Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə28/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   24   25   26   27   28   29   30   31   ...   140

Fərhad Mehdiyev
42
çevirir. Lakin inzibati idarəetmə hüququ qurumlarının olmadığı sistemdə hüqu-
qi  dövlətin  reallaşması imkansızdır.  İnzibati  hüququn  prinsiplərinə  uyğun
olaraq  çalışmayan  administrasiya  və  onun  yaratdığı  idarəetmə  qaydası,  həm
ictimai xidmətlərin ləngiməsi və düzənsizliyi, həm  mühafizə səlahiyyətlərindəki
despotluğu  və  qeyri-müəyyənliyi  ilə  sosial  rifah  və  insan  hüquqlarının  təmin
edilməsi  bir  yana,  heç  dövlət  içindəki  asayişi  də  təmin  edə  bilməz.
72
  Müasir
dövlət  idarəçiliyi,  eyni  zamanda  professionallığı  da  tələb  edir.  Çünkü  qeyri -
professionalca  aparılan  işlər,  xidmətin  daim  axsamasına  səbəb  olduğu  kimi,
maliyətlərin artması, dövlətə etibarın azalması kimi mənfi təsirlərə səbəb olur.
§ 4. HÜQUQİ DÖVLƏT PRİNSİPİNİN İNKİŞAFI
Hüquqi  dövlət  («Rechtsstaat»)  termini  də,  «polis  dövləti»  termini  kimi,
Almaniyada  ortaya  çıxıb.  Bununla  belə,  bu  termin  Fransada  inkişaf  edib  və
Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub.
Çağdaş ictimai həyatda və siyasi sistemdə “hüquqi dövlət” çox önəmli prin-
sipdir. Konstitusiya qurumu olan “hüquqi dövlət” prinsipi xüsusilə kontinental
Avropa ölkələrində yayğın anlayış dır. Anglo-sakson ölkələrində “hüquqi dövlət”
isə “hüququn hegemonluğu” mənasına gələn “ rule of law” termini ilə ifadə olunur.
Hüquqi  dövləti  bəşəriyyətin  nail  olduğu ən  yaxşı, ən  ideal  nizam  olaraq
qəbul  etmək  mümkündür.  Sosial  dövlət,  demokratik  dövlət,  dünyəvi  dövlət
hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir.
73
Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik
zəmininə  əsaslanmaq  məcburiyyətində  qalıb.  Çağdaş  dövlət  idarəçiliyi  hüquqi
qaydalara  bağlıdır.  Totalitar-avtoritar  sistemlər,  diktaturalar  hələ  də  mövcud
olsa da, bunların fəaliyyəti geniş ölçüdə hüququn xaricindədir. Ancaq bunlar da
legitimlik  axtarışları  səbəbindən  hər  zaman  hüquqa  dayanıqlı  fəaliyyət  göstər -
diklərini iddia edirlər. Hüquqi dövlət olduqlarını onlar avtorita r dövlətin əhali-
sinə  KİV-lər  vasitəsi  ilə  təlqin  etməyə  çalışırlar.  Lakin  hüquqi  dövlətdə  siyasi
iqtidarın akt və hərəkətləri hüquqla məhdudlaşdırılır, Konstitusiya və qanunlara
72
Hüquqların təmin edilməsi baxımından modern cəmiyyətlərdə  «İ nzibati idarəetmə hüququ»nun
əhəmiyyəti daha da artır. Qədim dövrlərdə maddi və prosessual cinayət hüququ ilə hüquq və
azadlıqları məhdudlaşdıran dövlət, indi sistemin liberallaşması və eyni zamanda dövlətin iqtisadi
həyata daha aktiv qatılması səbəblərindən müdaxilə və tənzimləmə  “qılıncını” daha  çox
administrativ sahədə göstərir.
73
Özay İl Han. Günışığında yönetim, Alfa Basımevi, İstanbul, 1996, s.104.


İnzibati hüquq
43
bağlıdır.  Demokratiya  da  hüquqi  dövlətin conditio  sine  qua  non  şərtindən
biridir.
74
Bütün  hüquq  elmini əlaqələndirən  termin  kimi  görünsə  də,  əslində  hüquqi
dövlət prinsipi ümumi hüquq elminin əsasən iki fənninin araşdırma obyektidir:
Konstitusiya  hüququ  və İnzibati  hüququn.  Bununla  belə,  müxtəlif  fənlərin
predmetinə  daxil  olan  “hüququn əsas  və  ümumi  prinsipləri”  özünü  hüquqi
dövlət terminində büruzə verir.
Pozitiv  hüquq  sahəsi  olan  inzibati  idarəetmə  hüququnun  hüquqi  dövlət
baxımından əhəmiyyəti  inkar  edilə  bilməz.  Hüquqi  dövlətlə inzibati  hüquq  o
qədər  yaxındır  ki,  hətta  hansının səbəb,  hansının  nəticə  olduğuna  dair  sual  da
yarana bilər. Səbəb –nəticə münasibəti baxımından hüquqi dövlət prinsipinin bu
fənlər üçün nə olmasının cavabı odur ki, prinsip XX əsrin ikinci yarısında mey-
dana  çıxdığından,  onun  “nəticə”  olduğu  anlaşılacaqdır.   Bununla  belə,  hüquqi
dövlət prinsipi Konstitusiya hüququnun inkişafına təsir göstərdiyi kimi, İnzibati
idarəetmə  hüququnun  inkişafına  da  yol  açıb.  Hətta  belə  də  demək  olar  ki,  hü -
quqi dövlət prinsipi inzibati hüquq ilə bərabər inkişaf edib.
Hüquqi dövlət terminini «liberal dövlət», «demokratik dövlət» kimi termin-
lərdən də ayırmaq lazımdır. Tarixi aspektdən baxıldıqda demək olar ki, hüquqi
dövlət prinsipi dövlətin nail olduğu son və ən mütərəqqi xüsusiyyətdir. Hüquqi
dövlətə dövlət idarəçiliyində ideal ki mi də baxıla bilər. Hüquqi dövlət prinsipi -
nin  insan  hüquqlarının  təminatı  məsələsi  ilə  eyni  zamanda  ortaya  çıxdığını  da
qeyd etmək lazımdır.
Bütün bunlarla bərabər hüquqi dövlətin əsas şərtlərindən biri olan “idarəçi -
lərin də idarə olunanlar kimi hüquq qa ydaları ilə bağlı olmaları”, “dövlətin mad -
di məsuliyyəti” kimi prinsiplər inzibati hüququn mühüm nəzəri məsələləri kimi
ortaya çıxır.
İnzibati hüququn inkişafı və onun qurumlarının fərd - dövlət münasi-bətlərini
ödəməsi  aşağıda  incələdiyimiz  hüquqi  dövlə tin  şərtləri  üçün  zəmindir. İnzibati
idarəetmə  hüququ  inkişaf  etdiyi  müddət  ərzində,  predmetinə  daxil  olan  inzibati
hüquqi akt və hərəkətlərin hüquqiliyi mövzusunu araşdıracaq.
İnzibati hüquq əhatəli hüquq sahəsidir. Mülki hüquq və Cinayət hüququ kimi
onun  kökləri  qədim  əsrlərə  getmir.  Bunun  səbəbi  də  aydındır;  idarəetmə
orqanlarının  hüquqiliyini  araşdırmaq  ancaq  XVIII əsrdən  etibarən,  siyasi
sistemlərin  liberallaşması  ilə  mümkün  olub.  Dövlət  mənşəli  qərar  və  hərəkətlər
üzərində  nəzarət,  dövlətin  maddi  məsuliyyəti  kimi  qurumların  özü  də  tarixi
74
Daver Bülent, Siyaset bilimine giriş, Siyaset Kitabevi, Ankara, 1993, s. 165.


Fərhad Mehdiyev
44
təkamülə  məruz  qalıb.  Orta  çağ  dövlətlərində  idarə  edənlərin  qərarlarının
hüquqiliyinə fərqli prizmadan baxılırdı. Liberal dövlət anlayışına çatana qədər bu
sahədə  bir-birini  təqib  edən  “mülki  dövlət”  və  “polis  dövləti”  mərhələləri
mövcud  olub.  «Mülk  dövlət»  və  «polis  dövləti»  anlayışının  hakim  olduğu  çağ-
larda,  hələ  ki, inzibati  hüquq  sahəsindən  bəhs  etmək  mümkün  deyildi. İnzibati
idarəetmə hüququ ancaq liberal dövlət anlayışının yaranması və idarə olunanların
administrasiyada qanuni təminatlar axtarması ilə meydana çıxıb.
I. MÜLK-DÖVLƏT VƏ POLİS DÖVLƏTİ MƏRHƏLƏSİ
A. MÜLK-DÖVLƏT
“Dövlət  mənəm”,  deyən  14-cu  Louis  (1638-1715),  mülk-dövlət  anlayışını
gözəl şəkildə ifadə etmişdi.
Bu  anlayışda  dövlət,  torpaq  və  onun  üzərində  yaşayanlar,  dənizlər,  başqa
coğrafi  ünsürlər  və  qurğular  orada  hegemon  olanların  malı  sayılırdı,  ona  görə
də  ona  “Mülk-dövlət”  deyilirdi.
75
Qanuni  ləqəbi  ilə  tanınan  Osmanlı  Sultanı
Suleyman,  “Ədalət  mülkün  təməlidir”  deyəndə,  mülk  sözü  ilə  dövləti  nəzərdə
tuturdu. Hökmdar  (hegemon)  ölkənin  müəyyən  parçasını  (üzərində  yaşayan
xalq da daxil olmaqla) canlı-cansız bütün ünsürləri ilə birlikdə istədiyi vaxt sata
bilər, bağışlaya  bilər  və  ya  yox  edə  bilərdi.  Mülk-dövlətdə  insan  hüquq  sahibi
deyildi, hökmdarın mülkiyyət hüququnun predmeti olan bir subyekt idi.
76
Mülk-dövlət  anlayışı  daha  çox  feodal  dövlətlərin  hakim  olduğu  orta  çağları
əhatə edir. Bununla belə, daha əvvəlki vaxtlarda olan mütləq və despotik rejim-lər
də idarəetmə forması və üsulu baxımından mülk -dövlət sayılır. Orta çağda feodal
dövlətlərin,  dərəbəylərin  hakimiyyətlərinin  zəifləməsi  və  mərkəzi  dövlətin  güc-
lənməsi polis dövlətinin ortaya çıxmasına yol açdı.
Mülk-dövlət anlayışında hakimiyyət hüququna mülkiyyət hüququ kimi baxı -
lırdı. Bu status, o zamanların ifadəsi ilə “Kral öz mülkündə imperatordur” kimi
ortaya  qoyulurdu.  Ortaçağ  Fransasında  bələdiyyə  üzvlüyünü  kral  satırdı.
77
Feodal  senyorluqlarda  da  qanunvericilik,  icra  və  mühakimə  səlahiyyətlərinin
feodal senyora satılması və ya verilməsi mümkün idi. Mülk-dövlətdə xalq yaşa-
dığı  torpağa  bağlı idi  və  torpaqla  bərabər  satılır,  bağışlanır,  miras  yolu  ilə  baş -
qasına verilirdi.
75
Özay, s.25.
76
Akyılmaz Bahtiyar, Sezginer Murat, İdare hukuku dersleri, Göksu Matbaası, Konya, 2001, s.36.
77
Aulard  A, Fransa  inkılâbının  siyasi  tarihi, çev:  Poroy  Nazım,  Türk  Tarix  Qurumu  Basımevi,
Ankara, 1987, s.XIII.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə