Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə27/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   23   24   25   26   27   28   29   30   ...   140

Fərhad Mehdiyev
40
C. İNZİBATİ HÜQUQ VƏ ÜMUMI HÜQUQUN BAŞQA
SAHƏLƏRİ
Ümumi  hüquq  sahəsi  olan İnzibati (idarəetmə)  hüququ  dövlət  idarəçi-
liyinin hüquqiliyini araşdırdığından ümumi hüququn başqa sahələri ilə qarşılıqlı
əlaqədədir.
66
İnzibati  hüquq,  səpələnmiş  qanunvericilik  sahəsidir,  i nzibati
hüququn  vahid  qanunu
(məcəlləsi)
yoxdur,
inzibati  hüquq  normaları
qanunvericiliyin müxtəlif sahələrində toplanıb.
İnzibati hüquqa ən  yaxın  hüquq  sahəsi   Konstitusiya  hüququ-dur.
Dövlətin əsas  təşkilatını,  hakimiyyət  qollarının  yaradılması  və  fəaliyyətinin
əsas prinsiplərini, siyasi iqtidarın dəyişmə mexanizmini göstərən, insan hüquq -
larının  təminatçısı  olan  Konstitusiya  hüququnun İnzibati  idarəetmə  hüququ  ilə
bağlı  olması  təbiidir.  Unudulmamalıdır  ki, İnzibati  hüquqa  hakim  olan
prinsiplər və mənbələrin bir hissəsi Konstitusiyada əksini tapır.
İnzibati  hüququn  yaxın  olduğu  başqa  hüquq  sahəsi Cinayət  prosessual
hüququdur.
67
  Bir  tərəfdə  dövlətin,  qarşı  tərəfdə  isə  vətəndaşın  olduğu  hüquq
münasibətlərinin inzibati  hüquqa  da  daxil  olacağı  aydındır.
68
  Lakin  ölkəmizdə
«İnzibati  icraat  haqqında»  Qanunun  3-cü  maddəsinə  görə,  cinayət-prosessual
fəaliyyətə inzibati icraat qaydaları şamil olunmur.
İnzibati hüququn Cinayət  hüququ  ilə  münasibəti  cinayət  qanunlarının
dövlət  idarəsi  əleyhinə  törədilən  cinayətləri  ehtiva  etməsi  və  bəzi  hallarda
blanket dispozisiyadan istifadə edərək cinayətin obyektiv cəhətinin təyini üçün
İnzibati hüquqa  istinad  etməsində  ortaya  çıxır.
69
Digər tərəfdən,  cinayət
qanununda  dövlət  idarəçiliyi  ilə  bağlı  normaların əksinə  davrananlar  üçün
66
Beynəlxalq  ümumi hüququn,  İnzibati idarəetmə hüququ ilə  əlaqəsi olmadığı zamanlar da olub.
İnzibati idarəetmə hüququ administrasiyanın ölkəiçi idarəetməsinin hüquqiliyini incələyirdi. Lakin
insan hüquqları sahəsindəki inkişaf və  əsas hüquqlara beynəlxalq müqavilələrlə garantiya
verilməsi, üstəlik, Avropa Şurası kimi beynəlxalq/regional qurumların bu sahədə səlahiyyət sahibi
olmaları, dövlətlərin məsuliyyətinə təsir göstərmələri, bu mövzuların həm İnzibati idarəetmə hüqu-
qu, həm də dövlətlərin  ümumi hüququ ilə bağlı olması bu iki hüquq sahələri arasındakı müna-
sibətləri xeyli artırıb.
67
Polis hüququnun ayrıca hüquq fənni olmasını söyləmək hələ tezdir. Polis hüququ ilə bağlı tənzim-
ləmə Cinayət prosessual hüququna daxildir.
68
Bununla belə, burada bəzi incəliklərə diqqət yetirilməlidir.  İstintaq orqanlarının hərəkətlərindən
administrativ məhkəmlərə yox, ə dliyyə məhkəmələrinə müraciət olunur.  İstintaq orqanlarının
hüquqa zidd fəaliyyəti nəticəsində yaranan dövlətin maddi məsuliyyəti və buna müraciət yolları da
Azərbaycanda olduğu kimi, cinayət prosessual, ya da başqa qanunda tənzimlənə bilər.
69
Məsələn,  “vəzifə səlahiyyətlərindən sui-istifadə” cinayətinin yaranmasını müəyyən etmək  üçün,
“vəzifənin” nədən ibarət olduğu, yəni tərkibini müəyyən etmək lazımdır, lakin məmurun vəzifəsini
cinayət hüququ deyil, inzibati hüquq müəyyən edir.


İnzibati hüquq
41
sanksiyalar  qoyulur,  bu  sanksiyalar  hüquqi  məsuliyyət  formasında  çıxış  edir.
İnzibati xəta cinayət qanunu çərçivəsində cinayət də sayıla bilər.
Sonda  vurğulanmalıdır  ki,  insan  hüquqları İnzibati hüquq  ilə  sıx  bağlıdır.
İnsan hüquqlarını, əslində, xüsusi hüquq şəxsi də  (non-state actors) poza bilər,
lakin  insan  hüquqları  baxımından əhəmiyyət  kəsb  edən  pozuntular,  daha  çox
dövlət  məmurlarının  törətdiyi  pozuntulardır.  Bu  cür  ixtilafların  böyük  bir
hissəsi inzibati  hüququn əhatə  sahəsinə  daxildir.  Bunlara  səyahət  hüququ,
mülkiyyət  hüququ  (dövlətləşdirmə  və  memarlıq/şəhərsalma  işlərində),  təhsil
hüququ, vicdan azadlığı və s.-lə bağlı pozuntular misal ola bilər.
D. HÜQUQİ DÖVLƏT PRİNSİPLƏRİNİN TƏMİN EDİLMƏ SİNDƏ
İNZİBATİ HÜQUQUN YERİ
Qanunvericilik  orqanı  üzərində  konstitusiya  nəzarəti  prinsipi  xaricində
hüquqi dövlətin bütün prinsipləri ya birbaşa, ya da dolayı olaraq icra hakimiy -
yəti  və  onun  davamı  olan  administrasiya  ilə  sıx  bağlıdır.
70
  Məhz  buna  görə
«İnzibati icraat haqqında» Qanunun məqsədi “inzibati orqanlar tərəfindən insan
hüquq  və  azadlıqlarına əməl  olunmasını  təmin  etməkdən  və  qanunun  aliliyinə
nail olmaqdan ibarətdir”.
Hüquqi dövlət, sadə desək, idarə edənlərin hüquqla bağlılığını ifadə etdiyi -
nə görə  onun  təmin  edilməsində İnzibati  hüququn əhəmiyyəti  ortaya  çıxır.
71
Hüquqi  dövlət  prinsiplərindən  bəziləri -  administrasiyada  qanunçuluq  prinsipi,
administrativ fəaliyyət üzərində məhkəmə nəzarəti, dövlətin maddi məsuliyyəti
kimi  prinsiplər inzibati  hüquq  fənninin  tədqiqat  və  əhatə  dairəsindədir.  Başqa
prinsiplərin gerçəkləşdirilməsi baxımından isə administrativ hüquq tamamlayıcı
funksiya  daşıyır. Misal  olaraq administrasiya  üzərində  məhkəmə  nəzarəti
olmadan,
insan  hüquqlarına  hörmət  prinsipinin  mümkünsüz  olacağını
göstərmək olar.
Zənnimcə,  hüquqi  dövlət  prinsiplərindən  ən  əsası  administrasiya  üzərində
məhkəmə  nəzarətidir.  Təsirli  məhkəmə  nəzarəti  hakimiyyətlər  bölgüsünün  ol -
duğu  sistemlərdə  hüququn  üstünlüyünü  təmin  etmək  üçün  önəmli  faktordur.
Hərçənd bu  ifadə  məhkəmələrin  müstəqilliyini  və  demokratik  idarəetməni  də
nəzərdə  tutur  və  bu  faktorların  yoxluğu  məhkəmə  nəzarətini  formal  bir şeyə
70
Məsələn, məhkəmələrin müstəqilliyi prinsipi hakimlərin xüsusilə icra hakimiyyətindən müstəqil
olmalarını tələb edir. Hakimiyyətlərin bölgüsü prinsipinin administrasiyanın səlahiyyətlərini
məhdudlaşdırıcı xüsusiyyəti var.
71
Lakin bu, hər hansı formal inzibati hüquq deyil, zəngin, sistemli, administrasiya  üzərində təsirli
hüquqi kontrolu təmin eden, pozitiv mənada qəbul edilməsi lazım olan inzibati idaəetmə hüququ
olmalıdır.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə