Fərhad Mehdiyev
24
II. İNZİBATİ FƏALİYYƏTİN PREDMETİ, MƏQSƏDİ VƏ
XÜSUSİYYƏTLƏRİ
A. İNZİBATİ FƏALİYYƏTİN PREDMETİ
Inzibati fəaliyyətin predmetini, yuxarıda göstərdiyimiz kimi, dövlətin
siyasi, qanunvericilik, məhkəmə fəaliyyəti xaricində qalan və cəmiyyətin daimi
ehtiyaclarını ödəmək, gündəlik həyatını davam etdirmək məqsədilə icra edilən
ictimai işlər və xidmətlər təşkil edir («
la fonction publique
»).
39
Bu mənada
idarəetmə (inzibati) fəaliyyətini əsasən inzibati orqanlar yerinə yetirir, lakin o
bəzi nadir hallarda, qanunvericilik və məhkəmə orqanlarında da aparılan bəzi
işləri və fəaliyyətləri də əhatə ed ə bilər. Qanunvericilik orqanları ancaq
qanunvericilik fəaliyyəti ilə məşqul olmur; misal olaraq parlamentin mühasibat
əməliyyatlarını, parlamentdə işləyən şəxslərlə əlaqədar fəaliyyəti, inzibati ərazi
bölgüsünün təsdiq edilməsini
40
göstərmək olar. Konstitusiyada göstərilən
qanunvericilik funksiyasına (ümumi qayda qoyma) mahiyyətcə daxil olmayan
bu növ fəaliyyəti parlament icra etsə də, o, administrativ funksiyaya daxildir.
İnzibati ədliyyə sisteminin olduğu ölkələrdə bu cür fəaliyyətdən yaranan
mübahisələrə inzibati məhkəmələr baxır. Məhkəmə orqan ları da məhkəmə
funksiyasına daxil olmayan işlər (məsələn, məhkəmə işçiləri ilə bağlı) görə
bilər və bəzi inzibati aktlar verə bilərlər.
Dostları ilə paylaş: |