Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə32/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   28   29   30   31   32   33   34   35   ...   140

İnzibati hüquq
51
əmlakın  inzibati  orqanların qərarları ilə  dövlətləşdirilməsidir.  Liberal  dövlətdə
toxunulmaz  sayılan  mülkiyyət  hüququ  anlayışı sosial  dövlətdə  qəbul  edilmir.
Sosial  dövlətdə  mülkiyyət  hüququ  mütləq  deyil,  nisbi  hüquqdur  və  ictimai
maraqlara zidd şəkildə istifadə olunmamalıdır. Digər tərəfdən, sosial dövlət liberal
dövlətdən  fərqli  olaraq,  sadəcə  fərdə  deyil,  müxtəlif  sosial,  eko-nomik,  siyasi
qruplara və qurumlara əhəmiyyət verib onlara bəzi hüquqlar tanı -yır. Bununla belə,
sosial dövlətin məqsədi yenə də insandır.
101
Dövlətin  (idarəetmə  orqanlarının)  bu  vəzifələri  sosial  və  iqtisadi  azadlıq -ların
təmin  edilməsi  üçün  artırılıb.  Bu  vəziyyətə  paralel  olaraq  idarəetmə  orqan-larının
fəaliyyətinə  qarşı  qanuni  qorumanın  və  hüquqa  uyğunluq  nəzarətinin  əhəmiyyəti
də  artıb.  Sosial  dövlət  prinsipinin  hüquqi  dövlət  prinsipi  ilə  eyni  zamanda  ortaya
çıxmasının  səbəbi,  hər  halda,  budur.
102
  Sosial  dövlətdə  dövlətin  vəzifə  və
səlahiyyətləri  artıb,  ancaq  dövlət  bunları  hüquq  çərçivəsində yerinə  yetirir.  Sosial
dövlətin eyni zamanda hüquqa bağlı dövlət olması zərurəti bu -radan irəli gəlir.
Hüquqi  dövlətin  sosial  dövlətin  bir  xüsusiyyəti  olduğu  irəli  sürü lə  bilərmi?
Bizə görə, bu, mümkün deyil. Dar mənada sosial dövləti insanlara sosial-ekonomik
hüquqların tanındığı və təmin edildiyi dövlət kimi ifadə etsək, köhnə Sovet İttifaqı
kimi  ölkələrin  sosial  dövlət  olduğu  qəbul  edilməlidir.  Lakin  SSRİ-nin  hüquqi
dövlət olduğu fikri əsla irəli sürülə bilməz. Aşağıda tədqiq olunan hüquqi dövlətin
ünsürlərinin bir çoxunun SSRİ-də olmadığını bilirik.
Digər  tərəfdən,  sosial  dövlətin  hüquqi  dövlətin  bir  xüsusiyyəti  olduğunu  irəli
sürmək mümkündürmü? Sosial dövlətin məqsədi sosial ədaləti, sosial rifahı, sosial
təhlükəsizliyi  təmin  etmək  və  sosial  hüquqları  həyata  keçirməkdir.  Yuxarıda
vurğulandığı kimi, belə vəziyyət dövlətin vəzifə və səlahiyyətlərini, bu arada sosial
ictimai  xidmətləri  yerinə  yetirəndə  idarəetmə  orqanlarının  mülahizə  səlahiyyətini
artıracaq  və  bu  sahədə  məhkəmə  nəzarətinin  təsiri  azalacaq.  Yəni  sosial  dövlət
ehtiyacları  idarəetmə  orqanlarının  hərəkət  sahəsini  və  sərbəstliyini  genişləndirib
hüquqi  dövlət  sahəsini  az  da  olsa  daraldır.  Lakin  unudulmamalıdır  ki,  hüquqi
dövlətin  əsas  məqsədi  insan  hüquq  və  azadlıqlarını  qorumaq  və  yaşatmaqdır.  Bu
məqsədə nail olunması sosial dövlətin şərtləri reallaşmadan çətindir. Uyğun misal
kimi  qonşu  ölkələrdən  qardaş  Türkiyə  Respublikası  Konstitusiya  Məhkəməsinin
bir  qərarını  göstərmək  olar:  “Konstitusiyanın  2-ci  maddəsi,  Türkiyə
Respublikasının sadəcə hüquqi dövlət deyil, eyni zamanda, sosial dövlət olduğunu
göstərib.  Hüquqi  dövlətin  irəli  mərhələsi,  bu  prinsiplə  təmin  edilir”.
103
  “Hüquqi
dövlətin  məqsəd  güddüyü  “şəxsi  təhl ükəsizlik”  prinsipi  cəmiyyətdə  sosial
101
Göze, Liberal.., s.155.
102
Bununla  belə,  hüququn  üstünlüyü  prinsipinin  artıq  XIX əsirdən  bəri  bəzi  kontinental  Avropa
ölkələrində, məsələn, Fransada qәbul edildiyini iddia etmək yanlış olmayacaq.
103
AYM. E. 89/6, K. 89/42, T. 7 Kasım 1989, RG. 6 Nisan 1990, - 20484.


Fərhad Mehdiyev
52
təhlükəsizliyin  və  sosial  ədalətin  təmin  edilməsi  yoluyla  reallaşa  bilər”.
104
  Bir
qərarında da Türkiyə Konstitusiya Məhkəməsi sosial dövləti hüquqi dövlətin irəli
bir  mərhələsi  sayıb:  “Sosial dövlət  Konstitusiyanın Başla nğıc qisminin səkkizinci
paraqrafında  açıqlanan,  insanların  doğuşdan  sahib  olduqları  ləyaqətli  həyat
sürdürmə,  maddi  və  mənəvi  varlığını  bu  istiqamətdə  inkişaf  etdirmə,  hüquq  və
səlahiyyətinin  istifadəsinə  dövlətin  sosial  ədalət  ehtiyaclarına  imkan  təmin  e tmə
öhdəliyini anlatdığı nəzərə alınsa, sosial dövlətin hüquqi dövlətin irəli bir mərhələsi
olduğu aydın olar”.
105
III. HÜQUQİ DÖVLƏT PRİNSİP LƏRİ
Siyasi cəmiyyətdə hüquqi dövlətin varlığı üçün bəzi qurumlar olmalıdır. Bu
qurumlar məsələsində doktrinada fikir birliyi olmasa da, hüquqi dövlətin müəy-
yən sine qua non şərtlərinin olduğunu demək mümkündür. Çünki hüquqi dövlə -
tin  bəzi  “bünövrə  daşları”  var  ki,  bunlar  olmadan  hüququn  üstünlüyündən  da -
nışmaq mümkün deyil. Bunlar aşağıda incələnib, bununla bərabər, q eyd etmək
lazımdır  ki, hüquqi dövlətin varlığı üçün fərqli cəmiyyətlərdə siyasi ehtiyaclar
bəzi  qurumların  da  olmasını  tələb  edə  bilər. İndi  isə  qısaca  hüquqi  dövlət
prinsipinin ehtiyaclarından danışaq.
A. HAKİMİYYƏTLƏR BÖLGÜSÜ
Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azad-
lığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də
aktual  məsələdir  və məcburi şərtdir.
106
  Monteskye  bu  prinsipi  “Qanunların
ruhu”  adlı əsərində  irəli  sürüb.  Lakin  müəllif  bu anlayışı  ilk  dəfə  “İngilis
Konstitusiyası”  adlı əsərində  “məhkəmə  hakimiyyəti,  qanunvericilik  və  icra
hakimiyyətindən  ayrılmayıbsa,  azadlıqdan  danışmaq  mümkün  deyildir”
şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye
belə  açıqlayır:  ins anın  pis  cəhətləri  də  vardır  və  iqtidarı əlində  tutan şəxs  bu
hüquqlardan  sui-istifadə  edə  bilər.  Buna  görə,  iqtidarın  sui -istifadəsinın
qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır.
107
Klassik  mənada  hakimiyyətlər  bölgüsü  hər  kəsin  əməl  etməsi məcburi  olan
ümumi  qaydaları  qoyan  parlamenti,  bu  qaydaları  icra  edən  icra  hakimiyyəti
orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə
orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.
104
AYM. E. 88/19, K. 88/33, T. 26 Ekim 1988, RG, 11 Aralık 1998-20016
105
AYM. E. 87/16, K. 88/8, T. 19 Nisan 1988, RG. 23 Avgust 1988 - 19908
106
Göze, Siyasi.., s.183.
107
Баскин Марк, Монтескью, Шарл Льюи, о нём, 2стереотип, Москва, Мысль, 1975, s.133.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə