Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə18/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   14   15   16   17   18   19   20   21   ...   140

Fərhad Mehdiyev
18
işlək idarəetmə üçündür. Hüquqi şəxs statusu isə müstəqillik tələb edir və belə
bir hüquq subyekti üzərində artıq ierarxiya qayda və sistemi tətbiq oluna bilmir.
Məhz  buna  görə  icra  hakimiyyətinin  bütövlük  prinsipinin  pozulmaması  üçün
ümumi hüquq şəxsləri üzərində inzibati nəzarət sistemi qurulur.
2. Maddi  məsuliyyət.  Bilindiyi  kimi,  hüquqi  dövlətin şərt lərindən  biri  də,
dövlət  hakimiyyətini həyata  keçirən  vahidlərin  vurduqları  ziyana  görə  məsu -
liyyət  daşımalarıdır.  Hüquqi  dövlət  bunu  təmin  etməlidir.  Lakin  mərkəzi  icra
hakimiyyətinə daxil olan orqanların (məsələn, Vergilər Nazirliyi) müstəqil büd-
cəsi  yoxdur. Vergilər Nazirliyi Azərbaycan Respublikası adından hərəkət edir,
belə  olan  halda  vurduğu  ziyana  görə  dövlət  büdcəsi  məsuliyyət  daşımalıdır.
26
Lakin  bu  Nazirliyin  hüquqi  şəxs  olması, əslində  vurduğu  ziyana  görə  özünün
məsuliyyət daşımasını tələb edir.
3. Status. Çağdaş Avropada dövlət idarəetməsi əsasən nazirliklər vasitəsi ilə
həyata keçirilir. Təbii olaraq nazirlik belə hallarda dövlət adından hərəkət edir
və onu təmsil edir. Lakin hüquqi şəxs, bir qayda olaraq, özü -özünü təmsil edir,
öz  adından  hərəkət   edir.  Məhz  buna  görə  Mülki  Məcəllənin  43.3 -cü  maddəsi
“Azərbaycan  Respublikasının  səlahiyyətlərini  onun  hüquqi şəxslər  olmayan
orqanları həyata keçirirlər” şəklindədir və texniki olaraq da düzdür. Buna görə
Vergilər  Nazirliyi,  ya  da  Maliyyə  Nazirliyinin  ayrıca  hüquqi  şəxsiyyətinin  ta -
nınması,  qanunun  bu  maddəsi  ilə  açıq  ziddiyyət  təşkil  edir.  Mülki  Məcəllənin
43.3-cü maddəsinin tənzimlənməsi, əslində Almaniya hüquq sistemindən götürü-
lüb. Almaniyada dövlət hakimiyyət orqanlarının hüquqi şəxs statusu olmur,  onlar
dövləti təmsil edirlər, dövlətin orqanları olaraq sanki dövlətin hüquqi şəxsiyyətini
bölüşürlər  və  təmsil  edirlər.
27
  Eyni  sistem  Fransa,  İtalya  və  başqa  Avropa
ölkələrində də hakimdir.
28
Belə fikir yarana bilər ki, nazirliklərin lazımi konkret hüquqi münasibətlərə
girməsi  üçün  müstəqil  hüquq  subyekti  olmasına  ehtiyac  vardır.  Lakin  İqtisadi
İnkişaf Nazirliyi haqqında Əsasnamənin 6-cı bəndində görmək olar ki, nazirlik
ayrı hüquqi şəxs olmadan da balansa, bank hesablarına, möhür, blank və ştamp -
lara  sahibdir.  Dövlət  hakimiyyət  orqanları,  səlahiyyətləri  daxilində,  qurumları
adından  hərəkət  edərkən,  əslində  dövlət  adından  hərəkət  edirlər.  Buna  görə,
"BARMEK"lə İqtisadi İnkişaf Nazirliyi arasında bağlanmış müqavilə, bu sahə -
yə  aid  uyğun  səlahiyyətlər  yeni  qur ulmuş  Energetika  və  Yanacaq  Nazirliyinə
verildikdən sonra da yenilənməmişdir.
26
Buna  görə  də  belə  hallarda  kompensasiya  tələbləri  dövlət  büdcəsinə   nəzarət  edən  Maliyyə
Nazirliyinə qarşı irəli sürülür.
27
Килина  О.М.
Органы  исполнительной  власти  в  России  и  Германии,
baxın:
http://www.ktk.ru/~sm/Kilina.htm
28
Özay İl han, Günışığında yönetim, Filiz Kitabevi, İstanbul, 2004, s.121.


İnzibati hüquq
19
Bu durumda qanunvericilik və dövlət idarəetmə sistemimizdə ümumi hüquq
şəxslərinin fəaliyyəti necə tənzimlənməlidir?
Bildiyimiz  kimi,  icra  hakimiyyəti,  AR  Konstitusiyasının  7-ci  maddəsində
nəzərdə  tutulduğu  kimi,  AR  Prezidentinə  mənsubdur.  Başqa  bütün  icra  haki -
miyyəti orqanları, mərkəzi və yerli orqanlar da daxil olmaqla, tabeçilik qayda -
sında Prezidentə tabedirlər. Buna görə, bunlardan hər hansı birinin hüquqi şəx -
siyyətinin  tanınması,  o  orqanı  dərhal  ierarxiya  pilləsindən  çıxaracaq  ki,  bu  da
unitar  ölkələrdəki  idarəetmə  prinspilərinə ziddir.  Yəni  hər  hansı  nazirlik,  mər -
kəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı, və bunlara bağlı ida -
rələrə qətiyyən hüquqi şəxs  statusu tanınmamalıdır. Bu orqanlar dövlətin hüqu-
qi  şəxsiyyətini  səlahiyyətləri  daxilində  təmsil  edirlər.  Onların  səlahiyyətləri /
vəzifələri də, qanunçuluq prinsipi işığında,  ya birbaşa qanunla,  ya da qanunun
verdiyi səlahiyyətlə tənzimlənməlidir.
Belə olan halda ümumi hüquq şəxsiyyəti hansı növ idarələr üçün tanınma -
lıdır?
Avropa praktikasında ümumi hüquq şəxsiyyəti 2 növ qurumlar üçün tanınır:
1. Coğrafi  yerli  özünüidarəetmələr  (bələdiyyələr)  üçün.  Bunlar  da  hüquqi
şəxsdirlər, lakin hakimiyyət səlahiyyət lərini tətbiq etdiklərindən onlar da ümu -
mi hüquq şəxsləridir.
2. Funksional  qeyri-mərkəzi  (paytaxtdakı  hökumətə  tabe  olmayan)  admi -
nistrativ vahidlər üçün. Bu qurumlar “mərkəz ierarxiyasından” çıxarılır, onlara
müəyyən müstəqillik verilir. Bunlar peşə, texni ki, mədəniyyət, sosial sahələrdə
yaradılan,  siyasətdən  uzaq  olmalı  qurumlardır.  Bunların  yaradılmasının  başqa
səbəbləri  arasında  sırf  texniki  istiqamət,  mərkəzə  tabeçiliyin  məqsədəuyğun
olmaması,  demokratik  idarəetmənin  yayılması  kimi  hallar  var.  Bunlara  misal
olaraq  İctimai  TV,  universitetlər,  Həmkarlar İttifaqı,  dövlət  teatrları,  Vəkillər
Kollegiyası,  Milli  Bank  kimi  qurumları  göstərmək  olar.  Amerikada  Mərkəzi
Kəşfiyyat İdarəsi də belə qurumdur. Bu cür idarələr üzərində, administrasiyada
bütövlük prinsipinin pozulmaması üçün, inzibati nəzarət mexanizmlərindən biri
qurulur.
B. İDARƏETMƏ FUNKSİYASI (İNZİBATİ FƏALİYYƏT)
İndi  isə inzibati  fəaliyyəti   müəyyən  etmək  üçün  lazımi  meyarlardan
danışmalıyıq. Nə üçün? İnzibati fəaliyyətə spesifik (ümumi) hüquq rejimi  tətbiq
olunur. Funksional  mənada  idarəetmə, qanunvericilikdə  inzibati  fəaliyyət
olaraq adlanır. Bu da müəyyən növ fəaliyyəti ifadə edir; bunları dövlətin başqa
növ  fəaliyyətlərindən  ayırmaq  lazımdır. Bunları  ayırmağa  ehtiyac varmı? Var,
çünki inzibati mübahisələr və onların aidiyyəti məsələləri, inzibati fəaliyyət ilə


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə