Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə21/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   17   18   19   20   21   22   23   24   ...   140

Fərhad Mehdiyev
24
II. İNZİBATİ FƏALİYYƏTİN PREDMETİ, MƏQSƏDİ VƏ
XÜSUSİYYƏTLƏRİ
A. İNZİBATİ FƏALİYYƏTİN  PREDMETİ
Inzibati  fəaliyyətin predmetini,  yuxarıda  göstərdiyimiz  kimi,  dövlətin
siyasi, qanunvericilik, məhkəmə fəaliyyəti xaricində qalan və cəmiyyətin daimi
ehtiyaclarını ödəmək,  gündəlik həyatını davam etdirmək  məqsədilə icra edilən
ictimai  işlər  və  xidmətlər  təşkil  edir  («la  fonction  publique»).
39
  Bu  mənada
idarəetmə  (inzibati)  fəaliyyətini  əsasən inzibati  orqanlar  yerinə  yetirir,  lakin  o
bəzi  nadir  hallarda,  qanunvericilik  və  məhkəmə  orqanlarında da aparılan  bəzi
işləri  və  fəaliyyətləri  də  əhatə  ed ə  bilər.  Qanunvericilik  orqanları  ancaq
qanunvericilik fəaliyyəti ilə məşqul olmur; misal olaraq parlamentin mühasibat
əməliyyatlarını, parlamentdə işləyən şəxslərlə əlaqədar fəaliyyəti, inzibati ərazi
bölgüsünün  təsdiq  edilməsini
40
  göstərmək  olar.  Konstitusiyada  göstərilən
qanunvericilik  funksiyasına  (ümumi  qayda  qoyma)  mahiyyətcə  daxil  olmayan
bu  növ  fəaliyyəti  parlament  icra  etsə  də,  o,  administrativ  funksiyaya  daxildir.
İnzibati ədliyyə  sisteminin  olduğu  ölkələrdə  bu  cür  fəaliyyətdən  yaranan
mübahisələrə inzibati məhkəmələr  baxır.  Məhkəmə  orqan ları  da  məhkəmə
funksiyasına  daxil  olmayan  işlər (məsələn,  məhkəmə  işçiləri  ilə  bağlı)  görə
bilər və bəzi inzibati aktlar verə bilərlər.
İnzibati  hüququn  predmeti. Yuxarıdakı  paraqrafda  bu  hüquq  sahəsinin
predmeti  ümumi  mənada  göstərilib.
İnzibati  idarəetmə  orqanlarının
quruluşunun,  yaradılmasının,  apardıqları  fəaliyyətin  hüquqi  cəhətləri,  dövlət
qulluğu,  idarəetmə  orqanlarının  fəaliyyətinə  nəzarət  də  inzibati  idarəetmə
hüququnun  predmetinə  daxildir. İnzibati  icraat  qaydaları  və  onların  icrası,
administrativ fəaliyyət üzərində məhkəmə nəzarətini də bunlardan saymaq olar.
Qısası,  ictimai  idarəetmə  sahəsində  yaranan  bütün  hüquq  münasibətləri
idarəetmə hüququnun predmetinə daxildir.
Anglo-sakson  hüququ  ölkələrində  də inzibati idarəetmə  hüququnun  pred-
meti bir-birinə oxşardır.  İngiltərədə  «Administrative  law»  fənninin  predmeti
idarəetmə orqanlarının fəaliyyəti, daha çox icraat qaydaları və bunlar üzərində
məhkəmə nəzarətidir .
41
Qanunvericilik və məhkəmə orqanları inzibati funksiyaya aid fəaliyyət icra
39
Ведель Джордж. Административное право Франции, Москва, 1973, с. 478 – 479.
40
İnzibati ərazi  bölgüsünün  təsdiq  olunması  mahiyyətcə  inzibati  fəaliyyət  olsa  da,  formal  qanun
vasitəsilə həyata keçirilir.
41
Richard  Pierce,  Sidney  A.Shapiro,  Paul  Verkuil, Administrative  Law  and  Process,  Fourth
Edition, Thompson and WestFoundatin Press, New York 2004, s.6.


İnzibati hüquq
25
etsələr də, idarəetmə orqanları qanunvericilik və məhkəmə funksiyasına aid hər
hansı akt qəbul edə bilməzlər. Çünki Konstitusiyanın 7-ci maddəsində göstəri-
lən hakimiyyətlər bölgüsü prinsipi bunun qarşısını alır. Bununla belə, normativ
aktlar  qəbul  etməklə  icra  hakimiyyəti/dövlət  idarəetmə  orqanlarının  “ümumi
qayda qoyma” fəaliyyətini həyata keçirdiklərini iddia etmək mümkündür.
B. İNZİBATİ FƏALİYYƏTİN MƏQSƏDİ
İnzibati fəaliyyətin məqsədi  ictimai  marağı  həyata keçirməkdir. Bildiyimiz
kimi  dövlətin  məqsədi,  xalqa  ləyaqətli  həyat  tərzi  təmin  etməkdir. İnzibati
fəaliyyətin  (idarəetmə  funksiyasının )  predmetini  təşkil  edən  ictimai  işlər  və
fəaliyyətlərin çox böyük hissəsini, xüsusi sektor müxtəlif səbəblərə görə (sərfəli
olmaması, texniki çatışmazlıq) icra etmir. Buna görə dövlətin bu xidmətləri icra
etməsi bütün cəmiyyət üçün ictimai dəyər və önəm daşıyır. Çünki bu cür ictimai
işlərin  icrası  ilə  cəmiyyətin  gündəlik  ehtiyacları  ödənilir  və  gündəlik  həyat
təmin  edilir.  Bu  səbəbdən idarəetmə  fəaliyyətinin   məqsədi  ictimai  mən afeyi
reallaşdırmaqdır  və  o,  məhz  bununla  xüsusi  sektor  fəaliyyətindən  fərqlənir.
Özəl şəxslər  qazanc,  inkişaf  və şəxsi  mənfəət  əldə  etmək  üçün  fəaliyyət
göstərirlər. İdarəetmə  orqanları  isə  qazanc  əldə  etmək  üçün  deyil,  bütün
cəmiyyətə  xidmət  etmək,  cəmiyyətin  maraqlarını  təmin  etmək  üçün  fəaliyyət
göstərirlər.
İnzibati  orqan  qazanc  güdmə  məqsədi ilə  fəaliyyət  göstərə  bilərmi?  Bir
qayda  olaraq  xeyir.  Məsələ  burdadır  ki,  qazanc  məqsədi  güdən  qurumlar,
ümumi hüquqa görə deyil, xüsusi hüquqa tabe olmalı və ba zar qaydalarına görə
fəaliyyət  göstərməlidir.  Düşünməyin  ki,  insanlardan  pul  toplayan  Vergilər
Nazirliyi,  qazanc  məqsədini  güdür.  Vergilər  ictimai  tələbata  yönəldmək
məqsədi ilə toplanır. Yaxud “Azeriqaz” səhmdar cəmiyyəti, qazı satarkən yenə
də qazanc məqsədini güdmür. Hakimiyyət səlahiyyətlərini tətbiq edərək qazanc
əldə  edilməsi,  hüquqi  dövlətdə  yol  verilməz  haldır.  İnsanlar  hakimiyyət
səlahiyyətlərinə  boyun  əyirsə,  bunun  səbəbi  legitim  məqsəddə  yatır,  bu  da
ictimai mənfəətdir, yoxsa pul qazanma məqsədi deyildir.
Əyər  dövlət  büdcəyə  fond  (gəlir)  təmin  etmək  məqsədi  ilə,  sırf  iqtisadi
funksiyalı xüsusi bir qurum yaradarsa, bu qurum hakimiyyət səlahiyyətlərindən
istifadə etməməli, inhisarçı qaydada fəaliyyət göstərməməlidir.
C. İNZIBATİ FƏALİYYƏTİN XÜSUSİYYƏTLƏRİ
1. İnzibati idarəetmə fəaliyyəti inzibati hüquqi aktlarla həyata
keçirilməsi
İdarəetmə  funksiyası,  bir  qayda  olaraq,  başqa  dövlət  funksiyaları  kimi,


Fərhad Mehdiyev
26
müəyyən  növ ümumi  hüquq  aktları  ilə  icra  edilir.  Qanunvericilik  orqanı
qanun/qərar şəklində  aktlarla,  məhkəmə  funksiyası  isə  qətnamə,  qərərdad,
qərar,  hökm şəklində  aktlarla  həyata  keçirilir.  İnzibati  fəaliyyətə  gəldikdə, o
administrativ aktlar (inzibati  hüquqi  aktlar)  adlanan  ümumi  hüquq  aktları  ilə
yerinə yetirilir.
2. İnzibati idarəetmə fəaliyyəti üstün və imtiyazli səlahiyyətlər
(dövlət/hakimiyyət gücü) tətbiq olunaraq yerinə yetirilməsi
İnzibati  orqanlara  funksiyalarını  həyata  keçirərkən  ictimai  mənafeyi
gerçəkləşdirmək  üçün  xüsusi  hüquq şəxslərindən  daha  imtiyazlı  səlahiyyətlər
verilir.  Bilindiyi  kimi,  xüsusi  hüquq  şəxsləri  arasında  bərabərlik  prinsipi  var,
heç  bir  şəxsin  iradəsi  başqasının  iradəsindən  üstün  sayılmır.  Özəl  hüquq
şəxsləri ara-sındakı hüquqi statuslar (münasibətlər) ancaq şəxslərin iradələrinin
qarşılıqlı  şəkildə  uzlaşdırılması  nəticəsində  yaranan  müqavilələrlə  qurulur.
Amma idarəetmə  orqanları
ictimai  maraqları  qorumaq  və  təmin  etmək
məcburiyyətindədir. İctimai  maraqları  qorumaq  üçün  də  administrasiya  xüsusi
hüquq  şəxslərindən  daha  üstün  durumda  olmalı,  onların  səlahiyyətləri  dah a
geniş  olmalıdır. Əks  halda  idarəetmə  orqanları  ictimai  mənafeyi  qoruya
bilməyəcəklər.
Məsələn,  administrasiya şəhərdə  ictimai  nəqliyyatın  səmərəli    işləməsi
üçün müəyyən marşrutlar üzrə məhdudlaşdırma tədbirləri görə bilər. Bu zaman
xüsusi  nəqliyyat  sahibləri  itkiyə  məruz  qalsalar  da,  onların  etirazı  hüquqi
cəhətdən düzgün sayılmayacaq. Çünki əks halda şəhər nəqliyyatını sazlamaq və
sahmana  salmaq  mümkün  olmazdı. Belə  olan  halda,  özəl  hüquq şəxslərinin
ictimai  marağın  həyata  keçməsinə  əngəl  təşkil  edən  davranışlarını  aradan
qaldırmaq üçün inzibati orqanın xüsusi şəxslərdən daha üstün səlahiyyətləri və
statusu  olmalıdır.  Başqa  sözlə,  xüsusi  hüquq şəxslərinin  razılığı  olmasa  da,
ictimai maraq tələb etdiyi hallarda administrasiyanın onların hüquqi statuslarını
dəyişmək səlahiyyəti olmalıdır.
İnzibati  orqanların  xüsusi  hüquq  şəxsləri  qarşısında  sahib  olduğu  bu  sə-
lahiyyətlər dövlət hegemonluğu və hakimiyyət səlahiyyətindən irəli gəlir. İnzi -
bati  orqanlara  öz  funksiyasını  yerinə  yetirə  bilmək  üçün  hakimiyyət  gücündən
istifadə etmək hüququ verilir.
3. İnzibati fəaliyyətin daimi dövlət funksiyası olması
İctimai mənafeni təmin etməyə yönələn və dövlət gücündən istifadə edərək
yerinə yetirilən inzibati fəaliyyət daimi dövlət funksiyasıdır. Qanunvericilik və
məhkə mə funksiyaları zaman -zaman icra edildikləri halda, inzibati fəaliyyət hər


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə