Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə36/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   32   33   34   35   36   37   38   39   ...   140

İnzibati hüquq
59
«Məhkəmə-Hüquq Şurası haqqında» Qanun.
123
Azərbaycanda hakimliyə  namizəd  olmaq  üçün şərtlər,  hakimlərin  təyin
edilməsi və vəzifədən çıxarılması bu şəkildə tənzimlənib: Yaşı 30 -dan az olma-
yan, seçkilərdə iştirak etmək hüququ olanlar, ali təhsili olan və hüquqşunas ixti -
sası  üzrə  5  ildən  çox  işləyən  Azərbaycan  Respublikası  vətəndaşları  hakim  ola
bilər. Birinci instansiya məhkəmələrinin hakimlərini vəzifəyə Məhkəmə-Hüquq
Şurasının  təqdimatı  ilə  Prezident  təyin  edir.
124
  Qeyd  etməliyik  ki,  hakimlərin
vəzifəyə bu şəkildə təyin olun maları tədricən formalaşıb. Burada Avropa Şurası
kimi beynəlxalq qurumların da rolu vardır. 17 Yanvar 2000 -ci il tarixli “Azər-
baycan  Respublikasında  hakim  vəzifəsinə  namizədlərin  seçilməsi  qaydalarının
təkmilləşməsi  haqqında»  Prezidentin  Fərmanı  ilə  hakim lərin  vəzifəyə  təyin
edilmələrı üçün yazılı və şifahi olmaq üzrə imtahan sistemi qəbul edilib.
125
 Eyni
qaydanı  «Məhkəmələr  və  hakimlər  haqqında»  Qanunun  93 -3-cü  maddəsi  də
təkrarlayır. Diqqət etsək, imtahanla seçilənlər hakimlər deyil, hakimliyə nami -
zədlərdir. Məsələn, 2000-ci ilin ilin aprel-iyul aylarında aparılan yazılı imtahan
və şifahi müsahibə nəticəsində  312  hakim  seçilmişdi.
126
  Bunların  sonraki
təyinatları isə yuxarıda toxunulan konstitusion qaydada reallaşmışdı. Şifahi mü-
sahibəni isə Məhkəmə-Hüquq Şurası həyata keçirir.
Hakimlərin  hansı  məhkəmələrə  təyin  olunacaqlarını  Məhkəmə -Hüquq
Şurasının  təklifi  ilə  Prezident  həll  edir.  Prezident  Fərmanında  hansı  hakimin
hansı məhkəməyə təyin edilməsi də göstərilir. Lakin bu işdə Məhkəmə -Hüquq
Şurası  da əhəmiyyətli  rol  oynayır.  «Məhkəmə-Hüquq  Şurası  haqqında»  Qanu-
nun  11-ci  maddəsinə  görə,  hakimlərin  iş  yerinin  dəyişdirilməsi  təklifini Şura
123
«Məhkəmələr və hakimlər haqqında» Qanunun  1-ci maddəsi qanun müddəalarının Konstitusiya
Məhkəməsi və hakimlərinə şamil edilməyəcəyini bəyan edir.
124
Məhkəmələr və hakimlər haqqında" Qanunun 93 -3-cü maddəsi. Azərbaycan Respublikası Konsti -
tusiyasının 109-cu maddəsinin 9-cu bəndinə görə, ümumi  məhkəmə hakimlərinin təyin edilməsi
birbaşa Prezidentin səlahiyyətindədir. Yuxarı məhkəmələrin hakimlərini isə Prezide ntin təklifi ilə
parlament təyin edir. Lakin «Məhkəmə-Hüquq Şurası haqqında» Qanun bu qaydalara bir az fərqli
tənzimləmələr gətirib.
125
Adı  çəkilən  fərmanın  verilməsi  müsbət  hal  olmaqla  bərabər,  həyata  keçirilməsi,  geriyə şamil
edildiyi  üçün,  hüquqların  və  Konstitusiyanın  pozuntusu  kimi  ortaya  çıxıb.  Konstitusiyaya  görə,
hakimlər vəzifədən ancaq parlamentin qərarıyla çıxarıla bilər. Bu imtahanla Azərbaycanda bütün
hakimlər  yenidən  imtahana  girmək  məcburiyyətində  qaldılar,  müəyyən  bir  hissəsi  də  vəzifədən
uzaqlaşdırıldı. Hüquqi dövlət prinsipinә görə, bu imtahan ancaq hakimlərin konstitusiyada göstə-
rildiyi kimi 5 illik və 10 illik vəzifə müddətinin axırında keçirilməliydi. Ortaya çıxacaq etirazların
çox böyüməsini əngəlləmək üçün adı çəkilən fərmanın 2 -ci bə ndində bütün yuxarı məhkəmələrin
sədrləri imtahan və müsabiqədən azad olunmuşdu.
126
Cəfərov Ramiz, Heydər Əliyev və Azərbaycanda Hüquqi Islahatlar, Dirçəliş Jurnalı, Sy. 62,  Azər -
baycan Dövlət Quruculuğu və Beynelxalq Münasibətlər İnstitutu Yayımı, Bakı, Aprel 2003, s.95.


Fərhad Mehdiyev
60
verir. Vəzifə yerininin dəyişdirilməsi qərarını isə Prezident qəbul edir.
127
 Yenə
eyni səlahiyyətə əsaslanaraq Prezident məhkəmə sədrlərini təyin edir, təklifi isə
Məhkəmə-Hüquq Şurası irəli sürür.
Konstitusiya hakimlərin başqa heç bir seçkili və ya təyinatlı vəzifə tuta bil -
mələrini,  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyətindən  başqa  hər  hansı  kom -
mersiya,  başqa  ödənişli  və  siya si  fəaliyyətlə  məşqul  olmalarını  qadağan  edir.
Hakimlər  siyasi  partiyaya  üzv  ola  bilməzlər,  vəzifə  maaşından  başqa  ancaq
elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə gəlir əldə edə bilərlər. Əlaqədar
qanun  da  hakimlərin  vəzifəyə  təyin  edilmələrindən  əvvəl  siyasi  partiya  üzvü
olduqları  halda,  partiya  ilə  münasibətlərini  kəsmələrinin şərt  olduğunu
müəyyən  edib.
128
  Beləliklə,  hakimlərin  vəzifə  müddəti  xaricində  partiya  üzvü
olmaq imkanı tanınıb. Lakin rəsmi olaraq hakimin partiya ilə münasibəti kəsilsə
də, o, partiyanın təəssübkeşi olaraq qalır. Hakimlərin isə siyasi görüşlərin əsiri
olması  uğursuz  haldır.  Obyektiv  və  tərəfsiz  hakim  siyasətdən  uzaq  duran  ha-
kimdir. Ona görə də Konstitusiyanın nəzərdə tutduğu hakimlərin siyasi fikirlərə
və  motivlərə  bağlı  olmamaları  niyyəti  praktikada  təsirsiz  qala  bilər.  Bu
müddəanın  təsiriz  qalmasına  hakimlərin  təyin  olunması  mexanizmi  də  səbəb
ola bilər. Hakimləri Prezidentin təyin etdiyi ölkədə, əlbəttə ki, onların seçiminin
tərəfsiz  olmaması  imkanı  və  ehtimalı  var.  Bu  halda   hakimlərin  icra  hakimiy-
yətinə  sadiq  partiyadan  və  ya  ona  yaxın  olan,  ya  da  onu  dəstəkləyən şəxslər
arasından  seçilməsi  ehtimalı  böyükdür.  Ona  görə  də  hakimliyə  namizədlərin
imtahandan  qabaqkı  5  ildə  siyasi  fəaliyyətlə  məşqul  olmaması  tələbinin  qa-
nunvericiliyə daxil edilməsi yaxşı olardı.
Hakimlərin vəzifə müddəti əvvəlcə məhdud idi; yuxarı məhkəmə hakimləri
üçün 10 il, aşağı məhkəmə hakimləri üçün isə 5 il nəzərdə tutulurdu.
129
. Sonra-
dan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 96-cı maddəsi dəyişdirildi;
ilkin  vəzifə  müddəti  ərzində peşəkar  çatışmazlıq  aşkar  olunmazsa,  hakimlərin
vəzifə  müddəti  65  yaşınadək  uzadılır.  Peşəkar  çatışmazlığın  olub -olmadığını
Məhkəmə-Hüquq  Şurası  təyin  edir.  Demək  mümkündür  ki,  hakimin  müstəqil-
liyi  vəzifə  müddətindən  də  asıl ıdır. Mövcud  sistemdə  mənfi  hal  bundan  iba -
rətdir  ki,  ilk  5  illik  təyinat  müddətində,  hakimlər  yenidən  təyin  oluna  bilmək
üçün, özlərini tam müstəqil hiss edə bilməyəcəklər.
Rusiyada  1993-cü  il  tarixli  «Hakimlərin  statusu  haqqında»  Qanunun  11-ci
127
Azərbaycan  Respublikası  Konstitusiyasının  109 -cu  maddəsinin  32-ci  bəndi  dövlət  başçısının
səlahiyyətlərini  xeyli  genişləndirir:  “Bu  Konstitusiya  ilə  Parlament  və  məhkəmə  orqanlarının
səlahiyyətlərinə aid edilməyən məsələlər dövlət başç ısı  tәrәfindәn icra qaydasında həll edilir”.
128
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu m.105.
129
"Məhkəmələr və hakimlər haqqında" Qanun, 96-cı maddə.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə