmə  hüququ  institut-
ları üzərində təsirini itirib və yerini artıq “hüquqi dövlət” prinsiplərinə verib.
B. SOSİAL HÜQUQİ DÖVLƏT
Liberal  dövlət  ideyası əsas  azadlıqların  təmin  edilməsində  yetərsizdir.
Pozitiv hüquq normaları ilə sosial hüquqlar tanındığı kimi, klassik və ekonomik
hüquqlarla  yanaşı  bunların  yaşana  bilməsi  üçün  lazımi  şəraitin  təmin  edilməsi
də  dövlətin  öhdəliyinə  çevrildi.  Ölkə  konstitusiyalarında  nəzərdə  tutulmuş  bu
prinsiplər  vətəndaş  hüquqlarının  reallaşmasını əngəlləyən şərtlər in  aradan
qaldırılması baxımından dövlətə müxtəlif vəzifələr yükləyir.
100
Sosial  dövlət  prinsipi  idarəetmə  orqanlarına  yeni  öhdəliklər  yükləməklə
onun fəaliyyət sahəsini genişləndirdiyi kimi, səlahiyyətlərini də artırır. Əslində,
azadlıqların  qorunması  və  insanların  təhlükəsizliyinin  təmin  edilməsi  liberal
dövlət  üçün  də  öhdəlikdir.  Lakin  bu  öhdəlik  özünü  daha  çox  hüquq  və  azad -
lıqlara qarışmamaq kimi qarşıya çıxırdı.
Sosial  dövlətdə  administrasiya,  sadəcə,  ictimai  xidmət  sahəsində  deyil,
mühafizə sahəsində da  yeni vəzifələr və səlahiyyətləri üzərinə götürüb. Məsə-lən,
təhsil sahəsində dövlətin üzərinə qoyulan vəzifələr ictimai xidməti maraq-landırdığı
halda,  insanların  sağlam  mühitdə  yaşamalarını  təmin  etmək  üçün  ekoloji  hüquqi
tənzimləmələr  daha  çox  idarəetmə  orqanlarının mühafizə fəaliy-yətinə aiddir.
İnzibati orqanın səlahiyyət artımına ən gözəl misal, ictimai maraq olduqda, xüsusi
99
İnzibati  idarəetmə  hüququ  məhkəmə  qərarlarının  təsiri  ilə  inkişaf  etmiş  hüquq    kimi  tanınır.
Müqayisəli hüquqa baxıldıqda, məhkəmə qərarlarının hüquq dövləti prinsipinin tələblərinə istinad
etməsi yuxarıdaki tezisi isbat edir.
100
Göze  Ayferi. Liberal,  Marxist,  Faşist ve  Sosial  Devlet  Sistemleri, Fakülteler  Matbaası,
İstanbul, 1977, s.158.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə