Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə37/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   33   34   35   36   37   38   39   40   ...   140

İnzibati hüquq
61
maddəsinə görə, aşağı məhkəmələrin hakimlərini xalq 5 illik müddət üçün seç -
dikləri  halda,  6-cı  maddəyə  görə  federal  hakimləri  Ali  Məhkəmə  sədrinin təq -
dimatı  ilə  Prezident  təyin  edir,  lakin  vəzifə  müddətləri  pensiya  yaşlarına  qə -
dərdır.
130
AR  Konstitusiyasının  127-ci  maddəsi  hər  hansı  səbəbdən  birbaşa  və  ya
dolaylı  yollarla  məhkəmə  fəaliyyətinin  məhdudlaşdırılmasını,  qanuna  zidd
şəkildə təsir göstərmə, hədələmə  və müdaxilə etməyi açıq şəkildə qadağan edib.
Konstitusiya  hakimlərə  baxdıqları  işə  qərəzsiz,  ədalətlə, tər əflərın  hüquq  bəra-
bərliyinə,  işin  hallarına əsasən  və  qanuna  uyğun  şəkildə  yanaşmağı  tapşırır.
Lakin  faktiki  olaraq  ölkəmizdə  hakimləri  müstəqil  saymaq imkansızdır.
Beynəlxalq  sənədlərdə  də  məhkəmə  sistemimizin  icra  hakimiyyətinə  tabe  ol-
duğu  irəli  sürülür.  Bu  hakimiyyət  qolunda  da  korrupsiya  halları  var.
131
Zənnimcə,  ölkəmizdə  hakimin  müstəqil  olması  üçün  şərait  yetişib;  hakimin
müstəqil  olub-olmaması  artıq  onun  şəxsi  keyfiyyətləri  ilə  bağlı  məsələdir.
Ölkəmizdə  aşağı  instansiya  məhkəmələrinin  qərarları  üzə rində  apellyasiya  və
kassasiya  nəzarəti  var,  lakin  bu  qərarların  qiymətləndirilməsində  bal  sistemi
tətbiq  olunmur.  Bal  sisteminin  tətbiq  olunmasına  hakimlərin  müstəqilliyinin
məhdudlaşdırılması kimi baxılmamalıdır. Əksinə, bal sisteminin tətbiq olunma -
ması aşağı məhkəmə hakimlərinin daha məsuliyyətsiz və etinasız davranmasına
səbəb olur.
Ədalət  mühakiməsinin  prinsipcə  açıq  olmasına  baxmayaraq,  açıq  iclasın
dövlət,  peşə  və  ya kommersiya  sirrinin  yayılmasına  səbəb  olacağı  təhlükəsi
varsa, ya da vətəndaşın ailə və şəxsi həyatının gizliliyini qoruma məcburiyyəti
olduğu hallarda, maraqlı tərəfin müraciəti üzrə məhkəmə işin qapalı aparılma-
sına  icazə  verə  bilər.  Konstitusion  və  müxtəlif  qanuni  tənzimləmələrin  bu
şəkildə olmasına baxmayaraq, bəzən bu prinsip dolayı  olaraq pozulur. Məsələn,
Ali Məhkəmə binasına giriş sərbəst deyildir, məhkəmə sədrinin çıxardığı qərara
və faktiki hala görə, aşağıdakı hallarda şəxslər içəri buraxılır:
1) o gün məhkəmə iclasına gələn tərəf;
2) iclasa şahid, ekspert və ya mütəxəssis kimi qatılan başqa şəxslər;
3) müşahidəçilər;
4) hakimlə görüşü olan şəxslər;
132
5) məhkəmə  icraatı  ilə  bağlı  prosessual  hərəkətlər  (məsələn,  vəsatət
130
http://www.hro.org/docs/rlex/statsud.htm#11 (22.06.2002).
131
U.S. Department of State, Azerbaijan Country Report on Human Rights Practices for 1997,
http://www.state.gov/www/global/human_rights/1997_hrp_report.
132
"Məhkəmələr və hakimlər haqqında" Qanunun 99 -cu maddəsinə görə, hakimlərin işin tərəfləri ilə
məhkəmənin yekun qərarından əvvəl görüşməsi qadağandır.


Fərhad Mehdiyev
62
vermək) irəli sürmək istəyən başqa şəxslər.
Bu  halda,  məsələn,  hüquq  fakültəsi  tələbələrinin  Ali  Məhkəmə  binasını
gəzib  hər  hansı  məhkəmə  iclasına  qatılmaq  imkanı  olmur.  Qərb  ölkələrində
hüquqçu-tələbələrin  ikinci  universiteti  məhkəmə  binalarıdır.  Lakin  bəzi  vətən -
daşlarımızın  bəyənmədiyi  məhkəmə  qərarlarına  qarşı  öz  etirazını  bildirmək
tərzi (səs-küy, hədə-qorxu gəlmə) nəzərə alınsa, Ali Məhkəmənin rahat və sakit
şəraitdə  işləyə  bilməsi  üçün  vətəndaşların  məhkəməyə  sərbəst  girib -çıxma-
larının məhdudlaşdırılmasına ehtiyac da hiss olunur.
C. İNSAN HÜQUQLARININ TƏMİNATI
Hüquqi dövlət prinsipi şəxsin bəzi əsas hüquqları ilə yanaşı, sosial və eko -
nomik  hüquqların  da  tanınmasını  və  təmin  olunmasını,  həyata  keçirilməsini
tələb  edir.
133
  İdarə  olunanları  dövlət  orqanlarının  qanunsuz  hərəkətlərindən
qoruyan hüquq və azadlıqlar - “qoruyucu hüquqlar”, şəxslərin sosial rifah üçün
dövlətdən  istəyə  biləcəkləri  “istəmə  hüquqları”  və şəxsin  siyasi  gücdən  istifa -
dəyə  qatılmasını  təmin  edən  “qatılma  hüquqları”  kimi əsas  hüquqları  təmin
olunmalıdır.
134
Əslində,  insan  hüquqlarının  təmin  olunması  hüquqi  dövlətin
tələbi olduğu kimi, hüquq i dövlətin özü də insan hüquqlarının yaşanması üçün
şərtdir.  Başqa  cür  desək,  hüquqi  dövlət  prinsipi  insan  hüquqları  təminatının
əsas  prinsipidir.
135
  Dövlətin  tətbiq  etdiyi  hüquq, insan  hüquq  və  azadlıqları
qorumursa,  orada  demokratik  sivil  cəmiyyət  qurula  bilməz, hüquqi  dövlət  də
reallaşa bilməz.
136
Ümumi  hüququn  bəzi  sahələrinin  müasir  xüsusiyyəti  və  əhəmiyyəti  ondan
ibarətdir  ki,  onlar  insan  hüquqları  ilə  sıx  bağlıdır.  Bunlara  cinayət  prosessual
hüququ, cinayət hüququ və inzibati hüquq misal ola bilər. Bunun səbəbi ondan
ibarətdir  ki, bu  hüquq sahələrinin tənzimlədiyi  hüquq  münasibət-ləri əsas
azadlıqlara güclü təsir  göstərir  və  müdaxilə  edir.  Hətta  ölkədəki  bu  hüquq
sahələrinin dəyərləndirilməsi  ilə,  o  ölkənin  siyasi  sistemi  və  azadlıq  rejimi
haqqında ümumi qənaət əldə etmək mümkündür.
Hüquqi dövlətdə insan hüquqlarının sözdə yox, reallıqda həyata keçirilmə-
sinin  təminatı  önəmli  ünsürdür.  Bu  prinsipdən  kənarda  qalan  prinsiplərin  ha -
mısı -  hakimiyyətlər  bölgüsü,  demokratiya,  idarəetmədə  qanunçuluq  və  s.  bir-
133
Bilgen. İdare hukuku.., s.57.
134
Henry Steiner, Philip Alston, International Human Rights in Context, Second Edition, Oxford
University Press, 2002, s.136.
135
Lawson, s.396.
136
Selçuk Sami. Zorba devletden hukukun üstünlüğüne, Yeni Türkiye Yayınları, 4.Bası, Ankara,
1999, s.15.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə