Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə24/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   20   21   22   23   24   25   26   27   ...   140

İnzibati hüquq
33
B. İNZİBATİ HÜQUQUN KODİFİKASİYA OLUNMAMASI
İnzibati hüquq daim inkişaf etdiyinə və dəyişdiyinə görə (məsələn Nazirlər
Kabineti  qərarlarını  dəyişdirir,  tez-tez  yeni  qərarlar  qəbul  edir) kodifikasiyası
mümkün olmayan hüquq sahəsidır. Başqa sözlə, İnzibati idarəetmə hüququnun
«Mülki  hüquq»un  pozitiv əsası  olan  Mülki  Məcəllə  kimi  bir  qanunu  yoxdur.
Ancaq  administrativ  hüququn  kodifikasiya  edilməməsi  onun  anglo-sakson
ölkələrindəki «Common law»a bənzər, məhkəmə qərarlarına/praktikasına daya -
nan  hüquq  olduğu  mənasına  gəlmir.  Əksinə,  admin istrativ  fəaliyyəti,  adminis-
trativ təşkilatı, idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini, dövlət qulluq -
çularının  statusunu  tənzimləyən  onlarla  normativ  akt  var.  Lakin  bu  normalar
inzibati hüququn  qaydalarını əhatə  edən,  əsas prinsiplərini  müəyyən edən,
inzibati  idarəetmənin  bütün  sahələrini  və  mövzularını  tam  olaraq  qavrayan  və
tənzimləyən qanunlar deyildir. Bir çox halda İnzibati hüququnun mənbəyi olan
qanunvericilik  norması,  eyni  zamanda  başqa  bir  hüquq  sahəsini,  məsələn,
torpaq  qanunvericiliyini,  mülki  qanunvericiliyi,  kommersiya  hüququnu  və  s.
hüquq  sahələrini  də  əhatə  edir.  Buna  misal  kimi  «Haqsız  rəqabət  haqqında»
Qanunu göstərmək olar.
Düzdür, inzibati  hüququ  kodifikasiya  etməyə  cəhd  olunub.  Ancaq  bu
təcrübələr uğurla nəticələnməyib. Bunun səbəbi dövlətin idarəetmə fəaliyyətinin
inkişafına  paralel  olaraq, İnzibati  hüququnun  da  eyni  sürətlə  dəyişməsidir.
Müasir  dövlət,  təkcə  asayişi və  dövlətin  müstəqilliyini  təmin  etmək  vəzifəsini
daşımır;  vətəndaşlarına  davamlı  xidmət  göstərən  və  bunları  hər
gün
yaxşılaşdıran  bir  dövlətdir.  Administrativ  xidmətlərin  və  fəaliyyətin  hər  gün
artması  və idarəetmə  fəaliyyətinin  daimi  inkişafı  İnzibati  hüququn  da
kodifikasiya edilərək bir mənbədə toplanmasını imkansız hala gətirir.
C. İNZİBATİ HÜQUQUN MƏHKƏMƏ QƏRARLARI İLƏ
İNKİŞAF ETMƏSİ
İnzibati  hüquq  kodifikasiya  edilmədiyi  üçün  ondaki  boşluqlar  və  çatış -
mazlıqlar  məhkəmə  qərarları  ilə  doldurulur. İnzibati  hüquq  bu  xüsusiyyətinə
görə administrativ fəaliyyətin inkişafına rahat adaptasiya olunur.
Bundan  başqa,  mülki işlərə  baxan məhkəmədəki  hakimdən  fərqli  olaraq,
administrativ  məhkəmə  hakimi  tətbiq  etdiyi  qaydanı  bəzi  hallarda  qanundan
götürmür,  bu  qaydanı  özü  qoyur
47
  və  dolayısıyla  mülki  məhkəmə  hakimindən
daha geniş səlahiyyətlər yerinə yetirir. Mülki işlərə baxan  hakim mülki qanun-
vericiliyi, qanunda müddəa olmadıqda isə adətləri tətbiq edir; ancaq adət olma -
47
Əlbəttəki bu qaydalar, hüququn hamılıqla qəbul edilmiş prinsiplərindən törəy ən qaydalardır.


Fərhad Mehdiyev
34
dıqda  da,  hakim  öz  qərarı  ilə  hüquq  qaydası  yaradır.  Lakin  mülki  hüquq  qay -
daları  daha  çox  kodifikasiya  olunduğu  üçün  mülki  məhkəmə  hakimi  qanuna
daha sıx bağlıdır. İnzibati məhkəmə hakimi isə inzibati hüququn əsas qaydaları
kodifikasiya  olunmadığı  üçün  Konstitusiya  və  inzibati  fəaliyyətə  aid  qanun-
vericilikdəki  qaydalar  xaricində,  inzibati  fəaliyyət  prinsiplərini  rəhbər  tutaraq
hərəkət edir (etməlidir).
D. İNZİBATİ HÜQUQA “İCTİMAİ  MARAQ” PRİNSİPİNİN
HAKİM OLMASI
İnzibati hüquq,  idarəetmə  fəaliyyətinin  (inzibati  fəaliyyətin)  hüququ
olduğuna  görə,  inzibati  fəaliyyət də  öz  növbəsində ictimai  mənafeyin  həyata
keçirilməsi  məqsədi  güddüyünə  görə,  bu  hüquq  sahəsində  ictimai  maraqların
təmin edilməsi anlayışı hakimdir.
İnzibati  hüququn  bu  xüsusiyyəti,  bu  hüquq  sahəsindəki  hüquqi  statusların
(münasibətlərin),  bir  qayda  olaraq,  əvvəlcədən  müəyyən  edilmiş  statuslara
əsaslanmasına və bu hüquq münasibətlərində təktərəfliliyin və qeyri-bərabərli-
yin hakim olmasına səbəb olur.
Özəl hüquq sahəsində hüquqi statusların tərkibini tərəflər sərbəst iradələri
ilə müəyyən edirlər. Bunun əksinə, inzibati idarəetmə hüququ sahəsində hüquqi
vəziyyət bir qaydaya əsaslanır. Yəni bu hüquqi vəziyyətin tərkibi tərəflərin ira-
dəsi ilə deyil, qanunvericilikdə qabaqcadan müəyyən edilən obyektiv qaydalar-
la tənzimlənir.
48
 Məsələn xüsusi hüquqa tabe kredit müqaviləsinin müddəalarını
tərəflər  istədiyi  kimi  müəyyən  edə  bilərlər,  lakin  inzibati  hüquq   münasi-
bətlərinin formalaşmasında tərəflərin sərbəstliyi xeyli məhdud olur.
İO-lar tərəfindən aparılan inzibati icraat hər halda obyektiv olmalı, inzibati
praktika da  həmişə “bərabərlik  prinsipinə” hörmət  edilərək reallaşmalıdır.
Subyektiv  mülahizələr  ancaq  obyektiv  qayda  daxilində izah  oluna bilən
hallarda  işə  təsir  göstərə  bilər,  məsələn  yaşlılara  göstərilən  imtiy azlar  kimi.
İnzibati hüquq münasibətləri obyektiv-hüquqi status kimi üzə çıxır.
Bundan başqa, özəl hüquq münasibətində tərəflər arasında üstünlük olmur,
hər  iki  tərəf  bərabər  mövqedə  olur  (şaquli  münasibətlər).  Tərəflərdən  birinin
iradəsi  qarşı  tərəfin  iradəsindən,  mənfəəti  onun  marağından  üstün  sayılmır.
Tərəflərdən  biri  öz  iradəsini  qarşı  tərəfə  zorla  qəbul  etdirə  bilməz. İnzibati
hüquq  sahəsində  hüquq  münasibətlərində  isə  təktərəflilik  və tərəflər  arasında
qeyri-bərabərlik hakimdir. İnzibati orqanın marağı, yəni ictimai mənafe şəxslə -
rin maraqlarından üstün sayılır. Administrasiyanın birtərəfli qaydada öz iradəsi-
ni qarşı tərəfə zorla qəbul etdirmək imkanı var.
48
Gözübüyük, Tan, 1 Cild, s.18.


İnzibati hüquq
35
E. MÜBAHİSƏLƏRİN HƏLLİ
İnzibati hüququn tətbiq edilməsindən yaranan mübahisələr xüsusi hüquqla
deyil,  ictimai  marağın  hakim  olduğu  ümumi  hüquq  qaydaları  ilə  həll
olunmalıdır.  Xüsusi  hüquq  qaydaları  ictimai  marağı  ayrıca  qorumur. İnzibati
mübahisələrdə  tətbiq  edilən  prosessual  hüquq  da,  xüsusi  hüquq  ixtilaflarında
tətbiq edilən prosessual hüquq ilə eyni olmamalıdır. Çünki inzibati ixtilaflarda
tərəflər qeyri-bərabərdir: bir tərəfdə güclü administrasiya, qarşı tərəfdə isə (bir
qayda  olaraq) güçsüz  və  zəif  vətəndaş  və  ya  hüquqi şəxs  olur.  Buna  görə
administrativ  çəkişmədə  “silahların  bərabərliyi”  prinsipi  də  təmin  edilməlidir
ki, ədalətli  mühakimədən danışmaq  mümkün  olsun.  İnzibati  icraatda  bu
qaydaların  təmin  edilməsi  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  qərarlarına
görə,  Konvensiyanın  6.1. -ci  maddəsinin  tələbidir.  Administrativ  ədliyyə
sisteminin  olduğu  ölkələrdə  bu  mübahisələrə  xüsusi  administrativ (inzibati)
məhkəmələrdə baxılır. Bu mübahisələrə məhz ümumi hüquq qaydalarının tətbiq
edilməsi administrativ ədliyyə sisteminin qurulmasını zəruri edir.
İnzibati  ixtilaflara  ümumi  hüquq  qaydalarının  tətbiq  edilməsinin  zərurəti
özünü  «İnzibati  icraat  haqqında»  Qanunun  10-cu  maddəsində  də  göstərir.
Qanunu  hazırlayan  Komissiya  üzvlərinin  rəyinə  görə, inzibati  ixtilafa  baxan
hakim ölkəmizin pozitiv hüququna daxil olmayan, hamılıqla qəbul olunan ümu-
mi hüquq qaydalarını, hüquqi dövlət prinsiplərini və bu prinsipləri ehtiva edən
AŞ Nazirlər Kabinetinin tövsiyələrini, Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarlarını da nəzərə ala biləcəkdir.
49
İPM-nin  11-15-cü  maddələrində  də  bu  prinsiplər  yer  almışdır.  Belə  ki
sübuetmə  yükü İO -ın  üzərində  olduğu  kimi,  məhkəmə  lazım  gördüyü  hallarda
özü  sübutları  tələb  edir,  zəif  mövqedə  olan  vətəndaşı  qorumaq  üçün  lazımi
tədbirləri almalıdır.
İPM-yə  görə,  əgər İA -ın  qəbuluna  dair  məcburetmə  haqqında  iddia
qaldırırsa, sübutetmə  yükü  belə  halda  vətəndaşın  üzərinə  keçir; iddiaçı  öz
tələbini  əsaslandırmalıdır.  Lakin  İO  belə  halda  öz  imtinasını  faktiki  hallara
əsaslandırırsa, İO bunu sübut etməlidir.
Qanun  qeyd  etməsə  də,  belə  hallarda şəxs İO -da    olan  məlumata  istinad
etməlidirsə, sübutetmə yükü yenə İO -da olmalıdır, bunları məhkəmə istəməlidir
(İPM 11 və 12-ci maddələrin tələbi).
49
Bu rəy  3-5  May  2006-cı  il tarixləri arasında  MM  və  GTZ -nin  təşkilatçılığı  ilə  keçirilən “İnzibati
hüquq  və  hüquqi  dövlət:  Azərbaycanda  inzibati  hüquq  islahatı” mövzusunda  Konfransda bildiril -
mişdir.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə