Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə23/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   19   20   21   22   23   24   25   26   ...   140

Fərhad Mehdiyev
30
xidmətlərin  hamısı İnzibati  hüquqa  tabe  olmur.  Onların  bəziləri xüsusi  (özəl)
hüquqa  tabe  olduğundan,
“ictimai  xidmət”  meyarı
İnzibati  idarəetmə
hüququnun predmetini müəyyən etməkdə yetərsiz oldu.
C. YENİ DÖVLƏT HEGEMONLUĞU MEYARI
Belə  olan  halda İnzibati  hüququn  tənzimləmə  sahəsi  necə  müəyyən  edil-
məlidir? Bu başdan qeyd edək ki, birincisi, dövlət hegemonluğuna əsaslanaraq
icra edilən administrativ fəaliyyətlər, məsələn, mühafizə, vergi, lisenziyalaşdır -
ma və s. şübhəsiz İnzibati hüququn predmetinə daxildir.
İctimai  xidmətlər  baxımından  da  fərqləndirmə  aparsaq,  yerinə  düşər:  tək
əldən -  dövlətin  inhisarçı  kimi  təqdim  etdiyi  ictimai  xidmətlər  də  bura (pred-
metə) daxildir. Burada da dövlət hegemonluğu özünü göstərir. Sırf iqtisadi xü -
susiyyətli  xidmətlər isə özəl  hüquqa  aid  olmalıdır. Bununla  belə, nəqliyyat
sahəsini misal  kimi  versək, deyə  bilərik ucqar  kəndə  nəqliyyat  xidmətinin
təşkili   kimi  hallar,  inzibati idarəetmə  hüququnun  tənzimləmə  sahəsinə  daxil
olacaqdır.
Özəl  sektorun  fəaliyyətinə  oxşar  administrativ  işlər  də  özəl  hüquqa  tabe
edilir. Məsələn, iqtisadi və ictimai qurumlar iqtisadi sahədə ticari əsaslarla qa -
zanc  prinsipi  ilə  işləyirlər  və  fəaliyyətləri  özəl  hüquq şəxslərinin  sahibkarlıq
fəaliyyətinə bənzədiyi üçün özəl/xüsusi hüquqa tabedirlər.
Beləliklə,  “ictimai  xidmət”lə  “dövlət  hegemonluğu”  meyarlarının  qarışığı
olan yeni meyardan istifadə etmək olar. 1) - Dövlət hegemonluğuna arxalanaraq
icra edilən fəaliyyətlər və 2) - administrasiya üçün icrası sosial hüquqi dövlətdə
vacib olan ictimai xidmətlər İnzibati hüququn tənzimləmə sahəsini təşkil edir .


İnzibati hüquq
31
§ 2. İNZİBATİ HÜQUQUN MƏNBƏLƏRİ VƏ
XÜSUSİYYƏTLƏRİ
I. MƏNBƏLƏR
İnzibati  hüququn  mənbələri  ilə  başqa  hüquq  sahələrinin  mənbələri  arasında
müəyyən  bənzərlik  var.  Bununla  belə, İnzibati hüququn  mənbələri yer  və  təsir
(qüvvə) baxımından fərqlənir.
A. KONSTİTUSİYA
İnzibati hüququn birinci mənbəyi Konstitusiyadır. Dövlətin əsas quruluşunu,
bu  quruluşun  təşkilatlanması  və  işləmə  mexanizmini  göstərən  qaydalar  toplusu
olan  konstitusiya,  yuxarıda  da  gördüyümüz  kimi,  administrasiya  və İnzibati
idarəetmə hüququna aid çoxlu prinsip və qaydalar müəyyən edir.
B. DİGƏR YAZILI MƏNBƏLƏR
Konstitusiyadan  sonra  qanunlar,  fərmanlar, NK-nın  qərarları, əsasnamələr
və  s.  kimi  idarəetmə  orqanlarının  fəaliyyətinə  aid  yüzlərlə  inz ibati  normativ
aktlar administrativ fəaliyyətləri, administrasiyanın səlahiyyətlərini və vəzifələ -
rini, administrativ təşkilatlanmanı və inzibati qulluqçuların statusunu tənzimlə -
yir. Bununla belə, başqa hüquq sahələrindən fərqli olaraq, bu aktlar, bir q ayda
olaraq, İnzibati hüququn əsas prinsiplərini ortaya qoymur.
C. MƏHKƏMƏ QƏRARLARI
İnzibati idarəetmə hüququnun əsas prinsiplərini özündə toplayan və ortaya
qoyan vahid yazılı mənbə olmadığından, administrativ ədliyyə sisteminin oldu -
ğu  ölkələrdəki inzibati  məhkəmələr,  məhkəmə  praktikası  qaydasında  mü-
bahisələrin  həllində  bəzi  qaydalar  yaradırlar.  Bu  baxımdan  məhkəmə  qərarları
inzibati hüququn  mənbəyini  təşkil  edir.
44
  Fransız  hüququ  buna  misaldır.
Fransada  Konstitusiyadan  sonra  məhkəmə  qərarları  bu  hüquq  sahəsinin hətta
əsas mənbəyini təşkil edir.
Bizim  ölkədə  də  Ali  Məhkəmənin  inzibati  işlərə  dair  qərarları  presedent
hüququnu  təşkil  edir.  Bunu  İPM -nin  96.11  və  98.2  və  98.4-cü  maddələrdən
anlamaq mümkündür.
44
Günday, s.89.


Fərhad Mehdiyev
32
D. İNZİBATİ ADƏTLƏR VƏ İNZİBATİ PRAKTİKA
Nəhayət,  özəl  hüququn  yazılı  olmayan  mənbəyi -  adət-ənənəyə  bənzəyən
"inzibati  (administrativ)  adət  və  praktika”  da  var.
45
  İdarəetmə  orqanlarının
müəyyən işlərdə təkrarladığı davranışlar, yaxud yazılı mənbələrin təfsiri, ya da
praktika bunu ifadə edir. Administrasiya üstün qüvvəli hüquq qaydalarına açıq
şəkildə  zidd  olmayan  adət  və  praktikadan  ayrılmamalıdır. Əks  nəticə  "sabit/
müntəzəm  idarəetmə"  prinsipinə  və  hüquqa  zidd  olar.  Bu  prinsipi  yeni  qəbul
olunmuş  «İnzibati  icraat  haqqında»  Qanunun  13.2-ci  maddəsi  də  təkrarlayır.
Ancaq  ictimai  maraqların  tələb  etdiyi  halda  inzibati  praktikanı  dəyişmək
mümkündür (yerinə görə isə zəruridir).
E. NƏZƏRİYYƏ
Başqa  hüquq  sahələrində  köməkçi  mənbə  olan  elmi  nəzəriyyənin  (doktri-
nanın) İnzibati hüquqda xüsusi yeri var. İnzibati hüquq kodifikasiya olmadığına
görə,  doktrina  məhkəmə  praktikasını  və  qərarlarını  təhlil  və  tənqid  edərək
onların  sistemləşdirilməsini  təmin  edir.  Doktrina  bəzən  qanunvericiliyin
formalaşmasına  birbaşa  təsir  göstərir.  Məsələn,  yeni  qəbul  olunmuş  «İnzibati
icraat  haqqında»  Qanunda  Avropa İnzibati  hüquq  elminin  hamılıqla  qəbul
edilən inzibati icraat prinsipləri əks olunub.
II. İNZİBATİ HÜQUQUN XÜSUSİYYƏTLƏRİ
A. İNZİBATİ İDARƏETMƏ HÜQUQUNUN YENİ HÜQUQ
SAHƏSİ OLMASI
İnzibati hüquq nisbətən yeni  hüquq  sahəsidır .  Onun  kökü  xüsusi  hüquq
kimi  qədim  Romaya  qədər  uzanıb getmir. İnzibati  idarəetmə  hüququ  hüquqi
dövlət  anlayışının  ortaya  çıxması  ilə  bərabər  XIX  əsrdə  yaranıb.  İdarəetmə
hüququ  daim  inkişafda  və  dəyişməkdə olan  hüquq  sahəsidır.  Cəmiyyətin,
dövlətin  sürətlə  inkişaf  və  dəyişməsinə  paralel  olaraq  idarəetmə  orqanlarının,
administrativ  fəaliyyətin  də  inkişaf  və  dəyişməsi  davam edəcəyinə  görə,
inzibati  hüququn  tədqiqat  sahəsi  və  bəzi  ana  məsələləri  hələ  ki,  qəti  həllini
tapmayıb.
46
45
Gözübüyük , Tan, I Cild, s.114.
46
Warren Kenneth F. Administrative law, West Publishing Company, Minnesota, 1982. s.13


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə