Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə30/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   26   27   28   29   30   31   32   33   ...   140

İnzibati hüquq
47
hüquqlarına  hörmətlə  yanaşmalı,  ilahi  iradənin  əksi  olan  təbii  qanunlara  əməl
etməlidir. Amma kral bu qanunları pozduqda nə isə etmək mümkün deyildi.
Polis dövlətində əmretmə gücü hökmdar və onun təyin etdiyi şəxs/qurumlara
aiddir.  Bunların  səlahiyyəti  mütləq  səlahiyyət  sayıldığından,  məhdudlaşdırılması
və  bu  səbəbdən  məsuliyyətə  cəlb  olunmaları  da  qəbul  olunmurdu. Polis
dövlətində mülk-dövlətdən fərqli olaraq, hökümdarın fəaliyyəti öz adından deyil,
dövlət  adından  həyata  keçirilirdi.  Böyük  bir  güc  olaraq  qarşımıza  çıxan
hökmdarın  və onun təmsil etdiyi dövlətin üstündə bir güc  yox idi. Bu baxımdan
mülk-dövlət  anlayışından  polis  dövləti  anlayışına  keçilməsi,  cəmiyyətin  idarə
edilməsində  özbaşınalığın  bir  az  azalmasına  baxmayaraq, çox  da  böyük fərq
gətirmədi.
Polis  dövləti  terminindəki  "polis"  anlayışı,  sadəcə,  bugünkü  mənasıyla
“mühafizə” mənasında deyil, daha geniş mənada istifadə olunurdu. Cəmiyyətin
rifah  və  təhlükəsizliyini  təmin  etməyə  aid  bütün  administrativ  fəaliyyət  "polis
fəaliyyəti"  olaraq  qəbul  edilirdi.  Dövlətin  bu  fəaliyyəti  icra  etmək  üçün  sahib
olduğu  məhdudlaşdırılmamış  və  nəzarətsiz  güc  isə  "polis  qüdrəti"  ( Polizeigewalt)
adlandırılırdı.
“Xəzinə  nəzəriyyəsi”  praktikası  da  polis  dövlətini  mülk -dövlətdən  ayırır.
Qabaqlar idarə olunanlara dövlətin vurduğu zərərə görə heç bir təminat verməyən
polis  dövləti,  daha  sonra  məhkəmə  praktikası  ilə  dar  da  olsa,  məhdud  təminat
gətirmişdi.  Bu  nəzəriyyə  Almaniyada  ortaya  çıxıb.  Kökünü  Roma  hü -ququnda
tapan,  kraldan başqa  xəzinəyə ayrı bir hüquqi şəxs  kimi baxan bu  görüşə əsasən,
özəl  hüquq  rejiminə  görə  xəzinəyə  qarşı  iddia  qaldırmaq  müm-kün  olurdu.
89
“Xəzinə nəzəriyyəsi”  (Die  Fiskustheorie)  XVIII əsr  Almaniyasın-da  qismən  də
olsa,  administrativ  fəaliyyət  nəticəsində  zərər  çəkmiş  şəxslər  üçün məhkəməyə
şikayət  yolunu açmışdı  və  məhkəmə qərarlarıyla inkişaf etdiril-mişdi. Hökmdarın
şəxsi  xəzinəsi  xaricində  qalan  dövlət  xəzinəsinə  qarşı  iddia  qaldırma  haqqının
tanınması ilə hökmdarın icra səlahiyyətlərinə əsasən apardığı fəaliyyətə görə (siyasi
məsələlər -  “Reqierungssache”  istisna  olmaqla)  xəzinə-nin  maddi  məsuliyyəti
qəbul  edilmişdi.
90
  Beləliklə,  polis  dövlətində  sonralar  dövlətin  məsuliyyəti  dar
mənada  olsa  da,  var  idi.  Düzdür,  kralın  (və  onun  vəzi-fəli  şəxslərinin)  aktlarının
qanuniliyini  mübahisə  etmək  mümkün  deyildi, ancaq  müəyyən  bir  kompensasiya
tələb  etmək  mümkün  idi. Xəzinə  nəzəriyyəsi  hökm-darla  xəzinəni  bir-birindən
ayırdığı və hüquq qaydalarına əsaslanmadığı üçün tənqid edilib. Lakin vurğulamaq
lazımdır ki, bu nəzəriyyə zamanının ehtiyac -larını da müəyyən qədər nəzərə alıb.
91
Qeyd edək ki, bu anlayış indiyə kimi BGB § 89 -da öz varlığını qoruyur.
89
Gözübüyük Şeref, Turgut Tan, İdare hüququ, 1 Cild, Turhan Kitabevi, Ankara, 1999, s.52.
90
Akyılmaz, Sezginer, s. 37.
91
Günday, s.25.


Fərhad Mehdiyev
48
II. LİBERAL DÖVLƏTDƏN HÜQUQİ DÖVLƏTƏ
Hüquqi  dövlət  nəzəriyyəsinin  əsas  prinsipi,  insan  hüquq  və  azadlıqlarına
təminat verilməsidir. Tarixi inkişaf içində insan hüquqları na hörmət göstərilməsi
və qanunla tanınması liberal dövlət anlayışının bərqərar olması ilə bağlıdır. Yəni
liberal  dövlət  bunları tanıyıb. Liberal  dövlətlə  hüquqi  dövləti ayıran əsas  fərq
hüquqi  dövlətin  əsas  insan  hüquqlarını  sadəcə  tanıması  deyil,  eyni  za manda
onların həyata keçməsinə təminat verməsidir.
A. AYDINLANMA ÇAĞI VƏ LİBERAL DÖVLƏTİN
YARANMASI
Liberal  dövlət  anlayışının  öncülü  Con  Lokk  sayılır,  lakin  onun  yaşadığı
çağda (XVII əsr) və ondan sonra uzun müddət ərzində liberal dövlət qurulma-
mışdı.
92
 Çünki XVII və XVIII əsrin dövlətləri polis dövlətinin hakim olduqları
çağlar idi.
Liberal dövlətin cəmiyyət və dövlət anlayışı fərdə və fərdin iradəsinə əsas -
lanır. Dövlətin əsas ünsürü, tək dayanağı və mənbəyi olan fərd, liberal dövlətdə
başlıca  dəyər  və  məqsəddir.  Dövlətin  məqsədi  fərdin  xoşbəxtliyini  reallaşdır -
maqdır.
93
Liberal dövlətin, daha doğrusu, dövlətlərin nə zaman qurulduğunu müəyyən
etmək çətindir. Məsələn, Fransa inqilabının "İnsan və Vətəndaş Hüquqları Dek -
larasiyası"  ilə  liberal  dövlət  yaratdığını  iddia  etmək  çətindir.  Çünki  o  rejimi
“çoxluğun despotizmi” adlandırmaq daha düzgün olar.
Liberal dövlət anlayışı ilə dövlət mütləqiyyətinin və despotizminin məhdud -
laşdırılması,  idarə  olunanlara  təminat  verilməsi  uğrunda  mübarizənin  iki  nəti -
cəsi ortaya  çıxıb -  bunlardan  ilki  dövlət  səlahiyyətlərinin  məhdudlaşdırılması,
ikincisi isə idarə olunanlara müəyyən hüquqların verilməsidir.
Liberal dövlətdə dövlət səlahiyyətlərinin məhdudlaşdırılması və məcburi olaraq
bu  məqsədlə  müəyyən  qaydaların  qoyulması inzibati  hüquq  sahəsinin  ortaya
çıxmasına  və  inkişafına  da  təsir  göstərib.  Dövlət  hüququnun  inkişafı  baxımından
liberal dövlət önəmli mərhələdir. Bununla yanaşı inzibati hüquq baxımından liberal
dövlət  sosial  hüquqi  dövlətin  başlanğıcı  olduğu  üçün  xüsusi   önəm  daşıyır.
Beləliklə,  hüquqi  dövlət  liberal  dövlətin  bir  qurumu  olaraq  yaranıb  və  inkişaf
92
Hacızadə Hikmət. Demokratiya: Gediləsi uzun yol, Əbilov & Zeynalov Mətbəəsi, Bakı, 2001, s.51.
93
Chandran Kukathas, The Many and the One: Pluralism in the Modern World, Richard Madsen and
Tracy B. Strong, editors, 2003, p. 61.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə