Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə29/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   25   26   27   28   29   30   31   32   ...   140

İnzibati hüquq
45
Mülkiyyət haqqının bu qədər geniş şərh edilməsi dövləti təmsil edən mər -kəzi
hökümət,  dərəbəyi  və  kilsənin  verdiyi  qərarların  qanuniliyi  barədə  müba-hisə
edilməsinə  imkan  vermirdi.  Onsuz  da  zəif  mərkəzi  dövlət  və  feodal  quruluş  ölkə
səviyyəsində  hər  hansı  hüquq  qaydasının  vahid  tətbiqini  imkansızlaşdı -rırdı.
Bununla  belə,  feodal  dövlətdə  kralın  hegemonluğu  simvolik  olaraq  bütü n  ölkə
üzərindəki hegemonluq demək idi. Faktiki olaraq kral öz hegemonluğunu kilsə və
dərəbəyləri  ilə  bölüşürdü.
78
  Dərəbəylərə  əsgər  yetişdirmə,  vergi  ödəmə  və  bəzi
ictimai  xidmətləri  icra  etmələrinə  əvəz  olaraq  verilən  torpaq  parçaları  üzərində
onların  mülkiyyət hüququ  sayılan hegemonluq  səlahiyyəti hədd tanı -mırdı.  Xalqa
torpaq  vermə,  məcburi  əməyə  cəlb  etmə,  vergi  ödəmə  məsələlə-rində  dərəbəylər
tam sərbəst idilər. Bu halda dövləti  məhdudlaşdıran heç bir qayda -qanun  yox idi.
Digər tərəfdən, mərkəzi dövlətin güclənməsi ilə müha-kimə səlahiyyəti hökmdara
keçdi.  Mühakimə  fəaliyyətinə  “Kral  canlı  qanun-dur”,  “Kralın  istədiyini  qanun
istəyir”  kimi  prinsiplər  hakim  idi.  Beləliklə,  feodallıqların  yerinə  keçən  mütləq
mərkəzi hakimiyyət müəyyən müddət mülk-dövlət anlayışını davam etdirdilər.
79
Nəzərinizə maraqlı bir faktı çatdırım: MDB məkanında “mülk -dövlət” anlayışı
qismi  də  olsa  davam  edir.  Belə  ki  Dövlət  Başçıları,  dövlət  mülkiyyətində  olan
əmlak  üzərində  xeyli  geniş  sərəncam  vermə  səlahiyyətinə  sahibdir  və  onların  bu
səlahiyyətləri  qanuni  istinada  ehtiyac  duymur.  Bunu  ən  çox  daimi  istifadə  üçün
torpaq  ayırma  işlərində  rastlamaq  mümkündür.  Məsələ  qanunçuluq  prinsipi  və
səlahiyyətlərin  deleqasiyası  mövzuları  ilə  bağlı  olduğundan,  oxucular  bu  iddianın
əsasını önümüzdəki səhifələrdə tapacaqlar.
B. POLİS DÖVLƏTİ
Polis dövləti (Polizeistaat) anlayışı ilk dəfə Almaniyada ortaya atılıb, XVII
və XVIII əsrin  mütləqiyyət rejimlərini ifadə etmək üçün istifadə olunmuşdu.
80
Rus ədəbiyyatı  Almaniyada  “polis  dövləti”  termininin  or taya  çıxmasını  Alma-
niyada inzibati hüququn başlanğıcı və mənbəyinin polis hüququ olması ilə izah
edir.
81
  Polis  dövləti  cəmiyyətin  rifahı  və  asayişi  üçün  gərəkli  saydığı  hər  cür
tədbiri qəbul edən, şəxslərin hüquq və azadlıqlarını hədd tanımadan və hüquqa
tabe  olmadan  istədiyi  kimi  məhdudlaşdıra  bilən  dövləti  ifadə  edir.  Dövlət
idarəsinə geniş  və  nəzarətsiz  səlahiyyətlərin  verilməsi polis  dövlətini  izah
edir.
82
78
Poggi Gianfranco, Çağdaş devletin gelişimi, Hürriyet Vakfı Yayınları, İstanbul, 1991, s.39.
79
Aulard, s..XIV.
80
Günday Metin, İdare hukuku, 2.Bası, İmaj Yayıncılık, Ankara 1997, s.24.
81
Бельский, Козлов, Колибаба, с.  98.,  Aslanov  M.S. İnzibati ədliyyə  qurumunun  bəzi  məsələləri,
Keçid  dövründə  Azərbaycan  Respublikasında  dövlət  və  hüquq  quruculuğunun  aktual
problemləri, hazırlayan: M.N.Əliyev, "Digesta" Yayınları, Bakı, 2003, s.78.
82
Günday, s.25.


Fərhad Mehdiyev
46
Bu gün də insan hüquq və azadlıqlarına hörmətlə yanaşmayan dövlət üçün
“polis  dövləti”  terminindən  istifadə  olunur.
83
  Lakin  müasir  Almaniyada  sosial
rifah  dövlətinin  iqtisadiyyata  və  sosial  həyata  aşırı  müdaxiləsi  bu  dövlətin  bir
yönünün polis dövləti olması fikri səslənir.
84
Mərkəzi  dövlətin  güclənməsi  feodalizmin axırına və  mütləq  monarxiyaların
qurulmasına yol açmışdı. Cəmiyyəti idarəetmə haqqı mülkiyyət hüququ anlayışı
olmaqdan çıxmağa başlamışdı, legitimlik axtarışlarının daha sağlam əsasa dayan-
dırılmasına  cəhd  olunurdu. İdarəetmə  haqqının  mənbəyi  ilahiləşdirilirdi.
“Tanrıdan  gəlməyən  iqtidar  yoxdur”  kimi anlayış  yaranmışdı.  İdarəetmə  haq-
qının  ilahi  kökü,  katolik  kilsəsinin  gətirdiyi  anlayış  idi.
85
  O  zamanlar  Papada
cəmlənən kilsənin səlahiyyət və imtiyazları siyasi iqtidarəetməni həyata keçirən-
lərdən daha qüvvətli idi.
Polis dövlətində məsuliyyət baxımından kral özünü ancaq Tanrı qarşısında
məsul  görürdü.  Onun  bütün  fəaliyyəti  dövlət  adından  həyata  keçiril diyi  iddia
olunurdu.
86
 Beləliklə, iqtidara mübahisəsiz itaət edilməliydi. Krala qarşı çıxmaq
dövlətə və ya Tanrıya qarşı çıxmaq sayılırdı.
Mülk-dövlət  anlayışında  idarəetmə  hüququ  mülkiyyət  hüququ  olduğu  üçün
hədd  tanımadan  tətbiq  edilirdi.  Polis  dövlətində  isə  mərkəzi  dövlətin  güclənməsi
ölkə  səviyyəsində  tətbiq  oluna  bilən məcburi  qaydaların  qəbul  edilməsinə  imkan
yaratmışdı;  beləliklə,  idarəetmə  hüququ  ilahi  qaydalar  və  kralın  özünün  qoyduğu
qaydalar  xaricində  heç  bir  hüdud  tanımırdı.  Yəni  qoyulan  qaydalar  ancaq riayyət
üçün  idi.  Kral  özünü  qoyduğu  qaydalara  tabe saymırdı;  nə  özündən  əvvəl  olan
qanunlarla, nə də özü qoyduğu qaydalara tabe deyildi. Jean Bodinin də ifadə etdiyi
kimi,  hegemon  “istəsə  də,  əl-qolunu  bağlaya  bilməzdi”.
87
  Bəzi  monarxiyalarda,
məsələn,  Fransada  XIV  Luidovikə qədər  kralların  özlərinin  qoyduqları  qaydalara
əməl etdikləri ifadə edilir. Bununla belə, orta əsrlərdə XIV Ludovik zamanı kralın
ümumi  dövlət  hüququna  olan  kimi  özəl  hüquqa  da  hakim  olduğu  və  “Krallığın
Əsas  Qanunları”na  tabe  olmadığı  nəzərə  alınsa,  bu  dövlət  polis  dövlətindən  çox
mülk-dövlətini  yada  salır.
88
  Bodinə  görə,  kral  öz  təbəəsinin  mülkiyyət  və  azadlıq
83
Bununla belə, “polis dövləti” termini “hüquqi dövlət” kimi Avropa qitəsinə xas termindir və anglo -
sakson  hüququnda  mövcud  deyildir.  Polis  dövləti  üçün  ingiliscə  “authoritarian  state”  istifadə
olunur.
84
Baxın: http://www.uni-siegen.de/~ifan/ungewu/heft4/node16.html,
Grundthese: Der Wohlfahrtsstaat als Polizeistaat.
85
Qeyd etməliyik ki, islam dövlətlərində də ilk xəlifələr dövründən başlayaraq belə bir anlayış irəli
sürülürdü.  Lakin  islam  tarixində  olan biət  hadisəsi  iqtidarın  mənbəyinin  Tanrıda  deyil,  xalqın
razılığında olduğunu göstərir.
86
Akyılmaz, Sezginer, s.37
87
Göze Ayferi, Siyasi düşünceler ve yönetimler, Beta Basım, İstanbul, 1995, s.122.
88
Aulard, s.XIV.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə