B. İNZİBATİ FƏALİYYƏTİN MƏQSƏDİ
İnzibati fəaliyyətin məqsədi ictimai marağı həyata keçirməkdir. Bildiyimiz
kimi dövlətin məqsədi, xalqa ləyaqətli həyat tərzi təmin etməkdir. İnzibati
fəaliyyətin (idarəetmə funksiyasının ) predmetini təşkil edən ictimai işlər və
fəaliyyətlərin çox böyük hissəsini, xüsusi sektor müxtəlif səbəblərə görə (sərfəli
olmaması, texniki çatışmazlıq) icra etmir. Buna görə dövlətin bu xidmətləri icra
etməsi bütün cəmiyyət üçün ictimai dəyər və önəm daşıyır. Çünki bu cür ictimai
işlərin icrası ilə cəmiyyətin gündəlik ehtiyacları ödənilir və gündəlik həyat
təmin edilir. Bu səbəbdən idarəetmə fəaliyyətinin məqsədi ictimai mən afeyi
reallaşdırmaqdır və o, məhz bununla xüsusi sektor fəaliyyətindən fərqlənir.
Özəl şəxslər qazanc, inkişaf və şəxsi mənfəət əldə etmək üçün fəaliyyət
göstərirlər. İdarəetmə orqanları isə qazanc əldə etmək üçün deyil, bütün
cəmiyyətə xidmət etmək, cəmiyyətin maraqlarını təmin etmək üçün fəaliyyət
göstərirlər.
İnzibati orqan qazanc güdmə məqsədi ilə fəaliyyət göstərə bilərmi? Bir
qayda olaraq xeyir. Məsələ burdadır ki, qazanc məqsədi güdən qurumlar,
ümumi hüquqa görə deyil, xüsusi hüquqa tabe olmalı və ba zar qaydalarına görə
fəaliyyət göstərməlidir. Düşünməyin ki, insanlardan pul toplayan Vergilər
Nazirliyi, qazanc məqsədini güdür. Vergilər ictimai tələbata yönəldmək
məqsədi ilə toplanır. Yaxud “Azeriqaz” səhmdar cəmiyyəti, qazı satarkən yenə
də qazanc məqsədini güdmür. Hakimiyyət səlahiyyətlərini tətbiq edərək qazanc
əldə edilməsi, hüquqi dövlətdə yol verilməz haldır. İnsanlar hakimiyyət
səlahiyyətlərinə boyun əyirsə, bunun səbəbi legitim məqsəddə yatır, bu da
ictimai mənfəətdir, yoxsa pul qazanma məqsədi deyildir.
Əyər dövlət büdcəyə fond (gəlir) təmin etmək məqsədi ilə, sırf iqtisadi
funksiyalı xüsusi bir qurum yaradarsa, bu qurum hakimiyyət səlahiyyətlərindən
istifadə etməməli, inhisarçı qaydada fəaliyyət göstərməməlidir.
Dostları ilə paylaş: |