YEGANLI S.T.. HACIYEV E, M.
III
davranış forması - sual formasında ünsiyyət davam edir. Bu halda
müştərini qorxudub hürkütməmək üçün verilən suallar çox nəzakətli olmalıdır.
IV
- İzahedici davranış forması onunla xarakterizə olunur ki, satıcı
müştərinin motivlərini, hərəkətlərini başa düşmək və onlann əsasında
müştərinin şəxsiyyətini aydınlaşdırmağa çalışır. Bu forma müştərinin
davranışını təhlil etməkdən ötrüdür. Lakin bu halda ehtiyatlı olmaq tələb
olunur.
V
- basa düşmə formasıdır. Satıcı müştərini dərindən dərk edir və
diqqətlə ona qulaq asır. Müştəri bundan ürəklənir və axıra kimi sözünü söyləyir
və ürəyini satıcıya açır. Satış prosesində bu cür davranışı idarə etmək çox
çətindir, böyük hövsələ tələb edir. Bu forma fikir ayrılığı baş verəndə tətbiq
olunur.
Nəhayət, satıcı-alıcı münasibətlərində bir ünsiyyət formasına da rast
gəlmək mümkündür - cavabdan qacmaa. Söhbət alıcı üçün maraqsız olanda və
ya məsuliyyəti öz üzərinə götürmək istəməyəndə satıcı məharətlə mövzunu
dəyişir, «balıq kimi sürüşüb» söhbətdən qaçır.
Ünsiyyətin ən gözəl xüsusiyyəti insanı dinləməkdir. Çox adam bunu
bacarmır. Bundan ötrü, təcrübə və səbr lazımdır. İnsanı diqqətlə dinləmək
böyük takt tələb edir. Xüsusilə aktiv dinləmə vacibdir.
Beləliklə, şəxsi satış məharəti satıcının şəxsi bacarığından, ünsiyyətindən
asılıdır.
ƏDƏBİYYAT
1.
Азар В.И., Туманов С.Ю. Экономика туристского рынка. М..
ИПК, 1998.
2.
Багиев Г.Л. и др. Маркетинг. Уч М. ОАО «Экономика», 1997.
3.
Дурович А.П. Маркетинг в торизме. У.П. Минск, «Новое знание»,
2003.
4.
Касумов Р.М. Рынок международного туризма. Баку, «Нурлан»,
2001
.
5.
Котлер Ф., Боуен Дж. Гостеприимство и туризм. Уч.. 1998.
6.
Квартальнов В.А. Туризм. «Финансы и экономика», М., 2000.
178
T U R İ Z M
BEŞİNCİ HİSSƏ
TURİZMDƏ REKLAM-İNFORMASİYA TƏMİNATI
XXI FƏSİL
21.1
TURİZMDƏ REKLAM-İNFORMASİYA TƏMİNATININ ƏSAS
t MƏQSƏDİ VƏ ONUN TURİZMİN İNKİŞARNDA ROLU
Turizm dünya təsərrüfatının yüksək gəliri olan dinamik bir sahəsidir.
Dünya məhsulunun 10 %-ini turizm məhsulu təşkil edir. Hər on iş yerindən biri
turizm sənayesinin hesabına açılır. Ümumdünya Turist Təşkilatının (ÜTT)
hesablamalarına görə turist səyahətlərində iştirak edənlərin sayı 2000-ci ildə
700 mln nəfər olmuşdur. Beynəlxalq turizmdən əldə olunan gəlir 476 mlrd $,
beynəlxalq nəqliyyat daşınmalarından əldə olunan gəlir isə 93 mlrd $
olmuşdur. ÜTT proqnozlarına görə 2020-ci ildə ümumi turistlərin miqdarı 2
dəfə artacaq, beynəxalq turizmdən gələn gəlirlərin miqdarı isə 1,2 trl $
olacaqdır.
Turizmi reklam-informasiya təminatı olmadan inkişaf etdirmək qeyri
mümkündür. İnformasiya özü xidmətin bir sahəsidir. O, həm turistə, həm də
turizmin təşkilatçılarına lazımdır. Turist səfərə hazırlaşanda və səfər ərəfəsində
ona turist mərkəzinin yerləşdiyi yer, bu yerdə yaşayan əhali, onların adət və
ənənələri, mərkəzin gözəlliyi haqqında külln miqdarda məlumatlar lazımdır.
Turizm bilməlidir ki. putyovkanın qiyməti neçəyədir, onu haradan almaq olar,
yol biletini necə sifariş etmək olar və s. Reklam-informasiya təminatının
məqsədi bütün bu lazım olan məlumatları turistə çatdırmaq və onu turist
səfərinə təkid etməkdir.
Kəskin rəqabət şəraitində bu vəzifəni yerinə yetirmək çox da asan deyil.
Reklam informasiya fəaliyyətinin məqsədi turist məhsulunun üstünlüklərini
alıcıya çatdırmaq, onda turist məhsuluna maraq oyatmaq və onu hərəkətə
gətirməkdir. Turipv sənayesinin vəzifələri məhsulu hazırlamaqla bitmir, onu
gərək öz sahibinə çatdırmağı da bacarasan. Bu axırıncı işi reklam-informasiya
təminatı (RİT) görür. Buradan aydındır ki, RİT turizm sənayesinin ayrılmaz bir
tərkib hissəsidir.
Reklam nə deməkdir və onun turizmdə rolu nədədir? Reklam alıcıları
məlumatlandıran və bunun nəticəsində turizm məhsuluna həvəsləndirən bir
prosesdir. Bu proses turist agentlikləri ilə turistlər arasında əlaqə yaradır. təklif
olunan məhsulun turist üçün zəruri olmasını turistlərə inandırır və onları bu
sahədə qərar qəbul etməyə hazırlayır. Əlbəttə, bu fəaliyyət turist bazarının
marketinqi ilə paralel aparılır. Hər turist məhsulunun öz alıcısı var. Ona görə
də. turist reklam məlumat fəaliyyəti müəyyən partnyor-
1 7 9
YEGANLI S. T.. HACIYEV
JE.
M.
lara və turist qruplarına istiqamətlənir. Turist bazarlan müəyyən seqmentlərə
bölündüyü kimi, RÎT də məqsədyönlü, konkret seqmentlərdə apanlır.
Burada bir şeyi unutmaq lazım deyil ki, reklam informasiya fəaliyyəti
konkret hər hansı bir şəxslə apanimır və adamlar arası ünsiyyət forması da
deyil. Onun məqsədi ancaq turist məhsulunu təqdim etməkdir. Deməli, bu
fəaliyyət turagent və turoperatorların idarəetmə (menecment) funksiyasıdır.
RÎT, bir proses kimi, öz qiyməti və strategiyası olan məhsuldur. Reklam
turoperator və turagentliklərin funksiyalarını idarə edir. O, alıcılara
məlumatları müxtəlif yollarla çatdırır: radio, televiziya, qəzet və jurnallar,
müxtəlif sərgilər vasitəsilə və s. Gəliri çoxaltmaq məqsədi ilə turoperator və
turbürolar çalışırlar ki, çoxlu məhsul satsınlar. Lakin turist bazarında kəskin
rəqabət gedir və hər bir kəs çalışır ki, öz məhsulunun üstün cəhətlərini
açıqlasın. Məhsulu irəlilətmək üçün marketinq strategiyası tərtib olunur. Bu
cür strategiya 4 elementin kombinasiyasını özündə əks etdirir. Bu elementlər
«P» hərfi ilə başlanan ingilis sözləridir: product. price (qiymət). promotion
(məhsulun irəliləməsi), plas (satılma yeri). Bu üsullardan hər biri turist
məhsulunu satmaq və ya müştəriləri cəlb etməkdən ötrü istifadə oluna bilər.
Məlumatların alıcılara çatdırılması reklamın əsas vəzifəsidir. Qeyd etmək
lazımdır ki, reklam, ötürmə mənbəyindən asılı olaraq, çox da ucuz başa gəlmir.
Lakin aydındır ki, o, turist məhsulunun satılmasına və çoxlu gəlir əldə
olunmasına qulluq edir, deməli turizmin inkişafını təmin edir.
Reklamın azadlığı
Reklamın azad olması məhsulun rəqabət aparan turist bazarlarına sərbəst
çıxmaq imkanıdır. Bu sərbəst çıxış turist məhsullarının təkmilləşdi- rilməsinə
və yeni turist məhsullarının yaranmasına səbəb olur. Azad reklam kompaniyası
bazar iqtisadiyyatının vacib elementidir. O, bu sahədə əmək məhsuldarlığını
artırır, keyfiyyəti aşağı olan məhsulların sıradan çıxmasına gətirir. Reklam,
kütləvi satışın bir aləti kimi, inkişafa və həyat tərzinin yüksəlməsinə səbəb
olur. O. bütün istehsalat sahələrində tərəqqiyə qulluq edir və inkişafın
carçısıdır. Alıcıların qarşısında yeni proqramlar, yeni-yeni məhsulları təbliğ
edərək bu məhsulların yə yeni proqramların alıcılara alınmasını təkid edir və
bununla, alıcılann özünə də, onların inkişafına və təkmilləşməsinə də təsir
göstərir.
Bu kursun əsas məqsədi informasiya reklam fəaliyyətinin turist
məhsulunun formalaşmasındakı rolunu göstərməkdir. Əsas məsələ, müxtəlif
turist təşkilatlarının bu sahədəki təcrübəsini işıqlandırmaq, onların istifa-
180
Dostları ilə paylaş: |