Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə39/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   35   36   37   38   39   40   41   42   ...   140

İnzibati hüquq
65
qorunmasının əlavə təminatıdır. Bu imkan qanunvericiliyimizdə İİHQ-nun 77-
ci maddəsində nəzərdə tutulub. Habelə İPM-nin 40-43-cü maddələri də, inzibati
aktın  icrasının  dayandırılması  və  bənzər  müvəqqəti  xarakterli  müdafiə
tədbirlərini tənzimləyir.
Burada  toxunulması  vacib  olan  başqa  məsələ ,  vətəndaş  hüquq  və  azadlıq -
larının  məhdudlaşdırılmasında  hüquqi  dövlətin  göstərdiyi  hədləri  müəyyən
etməkdir.  Azadlıqların  varlığı  və  fərd üçün  dəyər  ifadə  edə  bilməsi  onların
sərhədlərinin müəyyən edilməsi, istifadə formalarının göstərilməsi, çərçivəsinin
çəkilməsi  və  tənzimlənməsi  ilə  mümkündür.
142
  Hər  kəsin  istədiyini  etdiyi  cə-
miyyətdə anarxiya və xaos yaranır. Belə halda dövlətin və cəmiyy ətin varlığını
və  daimi liyini  təmin  etmək  üçün  ən  geniş  azadlıq  anlayışına  sahib  olan  rejim -
lərdə  də  bəzən  bu  azadlıqları  məhdudlaşdırmaq  lazım  gəlir.  Düzdür,  məhdud -
laşdırılması  mümkün  olmayan  hüquqlar  da  var.
143
  Hüquq  və  azadlıqların  tən -
zimlənməsi,  onların  müəyyən  sərhədlərə  salınması  hər şeydən  əvvəl  "ictimai
asayiş  və  qaydanı  təmin  etmək"  baxımından  lazımdır.  Ümumi   hüquqda  bir
qayda  olaraq,  məhdudlaşdırılmamış  hüquq  və  ya  azadlıq  olmur.
144
  Vətəndaş
hüquq və azadlıqlarının məcburi həddi başqa vətəndaşların  hüquqları və ictimai
həyatdır.  Bu  səbəbdən  ictimai  həyatın  lazım  bildiyi  bəzi  hallarda  əsas  azad -
lıqların məhdudlaşdırılması normal qəbul olunur.
İnsan hüquq və azadlıqlarının pozulmazlığı əsas qayda olsa da, ondan istis-
nalar  var.  Hüquq  və  azadlıqların məhdudlaşdırılması  müəyyən şərtlərlə  müm -
kündür.  Bu  səbəblər  hansılardır?  İctimai  həyat  çətin  duruma  düşə  bilər;  yəni
müharibə, təbii fəlakət, epidemiya və s. səbəblərdən təhlükə yarana bilər. Əslin-
də, belə  zamanlarda  hüquq  və  azadlıqlar  hardasa  avtomatik,  təbii  olaraq  məh -
dudlaşdırılır. Məsələn, təbii fəlakətlərin səbəb ola biləcəyi epidemiyalar insanı
əsas hüququ olan yaşamaq hüququndan məhrum edə, üsətlik, bu, kütləvi hal ala
bilər. Bunun qarşının alınması üçün, yəni yaşamaq hüququnun qorunması üçün
hərəkət  azadlığının  məhdudlaşdırılması  yolu  ilə  karantin  tətbiq  edilə  bilər  və
beləliklə,  vətəndaşların  yaşamaq  və  sağlamlıq  hüquqları  qorunar.  Hüquq  məh -
dudlaşdırmasının bir məqsədi ola bilər - o da daha vacib, əsas hüququn qorun-
masıdır.  Yaşamaq  haqqının  qorunması  üçün  mülkiyyət  hüququ  da  məhdudlaş -
dırıla  bilər,  lakin  bunun  tərsi  ola  bilməz.  Bu  məhdudlaşdırmada əsas  meyar
ölçülü  olmaq,  yəni  məhdudlaşdırmanın  uyğunluğu,  zərurəti  və  nisbiliyi  prinsi -
pidir. Digər tərəfdən, bu məhdudlaşdırmalar məqsədəuyğun, müvəqqəti olmalı-
dır, ehtiyac aradan qalxan kimi məhdudiyyət də ləğv edilməlidir.
142
Kaboğlu, s.54.
143
Misal olaraq şəxsiyyət hüquqları, evlənmə hüququ  məhdudlaşdırıla bilməz.
144
Akyılmaz, Sezginer, s.58.


Fərhad Mehdiyev
66
Bu  məsələyə  üç aspektdən  baxmaq  mümkündür: 1-) məhdudlaşdırmanın
səbəbləri, 2-) məhdudlaşdırma  dərəcəsi, 3-) məhdudlaşdırma  üsulu  necə
olmalıdır? 
Bu 
mövzularda 
müxtəlif 
ölkələrin 
fərqli 
konstitusional
tənzimləmələri  olsa  da,  özəlliklə supranational  insan  hüquqları  sənədlərində
yuxarıdakı məsələlərə aid ümumi qəbul edilmiş prinsiplər var.
Məhdudlaşdırma səbəbləri baxımından ən geniş meyarlar iç hüququmuzun
bir  parçası  olan  Avropa İnsan  Hüquqları  Konvensiyası  ilə  nəzərdə  tutulur.
Bunlar ictimai  asayiş  maraqları  (m.6/1,  8/2,  10/2,  11/2),  ictimai  qayda  maraq-
ları (m.6/1), milli təhlükəsizlik maraqları (m.6/1, 8/2, 10/2, 11/2), ərazi bütöv-
lüyü  maraqları (m.10/2), sağlamlığın qorunması (m.8/2, 9/2, 10/2, 11/2), əxla-
qın  qorunması  (m.8/2,  9/2,  10/2,  11/2),  özəl/şəxsi  həyatın  qorunması  (m.6/1),
uşaqların  və  gənclərin  mənafeyi  (m.6/1),  ədalət  mühakiməsinin  maraqları
(m.6/1), ölkənin ekonomik rifahının maraqları (m.8/2), başqalarının hüquql arı-
nın qorunması (m.10/2, 8/2, 9/2, 11/2), başqalarının nüfuzunun qorunması (m.
10/2),  cinayətin  və  iğtişaşın  qarşısının  alınması  (m.8/2,  10/2,  11/2),  dövlət
sirrinin və gizli məlumatın yayılmasının önlənməsi (m.10/2) kimi meyarlardır.
Məhdudlaşdırma  üsul unu  Konvensiyalar  milli  çərçivədə  qanuni  tənzimlə-
məyə buraxmaqla bərabər, məhdudlaşdırma dərəcəsi baxımından gətirilən əsas
meyar  “demokratik  cəmiyyət  üçün  zəruri  olma”dır  (m.6/1,  8/2,  9/2,  10/2,
11/2).
145
Klassik  demokratiyalar əsas  hüquq  və  azadlıqların ə n  geniş  ölçüdə  təmin
olunduğu  rejimlərdir. İnsanların  toxunulmaz,  ayrılmaz əsas  hüquq  və  azadlıq -
larının  özəyinə  toxunan,  onları  tamamilə  aradan  qaldıran  məhdudiyyətlər,  əl -
bəttə  ki,  demokratik  cəmiyyət  ehtiyaclarına  uyğun  sayıla  bilməz.  Liberal  ol -
maqla bərabər, bu rejimlər hüquqi dövlət olmalı, fərdi ön planda tutmalıdır. Bu
anlayış içində azadlıqların  yalnız nə ölçüdə məhdudlaşdırıldığı deyil,  məhdud -
laşdırmanın  şərtləri,  səbəbi,  metodu,  məhdudlaşdırmaya  qarşı  nəzərdə  tutulan
şikayət  və  etiraz  yolları  de mokratik  cəmiyyət  qaydaları  baxımından  dəyərlən -
dirilməlidir.  Hüquqlar  ancaq  istisna  olaraq,  demokratik  cəmiyyətin  daimiliyi
üçün  məcburi  və  zəruri  olduğu  ölçüdə  məhdudlaşdırıla  bilər.  Demokratik  hü -
quqi  dövlətdə  məqsəd  nə  olursa -olsun,  hüquqların  məhdudlaşdırılması  bu
rejimlərə xas olmayan qaydalarla həyata keçirilməməlidir və müəyyən hüququn
ümumiyyətlə istifadəsini aradan qaldıracaq səviyyəyə çatmamalıdır.
146
Azərbaycanda  əsas  hüquq  və  azadlıqların  təmin  olunmasından  danışmaq
hələ  ki,  tezdir.  Konstitusiya əsas  hüquqların  qorunması  baxımından  qüvvətli
145
Gemalmaz  Mehmet  Semih. Esas  belgelerde  insan  hakları, Kavram  Yayınları,  Ankara,  1996,
s.315
146
 AYM, E. 85/8, K.86/27, T. 26 Noyabr 1986, RG. 14 Avgust 1987 – 19554.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə