Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə40/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   36   37   38   39   40   41   42   43   ...   140

İnzibati hüquq
67
mexanizm gətirməklə yanaşı, praktikada sistemin tam işləməməsindən, təəssüf
ki,  hüquqların  bir  hissəsi  təmin  edilmir.  Bunda  rifah  səviyyəsinin  də  aşağı
olmasının  rolu  vardır.  Pozulan  hüquqlar  siyahısına  gəldikdə,  bunların  arasında
başda qatılma və qoruyucu hüquqlar olmaqla istəmə hüquqları da yer alır.
Azərbaycan  Konstitusiyası əsas  hüquqları  açıqladıqdan  sonra  məhdudlaş -
dırma  şərtləri  və  hüquqların  qorunması  baxımından əhəmiyyətli  qaydalar  qo-
yur. Bu məhdudlaşdırmalar əsasən fövqəladə hal / müharibə vəziyyəti rejimi ilə
bağlıdır. Modern cəmiyyətlər cinayət təqibindən kənar, adi vaxtlarda hüquq və
azadlıqların  məhdudlaşdırılmasının  mümkün  olmadığını  qəbul  edir  və  istisna
olaraq  fövqəladə  hal/hərbi  vəziyyəti  nəzərdə  tuturlar.  Buna  görə  də  Azərbay-
canın 1995-ci il Konstitusiyasının 71-ci maddəsində deyilir: “…müharibə, hərbi
vəziyyət  və  fövqəladə  hal,  habelə  səfərbərlik  elan  olunarkən  insan  hüquq  və
azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdə-
likləri  nəzərə  alınmaq  şərti  ilə qismən  və  müvəqqəti  olaraq  məhdudlaşdırıla
bilər. Məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan xəbər
verilir…”  Ancaq  bu  hallarda  hüquq  və  azadlıqların  məhdudlaşdırıla  biləcəyi
nəzərdə tutulub. 71-ci maddənin göstərdiyi ölçülər bunlardır:
1) müharibə, hərbi vəziyyət, fövqəladə hal və səfərbərlik (nə vaxt?);
2) beynəlxalq öhdəliklər nəzərə alınmaq şərti ilə (nələr nəzərə alınmalı?);
3) qismən  və müvəqqəti  olaraq  məhdudlaşdırma  (nə  qədər  məhdudla şdır-
malı?).
Müharibə,  hərbi  vəziyyət,  fövqəladə  hal  və  səfərbərliyin  elan  edilməsi  ad -
ministrasiyanın  mülahizə  səlahiyyətinə  buraxılmayıb,  qanunla  müəyyən  edilib
və parlament təminatına bağlıdır. Digər tərəfdən, beynəlxalq öhdəliklərin nəzə-
rə alınması Azərbaycanın tərəf olduğu insan hüquqları konvensiyalarına uyğun
hərəkət  edilməsini  tələb  edir.  Yenə  eyni  maddədə  Konstitusiya  müddəalarını
şərh  etmək  baxımından  azadlıqların  ləğvinə  yol  açan şərh  qadağası  qoyulub.
Hüquqların  qorunması  baxımından  isə  əhəmiyyətli  olan  tənzimləmə  budur  ki,
Konstitusiya  müddəaları  birbaşa  qüvvədədir;  bu,  Konstitusiyada  iki  yerdə
göstərilir. Bütün inzibati hüquqi aktlardan məhkəməyə şikayət etmə imkanının
nəzərdə tutulması və məhkəmələrin insan hüquqlarının pozulması ilə bağlı hə r
cür iddialara baxa bilməsi müsbət haldır. Onu da qeyd etməliyik ki, Konstitusi -
yadakı bu tənzimləmə xeyli məhduddur. Məsələn, məhdudlaşdırma səbəbi kimi
ancaq konkret hallar göstərilir - müharibə, hərbi vəziyyət, fövqəladə hal və sə-
fərbərlik.  Lakin  faktiki  olaraq  insan  hüquqları  başqa  səbəblərə  görə  də  məh-
dudlaşdırıla bilər. Məsələn, pornoqrafik yayımların müsadirə olunması fikir və
ifadə azadlığına müdaxilədir, amma Konstitusiyanın 71 -ci maddəsi buna imkan
vermir,  çünki  müsadirə  müharibə  və  fövqəladə  h ala əsaslanmır.  Lakin  burada


Fərhad Mehdiyev
68
AİHK-nın  10-cu  maddəsinin  2-ci  bəndini  tətbiq  edərək  məhdudlaşdırmanı
əsaslandırmaq mümkündür.
Konstitusion  tənzimləmənin  insan  hüquqları  lehinə  olmasına  baxmayaraq,
nəyə  görə  Azərbaycanda  insan  hüquqları  təmin  olunmur?  Bunun  səbəbini  iki
boşluqda  görmək  mümkündür.  Birincisi,  bəzi  qanuni  tənzimləmələrin  neqativ
təsirləri, ikincisi isə sistemin işləməməsidir.
Qanuni  tənzimləmə  bəzən  açıqca  insan  hüquqlarına  zidd  ola  bilər –  “Dini
etiqad  azadlığı  haqqında”  Qanunda  dini  icmaların  qeydiyyatı  şərti  kimi.  Bəzi
hallarda isə, hüquq  pozuntusunun  qarşısını  alan  mexanizm  yaratmır.  Məsələn,
Konstitusiyanın  49-cu  maddəsi  sərbəst  toplaşmaq  hüququnu  tanıyır  və  ondan
istifadəni “xəbər vermə”dən asılı edir. Lakin eyni sahəni tənzimləyən  «Sərbəst
toplaşmaq  azadlığı  haqqında»  Qanun  “xəbər  vermə”  yerinə  faktiki  icazə  siste -
mini  gətirir.
147
  Məsələn,  toplantının  saatı müvafiq  icra  hakimiyyəti  ilə
razılaşdırılmalıdır,  toplantılar  üçün  xüsusi  yerlər  ayrılmalıdır  və  bunların
xaricində,  bir  qayda  olaraq,  toplantıya  icazə  verilməməlidir  (9 -cu  maddə).
Məsələn,  ictimai  xidmətə  aid  binaların 200  metrlik
148
  məsafəsində  küçə
yürüyüşləri və mitinqlər qadağandır; Bakıda isə inzibati binaların olduğu yerlər
az deyil. Dövlət əhəmiyyətli beynəlxalq tədbirlərə hazırlıq mər hələsində mitinq
keçirmək  qadağandır,  bu  hazırlıq  mərhələsi  bir  neçə  ay  sürə  bilər  və  s.
Vaşinqtonda  küçə  nümayişi  üçün ən  populyar  yer  Ağ  Evin,  yəni  hökumət
binasının qarşısıdır. Parlamentin bu şəkildə tənzimləməsi siyasi  yanaşmadır və
insan  hüquqlarına  uyğun  gəlmir.  Lakin  Konstitusiya  Məhkəməsinə şikayət
edilsə  də,  bu  gün  çətin  ki,  qanunun  həmin  müddəaları  ləğv  edilsin.  Cinayət
qanunvericiliyimiz  böyük  ölçüdə  Rusiyanın  qanunvericiliyindən  götürülüb.
Lakin  ölkəmizdə  qanunsuz  mitinqlərdə  iştirak  etmə cinayət  məsuliyyətinə  yol
açdığı  halda,
149
  Rusiyada  tam  tərsinədir;  dövlət  qulluqçuları  vətəndaşların
sərbəst  toplaşmaq  azadlığını  qanunsuz  olaraq  məhdudlaşdırsalar,  bənzər
məsuliyyət məmurlar üçün nəzərdə tutulub.
Obyektivlik  adına  onu  da  qeyd  etməliyik  ki,  AİHM   mitinglərin
keçirilməsini  icazə  sisteminə  bağlanılmasını,  AİHK -nın  11-ci  maddəsinin
pozuntusu  kimi  saymır.  Dövlət  mitinglərin  keçirilməsini  icazə  sisteminə
bağlaya  bilər.  Lakin  orada  qoyulan  məhdudiyyətlər  (icazənin  verilib-
verilməməsi),  hər  halda AİHK 11-ci  maddənin  2-ci  bəndinə  uyğun  olmalı,
147
 İcazə, yəni qanundakı ifadə ilə “razılaşdırma”, müvafiq qanunun 5 -ci maddəsində nəzərdə tutulur.
Hərçənd  qeyd  o lunmalıdır  ki,  AİHM  presedent  hüququna  görə,  sərbəst  toplaşmalar  üçün  icazə
sisteminin nəzərdə tutulması, başlı -başına Konvensiyanın 11-ci maddəsinin pozuntusu sayılmır.
148
 2008-ci ilin May ayında bu qanuna dəyişiklik edildi, bundan əvvəl sözü edilən məsafə  300 metr idi.
149
Müvafiq  cinayət  məsuliyyəti  toplantıda  iştirak  nəticəsində  mənafelərin  əhəmiyyətli  pozuntusu
şərtinə bağlıdır.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə